![]() |
![]() |
1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.
BAKU.WS-in sorğusuna cavab verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.
Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.
Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).
Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:
•18 yaşınadək şəxslər
•23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
•Pensiyaçılar
•Sosial müavinət almaq hüququna malik olan şəxslər
•Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
•Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar
•Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar
Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Son illər İranlı həkimlərin ölkəmizə axınından yəqin ki, çoxlarınızın xəbəri var.
Bu hal günü gündən artmaqdadır. İranlı həkimlər haqqında ilginc məlumatlar ortaya çıxıb. Belə ki, məlum olub ki, bəzi iranlı həkimlər İran xəstəxanalarında çalışmaq üçün lazım olan imtahan ballarını yığa bilmədikləri üçün üz tuturlar Azərbaycana. Buna görə də, İranlı həkimlər açıqlama verərək bildiriblər ki, o cür həkimlərdən insanlar özlərini qorumalıdır. Ölkəmizdə səfərdə olan Təbrizin Beynəlxalq Valiasr hospitalının uzman doktoru Məhəmmədi bəy artıq Bakının bir özəl klinikası ilə əmkaşlıq edəcəyini bildirib. Onlar “Mayo Med” Baku ilə əməkdaşlıq edəcəklərini bildiriblər. “Biz istəyirik ki, Azərbaycanlı dostlarımız aldanmasın. Şükürlər olsun ki, Azərbaycanda səhiyyə günü gündən ikşiaf edir. Biz Bakının “Moyo Med” klinikası ilə əməkdaşlıq etdi ki, onların müasir avadanlığı var. Ən əsası isə onlar da bizim kimi əməliyyatı ikinci planda düşünür. Bu vacib məqamlardan biridir. Mayo Med bəzi xəstələri öz avtomobilləri ilə birbaşa Təbrizə göndərəcək. Bir sözlə bəzi saxta İran həkimlərindənsə əsl uzmanları seçsin hörmətli Azərbaycan xalıq.”
Qeyd edək ki, “Mayo Med Baku” klinikası Əhməd Rəcəbli 207 ünvanında yerləşir. Klinikası Fizioterapiya və Reabilitasiya mərkəzi kimi digər klinikalardan seçilir. Ayaq və bel ağrıları üçün nəzərdə tutlan Bakıda tək “Mayo Med”də olan “Alman” qurğuları da artıq Mayo Med-də…
Tel: 012 409 92 00 * 050 544 92 00 * 070 544 92 00
Sağlam addımlarla sevdiklərimizə doğru
Baku.ws xəbər verir ki, sabiq təhsil naziri Dadaş Dadaşlinskinin suallarına cavab verib.
Ən diqqət çəkən suallardan biri məktəblərdə yığılan "süpürgə pulu" ilə bağlı olub. Misir Mərdanov məsələyə belə münasibət bildirib:
"O dövrdə də məsələni müxtəlif jurnalistlər, məni istəməyən müəyyən qüvvələrin dəstəyi ilə həddindən artıq qabardırdılar. Müəllimi gözdən salmaq üçün belə addımlar atılırdı. İndi də düşünürəm və eyni fikirdəyəm ki, onların heç birinin ciddi əsası yox idi.
Biz millətimizin gənclərinin talehini müəllimə buraxırıqsa, müəllimin nüfuzunu artırmalıyıq. Müəllimə oldu-olmadı böhtan atmaq, bir müəllim iş görürsə, bunu bütün müəllimlərin adına yaymaq kimi hallar çox olub. Mən belə hallara həmişə qarşı olmuşam".
İsrail səfiri Dan Stavın Azərbaycandakı diplomatik missiyası başa çatır.
Bu barədə “Report”a İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, D.Stav noyabrın 21-də Bakını tərk edəcək.
Onu bu vəzifədə İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik əvəz edəcək.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan danışıb.
Trend bildirir ki, N.Məhərrəmli teleradio əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib ki, Azərbaycanda teleradio sahəsində əldə olunan uğurlarla yanaşı, qüsurlar da mövcuddur: “Elə təəssürat yaranmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir”.
N.Məhərrəmli vurğulayıb ki, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə görə olur: “Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar, təbii ki, bizi narahat edir”.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, qurum həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Belə ki, noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.
Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.
Adnan Əhmədzadə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.
Adil Vəliyev isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, Adnan Əhmədzadə bundan əvvəl Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Adnan Əhmədzadə
A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub. O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışıb.
Adil Vəliyevə gəlincə, o, 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Adil Vəliyev
2017-ci ildə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Master of Business Administration” (MBA) proqramını (“Neft-qaz biznesinin idarə olunması”) müvəffəqiyyətlə bitirib.
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.
Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.
Maraqlıdır, siyahıyaalma zamanı Bakı ermənilərinin, Dağlıq Qarabağ ermənilərinin sayının dəqiqləşdirilməsi, onların sorğulanması hansı şəkildə həyata keçirilib? Onların sayı da siyahıyaalınmanın nəticələrində nəzərə alınacaqmı?
Modern.az-ın məsələ ilə bağlı sorğusunu Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev cavablandırıb.
A.Abbasəliyev bildirib ki, bütün prosedurlar qanunvericilik çərçivəsində icra olunub:
“Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması işğal altında olan ərazilər istisna olmaqla ölkənin hər bir inzibati ərazi vahidi üzrə aparılıb və respondentlərin aid olduğu milliyyət və ya etnik qrup sorğu vərəqəsinin “Milli (etnik) mənsubiyyətiniz” sualına cavabı əsasında müəyyən edilib”.
DSK rəsmisi qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin ikinci yarısınadək nəzərdə tutulub.
Hazırda Bakıda erməni milliyətindən olanların da yaşadığı heç kimə sirr deyil.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bir neçə gün öncə "Din və insan hüquqları" mövzusunda keçirilən konfransda bunu bir daha təsdiqləmişdi.
“Bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir”,- deyən Ombudsmanın sözlərinə görə, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb: "Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir".
Qeyd edək ki, Azərbaycanda əhalinin sonuncu siyahıyaalınması 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib. Siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.
Report xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, noyabrın 4-dən etibarən Azərbaycan polisi qış geyiminə keçib.
Qeyd edək ki, hazırda paytaxt və bölgələrdə polis əməkdaşları qış geyimində xidmət aparırlar.