Son xəbərlər

2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlandıAzərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

"Ölkə.Az" bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

İki vəzifəli şəxs işdən çıxarıldıNaxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

"Ölkə.Az" APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Ali Məclis sədrinin digər sərəncamı ilə Mirsədr Seyidov isə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilib.

Vətəndaşlar görüşə getdiMəlum olduğu kimi, Prezidentin tapşırığına əsasən nazir və komitə sədrləri, eləcə də dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb, onların problemlərini dinləyirlər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova da görüş vaxtı təyin olunsa da, nazir vətəndaşları qəbul etmir.

"Ölkə.Az" xəbər verir ki Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən Unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.

Belə ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyul tarixində baş tutub. K.Heydərovun əhali ilə sonuncu görüşü də elə o olub. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbul etmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib. Belə çıxır ki, fövqəlnazir Prezidentin tapşırıqlarına əməl etməyərək, 3 aydır ki, vətəndaşlarla görüşüb, onların problemlərini dinləmir. 

Onları tənqid edənlərə cavab verdilər

Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki təmsilçisi Fəzail İbrahimli mətbuatda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirləri tənqid edib.

"Qafqazinfo" xəbər verir ki, deputat bunun kökündən yanlış olduğunu vurğulayıb:

“Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil. Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üçün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yanlışdır. Burada kifayət qədər intellektual insanlar var”.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də çıxışında Fəzail İbrahimlinin fikirlərini dəstəkləyib. Parlamentin zəiflik səbəbindən deyil, ölkədə aparılan islahatlarla bağlı buraxılmalı olduğunu nəzərə çatdırıb.

Bitərəf deputat Elmira Axundova çıxışında parlamentin buraxılmasına prinsip etibarilə qərara qarşı olmadığını bildirib:

“Lakin bəzi KİV-lər bu qərarı sensasion qərar kimi təqdim etdilər. Hətta bəzi saytda dərhal “Parlament prezidentə mane olur” başlıqlı yazı təqdim olundu və yazıda təhqiredici ifadələr yer aldı. Məncə, bu, dözülməzdir. Biz hərdən parlmentin faəliyyətindən narazı idik. Bildirirdik ki,  parlament müstəqil və çevik olsun. Mən ancaq parlamentə qarşı başlanlan kampaniyanı pisləyirəm”.

***

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, bu təşəbbüs Azərbaycanın uğurudur:

“Çünki Azərbaycanda çoxluğu təşkil edilən partiya parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış edir. Burada yeni islahatçı parlament təşəbbüsü var. Bu təşəbbüsün həm siyasi, həm də hüquqi ağırlığı var. Ölkədə islahatların keçirildiyi vaxtda parlamentin yenilənməsinə ehtiyac var. Artıq problemlərin həlli küçədə olmayacaq, müzakirələrin, siyasi proseslərin ağırlığı, episentri parlamentə keçəcək. Müxalifət partiyaların da mövqeyi odur ki, yeni addım Azərbaycanın yeniləşməsi üçün yol açır. Bu cür qərarın alınması bizim tərəfimizdən də dəstəklənəcək”.

Küləklə bağlı sürücülərəBakı Nəqliyyat Agentliyi küləkli hava ilə əlaqədar sürücü və sərnişinlərə müraciət edib.

BNA-dan "Ölkə.Az"a verilən xəbərə görə, müraciətdə bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir: “Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar.

Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.
Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

Bakıda beşmərtəbəli binaların sökülməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, hələ də proses baş tutmayıb. Evlərinin plana düşəcəyi, söküləcəyi ilə bağlı xəbərlər isə həmin ərazilərdə yaşayan insanların narahatlığına səbəb olur.

Son illərdə Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan əhali qrupu “evimiz plana düşəcək, nəticəsini gözləyirik, görək növbəti mənzilimizi haradan alırıq” kimi sözləri tez-tez işlədir. Söküləcəyi gözlənilən məkanlardan biri də beşmərtəbəli binalardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev mətbuata verdiyi açıqlamasında bildirib ki, beşmərtəbəli binaların sökülməsi və ya təmiri ilə bağlı məsələ Bakının Baş Plan formatında həll olunan məsələ deyil:

“Binaların vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək”.

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən şəhərsalma üzrə ekspert Cahangir Qocayev bildirib ki, binaları sökmək üçün əvvəlcə onun vəziyyəti yoxlanılmalıdır: “İstənilən binanı sökməzdən əvvəl vəziyyəti yoxlanılır. Bərpa etmək mümkün deyilsə, sökülür”.

Müsahibimiz binalar tikiləndə onlar üçün istismar müddəti qoyulmasının doğru olmadığını deyib:

“Bina üçün istismar müddəti min il də ola bilər. İstənilən tikilini sökmək yox, çalışıb bərpa etmək lazımdır. Şəhərsalma elə bir sahədir ki, orda binalar köhnəlmir, əksinə qədimləşir. Binaların yaşı artıqca, dəyəri də artır. Bu tikilililərin hər biri ayrılıqda tədqiq olmalıdır. Binalarla bağlı qərar veriləndə yüz ölçüb, bir biçmək lazımdır. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları həmin binaları yoxlamalıdırlar. Binalar da insan kimidir. Üzdən baxanda deyirsən ki, heç bir problemi yoxdur, amma müayinədən sonra “xəstə” olduğunu görürsən. Müayinədən keçirmədən buldozerin qabağına verib, sökmək olmaz. Beşmərtəbələr yeri gələndə digər hüdürmərtəbəli binalardan da möhkəmdirlər. Müayinə nəticəsində yararsız edilən binalar isə söküləcək. İçərişəhərdə bina var ki, min illərlə yaşı var. Ona görə də konkret hər bina ayrıca tədiqiq olunmalıdır”.

Avtomobil ehtiyyat hissələri alarkən diqqətli olun! - VİDEO
Sürücülər diqqətli olmalıdır

Hazırda avtomobil ehtiyyat hissələri bazarında orjinal detallar bir tərəfə firma məhsulları arasındakı qiymət fərqi də dəfələrlə çoxdur. Hətta fərqli firmalara məxsus eyni detal arasında 5-6 dəfə qiymət fərqi olur. Mütəxəssislər sürücüləri ehtiyyat hissəsi seçərkən həm qəzalardan uzaq olmaq, həm də qənaət etmək üçün diqqətli olmağa çağırır.

Eyni funksiyanı yerinə yetirən avtomobil hissələri arasında qiymət fərqi hətta bəzən 5-6 dəfə olur. Üstəlik bu detalların heç biri orginal olmur. Bu hal isə sürücüləri çaş baş salır. Kimi ucuz detalın keyfiyyətsizliyindən əziyyət çəkir,kimi də qısa müddətlik də olsa avtomobilini saz vəziyyətə gətirdiyi üçün sevinir.

Ehtiyyat hissələri satanların sözlərinə görə adətən ucuz detallar qısa müddətlik dövriyədə olan firmalara məxsus olur.Keyfiyyətli detalla ucuz detal arasında böyük qiymət fərqi olur. Qiymət qalxdıqca keyfiyyət və istifadə müddəti artır.

 

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə hazırda bazarda yaxşı satılan ehtiyyat hissəsi firmalarının da saxtası olduğundan şirkətlərə güvənmək olmur. Buna görə sürücülər diqqətli olmalıdır.

Ustaların sözlərinə görə keyfiyyətsiz ehtiyyat hissəsi sürücünü yolda qoymaqla yanaşı qəzalara da səbəb ola bilər.Ona görə də sürücülər seçim edərkən diqqətli olmalıdır.

 
DYP-dən Gürcüstan nömrəli avtomobillərlə bağlı VACİB AÇIQLAMA - VİDEO
200 minədək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib

Cari ilin 10 ayı ərzində respublikamıza 67 minə yaxın nəqliyyat vasitəsi daxil olub. Bu avtomobilləri idarə edən şəxslər tərəfindən isə bu müddət ərzində 200 mindək inzibati xəta törədilib. Bu barədə Baş Dövlət Yol Polisi idarəsindən bildirilib.Bəs həmin sürücülər daha çox hansı yol hərəkəti qaydalarını pozurlar?

Ölkəyə gətirdikləri xarici nömrəli avtomobil ilə yollarda necə gəldi hərəkət edirlər.Nə sürət həddinə ,nə də ki dayanma və durma qaydalarının tələblərini yerinə yetirirlər.

Son vaxtlar ölkə yollarında xüsusəndə Gürcüstan nömrəli avtomobillərə daha çox rast gəlinir.Yol hərəkəti üzrə ekspert Elməddin Muradlının sözlərinə görə,bu cür sürücülərin ən çox yol verdiyi qayda pozuntusu sürət həddinin aşılması ilə bağlıdır.

 

Elməddin Muradlı deyir ki,hətta bəzi şəxslər var ki, Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olurlar.Bununla bağlı sahibkarlar Yol Polisinə müraciət edərək qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul şəxslərin onların gəlirlərinin azalmasına səbəb olduğunu bildiriblər.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verirlər

Cari ilin 10 ayı ərzində respublikamıza 67 minə yaxın nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib.Bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 mindək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.

 

İndi Bakıda toyların qızğın vaxtıdır və paytaxtda sayı-hesabı bilinməyən şadlıq saraylarından demək olar ki, hər gün toy sədaları yüksəlir.

Əlbətdə, kababsız nə toy və deməli toyxanalardan həm də kabab tüstüsü aləmə bülənd olur. Hərçənd son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaya tüstü buraxan şadlıq sarayları və restoranlarda reydlərə başlayıb. Və təmizləyici qurğusu olmayan, yaxud belə qurğularda filtrlərin təmizlənmədiyi obyektlərdə manqalların istifadəsinə məhdudiyyət qoyulur.

Bu günlərdə nazirlik manqallardan istifadənin qadağan edildiyi bir neçə şadlıq sarayının siyahısını açıqlamışdı, daha sonra təkrar reydlər nəticəsində onlardan üçünə qoyulan qadağa götürüldü, qalanları isə belə çıxırdı ki, qonaqlarına kabab verə bilməyəcək.

Toylarda kabab təkcə şadlıq saraylarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin problemi deyil. Xaricdən dondurulmuş ət idxalının getdikcə artdığı, ölkədə fermer təsərrüfatlarının azaldığı bir vaxtda toylarda kababın hansı ətdən bişirildiyi haqda suallar olub və indi də var.

Çünki Bakıda orta və kasıb təbəqə əsasən menyusu 30-35 manatdan aşağı olan şadlıq saraylarında toy etməyə üstünlük verir. Nəzərə alsaq ki, bazarlarda kabablıq təmiz quzu ətinin kiloqramı 14 manata təklif olunur, bu toyxanalarda ətin mənşəyi məsələsi sual doğurur. Ehtimal oluna bilər ki, toyxana sahibləri yerli ət adı altında xaricdən gətirilmiş, qiyməti və keyfiyyəti dəfələrlə aşağı olan ətdən istifadə edirlər.

Statistik rəqəmlər də bu il ərzində ölkəyə xaricdən ət idxalının artığını təsdiqləyir. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, 2019-cu ilin 10 ayında ölkəyə xaricdən 41 786.38 ton ət idxal olunub. İdxal olunan ətin dəyəri 64 milyon 172 min dollar təşkil edib. Ötən illə müqayisədə idxal olunan ətin çəkisi 2 956.47 ton, məbləği isə 6 milyon 951 min dollar və ya 12,14 faiz artıb.

Bəs iaşə obyektləri əti haradan alırlar? Restoran və şadlıq sarayları fermerlərlə müqavilə bağlayırmı? Bizimyol.info xəbər verir ki, Virtualaz.org ortaya çıxan bu sualları bir neçə şadlıq saraylarına ünvanlayıb.

“Yoxladılar, heç bir problem aşkarlanmadı”

Bir müddət əvvəl adı qidadan kütləvi zəhərlənmə faktı ilə gündəmə gələn “Şahənşah” şadlıq sarayı ilə əlaqə saxladıq. Administrator Zaur Abdullayev çalışdığı restoranda istifadə olunan ət məhsullarının keyfiyyəti ilə bağlı heç bir problem olmadığını deyir. Onun bildirdiyinə görə, Qida Təhlükəsi Agentliyinin mütəxəssisləri yaxın vaxtlarda şadlıq sarayında yoxlama aparıblar və hər hansı problem aşkarlanmayıb.

“Bizim sırf qoyun əti və toyuğun alınması ilə məşğul olan təchizatçımız var, bu işlərə o baxır. Ətin dəqiq haradan alındığını deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, keyfiyyəti yoxlanılır. Qida Təhlükəsizlik Agentliyinin Qida İnstitutu tərəfindən təminat verilən məhsulu istifadə edirik”, Z. Abdullayev deyir.

“Təbrik” şadlıq sarayında isə sualları eşidən kimi kobud reaksiya verdlər. Restoranın özünü təqdim etmək istəməyən əməkdaşı qoyun ətinin Beyləqan və Bərdədən gətirdiyini desə də, hansı formada aldıqlarını, müqavilə bağlayıb bağlamadıqlarını bildirməkdən imtina etdi və telefonu söndürdü.

Qeyd edək ki, bu şadlıq sarayında müştərilərə hətta 24 manatlıq menyü təklif edilir. Onlar bu qiymətin içərisinə təmiz ətdən bişirilmiş yeməkləri, o cümlədən kababları necə yerləşdirirlər, indiki qiymətlər şəraitində bu “əsl möcüzədir”.

“Normal restoran 35 manatdan aşağı menyu hazırlamaz”- administrator

“Xudafərin” şadlıq sarayının administratoru Arif Yusifov isə bildirdi ki, çalışdığı şadlıq restoran əti fermalardan, toyuq isə broyler fabriklərindən alır, yoxlanılır və ondan sonra mətbəxə gəlib çıxır. 50 ilə yaxındır ki, restoran biznesi ilə məşğul olduğunu və bu sahəni dərindən bildiyini deyən administratorun sözlərinə görə, ətin təmiz olmasını restoranın menyu qiyməti göstərir: “Normal şadlıq sarayı heç vaxt 35 manatdan aşağı menyu qiyməti qoymaz. Amma bəzi şadlıq sarayları keyfiyyətsiz, istifadəyə yararsız ətdən istifadə edib aşağı qiymətə menyu təklif edirlər. Məsələn, kabablardan narazılıq ona görə yaranır ki, bəzən lülə kababa xaricdən gətirilmiş quyruq vurulur. Məsələn, bazarda yerli quyruğun qiyməti topdansatışda 8,5 manatdırsa, İrandan gətirilmiş keyfiyyətsiz quyruğun kiloqramı 5,5 manata satılır”.

Administrator deyir ki, ucuz menyu ilə şadlıq sarayına hər gün müştəri cəlb etmək olar. Amma keyfiyyətli ərzaqlardan hazırlanmış qidalar qiyməti onlarla uyğunlaşdırmağı tələb edir: “Mən 1997-c ildə bir müddət tanınmış şadlıq saraylarından birində işləmişəm. O zamankı pulla menyu qiyməti 30 min manat idi. Üç ay hər gün toy sifarişimiz oldu, amma heç nə qazana bilmədik. Başa düşdüm ki, ya ərzağın keyfiyyətinə fikir verməyib ucuz menyu qoymalısan, ya da qiyməti qaldırmalısan. Növbəti aydan menyu qiymətini 40 min manata qaldırdıq. Ay ərzində cəmi 17 toyumuz olurdu, amma əvvəlkindən daha çox qazanırdıq. Bizdə hər şey şəffafdır, gəlib çəkə də bilərsiniz”, – həmsöhbətimiz deyir.

“Çıraq Palace” şadlıq sarayından da toylarda istifadə olunan mal və qoyun ətinin rayonlardan gətirildiyini dedilər. Administrator bildirdi ki, restoranda hələ indiyə qədər kababın keyfiyyəti ilə bağlı şikayət, narazılıq bildirən olmayıb: “Bizim əməkdaşlar toylar üçün əti gedib Beyləqanda fermerlərdən alırlar. Toyuq da ki, broyler şirkətlərindən müqavilə əsasında gətirilir. Keyfiyyətinə də AQTA nəzarət edir. Hələ indiyə qədər şikayət edən olmayıb”.

“Leş mafiyasının əli toyxanalara qədər uzanıb…”

Şadlıq sarayları müştərilərə keyfiyyətli kabab verdiklərini desələr də, mütəxəssislər kababın keyfiyyətindən narazıdırlar. Azad İstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov bildirib ki, kababın keyfiyyəti onu qane etmir:

“Bu günlərdə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin leş mafiyasının üstünü açmağı onu göstərdi ki, bu mafiyanın əli çox yerə, o cümlədən, toyxanalara, uşaq bağçalarına, məktəb bufetlərinə qədər uzanıb. Əlbəttə, bu sahədə problem yaşanır. Təəssüf ki, bu problemlərin aradan qaldırılması üçün AQTA-nın atdığı addımlar zəruri olsa da, kafi deyil”.

Ekspert deyir ki, birliyə bununla bağlı istehlakçılar tərəfindən tez-tez şikayətlər daxil olur. Ehtimal olunur ki, mənşəyi məlum olmayan ətlərdən istifadə olunaraq kabab bişirilir.

E. Hüseynovun sözlərinə görə, şadlıq sarayları və restoranlar əti haradan gəldi, alırlar. Əslində isə, Nazirlər Kabinetinin 114 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün əmtəə məhsullarının üstü bağlanmalı, üstündə istehsal tarixi, yararlılıq müddəti, istehsalçı firmanın adı yazılmalıdır. Amma əksər hallarda buna əməl olunmur.

Heyvanların identifikasiyası aparılmalıdır – Ekspert

Problemi aradan qaldırmağa gəlincə isə, ekspert bildirir ki, bunun üçün heyvanların identifikasiyası həyata keçirilməlidir: “Yəni heyvan anadan olanda, başqa ölkələrdəki kimi qulağına birka taxılır. Onun haqqında olan bütün məlumatlar – baytar nə vaxt, hansı dərmanı verib, neçə ildən sonra kəsmək olar və sair kompüterə daxil edilir. Öləndə də bu məlumatlar oradan silinir. Bizdə isə heyvanların heç bir faizinin identifikasiyası həyata keçirilməyib”.

Ekspert deyir ki, əgər bu proses həyata keçirilsə, bazara, mağazalara təsadüfi heyvan əti daxil olmaz.

Bakıda yeni polislər işə başlayır — VİDEO
Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə qtisadiyyatına daha çox məbləğdə geri dəönə bilər.
 
Qaynarinfo Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
 
Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflərdə hazırlanıb hökumətə təqdim edilib.
 
Kənan Quluzadə Turizm polisi ilə bağlıda məsələyə toxunub.Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur.
 
Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.
 
Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin buradaxüsusi yer tutur.bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.
 
Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir.Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb deyə o əlavə edib.