![]() |
![]() |
Azərbaycanda dövlət tərəfindən mənzillərin kirayə üsulu ilə necə satılacağı dəqiqləşib.
"Qafqazinfo" Fed.az-a istinadən xəbər verir ki, belə evləri almaq istəyənlər yalnız "ASAN Xidmət" mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə “Elektron İpoteka və Kredit Zəmanət” sistemində elektron kabinet yaratmaqla müraciət edə bilər. Müraciətlər sistemdə elektron şəkildə qeydiyyata alınır. Bundan sonra ərizəçi ilkin olaraq qiymətləndirilir yəni, onun məhkumluğu, vaxtı keçmiş kreditinin olub-olmaması, yaşının 60-ı keçməməsi və sair yoxlanılır.
Problemi olanlara imtina verilir, digərləri görüşə dəvət edilir. Burada onların gəlirləri və kredit tarixçəsi daha dəqiq araşdırılır.
Bu məsələdə problem olmayanda kirayə üçün mənzil seçilir, bu barədə müqavilə imzalanır və mənzil müştəriyə təhvil verilir.
Kirayə evlərin satılması prosesi belə baş verir:
“Seçkinin keçirilməsini gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərin keçirilməsində yaxından iştirak edəcəyik. Namizədlərimizi irəli sürəcəyik”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov bu gün keçirilən ağacəkmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, partiyanın sədri İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək reytinqinin olması bizə bu inamı verir ki, qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaqlar, Yeni Azərbaycan Partiyası Azərbaycanın parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək:
“Hesab edirəm ki, ölkənin bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirirlər: “Beləliklə də, biz Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı islahatlar kampaniyasına hakimiyyətin digər bir qolunun da qoşulmasının şahidi oluruq. Parlamentin də, qanunverici hakimiyyətin də islahatlar sferasına cəlb olunması bütövlükdə Azərbaycanda islahatların, yeniləşmənin daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.
Dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə Nərimanov rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonunda həyata keçirilən silsilə tədbirlərdən biri kimi, rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən A.M.Cümə küçəsində, 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası bayram coşqusu ilə keçirilib.
Nərimanov rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 800 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kampaniyasında 2500-dək müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, minlərlə ağaclar budanıb, dibləri yumşaldılıb.
Yuxarıda qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılıb, incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib, şairin həyat və yaradıcılığından bəhs edən səhnələr ifa edilib.
Xəbər verdiyimiz kimi, bu gün ölkə üzrə 650 min ağac əkiləcək.
"Qafqazinfo"nun əməkdaşları da bu gün Müşfiqabadda ağacəkmə kampaniyasını izləyib. Aksiyada YAP-ın rəsmiləri, diplomatlar iştirak edib.
Qeyd edək ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.
Fotolar: Pərvin Zeynal
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Yaxın vaxtlarda Şahxəndan türbəsinin konservasiyasına başlanacaq.
Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib. Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edir.
Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.
Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.
"Ölkə.Az" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, 592 saylı marşrut xəttini Əliçıraq yaşayış massivindən başlayaraq Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi "Mərkəz", "Xırdalan dairəsi" olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.
Qeyd edək ki, müvafiq sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.
"Ölkə.Az" xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.
Xəbəri Unikal.org-a Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.
Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.
Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi, həmçinin “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Report məlumatına görə, Turan Məmmədzadə icra başçısının köməkçisi təyin edilib.
Qeyd edək ki, T.Məmmədzadə 1994-cü ildə Gəncə şəhərində anadan olub.