Son xəbərlər

Məhkəmə deputatın prokuror oğlunun xitam qərarını ləğv etdi

Bakıda qızıl alverçilərinin pul mübahisəsi sonda cinayət işi ilə nəticələnib və tərəflərdən biri bu işə nəzarət edən prokuror, deputat Çingiz Qənizadənin oğlu Elgiz Qənizadədən narazı qalıb.

“Qafqazinfo”ya müraciət edən Mətanət Əyyubova bildirib ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin kitabxanasında işləyərkən həmkarı Xanım adlı qadınla qızıl alveri edib: “Mən qohumumdan qızıl götürüb Xanıma verirdim, o da satırdı. Xanım qızılları Mərkəzi Poçtda işləyən Gözəl Abasquluyevaya verirdi. Bir neçə dəfə satışdan sonra mən Gözəllə tanış oldum, dedi ki, Xanımı vasitəçilikdən çıxaraq özümüz birbaşa işləyək. Belə də razılaşdıq, Gözəl ilk vaxtlarda götürdüyü qızılların pulunu verirdi. Bir neçə ay sonra ödəniş dayandı. Gözəlin mənə olan borcuna görə notariusda 66 600 dollarlıq  borc müqaviləsi imzaladıq. Amma bir müddət sonra Gözəl müqavilənin ləğvi iddiası ilə məni məhkəməyə verdi. Mən də pulun ödənilməsi üçün qarşılıqlı iddia qaldırdım. Məhkəmədə Gözəl etiraf etdi ki, qızılları məndən 45 manat alıb başqa yerdə 30 manata satırmış. Hakim də dedi ki, deməli, əvvəldən sənin pulu qaytarmaq niyyətin olmayıb. Buna görə məhkəmə cinayət işinin başlanması haqda xüsusi qərardad çıxartdı. Baş Prokurorluq bu işi Bakı prokurorluğuna göndərdi. Orada külli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi başlandı və istintaq aparılması Binəqədiyə tapşırıldı. Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov cinayət işini aparırdı, istintaqa nəzarəti isə millət vəkili Çingiz Qənizadənin oğlu, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə həyata keçirirdi”.

M.Əyyubova deyib ki, bu işlə bağlı istintaq süründürməçiliklə 2 il davam edib:

“Elgiz Qənizadənin qəbulunda oldum, dedi ki, “boşuna gedib gəlirsiz, Gözəldən heç nə ala bilməyəcəksiz, onu mənə vəzifəli bir qadın məmur tapşırıb”.

Gözəl ifadəsində demişdi ki, qızılları qohumu Ülviyyə Əliyevaya verib. O da Almaniyada idi. Səbail polisi onu axtarışa verdi. Ülviyyə Azərbaycana gələndə aeroportda tutuldu və bir neçə ay davam edən məhkəmə prosesindən sonra onun günahsız olduğuna qərar verildi. Bu dəfə Mehman Ələsgərov Ülviyyəni də, Gözəli də bizim iş üzrə təqsirləndirilən şəxs kimi cəlb etdi. 2018-ci ilin aprelin 23-də cinayət işi tamamlandı, vəkillərimiz işlə tanış oldular, aprelin 29-da ittiham aktı məhkəməyə verilməsi üçün Binəqədi prokurorluğuna göndərildi. Amma iş məhkəməyə göndərilmədi, sonradan məlum oldu ki, Elgiz Qənizadə aprelin 5-də cinayət işinə xitam veribmiş. Bunun necə olduğunu heç kim bizə izah edə bilmədi”.

M.Əyyubova qeyd edib ki, E.Qənizadənin bu qərarından məhkəməyə şikayət ediblər:

“Məhkəmə 2019-cu ilin sentyabr ayında Elgiz Qənizadənin xitam qərarını ləğv etdi və istintaqın düzgün aparılmadığına qərar verdi. İndi isə bir neçə ay keçsə də, heç bir iş aparılmır. Bizə deyirlər ki, ümumiyyətlə, cinayət işi itib, arxivdə də yoxdur”.

M.Əyyubova əlavə edib ki, notarial müqavilədən başqa, Gözəl Abasquluyevanın qızılları ucuz qiymətə satıb xərclədiyini etiraf etdiyi səs yazılarını da istintaqa təqdim edib və onlar sübut kimi cinayət işinə əlavə olunub.
Mətanət Əyyubova eyni zamanda polis mayoru Mehman Ələsgərovdan da narazılığını bildirib:

“Cinayət işi materiallarında qeyd olunmuşdu ki, Gözəl Abasquluyeva istintaq dövründə dəyən ziyandan 5 min manat ödəyib. Amma bu pul bizə verilməyib. Cinayət işində bu barədə protokol, qəbz yoxdu. Pul depozit hesaba da qoyulmayıb. Həmin 5 min manatın ödənilib-ödənilmədiyi yaxud hara getdiyini də bilmirik. Bu işlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərliyinə də müraciət etmişik”.

Ülviyyə Əliyeva istintaqa ifadəsində qohumu Gözəl Abasquluyevanın qızılları satıb özü üçün xərclədiyini deyib: “Gözəldən niyə qızılları ucuz qiymətə satıb yeyib-içməyə, kef məclislərinə, münasibətdə olduğu şəxslərə xərclədiyini soruşdum. Gözəl dedi ki, “əşşi gedib 3 il yatıb gələcəm, deyəcəm Antalyada idim”.

 




 

“Ölkə.Az” Teatr Xadimlər İttifaqının üzvü, “TeaFond”un hazırda Çexiyada yaşayan direktoru Şamil Ağayevlə söhbətin ikinci hissəsini təqdim edir.

“Möhtərəm Prezident incəsənət xadimlərinin məvacibinin az olmasına görə, bunların halına acıyıb, dövlət büdcəsində 300.000 manat pul ayırıb. Mən inanmıram ki, bu pul öz ünvanına çatır.

“Azərbaycan Respublikası TXİ sərəncam- 25 oktyabr 1994-cü il”

TXİ “TeaFond” istehsalat kommersiya müəssisəsinin fəaliyyəti ilə əlaqədər olaraq TXİ-nın idarə heyətinin 24 oktyabr 1994-cü il tarixli protokol №5 iclasının qərarı haqqında

Azərbaycan TXİ “TeaFond” istehsalat kommersiya müəssisəsinin fəaliyyəti ilə əlaqədər olaraq TXİ-nın idarə heyyətinin 24 oktyabr 1994-cü il tarixli protokol №5 iclasının qərarına əsasanaraq sərəncam verilir.
1.Ağayev Şamil Allahverdi oğlu TXİ-nin idarə heyəti 17 may 1994-cü il protokol №4 qərarı əsasında verilmiş “TeaFond” İKM-in 18 may 1994-cü il tarixli 2№-li və 6№-li əmrlərində dəyişiklik apararaq həmçini “TeaFond” İKM-in 20 may 1994-cü il tarixli təsdiq edilmiş ştat cədvəlində dəyişiklik edərək, ərizəsinə əsasən 1994-cü il may ayının 18-dən “TeaFond” İKM-in kommersiya direktoru vəzifəsində aylıq maaşı 7500 manatla işləmiş hesab edilsin.
2. Ağayev Şamil Allahverdi oğlu 1994-cü il oktyabrın 25-dən ərizəsi əsasında Azərbaycan TXİ “TeaFond” istehsalat kommersiya müəssisəsinin direktoru vəzifəsinə təyin edilsin. Aylıq maaş ştat cədvəli üzrə.
3.Qasımov Bala Ağa oğlu 1994-cü il oktyabrın 25-dən etibarən təşəkkür elan olunmaqla TXİ-nin TeaFond” istehsalat kommersiya müəssisəsinin müvəqqəti icra etməkdən azad olunsun”.

Qeyd edim ki, “TeaFond” indiyə qədər Ədliyyə Nazirliyində qeydiyyatdadır. Azərpaşa Nemətov isə onu qanunsuz şəkildə ləğv edib. Bildiyimiz kimi idarə 2 halda ləğv oluna bilər. Ya gərək məhkəmə qərarı ilə ya da idarəni təsis edənlərdən biri ləğv etməlidir.  A. Nemətov isə hüquqi prosedurlardan xəbərsiz olduğu üçün idarəni özbaşına ləğv edib. Bu da heç bir qanuna uyğun deyil.
Ancaq bu işi də normal şəkildə görə bilməyiblər. Ataların bir məsəli var “Yalançının yaddaşı olmaz”.
Bunlarda öz dediklərini, yalan çıxarıblar. Çünki sənədlərdə təsdiq ediblər ki, “Dəyirman” “TeaFond”un mülkiyyətindədir. Mən də yəni Ağayev Şamil o şirkətin direktoruyam.

Ancaq buna baxmayaraq,  mənim xəbərim olmadan bir nəfərlə müqavilə bağlayaraq ora icarəyə verilib. Bundan başqa qeyd edim ki, icarə pulları da banka köçürülmə ilə deyil, nağd şəkildə Nemətova verilir. Yəni, bu pulların nə bir bank qeydiyyatı, nə də bir qəbzi var. Bununla da o,vergidən yayınaraq, dövlətdən gizli, “qara” pullar qazanır. 

Yaxşı, indi bir sual verirəm ay Azərpaşa, sən özgənin mülkini necə icarəyə verirsən? Bu axı sənin balansında olmayan mülkiyyətdir? Bu dərəcə qanunsuzuğa kim göz yumur? Bu birbaşa cinayətdir.

Mən bu məsələ ilə bağlı Korrupsiya idarəsinə də müraciət etmişəm. Onlar isə mənə bunu mülki iş olduğunu bildirərək, məhkəməyə müraciət etməyimi tövsiyyə etdilər. Mən heç cür bu qərarı başa düşə bilmirəm. Dövlətin əmlakı necə mülki iş ola bilər? 


Bundan başqa Azəpaşa Nemətov idarəni “TeaFond” istehsalat kommersiya müəssisəsinin fəaliyyətini müşavirə edərək, TXİ-nin idarə heyyətinin müəssisələr haqqında Azərbaycan Respublikası Qanununun 19-cu və 20-ci madələrini TXİ nizamnəməsini 3.10-cu bəndi və “TeaFond” İKM-nin nizamnaməsinin 9.1-ci bəndini rəhbər tutaraq qərara alıb:

“TeaFond” istehsalat kommersiya müəssisəsi ləğv edilsin.

Aşağıdakı tərkibdə ləğvetmə komissiya yaradılsın”.

Bununla da A. Nemətov, özündən qərar çıxardaraq, özbaşına “TeaFond”u ləğv edib.

İşin gülməli tərəfi isə komissiyanın tərkibində mənim də adım olmasına baxmayaraq, mənim bu işdən xəbərim olmayıb. Digər tərəfdən isə mən müəssisənin direktoru olaraq qalıram.

Hələ bu harasıdır,  mənim əmək kitabçamdakı qeyd isə heç bir qanuna uyğun deyil. Təxmini belə bir məzmunu var:
Guya, mən 1998-ci ilin mart ayında işdən azad olunmuşam və 1999-cu ilin iyun ayında işdən çıxmışam. Bunu hansı hüquq adamı başa düşər? Necə yəni 1998-də azad olmuşam və 1999-da işdən çıxmışam? Bu absurd fikirlər haradan yaranıb? Əgər mən 1998-ci ildə işdən azad olunmuşamsa, yenidən 1999-cu ildə işdən necə çıxa bilərəm?

Bundan sonra  A. Nemətova başa salırlar ki, sən ixtiyarın olmadan idarəni ləğv edə bilməzsən. Çünki idarə dövlət qeydiyyatındadır.  Bu prosedurları anlayandan sonra qərara gəlir ki, müəssisənin ləğvi üçün məhkəməyə müraciət etsin.

Məhkəmə isə bu iddianı rədd edib. Bu da məhkəmənin 2011-ci ildə “TeaFond” istehsalat kommersiya müəssisəsi ləğvi  barəsində verdiyi qərar:

“Məhkəmə TXİ-nin nümayəndəsi S.Quliyevin iddiaçı “TeaFond” istehsalat kommersiya müəssisəsinin hüquqi şəxslərinin dövlət reyesterindən çıxarılması haqqında verdiyi qarşılıqlı iddia ərizəsi qəbul edilməsin”.

Buradan da aydın olur ki, məhkəmə bu qeyri-qanunu şikayəti qəbul etməyib.

Bu məsələlərdən belə anlamaq olar ki,  Azərpaşa Nemətov öz qeyri-qanunu işlərinin üstünü ört-basdır etmək üçün “TeaFond”u ləğv etmək istəyir.
İqtisad məhkəməsi adından qətnamə- 2002-ci il

İddia TXİ-ı “TeaFond”nun təsisçiləri:
Ağayev Şamil Allahverdi oğlu
Nadirov Fazil Əbdüləziz oğlu
Ağayev Namiq Şamil oğlu
Səmədov Etiram Mirzağa oğlu
Eminova Sevda Qoca qızı

“Azərbaycan Respublikası Ali məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 7/5 saylı 10.01.2002-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnamələrin qanuni və əsaslarının yoxlanılması üzrə məhkəmə kollegiyasının 2.04.1998-ci il tarixli qərarı və Azərbaycan Respublikası İqtisad Məhkəməsinin rəyasət heyyətinin 29.09.1998-ci il tarixli qərarı ləğv edilmiş və iş yeniən apelyasiya qaydasında baxılmaq üçün İqtisad Məhkəməsinə göndərilib”.

Deməli, qaydalara görə, Ali məhkəmənin qərar ləğv etməyə ixtiyarı yoxdur.  Onlar da öz səlahiyyətlərini yerinə yetirərək  işi yenidən baxılması üçün İqtisad məhkəməsinə göndərib.

Mən müəssisənin hər bir sənədi ilə sizi tanış etməyə hazıram. Mən də hər bir xırda nüansın belə qanuni sənədləri var.

Baxın, bu sənəd “TeaFond”un qeydiyyatdan keçməsi haqqında şəhadətnamədir:

 “25 noyabr 1993-cü ildə “TeaFond” istehsalat kommersiya müəssisəsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir”. 
 “TeaFond” dəyirmanı almaq üçün o zaman mövcud olan Taxıl Nazirliyinə ödəmə edib. Yenə təkrarlayıram, dəyirman qanunla TXİ-nin deyil, “TeaFond”un balansındadır. Ona görə, məhkəməTXİ-nın qanuna zidd hərəkət etdiyini təsdiqləyib: 

“12.12.1990 - ci il tarixdə “TeaFond” istehsalat birliyi tərəfindən 60 saylı ödəmə tapşırığına əsasən 372.880 rubl məbləğində kompleksin dəyəri Taxıl Məhsulları Nazirliyinə ödənilmişdir. Beləliklə, iş materialları ilə sübut olunub ki, 3 saylı Dəyirman kompleksinin binası TXİ-nin deyil, “TeaFond” QSC-nin əmlakıdır. Müəssisənin əmlakı onun razılığı olmadan və ya məhkəmə qərarı olmadan alına bilməz. Beləliklə, TXİ-nın idarə heyyəti 8/1 saylı qərarı qəbul edərkən müstəqil hüquqi şəxs olan “TeaFond”un mülkiyyət hüququnu pozmuşdur”. 
                                                                                             
 İqtisad məhkəməsinin 07.03 tarixli qətnaməsi

Bundan əlavə iş materiallarından aydın olur ki, TXİ-ı məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş 1 illik iddia müddətini buraxmışdır.
Yəni qanunla artıq hakim bu işə baxmamalıydı,  çünki TXİ-i şikayət edə biləcək müddətini buraxıb.

Buradan aydın olur ki, iddiaçı şikayət müddətinin bitməsi barədə vəsadət verməyib, lakin məhkəmə öz təşəbbüsü ilə bu məsələyə baxaraq, onu həll edib. Bununla da məhkəmə kobud  prosesual pozuntuya yol verib. İş materiallarında iddia müddətinin üzürlü səbəbdən buraxmasına dair heç bir sübut yoxdur. Bundan əlavə iş materiallarından görünür ki, işə baxılarkən  cavabdehlərin hamısının nümayəndələrinin iştirakı təmin edilməyib”.

Mən qanunla hərəkət etdiyim üçün bütün məhkəmələr mənim xeyrimə qərar çıxarıblar. 

Sonra isə 1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov hansısa qeyri - qanunu rəhbər tutaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib. Halbuki, heç bir instansiya Ali Məhkəmənin qərarını ləğv edə bilməz.

Sonra biz Ülvi Mayılovdan kasassiya şikayəti verdik. Sonda Kassasiyadan da  bizə Ülvi Mayıovun haqlı olduğunu bildirdilər. Ancaq bu hansı qanuna uyğun olduğu mənə hələ də qaranlıq qalır.

25 fevral 2003-cü il.

Qanunvericilikdə  məhkəmədə əgər bir məsələ barəsində bir hakim çıxış edibsə, o işin yenidən baxılmasında iştirak edə bilməz. Yəni prosedura mütləq başqa bir hakim baxmalıdır. Amma bizim işimizə eyni hakimlər baxıb. Burdada qanun pozulub.

Bundan başqa bu işdə İqtisad məhkəmənin çıxardığı  2 qərarı bir birinə ziddir. Çünki, qanunvericilikdə də deyilir ki, çıxarılan bir qərar ləğv olunmamış, digərinə qərar verilə bilməz. Burada isə məhkəmənin çıxardığı qərar bir-birinə ziddir.

Deməli, bunlardan biri 07.03.2002-ci ildə, İqtisad məhkəməsi tərəfindən mənim xeyrimə, verilən qərardır.Digəri isə 25.02.2003- cü ildə yenə İqtisad məhkəməs tərəfindən qarşı tərəfin xeyrinə verilən qərardır.Maraqlısı isə hər iki qərarın qüvvədə olmasıdır.Bildiyimiz kimi bu da qanunən mümkünsüzdür.

30.900.000 manatın AQİBƏTİ

Deməli, bizim idarə qanunsuz ləğv ediləndə, bu zaman avtomatik  idarə rəisinin səlahiyyətləri idarə heyyətinin sədrinə keçir. 
Bizim yəni “TeaFond”un bankda 30.900.000 manat məbləğində pulumuz vardı.  Bu pul da bankdan yalnız komissiya tərəfindən çıxarıla bilərdi. Çünki qanunsuz da olsa, mənim səlahiyyətlərim ləğv olunmuşdu. Sonradan bu pullar izsiz-tozsuz yoxa çıxdı. Bu pulların aqibəti hələ də bu günə qədər bilinmir. Kim tərəfindən, necə çıxarılıb”,- deyə müsahib bildirib. 

 

İcbari tibbi sığorta ilə bağlıDünyanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunmasına 5-10 il vaxt sərf olunan İcbari Tibbi Sığorta sisteminin Azərbaycanda gələn il mərhələli tətbiqi təklif edilib.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi sistemin mərhələli tətbiqinin vətəndaşlar üçün daha faydalı və effektiv olacağını açıqlayıb. Yanvar ayının 1-dən prosesə şimal bölgəsini əhatə edən 20 rayonda start veriləcək. Ən son isə yeni sığorta növü Bakı, Sumqayıt və Abşeron rayonlarında tətbiq ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın mərhələli şəkildə ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib. Təkliflərdə icbari tibbi sığortanın ölkə üzrə 4 mərhələdə tətbiqi nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyinin departament direktoru Vüqar Qurbanov bildirir ki, prosesə hər mərhələdə 20-yə yaxın rayon qoşulacaq.

qurumun rəsmisiicbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinin səbəblərini də açıqlayıb. bildirib ki bununla regionlarda yaşayan əhalinin ehtiyacları daha çox nəzərə alına biləcək və yerlərdəki tibb müəssisələrinin maddi texniki bazasının daha da gücləndirilməsi mümkün olacaq.

Prosesin nə qədər geniş olduğunu izah etmək üçün təkcə onu demək kifayət edər ki, icbari tibbi sığorta üçün 3000-dən çox tibb müəssisəsini hərtərəfli hazırlamaq lazımdır ki, bunların da 438-i xəstəxanadır. Xəstəxanalarda bütün sistem dəyişəcəyindən tibbi personalın yeni proqram təminatı eləcə də yeni metodlara öyrəşməsi üçün də kifayət qədər zamana ehtiyac var. Vüqar Qurbanov bildirir ki, ilin əvvəlindən icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonlarda başlanan hazırlıqlar demək olar yekunlaşmaq üzrədir.

Vüqar Qurbanov şimal bölgəsində yaşayan vətəndaşları tibb müəssisələrinə yaxınlaşarkən şəxsiyyət vəsiqəsindən istifadə etməyə çağırıb. Onun sözlərinə görə bir müddət sonra şəxsiyyət vəsiqəsi olmadan tibbi xidmət almaq mümkün olmayacaq. İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində həkimlərin maaşları yüksələcəyindən özəl klinikalarda çalışan təcrübəli həkimlərin böyük bir qismi də dövlət xəstəxanalarına qayıdacaq. Bu isə vətəndaşlara daha yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinə səbəb olacaq.

Onu da qeyd edək ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi xidmətlər zərfi hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Türkiyə terrordan təmizlənən Suriya ərazilərində ali təhsil imkanı yaradırQaziantep Universiteti terrordan təmizlənən bölgələrdə fakültələr açaraq, təhsili yarımçıq qalmış suriyalılara ali təhsil almaq imkanı verir.

“Ölkə.Az” xəbər verir ki, Qaziantep Universiteti "Fırat Qalxanı” və "Zeytun Budağı” əməliyyatları nəticəsində terrordan təmizlənən Əl-Bab, Aazaz, Afrin və Cerablus şəhərlərində fakültələr açıb.

Afrin Təhsil Fakültəsinin araşdırma mütəxəssisi Xəlil İbrahim İlgi Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında bildirib ki, prezident sərəncamı ilə Cerablusda bir peşə məktəbi, Afrin Təhsil Fakültəsi, Aazazda İlahiyyat Fakültəsi və Əl-Babda İqtisadiyyat və İdarəetmə Fakültəsi açılıb. O qeyd edib ki, qəbul edilən tələbələr xarici tələbələr üçün universitetlərə qəbul imtahanından (YÖS) keçiblər: "Bu imtahanda 3 min tələbə iştirak edib. Burada 3 proqram var. İbtidai sinif müəllimliyi, psixoloq-konsultant və türk dili bölümləri. Hər proqramdan 40 tələbəmiz var”. 

X.İ.İlgi müharibə şəraitində həyatın normal vəziyyətə qayıtmasının ən böyük göstəricilərindən biri olaraq ali təhsilə başlanılmasını vurğulayıb.

Daha oncə Hələb Universitetinin tələbəsi olan afrinli Raman Cəfər təhsil məsələlərində problemlər yaşayan afrinli tələbələrə dəstək verdiyi üçün Gaziantep Universitetinin rəhbərliyinə təşəkkür edib. O, Afrindəki bir çox tələbənin gələcəyini itirməmək üçün bu addımı səbirsizliklə gözlədiyini vurğulayıb.

Şərqi Qutadan köçdükdən sonra Afrində sığınacaq tapan Gada Şaminin sözlərinə görə, Dəməşqdəki Dimaşk Universitetinin 3-cü kurs tələbəsi ikən mühasirə və məcburi köç səbəbi ilə universiteti bitirə bilməyib. Suriyada beynəlxalq səviyyədə tanınan diplom verən universitet tapa bilmədiyini qeyd edən Şami, Qaziantep Universitetinin açılmasının çox gözəl bir fürsət olduğunu deyib. O, hazırda ibtidai sinif müəllimliyi üzrə təhsil aldığını diqqətə çatdırıb.

“Uşaq pulu” məsələsi bu dəfə parlamentin iclasında gündəmə gəlib. Millət vəkili Vahid Əhmədov uşaq pulunu vacib sayaraq bildirib ki, bu məsələdə ümumi məxrəcə gəlmək lazımdır. 

Deputat qeyd edib ki, “uşaq pulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaq pulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaq pulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaq pulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. “Uşaq pulu” verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaq pulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir. “Uşaq pulu”nun verilməsi xalqın tələbidir və bu istiqamətdə addım atılmalıdır”.

Millət vəkilinin fikrinə cavab olaraq, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: “Buna görə də il ərzində 494 milyon manat ayrılır. Bu da 585 min uşağın əhatə olunması deməkdir”. Onun sözlərinə görə, təkcə bu il ərzində ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: “Cənab Prezident də son müzakirələr zamanı vurğuladı ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaq pulu isə ünvanlılıq prinsipinə tam cavab vermir” .

Qeyd edək ki, daha öncə də aidiyyəti dövlət qurumlarından uşaq pulunun verilməsi üçün yetərli maliyyə qaynağının olmaması bildirilmişdi.
Mediada gedən müzakirələrin ardından Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu gələn ilin büdcəsində uşaq pulu ilə bağlı 2 maliyyə qaynağını qeyd edib:

“Əmək və əhalinin sosial müdafiəsi naziri çıxışında uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd etmişdi və bu qədər vəsaitin bu məqsəd üçün gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi.

Uşaq pulunun ödənilməsi üçün 2020-ci il büdcəsinin daxilində 2 maliyyə qaynağını təqdim edə bilərəm. Əvvəlcədən onu da bildirmək istəyirəm ki, növbəti ilin büdcəsində əks olunan hər iki qaynaq potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır. Onlardan biri növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə “Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutub. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin “Sair xərclər” və “İstehlak yönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait “Sair xərclər” və “İstehlak yönümlü xərclər” adı ilə qapalı saxlanılır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib”.

Q.İbadoğlu onu da qeyd edir ki, Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub ki, bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1% təşkil edir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib. Odur ki, uşaq pullarının ödənilməsi üçün istək olsa , 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərlər. Hələ də gec deyil. Bunlar hamısı deyil, başqa maliyyə mənbələri də təqdim edə bilərəm”.

İqtisadçı ekspert Pərviz Heydərov isə müsavat.com-a açıqlamasında vurğuladı ki, bu məsələ vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalıdır: “Uşaqların sosial müdafiəsi məsələsi nə demoqrafik məsələ deyil, nə də əlil, başqa cür fiziki yardıma ehtiyacı olan, valideynini itirən, valideynləri hərbi və yaxud hər hansı peşə qulluqçuları sayılan və sair kimi qruplar üzrə çeşidlənərək, baxılmalı olan bir məsələ deyil. Bu, vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalı olan məsələdir. Bəli, bizdə dövlət mövcud imkanları çərçivəsində və bəlkə də bundan daha çox vətəndaşların yanında dayanır. Ümumiyyətlə, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi, sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinə yönəlik sayca 10-dan çox aylıq sosial müavinət növü mövcuddur. O cümlədən, birdəfəlik ödənişlər də həyata keçirilir. Və bunların hər birinin də səviyyəsi dövlət başçısı tərəfindən müvafiq sərəncamlar ilə demək olar ki, hər il artırılır. Ümumiyyətlə, dövlət büdcəmizə diqqət yetirsək, onun xərclər hissəsinin əsasını sosial məsrəflərin təşkil etdiyini görərik. Yəni, dövlət büdcəsi xərclərinin az qala yarıdan çoxunu əmək haqqı və pensiya, o cümlədən, müavinətlərin ödənişi təşkil gedir. Onda belə çıxır ki, ölkədə əlavə olaraq, dövlət tərəfindən sosial müdafiə siyasətinə və tədbirlərinə ehtiyac yoxdur? Sözsüz ki, bu, səhv yanaşmadır. Dövlət büdcəsi xərclərinin yarıdan çoxu əməkhaqqı, pensiya, müavinətlərin ödənişinə getsə də, əlavə sosial müdafiə tədbirlərinə yenə ehtiyac var”.

İqtisadçı vurğuladı ki, zaman keçdikcə sosial müdafiə və təminat siyasətində ayrı-ayrı nüanslar ortaya çıxır və çıxmalıdır da: “Yəni, əslində nəyin daha səmərəli və məqsədəuyğun olduğu tədricən, öz təsbitini tapır. Bu mənada, məsələn, dövlət tərəfindən uşaqların sosial müdafiəsinin təşkili və maddi qayğılarının qarşılanması məqsədilə bir neçə adda müavinətlər ödənişindənsə, bir adda aylıq uşaqpulu ödənişi daha məqsədəuyğun sayılmalıdır”.

P.Heydərovun sözlərinə görə, burada problem maliyyə məsələsində deyil: “Sosial müavinətlər sadə funksiyalı və konkret təyinatlı olsa daha məqsədəuyğun olar. Bu mənada uşaq puluna ehtiyac var. Digər tərəfdən isə heç kim iddia edə bilməz ki, uşaqların sosial müdafiəsinin təmini üçün heç bir ödəniş həyata keçirilmir. Problem ondadır ki, bütün uşaqlar bərabərhüquqlu olaraq bundan yararlana bilmir. Söhbət müəyyən kateqoriya uşaqlardan gedir. Çoxşaxəli olaraq ödənilən sosial müavinətləri birləşdirib, bəzilərini ləğv edib, konkret uşaq pulu adı ilə bir ödəniş növü müəyyən edilib tətbiq olunsa daha yaxşı olar. Bu da ciddi müzakirə tələb edən məsələdir. Avropa ölkələrinin əksəriyyətində uşaqların sosial müdafiəsi üçün belə ödənişlər var. Uşaq pulunun bərpası üçün maliyyə mənbələrinin olmaması da yanlış fikirdir. Azərbaycanın hazırki dövlət büdcəsi buna şərait yaradır. Burada sadə və bitkin bir mexanizm yaradılmalıdır. Bu həm də vətəndaşlar üçün anlaşılan olar. Onlarla adda müavinət növü var, vətəndaşların isə bu qədər iqtisadi savadı yoxdur ki, onların hər birindən məlumatlı olsunlar. Konkret 2-3 istiqamət üzrə qruplaşdıraraq sosial müavinət ödənişi tətbiq olunsa, bu daha məqsədəuyğun olar”.

İşsizlərə ŞAD XƏBƏR — 5 iş günü müddətində ...

"Məşğulluq məsələsi, xüsusilə də gənclərin məşğulluğu dünyada əmək sferasının inkişafı üçün ən vacib məsələlərdən biridir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bu il sentyabrın 1-nə olan məlumata əsasən, 70 min 900 işsiz qeydə alınıb və bunların da 35,3 faizi qadınlardır.

Amma "2019-2030-cu illər üzrə Azərbaycanın Məşğulluq Strategiyası" çərçivəsində ölkədə ümumi işsizliyin 2030-cu ilə qədər 4%-ə endirilməsi, eyni zamanda qadın və gənclər arasında işsizlik səviyyəsinin minimuma endirilməsi planlaşdırılır.

Eyni zamanda nazirlikdən bildiriblər ki, ölkədə ixtisaslı işçi qüvvəsinə böyük ehtiyac var.

Bununla əlaqədar, noyabr ayının əvvəlindən etibarən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi (MAS) istifadəyə verilib.

Altsistemin əsas üstünlüyü ondan ibarətdir ki, o, Dövlət Məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verəcək.

Altsistem boş iş yerlərinin, habelə işsiz və iş axtaranların real mənzərəsini əks etdirən, daim yenilənən məlumat bazasına malikdir.
Hər gün vakansiyaların elektron məlumat bazasına daxil edilməsi üzrə işlər aparılır. Hazırda bazada 15 mindən çox vakansiya var.

Vətəndaşların axtarış və məşğulluq prosesini elektron sistem vasitəsi ilə həyata keçirilməsi həmçinin bu sahədə şəffaflıq, nəzarət və operativliyi təmin etməyə imkan verəcək. "Məşğulluq haqqında" qanuna əsasən, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

Müraciət edənlər isə, öz növbəsində, "e-sosial.az” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olub, vakansiyalarla tanış ola, özünün iş üçün müraciət anketini formalaşdıra, ardından isə məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edə bilərlər.

Qeyd etmək lazımdır ki, mövcud vakansiyalar haqqında məlumatları "Vakansiyalar bankı"nda təqdim etməyən işəgötürənlər inzibati qaydada cərimələnəcəklər.

"Məşğulluq" alt sisteminə daxil edilən vakansiyalar arasında aşpaz, bələdçi, mexanik, müxtəlif sahələrdə operator, elektrik, İKT mütəxəssisi, mühasib və s. ixtisaslar üstünlük təşkil edir.

"Məşğulluq" xidmətindən istifadə edən iş axtaranlar və işsizlərin dəqiq sayını müəyyənləşdirmək olmadı, çünki hazırda onların məlumatları işlənmə mərhələsindədir.

Amma Nazirlikdən bildirdilər ki, onların yaşı 21-62 arasında dəyişir.
Təhsil nazirindən BDU əməkdaşları ilə bağlıTəhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 iliiyi münasibəti ilə universitetin bir qrup əməkdaşının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, əmrə əsasən, elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.

Təltif olunan şəxslərinin adı ilə buradan tanış ola bilərsiniz.

Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

“Report” xəbər veri ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib”, deyə müşavirdə vurğulanıb.

Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daşkəsən rayon Dövlət Yol Polis Bölsinə yeni rəis təyin edilib.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Verilən məlumata görə, əmrə əsasən polis mayoru İldırım Əliyev Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin edilib.
Yeni rəis bu vəzifəyə qədər Şəmkir rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkcisi vəzifəsində çalışıb.
Bu məcburi köçkünlərə də müavinət verilə bilərNazirlər Kabinetinin 24 noyabr 2017-ci ildə məcburi köçkünlərin müavinətlə təmin olunması ilə bağlı qərara dəyişikliyi heç bir məntiqə sığmır.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Elman Məmmədov Milli Məclisdə 2020-ci il büdcə zərflərinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həmin qərara əsasən  məcburi köçkünlərin hansı formada müavinətdən kəsilməsi nəzərdə tutulur. “Belə ki, qərara əsasən əgər  məcburi köçkün öz əziyyəti hesabına ev tikirsə və ya adına mənzil varsa, ona müavinət verilməsi dayandırılır.   Evi olmayan üzürlü səbəbdən işləmirsə, ona müavinət verilir, evlə təmin olunur.
Digər bir məqam isə ondan ibarətdir ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan kişi ilə ailə qurursa və yaxud məcburi köçkün kişi məcburi köçkün olmayan qadınla ailə qurursa, onun da müavinəti kəsilir. 
2017-ci il qərarına əsasən 10-12 il bundan öncə hansısa səbəbdən müəyyən müddət Azərbaycanda olmayan və yaxud iş dalınca respublikadan kənara gedən məcburi köçünün də müavinəti dayandırılır. Bu hansı məntiqə uyğundur?  Təklif edərdim ki, hökumət bunları nəzərə alsın”- E.Məmmədov deyib.