Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında yağıntı intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta təşkil edib.

Xama yağlı süd məhsuludur. Onu uşaqlar da çox sevir, kalorilidir, kökəldir. Lakin uşaqlar və böyüklər arasında elə qruplar var ki, onlara xama olmaz.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, rusiyalı nutrisioloq Olqa Kovinenko xamanın kimlərə zərərli ola biləcəyini açıqlayıb.

“1,5 yaşa kimi körpələrə ümumiyyətlə xama vermək olmaz. Qaraciyər, öd kisəsi, mədə qastriti problemi olanlar yağsız xamadan çox az yeməlidir. 1 yaşa kimi uşaqların həzm sistemi bu tərkibdə qidanı normal həzm etmək üçün hazır deyil.

Piylənməsi olanlar da xama ilə ehtiyatlı olmalıdır. Öd kisəsi daşları, durğunluq və qaraciyər piylənməsində də xama yemək olmaz”, - Kovinenko qeyd edib.