Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

Axar.az Report-a istinadən xəbər veri ki, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.

Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı “Şevrolet Kruz” markalı avtomobil yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, polis mayoru F.Cəfərov Yevlax Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəza işdən evə gedən zaman baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı təsdiqləyiblər.

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərova hökm oxunub və onlar 7 il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlu və həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə A.Novruzov və M.Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb ediblər.

İbtidai istintaq zamanı onlara Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçillib.

Baş verən istənilən föqəladə hallarla bağlı vətəndaşlar məhz bu nömrəyə zəng vururlar. "112" qaynar xəttinə  24 saat ərzində gələn müraciətlər qəbul edilir və aidiyyəti üzrə yönləndirilir.

Ardını oxu...

Mart ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyi,temperaturun tədricən yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, birinci ongünlüyün ortalarında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var. Mart ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir. (norma 20-27 mm)

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 42-52 mm) .

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 16-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 mm).

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Azərsu ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı"na uyğun olaraq Goranboy rayonunun Qazanbulaq qəsəbəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir.

Qurumdan Axar.az-a verilən məlumata görə, bu qəsəbədə mərkəzləşdirilmiş içməli su təchizatı sistemi mövcud olmayıb, əhalinin çəkdiyi tikinti normalarına uyğun olmayaraq çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir, su itkilərinə səbəb olub.

Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sisteminin yharadılması məqsədilə yeni layihə hazırlanıb və icrasına başlanıb. “Azərsu”yun daxili imkanları hesabına icra olunan layihə çərçivəsində 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılacaq, 196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla da su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işlərini səhmdar cəmiyyətinin 7 saylı Regional Sukanal İdarəsi həyata keçirir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 7 saylı Regional Sukanal İdarəsinin rəisi Xəqani Vəliyev layihənin icrası ilə yerində tanış olublar. İşlərin keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı və operativ surətdə həlli ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.

“Artıq 28 km-lik yolun 17 km-i çəkilib, Həkəri çayının üzərində bir körpü tikilib”, - deyə o qeyd edib.