Son xəbərlər

Gələn aydan kirayə mənzillər satışa çıxarılacaq

Bu il yanvarın 25-də Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İpoteka və Kredit Zəmanəti Fondundan “Qafqazinfo”ya bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib. Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq. Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər.

Ombudsman Aparatının Mətbuat Xidmətinin rəhbəri Nəcəf Tağıyev işdən çıxıb.

Bu barədə “Report”a Nəcəf Tağıyev özü məlumat verib.

O bildirib ki, öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.Tağıyev 2005-ci ildən Ombudsman Aparatının Mətbuat xidməti şöbəsində çalışırdı.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki, ağac və kolların kəsilərək yerində fındıq bağının salınması xəbərinə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən nazir müavini “Açıq meşə sahələri icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulubmu?” sualına aydınlıq gətirib.

O bildirib ki, bu, 2017-ci ildə Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir.

 

Onun sözlərinə görə, meşə fondunun açıq sahələrinin, istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərli istifadə etmək məqsədilə respublikanın Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz rayonlarının açıq meşə sahələrinin aqro bağların salınması üçün uzunmüddətli icarəyə verilməsi işləri bu gün də davam edir: “Milli Meşə  Proqramına uyğun olaraq meşə ərazilərinin açıq sahələrinin aqro və sənaye əhəmiyyətli ağacların əkilməsi hesabına genişləndirilməsi, cavanlaşdırılması işləri həyata keçirilir. Qeyd edək ki, salınacaq aqro və sənaye əhəmiyyətli bağlar müasir damcılı suvarma sistemləri ilə təmin olunur ki, bu da içməli suya qənaət olunması, meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, ərzaq  bolluğunun təmin olunması deməkdir. Meşə fondunun istifadəsiz qalan açıq sahələrində əsasən  fındıq, qoz, eləcə də yerli şəraitə uyğun meyvə ağacları əkilir. Bu da ixrac potensialının yüksəlməsi, ərzaq bolluğunun yaranmasına xidmət edəcək və ən əsası da açıq sahələrin meşə ilə örtülməsinə səbəb olacaq. Biz nazirlik olaraq işlərimizi planlı şəkildə həyata keçiririk”.

O qeyd edib ki, artıq payız ağac əkini mövsümü başlayıb və bu  mövsümündə yay aylarında yanğın baş vermiş meşə sahələrinə meşəcinsli ağaclar əkilir, toxumlar səpilir. Bu günlərdə Oğuz rayonunun Calud kəndindinin yanğına məruz qalmış meşə sahələrində də ağaclar əkiləcək, toxum səpiləcək. Bütün vətəndaşlarımızı bu tədbirlərə dəvət edirik və ümid edirik ki, digər rayonların da əhalisi bizimlə birlikdə payız ağacəkmə layihələrinə qoşulacaq.

F.Əliyev onu da bildirib ki, bu mövsümdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi ilə də bağlı  müvafiq hazırlıq işləri görülür. Yerlər müəyyən olunub, çalalar qazılır, suvarma sistemi qurulur və əkiləcək ağacların yerləri elektron xəritə üzərinə köçürülüb. Biz növbəti ağacəkmə mövsümlərində də ölkədə yaşıllıqların artırılması, meşə sahələrinin genişləndirilməsi və əhalinin meşə fondundan səmərəli istifadə etməsi, o cümlədən meşə fondu ərazilərinin potensialından maksimum yararlanması, sosial-iqtisadi baxımdan bəhrələnməsi istiqamətində işlərimizi davam etdirəcəyik.

Kirayə avtomobillərin sığorta problemiPaytaxtda son bir neçə ildə avtomobil kirayəsi ilə məşğul olan firmaların sayı artıb.

"Ölkə.Az" BAKU.TV-yə istinadən xəbər verir ki, şirkətlərin müştəri sarıdan bir problemi olmasa da, maşınların sığortalanmasında vəziyyət heç də yaxşı deyil. Sahibkarlar bir çox hallarda avtomobilləri sığorta etdirə bilmədiklərini və bu işdə çətinlik çəkdiklərini bildirirlər.

Maşın icarəsi şirkətinin meneceri Təbriz İlyasov məsələyə belə münasibət bildirib:
“Bir çox hallarda olur ki, sığorta menecerləri yaxınlaşıq, şərtlərini deyirlər, biz razılaşırıq. bizi ofislərə dəvət edirlər.

Biz o ofislərə gedib hazır sənədlərə imza çəkmək üzrə olarkən artıq onların rəhbərliyindən xəbər gəlir ki, bu xüsusi riskli qrupa aiddir. bura taksi sürücüləri və icarə şirkətləridir ki, onların avtomobuillərinə risk eləmirlər. eliyə bildiklərimiz edirik eliyə bilmədiklərimizi isə sığorta etdirə bilmirik”

Avtomobillərin sığortalanmaması müştəriləri də narahat edir. Onlar əsasən də, bahalı maşını götürməkdə çətinlik çəkdiklərini deyirlər.

"Bahalı maşın icarəyə götürmək istədim. Ancaq sığortası olmadığı üçün imtina etdim"

Sığorta eksperti Xəyal Məmmədxanlının sözlərinə görə, maşın icarəyə verən şirkətlər xüsusi risk qrupuna aid edildiyi üçün sığorta partfeli olduqca zərərlidir. Ona görə də sığorta şirkətləri bir çox hallarda bu riskləri sığortalamaqdan imtina edirlər.

“Amma bizim sahibkarlarımız həmin qiymətə avtomobillərinin bir illik sığortasını tələb edirlər. Təbii ki, bu mümkün olan bir şey deyil. Çünki risk adi avtomobillərdən, yəni fiziki şəxslərə məxsus avtomobillərin riskindən dəfələrlə artıqdır. Təbii ki, risk nə qədər artıqdırsa sığorta haqqı da bir o qədər artıq olmalıdır”, - deyə Xəyal Məmmədxanlı bildirib.

Xoşagəlməz halların qaçılmazlığı sığortanın vacibliyini hər zaman ön plana çəkir. Məsələnin həlli isə həm sığorta şirkətləri, həm də sahibkarların razılaşmasından asılıdır.

Ramiz Mehdiyev onlara xalça hədiyyə etdi

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb.

"Qafqazinfo"ya daxil olamn məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb.

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılıb.  

Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.

Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir sosial yönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişlənəcəyini diqqətə çatdırıb.

S. Babayevin sözlərinə görə, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə, 30 faiz və ya 29,8 milyon manat çoxdur.

Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.

Image result for qaz çəkiləcəkBu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Bildirilib ki, saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

Bu gün Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə, bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Əli İnsanovun talan etdiyi dövlət mülklərinin — TAM SİYAHISI

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə İnsanov Əli Binnət oğlu tərəfindən mənimsəmə və israf etmə yolu ilə talan edilmiş dövlət əmlakları barədə məlumat açıqlanıb.
"Ölkə.Az" xəbər verir ki, Əli İnsanov tərəfindən mənimsəmə və israf etmə yolu ilə talan edilmiş dövlət əmlaklarının siyahısı aşağıdakı kimidir:

1.Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 6 (Lermontov küçəsi, 121) ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər 15 saylı uşaq poliklinikasının birinci şöbəsinin 354,7 kvadrat metr qeyri-yaşayış sahəsi,

2. Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 6 (Lermontov küçəsi, 121) ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər 15 saylı uşaq poliklinikasının birinci şöbəsinin 38,6 kv.m. qeyri-yaşayış sahəsi;

3.Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 (T.Əliyarbəyov küçəsi, 3) ünvandakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi təchizat idarəsi, Bakı şəhər Apteklər idarəsi, Əczaçılıq və tibb sənayesi, Tibbi texnika istehsalat-ticarət birliklərinin 319,1 kvadrat metr qeyri-yaşayış sahəsi,

4. Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 (T.Əliyarbəyov küçəsi, 3) ünvandakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının 202,9 kvadrat metr qeyri-yaşayış sahəsi,

5. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 52 ünvanındakı Bakı şəhəri, Endokrinoloji dispanserinin 76,8 kvadrat metr qeyri-yaşayış sahəsi,

6. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 23 ünvanındakı Respublika Endokrinoloji Dispanserin 378 kvadrat metr qeyri-yaşayış sahəsi,

7. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 25/14-cü məhəllədəki Elmi-Tədqiqat Ağ ciyər xəstəlikləri institutunun 123,5 kvadrat metr qeyri-yaşayış sahəsi,

8. Bakı şəhəri, Yasamal rayonu, H.Hacıyev küçəsi, 12 ünvanındakı Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı stomatoloji poliklinikasının yerləşdiyi 610,8 kvadrat metr qeyri-yaşayış sahəsi,

9. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 30 ünvanındakı 3 saylı uşaq poliklinikasının bir hissəsinin yerləşdiyi 53,8 kvadrat metr qeyri-yaşayış sahəsi,

10. Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi, 1 ünvanında yerləşən Bakı şəhər 1 saylı kliniki şəhər xəstəxanasının 522,8 kvadrat metr qeyri-yaşayış və 4.203,9 kvadrat metr torpaq sahələri,

11. Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 14 (Nizami 99) ünvanında yerləşən 1 saylı uşaq stomatoloji poliklinikasının 221,8 kvadrat metr qeyri-yaşayış sahəsi,

12. Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 8-dəki Respublika Gigiyena və Epidemiologiya mərkəzinin immunologiya və bakteriologiya laboratoriyasının yerləşdiyi 156,8 kvadrat metr qeyri-yaşayış sahəsi,

13. Bakı şəhəri, Nərimanov rayonu, Musabəyov küçəsi, 1 ünvanındakı 519,4 kvadrat metr qeyri-yaşayış və 2.099,4 kvadrat metr torpaq sahələri,

14. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 77 ünvanda yerləşən H.Qasımov adına 1 saylı doğum evinin 1.583,3 kvadrat metr qeyri-yaşayış və 6.680,6 kvadrat metr torpaq sahələri,

15. Bakı şəhəri, Nəsimi rayonu, Azərbaycan prospekti, 42 ünvanda yerləşən 3 saylı uşaq klinik xəstəxanasının ikinci korpusunun 1.241,0 kvadrat metr qeyri-yaşayış və 1.969,7 kvadrat metr torpaq sahələri,

16. Bakı şəhəri, Səbail rayonu N.Rəfibəyli küçəsi 25-də yerləşən 1 №-li aptekinin 281,7 kvadrat metr qeyri-yaşayış sahəsi,
17. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 76 ünvanında yerləşən V.Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika İnstitutunun Tibbi Parazitologiya Klinikasının 702,2 kvadrat metr qeyri-yaşayış, 1.008,7 kvadrat metr torpaq sahələri,

18. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821,7 kvadrat metr qeyri-yaşayış sahəsi,

19. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi,

20. Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri,

21. Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, 114 ünvanındakı Respublika Xalq Təbabəti Mərkəzinin yerləşdiyi 894,4 kvadrat metr qeyri-yaşayış sahəsi,

22. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri-yaşayış sahəsi,

23. M.Əliyev adına təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bül-bül prospekti 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi,

24. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi,

25. Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 3 saylı ünvanda yerləşən 20 №-li uşaq poliklinikasının 85,1 kvadrat metr qeyri-yaşayış sahəsi,

26. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 56/57 «B» saylı ünvandakı Respublika Tüklərin Müalicə Mərkəzinin yerləşdiyi 117,2 kvadrat metr qeyri-yaşayış sahəsi,

27. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3165-ci məhəllədə yerləşən Ə.Əliyev adına Dövlət həkimləri təkmilləşdirmə institutunun 98,5 kvadrat metr qeyri-yaşayış və 483,3 kvadrat metr torpaq sahəsi,

28. Sumqayıt şəhəri 40-cı məhəllədə yerləşən 2 №-li doğum evinin 691,3 kvadrat metr qeyri-yaşayış sahəsi,

29. Bakı şəhəri, Xətai rayonu, M.Salmanlı küçəsi 19 №-li ünvanda yerləşən M.Əfəndiyev adına 2 nömrəli xəstəxanasının 245,8 kvadrat metr qeyri-yaşayış sahəsi,

30. Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 79 saylı ünvanda yerləşən Bakı şəhər səhiyyə şöbəsinin inzibati binasının 83,3 kvadrat metr qeyri-yaşayış sahəsi,

31. Bakı şəhəri, Nəsimi rayonu A.Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadrat metr qeyri-yaşayış və 244,8 kvadrat metr torpaq sahəsi,

32. Bakı şəhəri, Yasamal rayonu,Şərifzadə küçəsi, 196 saylı ünvanda yerləşən M.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunun 25,8 kvadrat metr qeyri-yaşayış və 3608 kvadrat metr torpaq sahəsi,

33. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, 5-də yerləşən Əczaçılıq və tibb sənayesi birliyinin təchizat bazasının 2.034,1 kvadrat metr qeyri-yaşayış və 13.382.2 kvadrat metr torpaq sahələri.
AAAF Park-dan daha bir şikayət

AAAF Park Yaşayış Kompleksinin sakinləri bu dəfə istilik sistemindən şikayətçidir. Sakinlər “Qafqazinfo”ya müraciətində bildirib ki, kompleksdə işıq və qazla bağlı problemlər olsa da, ötən il istilik təmin olunub. Ancaq bu ildən etibarən istiliyin verilməsi də dayandırılıb. Binalarda qaz olmadığından, işıq da fasilələrlə verildiyindən sakinlər evləri qızdırmaq üçün alternativ vasitə tapa bilmirlər.

“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kompleksin qış mövsümünə kimi qazlaşdırılması planlaşdırıldığından istiliyin verilməsinin dayandırılması qərarı verilib:

“İstilik əvvəlcədən də alternativ bir variant kimi düşünülmüşdü. Məqsəd qazın verilişi təmin olunana qədər sakinlərə qış mövsümündə xidmət etmək idi.

Ancaq sakinlərin bir çoxu istilik enerjisi borcunu ödəməkdən boyun qaçırıb. AAAF Holdinq olaraq dəfələrlə bu şəxsləri qaz, işıq, istilik və digər komunal ödənişlərini vaxtı-vaxtında edərək digər sakinlərə həmin xidmətləri göstərməyə yardımçı olmalarını istəmişik. Ancaq bu problem hələ də öz həllini tapmayıb. Hazırda sakinlərin ödəməli olduğu 600 min manata yaxın borc yaranıb. Qeyd olunan rəqəm heç də kiçik deyil və ödənilməsi asan olmur. Hazırda biz bu borcu da hissə-hissə ödəyir, azaldılaraq bitirilməsi üçün çalışır, eyni zamanda, Kompleksimizin qaz təminatı ilə bağlı problemlərini ən qısa zamanda həllinə çalışırıq.
Kompleksin bir sıra küçələrində qaz təminatı uzun müddətdir var. Digərlərində də bu işləri aparırıq. Məsələn, 12 saylı küçədə və B kompleksində sayğaclaşma başa çatıb, qazın açılışı üçün bütün sənədlər təqdim edilib, “Azəriqaz” QSC tərəfindən verilişi gözləyirik. Eyni zamanda, 21 və 26 saylı küçələrdə sayğaclaşma və sənədləşmə işləri bitmək üzrədir. Digər küçələrdə də eyni işlər fasiləsiz şəkildə aparılır. Biz ilin sonuna qədər ən azından sayğaclaşma işini başa çatdıraraq müvafiq sənədləri təqdim etmək üçün çalışırıq”. 

K. Məstəliyevin sözlərinə görə, ay sonuna kimi Kompleksin işıqla bağlı problemi birdəfəlik həllini tapacaq:

“Elektrik enerjisinin verilişində yaranan problemlərin həlli üçün şirkətimizlə dövlətin müvafiq orqanları arasında təhvil-təslim prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu işlərin başa çatdırılması planlaşdırılır. “Azerenerji” ASC Xırdalan şəhərində yeni yarımstansiyanın istismara verməyi və Kompleksimizin bu yarımstansiyaya qoşulması planlaşdırılır. Bununla yanaşı, biz, şirkət olaraq 7 km-dən çox daxili xətləri, həmçinin ərazidə yerləşən iki daxili kiçik yarımstansiyanı da yeniləyirik və bu proses ən qısa zamanda – bir neçə gün ərzində başa çatdırılacaq. Yəni, Kompleksdə işıq problemi bu ayın sonuna kimi kökündən həll olunacaq”.
Qeyd edək ki, ötən gün də Kompleksdə elektrik verilişində problem yarandığı üçün sakinlər redaksiyamıza müraciət ünvanlamışdı.

“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar”

“Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. 

Bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir:

“Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqdan bütün əsəblərimiz korlanır. Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin. Hər an insanların ölüm təhlükəsi var, buna səssiz qalmaq olmaz”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, şikayət əsasında hazırda araşdırma aparılır. Marşrut xətti üzrə daşıyıcı şirkət mərkəzə çağırılaraq ona sərnişinləri narahat edən məqamlarla bağlı xəbərdarlıq ediləcək.