![]() |
![]() |
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Axar.az xəbər verir ki, 2021-ci il ərzində uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.
Belə ki, ötən il oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1624 uşağa qoyulub.
Beləliklə, Əli adı il boyu uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.
Bundan əlavə, doğumu qeydə alınmış oğlan cinsindən olanlardan 1548-nə Yusif, 1505-nə Hüseyn, 1486-na Uğur, 1098-nə Məhəmməd, 980-nə Ömər, 868-nə Murad, 741-nə Raul, 705-nə Tunar və 696-na isə Ayxan adı verilib.
Həmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Ötən il ərzində bu ad 1625 uşağa verilib.
Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1275-nə Zeynəb, 1217-nə Məryəm, 1160-na Fatimə, 1154-nə Aylin, 1105-nə Mələk, 987-nə Nilay, 927-nə Nuray, 813-nə İnci və 750-nə isə Mədinə adı qoyulub.
Beləliklə, 2021-ci il ərzində uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.
2022-ci ilin ilk gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 1-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.
Axar.az xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.
Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.
Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.
Bayram günlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixlərində hərəkətdə olacaq qatarların siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz:
https://ticket.ady.az/?fbclid=IwAR2sljvFmIqhHzvxSVNtbaMvLWIJxJhxNc0ZWCGbvSGmKxzmAdOlRh368Hw
Bakıda 19 yaşlı qız itkin düşüb.
“Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adları onların xidmət keçdiyi müvafiq qurumlar tərəfindən veriləcək”.
Gürcüstan parlamenti növbədənkənar iclasında birinci oxunuşda taksilərdə, su nəqliyyatında və şəxsi nəqliyyat vasitələrində yetkinlik yaşına çatmayanların yanında siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketini qəbul edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam bazarında araşdırmaya başlayıb.
Paytaxtın Binəqədi rayonu, Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyinin ərazisində antisanitar vəziyyət hökm sürür.