Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı "Zəfər yolu” və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

“23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

"Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur. Amma yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur", - A. Nəcəfli bildirib.

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Ardını oxu...

Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur.

Axar.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində əksini tapıb.

"Belə ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir", - məlumatda vurğulanıb.

Bu gün saat 19:59–da Azərbaycana qış gəlib.

Bu barədə Axar.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Bu gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Ələddin Kərimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Ardını oxu...