![]() |
![]() |
Təhsil naziri Emin Əmrullayev məktəblərdə qeydə alınan neqativ hallarla bağlı məsələlərə münasibət bildirib.
Azərbaycan tamaşaçısı “Eurovisionjunior” müsabiqəsində erməni müğənniyə səs verməyə çağırılıb.
Kult.az xəbər verir ki, Stronghayastan adlı istifadəçi Tvitter səhifəsində Azərbaycan dilində yazdığı tvitdə Azərbaycan tamaşaçılarını erməni təmsilçisinə səs verməyə çağırıb.
“Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun “O günlərdən biri” adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!”, - istifadəçi yazıb.
Dekabrın 19-da İslamabadda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) xarici işlər nazirlərinin növbədənkənar görüşü keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə danışan Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tədbirdə Əfqanıstandakı humanitar böhranla bağlı məsələlərin müzakirə olunacağını deyib.
Görüşdə xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.
Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsi dövlətlərə yaşamaq hüququnu qorumaq öhdəliyi qoyur. Azad olunmuş Azərbaycan torpaqlarına mina basdırmış Ermənistan ordusu hökumətin bir qanadı sayılır və Ermənsitan hökumətini təmsil edir. Ermənsitan da qeyd etdiyim konvensiyanın ikinci maddəsinə əsasən mülki şəxslərin həyatlarını itirməməsi üçün müvafiq tədbirlər görməlidir, həmin ərazilərin xəritələri Azərbaycana verilməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
F.Mehdiyev qeyd edib ki, hazırda da Ermənistanın Avropa Konvesniyasının ikinci maddəsinə dair öhdəliyi qüvvədədir:
“Hərbi zərurət olan hallarda insan hüquqlarına dair bəzi məsələlərə fərqli yanaşmaq olur. Amma Ermənistan həmin ərazilərdən çıxıb, müqaviləyə də imza atıb. Ermənistan həmin torpaqlarda öz əlləri ilə təhlükə mənbəyi yerləşdirib. Bu səbəbdən orda həyatını itirmiş və yaxud da şikəst olan hər bir şəxsə görə Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır”.
F.Mehdiyev qeyd edib ki, azad olunmuş ərazilərdə minaya düşüb şikəst olan insanların özü, ya da həlak olanların ailə üzvləri Ermənistanı dərhal Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməlidir:
“Mina xəritələrini verməyən Ermənistanla bu ölüm/şikəstqalma halları arasında birbaşa səbəbli əlaqə mövcuddur. Hökumət bu şikayətlərin verilməsində köməklik göstərsəydi, yaxşı olardı”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Axar.az xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərlərinə tapşırıqlar verildiyini deyib.
O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzulanan deyil:
"Təbii ki, valideynlərin hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər".
Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müvafiq inşaat işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü kilometrindən götürən və 7,3 kilometr uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1.4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.
Pirəkəşkül avtomobil yolu iki hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Yenidənqurma işlərinə uyğun olaraq köhnə örtük sökülüb, yol yatağının yararsız qruntu qazılaraq çıxarılaraq, əks dolğu işləri aparılıb yeni yol yatağı inşa olunub. Bu işlərin ardınca yol əsasının inşasına başlanılıb.
Layihəyə uyğun olaraq Pirəkəşkül yolunun 1-ci kilometrində yerləşən 42 metr uzunluğa malik mövcud avtomobil körpüsünün əsaslı şəkildə təmiri də artıq son mərhələdə davam etdirilir.
Layihə boyu istismar müddətini bitirmiş müxtəlif diametrli suötürücü borular yenilənib, boruların bəzilərinin sökülərək yenidən tikilib, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətə salınıb.
Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə start verilib, əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla yeni asfalt-beton örtüyü döşənir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.