![]() |
![]() |
İcbari Tibbi Sığorta sahəsində bir sıra vacib dəyişikliklər ediləcək.
Belə ki, İcbari Tibbi Sığorta haqqı öncədən müəyyən edilən 120 manatdan 90 manata endiriləcək. Bundan əlavə özəl sektorda çalışanların maaşından icbari tibbi sığorta üçün tutulacaq məbləğ 2 faizdən 1 faizə düşəcək.
Yeni təkliflərin qısa zamanda milli məclisdə qəbul edilərək təsdiqlənəcəyi gözlənilir.
İcbari Tibbi Sığorta ilə bağlı öncədən müəyyən edilmiş maliyyə göstəricilərində vətəndaşların xeyrinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət başçısının təşəbbüsü ilə milli məclisin səhiyyə komitəsində müzakirə edilib və plenar iclasa tövsiyyə olunub.
Bu barədə Xəzər Xəbərə danışan komitənin sədr müavini Musa Quliyev icbari tibbi sığorta üçün tələb olunan minimal məbləğin öncəki ilə müqayisədə 30 manat azaldıldığını bildirib.
Millət vəkilinin sözlərinə görə, ediləcək ən önəmli dəyişikliklərdən biri isə özəl sektorda çalışan işçilərin maaşlarından tutulmaların öncəki məbləğlə müqayisədə azadılmasıdır.
Musa Quliyev bildirir ki, vətəndaşların alacağı xidmətlər zərfində də dəyişikliklər ediləcək. Belə ki, öncədən qəbul edilən qaydalara əsasən icbari tibbi sığorta üçün hazırlanan baza zərfi ilə əlavə zərfdə olan xidmətlər birləşdiriləcək.
Millət vəkilinin sözlərinə görə iqtisadi fəal, ancaq vergi-sığorta münasibətlərində iştirak etməyən bölgələrdəki fermer təsərrüfatı ilə məşğul olan şəxslər də 2023-cü ilə qədər dövlət hesabına icbari tibbi sığorta ilə təmin ediləcəklər.
Musa Quliyev bildirir ki, dəyişikliklərdən sonra icbari tibbi sığorta büdcəsi 2 milyard manat olacaq ki, bu da tibbi xidmətlərin keyfiyyətinin kifayət qədər yüksəlməsində özünü göstərəcək. Qeyd edilən dəyişikliklərin milli məclisin növbəti plenar iclasında səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti aldığı qaza görə “Azəriqaz” İstehsalat Birliyinə (İB) olan 29 milyon manat borcu hələ ödəməyib.
Bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, borc məbləği hələ də qalmaqdadır: “Borc hələ ödənilməyib. Sadəcə olaraq, biz əhalinin istilik sistemi ilə təmin edilməsi üçün yenidən qazın açılışını bərpa etdik. “Azəistiliktəchizat” iddia edir ki, əhaliyə istilik sisteminin verilməsində qiymət ucuz olduğu üçün onlar həmin məbləği ödəyə bilmirlər. Yəni onlar əhalidən istilik sisteminə görə ödənişləri alır, amma bu, qazın ödənişinə çatmır. İndiyə qədər bizdən aldığı borcun 30 faizini ödəyə bilməyib. Biz isə aldığımız qazın məbləğini Azərbaycan Dövlət Neft Şirkətinin digər qurumuna tam ödəyirik. Bizim ödəmələr tam şəkildə həyata keçir”. /trend/
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) "Ölkə.Az"a verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Bakı şəhəri üzrə eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Qeydiyyat və sənəd qəbulu dekabrın 20-dək (yalnız iş günləri saat 09:00-dan 12:00-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılacaq.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
Qeyd edək ki, eksternat imtahanlarına gələrkən şəxsiyyət vəsiqəsinin əslinin təqdim olunması vacibdir. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin vəzifələri artırılıb.
Minval.info APA-ya istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb.
Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.
Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyasının 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmayıb.
Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə öz sərt mövqe bildirib.
“Minval.info” xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan sabiq sabiq deputat məsələyə aydınlıq gətirib.
“Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəz görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi. Bunu başqa kontekstə salmaq boş söhbətdir. Mən özüm müharibə veteranıyam. Müharibə veteranı heç vaxt döyüşlərdə iştirak edən qadına, ümumiyyətlə Azərbaycan qadınına artıq bir söz deməz. Hələ indiyə qədər döyüşlərdə iştirak edən qadınlar barəsində mənim bir dənə də olsun, mənfi fikrim olmayıb. Amma Xanım Xəlilovanın məhz həmin dəstəsindən olan qadınlar bizi təhqir edir, kişi söyüşləri söyürdülər. Söhbət bundan gedir. İndi kimlərsə özlərinə sərf edən kontekstdə çıxardıb. Hələ ağlımı o qədər itirməmişəm ki, səfeh fikirləri gündəmə gətirim”, – deyə Cümşüd Nuriyev bildirib.
Sabiq deputat hüquq müdafiəçisi Novella Cəfəroğlunun ona qarşı səsləndiridyi sərt fikirlərə də münasibət bildirib: “Bu cür xırda şeyləri böyütməsinlər. Bir daha qeyd edirəm ki, söhbət mayın 15-də parlamentin şüşələrini sındıran, içəri girib deputatları kişi söyüşü ilə söyüb, onların qalstuklarından dartıb, yaxasını cıran bir neçə qadından söhbət gedir. Onların arasında bir dənə də olsun, ziyalı yox idi. Özünə hörmət edən qadın heç vaxt kişi söyüşü söyməz. Həmin qadınların ikisi Kənd Təsərrüfatı Nazirliyində mənim işçim olub. Həmin qadınların əlindən hər kəs dad edirdilər. İndi məsələni bu kontekstə çəkmək alınmayacaq. Dünya dağılsa da mən qazi qadınlar haqqında o cür ifadələr səsləndirmərəm. Azərbaycan qadınına, xüsusən də ziyalılara mənim böyük hörmətim var. Bir daha xatırladıram ki, özüm Qarabağ müharibəsi veteranıyam. Biz çalışırdıq ki, yanımızdakı qadınları, ana-bacılarımızı qoruyaq. Biz onlarla həm qürur duyurduq, həm də daha qeyrətlə vuruşurduq”.
Cümşüd Nuriyev müsahibəsindəki “ərsiz qadınlar” ifadəsinə də aydınlıq gətirib: “Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara dur deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm.Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm”.