![]() |
![]() |
Dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Axar.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə Səhiyyə Nazirliyi və TƏBİB ilə koordinasiyalı iş təşkil edilib.
Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.
"Azərbaycan Ordusunda COVID-19 əleyhinə birinci doza üzrə 88 %, ikinci doza üzrə 72 %, üçüncü doza üzrə isə 8 % hərbi qulluqçuya peyvəndin vurulması təşkil olunub. Qeydə alınmış hər bir COVID-19-a yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinə və dezinfeksiya işləri aparılıb", - o vurğulayıb.
Azərbaycanda il ərzində televiziya və radio kanallarının efirinin monitorinqi aparılıb.
Axar.az xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarxli Fərmanına uyğun olaraq Dövlət Dili Komissiyasının Monitorinq Mərkəzi ilə əməkdaşlıq qurulub.
Monitorinqin aparılması ilə bağlı Şura Mərkəzi zəruri yayım materialları ilə təmin edib. Monitorinqin nəticələri dərc ediləndən sonra bu sahədə Şura Mərkəz ilə əməkdaşlığını davam etdirəcək.
Tovuz rayonunun Aşağı Mülkülü kəndində tonlarla soğan həyətlərdə qalıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, təsərrüfat sahibləri ötən il bir kiloqramını 30-40 qəpiyə satdıqları soğanı indi 20-25 qəpiyə də sata bilmirlər. Ötən ilə nisbətən qiymətlərdə kəskin azalma müşahidə olunur. Kənd sakinləri deyirlər ki, hazırda soğanın alış üçün təklif olunan qiyməti heç məhsulun yetişməsi üçün sərf olunan vəsaiti belə ödəmir.
Bu kəndin əsas məşğuliyyəti əkinçilikdir. Burada əkin üçün xüsusilə də soğan və sarımsağa üstünlük verilir. İndiyədək iki dəfə xarab olan soğan bir neçə dəfə seçilib və tonlarla məhsul zibilə atılıb. Hazırda bir sahibkarın 50-200 ton arası soğanı məhv olmaq üzrədir.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, kütləvi tərəvəz əkini ilə məşğul olan əksər sahibkarlar bazarın tələbatını və ya qiymət tendensiyasını zamanında və düzgün müəyyən edə bilmədikləri üçün çox vaxt bu vəziyyətlə üzləşirlər. Yerli bazarlarda soğanın qiymətinə gəldikdə isə, bir kiloqramı 30 qəpiyə satılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı əlaqədar 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günləri olsa da, polis əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Axar.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
O bildirib ki, bayram günlərində vətəndaşların boş vaxtlarının digər günlərə nisbətən daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, eləcə də nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə BDYPİ-nin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri qeyri-iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:
“Nəqliyyat vasitələrinin texniki sazlığı yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərən amillərdən biridir. Təəssüf ki, tez-tez eşitdiyimiz yol qəzaları bəzən də avtomobillərin nasazlığı ucbatından baş verir. Ona görə nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması hər şeydən əvvəl özümüzə lazımdır. Odur ki, avtomobil sahibləri və sürücülər münasib vaxtdan yararlanıb nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”.
Paytaxtda Yeni il hazırlıqları, demək olar, tamamlanıb. Şəhərin əksər yerlərində şam ağacları bəzədilib. Lakin Yeni ilin əsas simvollarından olan Şaxta baba və Qar qız nədənsə gözə dəymir. Bu isə ən çox balacaları məyus edir.
Axar.az xəbər verir ki, Yeni il personajlarını canlandıran şəxslər artıq evlərdə və restoranlarda təşkil olunan şənliklərə üz tuturlar. Bunun səbəbi sözgüdən personajların parklardan yetəri qədər qazanc əldə edə bilməmələridir.
Bakı Şəhər İcra Hakimiyyətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Şaxta baba və Qar qız olmaq üçün BİH-də qeydiyyatdan keçmək lazımdır. Bunun üçün isə 60 manat məbləğində rüsum ödənilməlidir.
Qeyd edilib ki, hələ də Şaxta baba və Qar qız olmaq üçün BİH-yə müraciət edən olmayıb.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasaən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti olacaq. Gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində magistral yollardakı vəziyyət barədə məlumat yayıb.