![]() |
![]() |
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.
Bu barədə Axar.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ-ın Dövlət katibi Antoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ-ın müdafiə katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.
E.Blinken çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini vurğulayıb. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.
S.Pauver Novruz proqramını təşkil edən səfirliklərə təşəkkürünü bildirərək ABŞ və Novruzun qeyd edildiyi digər regionlara öz təbriklərini çatdırıb. O, qarşılaşdığımız çətin zamanlarda Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi birgə dəyərlərə səslədiyini qeyd edib.
R.Zimmerman ABŞ-ın müdafi katibi Lloyd Ostinin adından Novruz təbriklərini çatdıraraq bu il region ölkələri ilə diplomatik və müdafiə sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkib, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində töhvələri yüksək qiymətləndirib. O, 20 il ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirib. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu bildirib.
Q.Miks baharın ilk günü hesab edilən Novruzun birgə məram və dəyərləri birləşdirdiyini, sülh və həmrəyliyə səslədiyini vurğulayıb. O, ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri qismində qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün birlik və tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Daha sonra Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirləri, Qazaxıstan və Türkiyənin səfir müavinləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırıblar.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Novruz bayramının təbiətin, insanların, fikirlərin yenilənmə zamanı olduğunu bildirərək ölkəmizdə bu dəyərin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir Prezident İlham Əliyevdən sitat gətirərək Novruz bayramının Azərbaycan xalqının dünya görüşü, gələcəyə nikbinliyi və milli birliyinin təcəssümü olduğunu bildirib. O, Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümündə bu xüsusi bayramın qardaş dövlətlərlə birlikdə keçirilməsinin əhəmiyyətini qeyd edib, daha yaxşı gələcək üçün Novruz dəyərlərinin təcəssüm etdirən əməkdaşlığın güclənəcəyinə əminlik ifadə edib.
Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən Novruz bayramı münasibətilə hazırlanan xüsusi videoreportajlar yayımlanıb. Azərbaycanın tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə rəhbərlik etdiyi “Şur Trio” qrupu ilə birlikdə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa edib.
Novruz tədbirini ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləyib. Tədbirdən sonra ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilib.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Axar.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.
Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədədi üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Dəyişikliklərə əsasən qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib.
Dəyişikiklərlə həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.
Qərar 30 gün sonra qüvvəyə minəcək.
Azərbaycanda martın 14-ə gözlənilən hava şəraiti açıqlanıb.
Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq.
Bakıda və Abşeron yarımadasında martın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.
Azercell Telekom MMC abunəçilərini Vatsap tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən “Azercell” mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.
Axar.az xəbər verir ki, bu sözlər "Azercell”in yaydığı açıqlamada qeyd olunub.
“Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin “Azercell”ə heç bir aidiyyatı yoxdur.
Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün “Azercell” mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir.
Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.
Rusiyada martın ilk həftəsində şəkər, elektrik malları və məişət texnikası kəskin bahalaşıb.
Axar.az xəbər verir ki, bu barədə faktı “İctimai Rəy” Fondunun sorğusu üzə çıxarıb.
Sorğu məlumatlarına əsasən, respondentlərin 31%-i çörəyin, 36%-i südün, 34%-i yumurtanın, 38%-i ətin və quş ətinin qiymətlərinin artdığını qeyd edib. Respondentlərin 44%-i şəkərin qiymətinin artmasına da diqqət çəkib.
Daha 29% sorğu iştirakçısı elektrik mallarının və məişət cihazlarının qiymətlərində artım olduğunu bildirib.
Bu ilin yanvar-fevral ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 80,4 %-i, yəni 1 milyon 941 min 339 abonent təbii qazdan aşağı tariflə istifadə edib.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 19,6 %-ini, yəni 474 min 164 abonent təşkil edir.
Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.
Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:
- 1 200 m3-dək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,
- 1 200-2 500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,
- 2 500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.
Bu proses Tarif Şurasının 2021-ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.
Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub.
Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur.
Üçpilləli limitin ilkin pilləsi 1 200 kubmetr təyin olunub.
Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kubmetri 10 qəpikdən ödənilən illik limit 2 200 kubmetr idi.