Yaşayış binalarında fərdi istlik sistemlərindən, yəni kombilərdən istifadə ətraf mühitin çirklənməsi, eləcə də əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur. Ona görə də binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır.

Ardını oxu...

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onları həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı və diqqətli olmağa çağırır.

Ardını oxu...

Xarici dillərdən Azərbaycan dilinə keçən sözlərin transliterasiya qaydaları hazırlanmayıb. Bu cür sözlərin hazırda Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur. Çünki burada müxtəlif və qarışıq məsələlər mövcuddur.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru İlham Tahirov deyib.

Onun sözlərinə görə, başqa dillərdən Azərbaycan dilinə keçən sözlərin hazırda yazdığımız forması təsdiqlənmiş standart deyil:

"Bu, sadəcə olaraq indiyə qədər mövcud olmuş bir ənənədir. Misal üçün, indiyə qədər ənənə necə olubsa, ona uyğun olaraq, "New York" sözünü "Nyu-York", "Washington" sözünü isə "Vaşinqton" kimi yazmaq lazımdır. Ona görə də bu kimi sözlər standartlar hazırlanıb təsdiq olunana qədər ənənəyə uyğun formada yazılmalıdır".

Şöbə müdiri həmçinin qeyd edib ki, istənilən başqa dildən Azərbaycan dilinə keçən şəxs adlarının rəsmi təsdiq olunmuş şəkildə transliterasiya qaydaları yoxdur:

"Amma ənənəvi qayda odur ki, xaricdən dilimizə keçən və ya istifadə olunan sözlər və adlar dilimizin qaydalarına uyğunlaşdırılmalıdır. Misal üçün, "Yıldırım" sözü "İldırım", "devlet" "dövlət" kimi yazılmalıdır. Xaricdən dilimizə keçən adlar dilimizə uyğunlaşdırılmış formada yazılmalıdır".

Filologiya üzrə elmlər doktoru bildirib ki, başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı standartlar hazırlanmalıdır:

"Düşünürəm ki, növbəti mərhələdə bu məsələ üzərində də iş aparılmalıdır. Standartlar hazırlanacağı təqdirdə yekunda Nazirlər Kabinetə göndəriləcək".

Sudan istifadə ilə bağlı yeni qaydaların şərhi ilə bağlı yaranmış anlaşılmazlıqlarla əlaqədar bildiririk ki, sözügedən Qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.

Ardını oxu...

Türk Dövlətləri Təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Axar.az xəbər verir ki, bu barədə Təşkilatın Tvitter səhifəsində qeyd olunub:

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birlikdə soyqırımı qurbanlarını yad edir və bir daha bildiririk ki, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.