![]() |
![]() |
Oktyabrın 29-da Zaqatala rayonu, Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq.
Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək.
Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.
Oktyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası olub.
Komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələ var.
İclasda qanun layihələrinin şərhi zamanı qeyd olunub ki, Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) zərurəti bu sənədlərin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına uyğunlaşdırılması məqsədini daşıyır. Adı çəkilən sahələrdə proseslərin elektronlaşdırılması və sadələşdirilməsi vətəndaşların rahatlığına, bəzi neqativ halların aradan qaldırılmasına yardımçı olacaq.
Deputatlara məlumat verilib ki, birinci oxunuşda komitəyə təqdim olunmuş “Əmək pensiyaları haqqında” və “Məşğulluq haqqında” qanunlarda edilən dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
İclasda “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklərə (birinci oxunuş) də baxılıb.
Komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Jalə Əliyeva, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova müzakirəyə çıxarılmış məsələlərə münasibət bildiriblər. İclasda rəy və təkliflər dinlənilib, deputatları maraqlandıran suallar cavablandırılıb.
Fikir mübadiləsinin yekununda qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
Mənbə: Modern.az
Ötən həftə Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirildi. İclasda İctimai Şuranın Nizamnaməsi qəbul edildi və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov onun sədri seçildi.
Şuranın sədri Şahlar Əsgərov media.az-a verdiyi müsahibədə məktəblərdə ibtidai təhsilin rus dilində aparılmasının əleyhinə olduğunu bildirib.
O, rus dilinin həm xarici həm də doğma dilimiz kimi olduğunu deyib:
“Bu çox həssas məsələdir. Etnopedaqogiyanın məşhur mütəxəssisi Gennadi Volkovun gözəl bir ifadəsi var: “Xalqı ən təmiz formada uşaqlar təmsil edir. Milli uşaqlarda öldüsə, bu, millətin ölümünün başlanğıcı deməkdir. ” Ona görə də hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində, yəni ana dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz – Rus və ya İngilis təhsil sektoru. Bu, Gürcüstan və Baltikyanı ölkələrdə geniş tətbiq olunur. Bir millət birləşməlidir, dillərə bölünməməlidir”.
“Minval.info” xəbər verir ki, 77 yaşlı deputatın cümlə qurmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb.
Bundan başqa X.Kazımlı auditoriyada ona qulaq asmayan həmkarlarına iradını bildirib.
Qeyd edək ki, 1942-ci ildə İmişli rayonunda dünyaya gələn Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədridir. Evlidir, 5 övladı var. Oğlu Fəxri Kazımov “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
X. Kazımlı 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.
Birinci, ikincı,üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 2010-cu il noyabrın 7-də 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.
Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Müzakirələrə səbəb olan görüntüləri təqdim edirik:
2019-cu ildə Parlamentdə büdcə müzakirəsi aparılan zaman millət vəkili Xanhüseyn Kazımlının etdiyi çıxış sosial şəbəkədə müzakirələrə səbəb olub.
“Minval.info” xəbər verir ki, 77 yaşlı deputatın cümlə qurmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb.
Bundan başqa X.Kazımlı auditoriyada ona qulaq asmayan həmkarlarına iradını bildirib.
Qeyd edək ki, 1942-ci ildə İmişli rayonunda dünyaya gələn Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədridir. Evlidir, 5 övladı var. Oğlu Fəxri Kazımov “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
X. Kazımlı 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.
Birinci, ikincı,üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 2010-cu il noyabrın 7-də 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.
Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Müzakirələrə səbəb olan görüntüləri təqdim edirik:
Axar.az YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun müsahibəsini təqdim edir:
- Siyavuş müəllim, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Qoşulmama Hərəkatının müasir beynəlxalq münasibətlər sistemində yerinə və roluna, eləcə də XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyətinə dair fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə qeyd edim ki, Azərbaycan mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, ölkəmizdə regional və qlobal əhəmiyyətli məsələlər, geoiqtisadi və geosiyasi proseslər xüsusi müzakirə predmetinı çevrilir. Bu, hər şeydən əvvəl onu göstərir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Təbii ki, bütün bunlar təsadüfi xarakter daşımır. Respublikamızda nüfuzlu idman, mədəniyyət tədbirlərinin humanitar forumların, mühüm beynəlxalq görüşlərin keçirilməsini şərtləndirən bir sıra strateji faktorlar mövcuddur. Birincisi, Azərbaycan yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malikdir. Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. İkincisi, Azərbaycan regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Üçüncüsü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, Azərbaycanda etibarlı təhlükəsizlik mühiti hökm sürür, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur.
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Bilirsiniz ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Bəllidir ki, “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə, Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Bəhs olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Dövlət başçısı bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstək kimi qiymətləndirdi.
Əminliklə söyləmək olar ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti uğurlu olacaq. Bəhs olunan tədbirdə vurğulandığı kimi, ölkəmiz sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
- Zirvə Görüşündə Ermənistanın işğalçı, terrorçu siyasətinin mahiyyəti və nəticələri, eləcə də Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, Bakı Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə olundu. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası çərçivəsində mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Ermənistanın işğalçılıq siyasəti, erməni yalanları, tarixi faktlar və bugünkü reallıqlar əsasında ifşa edilir. Dövlətimizin başçısı mötəbər beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırır, ölkəmizin milli maraqlarını qətiyyətlə və cəsarətlə müdafiə edir. Bəhs olunan Zirvə Görüşündə də Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı və xalqımıza qarşı digər kütləvi qətliamlar törətməsi, ölkəmizin ərazi bütövlüyünün pozulması konkret faktlar əsasında nəzərə çatdırıldı. Əlbəttə, bu cür hallar informasiya müharibəsində Azərbaycanım Ermənistan üzərində aşkar üstünlüyünün daha da möhkəmlənməsinə, erməni lobbisinin təbliğat maşınının dezinformasıya siyasətinin neytrallaşdırılmasına xidmət edir.
Oktyabrın 26-da başa çatan Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən, özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Məlum olduğu kimi, bu zamana qədər İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Qoşulmama Hərəkatı da indiyə kimi qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edib. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığı ardıcıl və sistemli fəaliyyəti qanunauyğun nəticəsidir.
- Yeri gəlmişkən anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün əhəmiyyətini azaltmaq, bu mühüm beynəlxalq tədbirin üzərinə kölgə salmaq üçün həqiqətə uyğun olmayan fikirlər səsləndirir, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır...
- Antimilli və marginal qruplar növbəti dəfə Azərbaycan dövlətinin milli maraqlarına, xalqın mövqeyinə zidd mövqedən çıxış edirlər. Diqqət yetirsəniz, görərsiniz ki, işğalçı Ermənistan, erməni lobbisi və bir sıra anti-Azərbaycan dairələr bu tədbirlə əlaqədar qərəzli və neqativ məzmunlu informasiyalar dövriyyəyə buraxır, Azərbaycana qarşı "qara piar" kampaniyası aparırlar. Ölkəmizdəki "beşinci kolon"un nümayəndələri də eyni tezisləri ifadə edir, bu isə bir daha radikal müxalifətin ermənipərəst qüvvələrlə sinxron hərəkət etdiyini göstərir.
Azərbaycanın beyməlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirə ev sahibliyi etməsini, dünyanın diqqətinin Azərbaycanda olmasını, Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsini, Zirvə Görüşündə ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunmasını tənqid obyektinə çevirməyin, bütün bu müsbət reallıqları neqativ məzmunda ictimai rəyə təqdim etməyin bir adı var: Azərbaycanın milli maraqlarına xəyanət və Ermənistanın mövqeyini müdafiə etmək. Bax budur radikal müxalifətin antimilli mahiyyəti!
Şübhəsiz ki, Azərbaycan xalqı dağıdıcı müxalifətin dövlətin maraqlarına, xalqın mənafeyinə zidd mövqeyini ciddi etirazla və hiddətlə qarşılayır.
Ümumiyyətlə, qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin məqsədi vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yaratmaq, Azərbaycanın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaqdır. Lakin xalqdan dəstək almayan marginal qrupların bu cür əməlləri hər zaman iflasa məhkumdur, çünki Azərbaycan xalqı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, ölkəmizin inkişafına və xalqımızın firavan gələcəyinə xidmət edən bu siyasətə alternativ görmür.
İbn Ərəbşah onun barəsində yazırdı: “Teymurun ordusu səfərə çıxanda sanki vəhşi heyvanlar yer üzünə səpələnmiş, göydəki ulduzlar yerə yağmış, dağlar ayaqlanaraq qaçırmış, qübbələr dağılmış, yer yerindən oyanamış kimi olurdu.
Əmir Teymur bəzi əlamətlərlə doğulmuşdu, bunlardan biri dünyaya gələrkən ovucunda görünən qan idi, eynən Monqol İmperiyasının hökmdarı Çingiz Xan kimi. Bir sıra mənbələrdə doğularkən saçının ağ olduğu bildirilir. Doğulduğu gün, yəni aprelin 9-da (1370-ci il) taxta çıxması da Teymurun maraqlı şəxsiyyət olduğunu göstərən amillərdən biridir.
Kult.az Teleqraf.com-a istinadən Teymurilər İmperiyasının hökmdarı Əmir Teymur haqda yazını təqdim edir:
Teymurun 1360-cı ilə qədərki gənclik illəri ilə bağlı o qədər də geniş məlumat yoxdur. Ərəb tarixçiləri İbn Xəldun və İbn Ərəbşah Teymurun uşaqlığının atası Tarağayla at, inək oğurlayaraq və kiçik dəstələrlə basqınlar edərək keçirdiyi iddiasında həmfikirdir. Rəvayətə görə, Teymur İbn Xəlduna sağ ayağının axsamasının kiçik yaşlarında basqında aldığı zərbədən yarandığını demişdi.
Bu axsaqlıq səbəbindən Şərq mənbələrində Teymura “Teymurləng”, Qərb mənbələrində isə “Tamerlan” deyə xitab edilir. Amma bir çox mənbə Teymurun bir savaş vaxtı yaralandığını iddia edir.
“Çingiz Xan dünyasının yeni qurucusu”
Teymur Barlas boyundan idi. Barlaslar türk-monqol ənənələrini davam etdirən bir boy idi. Təsadüfi deyil ki, Əmir Teymur da Çingiz Xan kimi imperiyanı qurmağa kiçik qəbilələri birləşdirməklə başlamışdı. Bu baxımdan, Teymurun tərcümeyi-halı monqol hökmarında çox yaxındır. Teymur öz hakimiyyətini qəbul etdirmək üçün ətrafına Çingiz Xan soyundan gələn şəxsləri yığmışdı. Üstəgəl, Çingiz Xan soyuna bağlı Saray Mülk Xanımı həyat yoldaşı olaraq seçmişdi. Övladlarına və nəvələrinə də Çingiz Xan soyundan olan gəlinlər almışdı.
Teymurun fəthələri “Çingiz dünyasının yeni qurucusu” prinsipinə əsaslandırırdı. Bununla da kifayətlənməyib istilalarını İslam və şəriəti qorumaq adıyla davam etdirmişdi. Teymur şəxsi həyatında və sarayında türk-monqol və İslam ənənələrini yaşatmışdı. Əmir Teymur monqol kimi dünyaya gəlmişdi, lakin mənsub olduğu boy və coğrafiya səbəbindən türkləşmişdi. Özünü də türk kimi qəbul edirdi.
Firdovsinin məzarında dediyi sözlər
Gənclik illərindəki ağır mübarizələrdən sonra 1370-ci ildə Teymur Səmərqənddə öz hakimiyyətini elan etdi və vaxt itirmədən hücumlara başladı. Teymurilər İmperiyasının əsası həmin ildə qoyulub. Adı tarixə “Heç bir savaşda məğlub olmayan hökmdar” kimi yazılsa da, iddiaya görə, imperiya elan olunmamışdan beş il əvvəl – 1365-ci ildə köçəri monqollarla girdiyi bir döyüşdə yağış yağması səbəbindən məğlub olmuşdu.
Lakin imperiya qurduqdan sonra heç bir savaşda məğlub olmadı.
Teymur ilk səfərini 1371-ci ildə Xarəzmə edir. Xorasanı öz dövlətinin ərazilərinə qatdıqdan sonra 1381-ci ildə Tus şəhərinə girərkən öz əsərlərində türkləri pisləyən “Şahnamə”nin yazarı, iranlı şair Firdovsinin məzarını soruşur.Əmir Teymur Firdovsinin xaraba qalmış məzarı qarşısına keçərək deyir: “Ey Firdovsi, qalx, hər sətrində pislədiyin məğlub türkü indi gör. Qalx, bax, İsfahan gözəldir, yoxsa Səmərqənd? Bağdaddan bu yatdığın yerə qədər bir nəfər də sağ fars buraxmadım. Artıq topal ayağımın basdığı yerdə ot bitmir”.
Osmanlı sultanı əsirlikdə
Teymur hücumlarının ilk illərində Gürcüstan, Azərbaycan və Osmanlının bir hissəsini öz imperiyasına qatmışdı. Azərbaycan ərazilərinə hücumlarda Ağqoyunlu və Qaraqoyunlu dövlətləri ilə savaşmışdı. Bu hücumların sonunda tarixi Azərbaycan dövlətlərini öz imperiyalarına qata bilmişdi. Qızıl Ordaya hücum edən Teymur burada da zəfər qazanmışdı.
1395-ci ildə şimala yönələn Əmir Teymur Moskva və Kiyevə hücum etmişdi. Bundan sonra 1398-ci ildə Hindistana girmiş və Dehlini ələ keçirmişdi.
Teymur tarixin ən uzunömürlü imperiyalarından biri Osmanlını da məğlub etmişdi. Lakin o, Osmanlı ilə qarşılaşmaq istəmirdi. Osmanlı sultanına birlikdə savaşmağı təklif etsə də, bu təklifi qəbul olunmamışdı. Daha doğrusu, Teymur Osmanlını öz imperiyasına birləşdirmək istəyirdi, Sultan Bəyazid isə bunu qəbul etmədi. Nəticədə Teymurilər 1402-ci ildə Osmanlı ordusunu məlubiyyətə uğratdı və İldırım Bəyazid əsir götürüldü.
Osmanlı sultanı bu məlubiyyətdən bir il sonra – 1403-cü ildə əsirlikdə vəfat etdi. Əmir Teymur isə 1405-ci ildə taxtını Pir Məhəmmədə vəsiyyət edərək həyata gözlərini yumdu.
Teymurilərin tarix səhnəsindən çıxışı
Teymur öldükdən sonra taxt üstündə mübahisə yarandı. Pir Məhəmməd hələ kiçik yaşda idi, digər mirasçılar hakimiyyəti ona vermək niyyətində deyildi. Bir neçə illik mübarizədən sonra Teymurun oğlu Şahrux Mirzə hakimiyyəti ələ keçirdi. Herat şəhərindən imperiyanı idarə etməyə başladı.
Səmərqəndə nəzarəti oğlu Uluq Bəyə verdi. Lakin Şahrux Mirzə və Uluq bəy heç vaxt Teymur kimi düşmənlərini qorxu altında saxlaya bilən hökmdar ola bilmədilər. Şahrux həyatını dinə, Uluq Bəy isə elmə həsr etmişdi. 1449-cu ildə taxtı ələ keçirən Əbdüllətif də taxtda uzun müddət qala bilmədi. Bir il sonra Uluq Bəy tərəfdarları tərəfindən öldürüldü. Taxtı təslim alan Abdullah da eyni aqibətlə üzləşdi. 1451-1469-cu illərdə iqtidarda olan Əbu Səid dönəmində Teymurilər öz enişini yaşadı. Bundan sonra taxta keçən Hüseyn Bayqara da Teymurun qurduğu imperiyanı xilas edə bilmədi. Teymurilər 1506-cı ildə tarix səhnəsini birdəfəlik tərk etdi.
“Allahın hədiyyəsi”
Teymur fərariləri, kafirləri və şəriət qaydalarına əməl etməyənləri düşmən olaraq qəbul etmişdi. Tarixi mənbələrə görə, Əmir Teymur Hindistan və Gürcüstana da İslam şəriətini qorumaq və yaymaq məqsədilə girmişdi. Teymur böyük bir hökmdar olmasını “Allahın hədiyyəsi” adlandırırdı. Hücumlardan əvvəl mütləq İslam din adamlarının yanına gedir və onlardan dəstək alırdı.
Məğlubedilməzliyinin sirri
Teymur dünyada heç bir savaşda məğlub olmayan hökmdar kimi tarixə düşmüşdü. Bunun səbəblərindən biri güclü orduya sahib olması idisə, əsas məsələ hesablamaları ilə bağlıydı. Əvvəlcədən savaşın nəticələrini hesablayar, məğlub edəcəyini ehtimal etdiyi döyüşə girmirdi, daha doğrusu, ən uyğun vaxtı gözləyirdi.
Teymurun ordusunda bundan əvvəl tarixin savaş meydanlarında az görünən fillər var idi. Ankara savaşının qazanılmasının əhəmiyyətli səbəblərindən biri də bu fillərdir. Teymur Hindistan səfərində olarkən əvvəllər heç vaxt görmədiyi bir heyvanla qarşılaşır. Bu heyvanlar Teymurun istifadə etdiyi atlardan daha güclü, daha böyük idi. Lakin fillərin orduya cəlb edilməsi atları narahat etməyə başlamışdı. Teymur buna da həll tapır. Rəvayətə görə, müharibələrə fasilə verildiyi vaxt atlara təlim verən əsgərlərinin yanına camışlar gətirir. Bu camışların başlarına ağacdan hazırlanmış “xortumlar” taxaraq onları fillərə oxşadır, atların yanında gəzdirərək atları fillərə öyrəşdirir.
Teymurun bu qəribə həmləsi ona qələbələr qazandırdı. İlk savaşdan sonra Teymur filləri ordusuna cəlb etmək qərarı verir və Ankara savaşına 30-dan çox fillə qatılır.
Elmə münasibəti
Teymur ələ keçirdiyi şəhərlərdə yaşayan elm adamları və müəllimləri Səmərqəndə gətirirdi. İslam dünyasının ən böyük alimlərindən biri olan Uluq Bəy Teymurun nəvəsidir. Teymur türklərin köçəri həyat yaşadığı Mavərənünəhri şəhərləşdirmiş, obalarda tikinti işləri aparmış, kənd təsərrüfatını inkişaf etdirmiş, əsas ticarət yollarını şəhərlərdən salmış, bir çox kitabxana və mədrəsə tikdirmişdi.
Bu səbəbdən XIV-XV əsrlər Səmərqəndin “qızıl dövrü” kimi tarixə düşüb. Bəlkə də buna görə, bir çox tarixi mənbələrdə “Teymur İntibahı” anlayışına da rast gəlinir.
Əmir Teymur və ermənilər
Əmir Teymur Sivasa hücum eməzdən əvvəl qala komandanlığı ilə danışır və onları sülhə dəvət edir. Lakin rədd cavabı aldıqdan sonra hücuma keçir. Qala bir müddət müqavimət göstərsə də, ərzaq qıtlığı və köməyin gəlməməsi səbəbindən Teymura sülh təklif edir.
Teymur qala əhalisinin müsəlman olduğunu əsas gətirərək, bu təklifi qəbul edir. Görüş vaxtı qaladan 4 minə yaxın erməni oxçu Teymurun ordusunu vurmağa başlayır. Teymur bundan sonra həmin 4 min ermənini istəyir və qan axtırmayacağı vədini verir. Qala komandanı bunu qəbul etmək məcburiyyətində qalır və erməniləri hökmdara təslim edir.
Əmir Teymur erməni sipahilər üçün xəndəklər qazdırır, əllərini bağlayaraq onları diri-diri torpağa basdırır. Qala komandanlığı bu qərarının sülhü pozduğunu bildirdi. On əsgərini öldürdüyü üçün 4 min ermənini diri-diri basdıran Teymurun cavabı isə belə olur: “Baxın, heç qan tökmədim”.
Bir çox səfərlərdə ermənilərin xəyanətləri ilə üzləşən Əmir Teymur bu səfərlərindən birində məşhur fikrini səsləndirmişdi: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənət yağdıracaqlar”.
“Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunan kollegiya iclasında deyib.
O qeyd edib ki, həmin şəxslərlə bağlı tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq: “Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq”.
Nazir xatırladıb ki, araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb.
Tədbirlər başa çatanadək "Azneft" dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılıb.
Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılıb.
Məlumatla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.