Son xəbərlər

Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz — Sürücülərin DİQQƏTİNƏ! - VİDEOTəxminən 10 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100-dən çox vaxt keçməsinə baxmayaraq hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik.
Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bəlkə də, elə sürücülər də var ki, avtomobildə belə bir funksiyanın olmasından xəbərsizdir. "Vəsiqə var, maşın da həmçinin, çıxdın yola, sür" kimi düşüncəyə sahib sükən döndərənlər də fikayət qədərdir. Dönmə işığından istifadə ilə manevr etmək hərəkətin təhlükəsizliyi üçün vacib olan amillərdən hesab edilir.

Elməddin Muradlı Ekspert: "Bu əlifbadı. Əgər biz əlifbaya bu cür yanaşırıqsa, deməli, digər qaydalarda da bizim üzləşdiyimiz problemlər də çoxdur. Qaydalar belədir ki, biz hətta zolağı dəyişəndə də, sağa-sola dönəndə də, hərəkətə başlayanda da, dayananda da, mütləq bu siqanallardan istifadə etməliyik.
Amma bəzən elə vəziyyət yaranır ki, hərəkət də iflic olur. Qəzadan da yayınmaq müşkilə çevrilir. Problem təkcə iri şəhərlərdə deyil. Rayonlarda və magistral yolların keçdiyi yaşayış sahələrində bu elemantar siqnaldan istifadə etməmək ağır qəzalara səbəb olur.

Elməddin Muradlı Ekspert: "Dönmə yerinə çatanda bu adam hərəkət edir. Adam sağa dönməlidi, amma soldan 3 zolaqdan manevr edir. Bu artıq intihar etməkdir.

Qeyd edək ki, dönmə işığından istifadə etməməyə görə, 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.

Bu rayonda su olmayacaq
Bu gün Bakının Nizami rayonu ərazisində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyib.

Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
Bakının Nərimanov rayonu, Nazim Hacıyev 6 ünvanındakı yataqxanada baş verən uçqun zamanı vətəndaşa ziyan dəyməyib.

Bu barədə Trend-ə Nərimanov Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov məlumat verib.

Onun sözlərinə görə, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib: "Çökən hissə Cəbrayıl rayonundan olan məcburi köçkün İbayev Həbib Məhəmmədəli oğlunun yaşadığı 47 saylı otağın sahəsinə aiddir. Otağın 16 kvadratmetrlik tavanı çöküb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Rayon İcra Hakimiyyətinin, polis idarəsinin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları gəlib".

İ.Əsədov bildirib ki, yataqxanada Cəbrayıl, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkünlər məskunlaşıb: "Bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır. Binanın qəzalı olması barədə müvafiq akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib. Artıq ailə həmin yataqxanadan köçürülüb, binanın cari təmiri ilə bağlı hazırlıq işləri görülür. Qısa vaxtda bina təmir ediləcək və ya binada məskunlaşan ailələrin köçürülməsinə başlanacaq".

Qurum rəsmisi bildirib ki, binanın çökən hissəsi vətəndaşın yaşayış hissəsinə daxil deyil: "Həmin hissə vətəndaşın istifadəsində olan yardımçı hissədir".


Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jaluz-pərdə vurulmasına icazə verilirdi.

Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:

“Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara pllyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır”.

E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:

“Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jaluz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürüclər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək”.

E.Muradlı bildirib ki, hazırkı qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka, jalüzləri açmayan sürücülər cərimələnəcək.

Qeydd edə ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

İnstitut direktoru həkimləri tənqid etdiAzərbaycanda insanlar ürək-damar xəstəliklərində baş verə biləcək ağırlaşmaları əvvəlcədən müəyyən etməyə imkan verən tibbi müayinələrə maraq göstərmirlər.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Akademik C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, əslində, mərkəzi aortal təzyiqi düzgün ölçməklə bu ağırlaşmaların baş verə biləcəyini əvvəlcədən proqnozlaşdırmaq olar. Bununla sonda ölümə səbəb olan həmin ağırlaşmaların qarşısını da vaxtında almaq mümkündür.

G.Dadaşova qeyd edib ki, ürək-damar xəstələrində aparılan medikamentoz müalicənin nə qədər effektli olduğunu, təzyiqin hansı formada nəzarətdə saxlanıldığını bilmək çox vacibdir. Lakin təəssüf ki, bu baxımdan mərkəzi aortal təzyiqə nəzarəti hər zaman həyata keçirmək mümkün olmur.

İnstitut direktoru əlavə edib ki, normal halda insanlar özlərinin arterial təzyiqlərini ölçürlər və bu ölçmə onların biləyində və ya bazu hissəsində aparılır:

"Təzyiqin ölçülməsi üçün fərqli aparatlardan istifadə edilir. Biləkdən və bazudan qoyulmaqla ölçülən aparatlar arasında fərqlər və müəyyən xətalar ortaya çıxır. Elektron aparatlarla xəstənin təzyiqinin müəyyən fasilələrlə 3 dəfə ölçülməsi, ondan sonra orta göstəricinin müəyyən edilməsi məsləhət görülür. Təzyiq köhnə qayda ilə (aparat dirsəyə bağlanmaqla) ölçüldükdə üçlü kontrol aparılmalıdır. Köhnə aparatlardan istifadə zamanı həm barmaq (təzyiq ölçülən yalnız iki orta barmağı nəbz üzərinə qoymaq olar) nəbzin üzərinə qoyularaq, nəbz döyüntülərinə nəzarət edilməli, həm qulaqla döyüntülərə qulaq asılmalı, həm də gözlə aparat üzərindəki göstəricilər izlənilməlidir. Əgər bu qayda ilə təzyiq ölçülərsə, onda təzyiqin müəyyən edilməsində xəta ehtimalı sıfıra bərabər olur. Ancaq təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər və üçlü kontrol həyata keçirmirlər".

G.Dadaşova deyib ki, bəzən mərkəzi aortadakı təzyiqlə periferiyada olan təzyiqlər arasında çox ciddi fərqlər olur. Lakin ürək-damar xəstələrinin müalicəsi ilə bağlı daha dəqiq qərarın qəbul edilməsi üçün mərkəzi aortal təzyiqin ölçülməsi düzgündür.

İnstitut direktorunun sözlərinə görə, 5-10 il əvvəl mərkəzi aortal təzyiq yalnız invaziv yolla (orqanizmə müdaxilə etməklə) ölçülürdü:

"Lakin indi institutda orqanizmə müdaxilə etmədən, adi qaydada, aparatı bazuya bağlamaqla mərkəzi aortal təzyiqin optimallaşması barədə dürüst məlumat vermək mümkündür. Azərbaycanda yalnız Kardiologiya İnstitutunda istifadə edilən "Agedio" aparatı vasitəsilə ürək-damar ağırlaşmalarının proznozunda vacib faktorlardan biri olan mərkəzi aortal təzyiqi dəqiq ölçmək olur. Mərkəzi aortal təzyiq koronar (ürək) və beyin damarlarında, həmçinin böyrəklərdə qan axınını daha real əks etdirir və bu səbəbdən ürək-damar ağırlaşmalarını daha dəqiq proqnozlaşdırır. Bu gün mərkəzi aortal təzyiqin qeyri-invaziv (orqanizmə müdaxilə etməməklə) ölçülməsi ürək-damar xəstəliklərinin müalicəsinin effektivliyinin qiymətləndirilməsində əvəzsiz rol oynayır. Bu, xəstələrin tez sağalmasında böyük əhəmiyyət kəsb edir. Bu aparatla aparılan müayinə vasitəsilə, aterosklerozun inkişaf səviyyəsini müəyyən etmək mümkündür".

Baş nazirdən sürücülük vəsiqələri ilə bağlı mühüm — QƏRAR

Baş Nazir Əli Əsədov “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edib.
Qərara aşağıdakı dəyişikliklər edilib:

- Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Təsviri” üzrə:

1. 1.2.1-ci yarımbənddə “(OVİ – opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin;

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.”.
3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə:

- 1.1.1-ci yarımbəndə “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra “, “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və “İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilsin;

- 1.1.3-cü yarımbənddə “yazılmasını və oxunmasını” sözləri “mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi ¬çıxarılsın;

- 1.1.4-cü yarımbənd ləğv edilsin;

- 1.1.6-cı yarımbəndə “həddində” sözündən sonra “, informasiya sistemi “Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilsin;

- 1.1.10-cu yarımbənddə “(OVİ - opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin.
Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 30 avqust tarixli, 12-3 nömrəli Qərarı ilə təsdiqlənmiş “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nda dəyişiklik edilib.

Bu barədə Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.

Qərara əsasən  sənədin 2.1.10-cu yarımbəndində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilib. Əvvəlki redaksiyanın həmin bəndində isə bu sözlər olmayıb.

Qeyd edək ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” 2.1.10-cu yarımbəndi hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) ilə bağlıdır.

Qeyd olunur ki, təminat xərcliyi hərbi qulluqçuların aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir.

Nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Nazirliyi Aparatının Ümumi şöbəsinə tapşırılıb ki, bu qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, qərar noyabrın 6-dan qüvvəyə minib.

“İşığı, suyu kəsilən zirzəmidə yaşayırıq”

Suraxanı rayonu, T. Bağırov ( indiki adı Park 32) küçəsində qəzalı binada yaşayan Xalidə Quliyeva rayon icra hakimiyyətindən şikayətçidir.

O, bununla bağlı “Qafqazinfo”ya müraciətində bildirib ki, ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin köçürülməsi ilə tapşırıq verib: “Bu proses artıq yekunlaşmaq üzrədir. Bizim binada sakinlərdən çoxu kompensasiyalarını alaraq köçüblər. Biz də binanın zirzəmisində yoldaşım, oğlum, 80 yaşlı qayınanam, şəhid ailəsinin gəlini olan qızım və oğluyla bərabər yaşayırıq. 

Prezidentin tapşırığı da odur ki,  qəzalı vəziyyətdə olan binaların zirzəmisində yaşayan sakinlər üçün  30 min manat kompensasiya ödənilməlidir. Bu ilin iyun ayında Suraxanı icra hakimiyyətindən çağırıb dedilər ki, “Kapital Bank” da adınıza hesab açdırın, pulu köçürək. Amma bu günə kimi pul köçürülməyib. Artıq binadan qaçqınlar köçürülüb. Buna görə də binanın kommunalları kəsilib. Evdə bu qədər adamla işıqsız, susuz qalmışıq. 2016- ci ildə suyu rəsmiləşdirmişik. 2018-də “Azərsu” bizə sayğac da qoyub. 2016- ci ildə Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyi ilə orada yaşamaq üçün rəsmi müqavilə də bağlamışıq. Bunun üçün 2500 manat da ödəmişik.  1 ildən sonra müqaviləni yenilənməsi üçün təkrar müraciət etdiyimizdə Akif adlı şəxs dedi ki, siz gedin, biz yeniləyəciyik. İşığı  birinci mərtəbədə yaşayan qaynımgildən aldığımıza görə pulu bir yerdə ödəmişik. Qonşular da notariusda təsdiqləyib ki, biz həmin zirzəmidə yaşayırıq. Amma icra bəhanə edir ki, su, işıq guya bizim adımıza deyil.  Biz icra hakimiyyətində köçürülmə işinə nəzarət edən Etibar Yolçuyevlə danışdıq. Dedi ki, bizim adımızı Maliyyə Nazirliyinə göndərməyiblər. Ancaq biz Maliyyə Nazirliyindən öyrəndik ki, adımız ordadır, hətta bizim adımıza 30 yox, 37 min manat pul köçürülüb. Təkrar bunları bildirəndə dedi ki, həmin pulu dövlət büdcəsinə qaytaracaqlar. Harada görülüb ki, ölkə başçısının  qəzalı binada yaşayan sakin üçün ayırdığı vəsait dövlət büdcəsinə qaytarılsın?  Bu barədə iyul ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da müraciət etdik. O da rayon icra başçısına məsələnin həll edilməsi ilə bağlı tapşırıq verib. Amma icra başçısı bu tapşırığa da əməl etmir. Prezident də tapşırıq verib ki, vətəndaşlar incidilməsin. Amma biz hazırda işığı, suyu kəsilən bir zirzəmidə yaşamağa məcbur qalmışıq. Bu barədə artıq birinci vitse-prezidentin katibliyinə də müraciət etmişik”.

“Qafqazinfo” məsələ ilə bağlı Suraxanı İH-yə müraciət edib. İH-dən bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyinin və s. təşkilatların nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş 29.01.2016-cı il tarixli aktlarda Suraxanı rayonunda bəzi binaların, o cümlədən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olması göstərilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Suraxanı RİH-yə daxil olmuş 07.05.2019-cu il tarixli 7-214/7g saylı məktubuna əsasən qəzalı  vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılmış birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmış, binalarda yaşayan ailələrin sayı, mənzillər və onların sahələri müəyyənləşdirilmiş, sahəsi 30 m2 və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30 000,0 (otuz min) manat, sahəsi 30 m2-dən çox olan mənzildə yaşayan ailələrin hər birinə ümumi sahənin 1 (bir) m2-i üçün 1000,0 (min) manat olmaqla birdəfəlik maddi yardımın, ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə hər ailə üçün 500,0 (beş yüz) manat vəsaitin ödənilməsi işlərinə başlanılıb.

Aparılan dəqiqləşmə işləri nəticəsində şikayətçi Quliyeva Xalidə İslam qızının iddia etdiyi kimi qəzalı binanıın zirzəmisində yaşamadığı, birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulan qaynı (ərinin qardaşı) Quliyev Əsəd Bəylər oğluna məxsus mənzildə məskunlaşdığı aşkar olunmuş, köçürülmə işlərinin həyata keçirildiyi vaxtlarda dövlət büdcəsindən vəsait əldə etmək niyyəti ilə o, binanın zirzəmi hissəsindən əlavə otaq zəbt etdiyindən qarşısının alınması məqsədi ilə 74 saylı MKİS tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.

Məlumat üçün bildiririk ki, sözügedən qəzalı binada yerləşən və Quliyev Əsəd Bəylər oğlunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 40,3 m2 olan 1 otaqlı 2 saylı mənzilin 40 300 (qırx min üç yüz) azn birdəfəlik maddi yardım, bir aylıq kirayə haqqı və əşyaların daşınması üçün 500 (beş yüz) azn olmaqla ümumilikdə 40 800 (qırx min səkkiz yüz) azn vəsait müqabilində boşaldılmasına dair edilən təkliflə mənzil mülkiyyətçisi razılaşmadığından, orada məskunlaşan şəxslərin, o cümlədən Quliyeva Xalidə İslam qızının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə RİH tərəfindən birdəfəlik maddi yardım ödənilməklə mənzilin boşaldılmasına dair məhkəmə qaydasında iddia qaldırılmış, 23.09.2019-cu il tarixli qətnamə ilə həmin iddia təmin edilib.

 Günel Türksoy

 






 
Baş Nazirdən diplomlarla bağlı yeni qərar

“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Fəlsəfə Doktoru Diplomunun təsviri belədir: 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

Bu diplomun ön tərəfinin sağ yuxarı hissəsində Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Dövlət Gerbinin rəngli təsviri əks olunur.

Solda Dövlət Gerbinin altında “FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır.

Ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

1 nömrəli əlavə ilə mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada

Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Dövlət Gerbi, aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç 3 bir qeydiyyat aparılmır.

Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir. Nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün “FD” (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir

Elmlər Doktoru Diplomunun təsvirinə gəlincə,195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur.

Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Dövlət Gerbinin rəngli təsviri əks olunur. Solda Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “ELMLƏR DOKTORU DİPLOMU” sözləri yazılır.

Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Dövlət Gerbinin rəngli təsviri əks olunur.  Dövlət Gerbinin altında “ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır. Ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

2 nömrəli əlavə ilə mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir.

Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “ELMLƏR DOKTORU DİPLOMU” sözləri həkk olunur.

Cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Elmlər doktoru diplomunun cildi tünd qırmızı rənglidir; 3.6. nömrələnmə elmlər doktoru diplomu üçün “ED” (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır.

Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Baş nazirin digər qərarı ilə “Dosent və professor elmi adları barədə attestatların forması” təsdiqlənib.