Son xəbərlər

2 gün öncə “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın yenidən ticarət mərkəzlərinin sığorta məsələsini gündəmə gətirdi.

BAKU.WS xəbər verir ki, bu məsələ ilə bağlı hazırda fərqli iddialar mövcuddur.

Ticarət mərkəzinin sahibi, iş adamı Azay Möhnətov obyektin sığortalı olduğunu, lakin yanğında həmin sənədlərin də yandığını söyləyib.

“Sığorta sənədləri yanğın olan yerdə olub, biz indi onu araşdırırıq və həmin sənədlənin kopyalarını gətirəcəyik. Hələlik sığorta şirkətlərinin kimə nə qədər kompensasiya ödəyəcəyi məlum deyil. İndi hansı əsasla kimə nə qədər kompensasiya verilməsi məlum deyil, biz onları bilmirik, araşdırılacaq və deyilcək”.

O, kompensiyaya alternativ olaraq belə bir versiya da irəli sürüb ki, yanğından əziyyət çəkən mağaza sahibləri başqa yerlərdə mağaza ilə təmin olunacaq və kompensasiya qarşılığı olaraq onlardan kirayə haqqı alınmayacaq.

Lakin, mağaza sahibləri fərqli fikirləri söyləyirlər. Onlar obyektlərin sığortalı olmadığını bildirirlər. Sahibkarların sözlərinə görə, yanğında 100-dən çox mağazaya ziyan dəyib və onların yarısından çoxu isə sığortalanmayıb.

Rəsmi məlumata görə, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Hadisə zamanı azı 9 nəfər xəsarət alıb. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Kimin haqlı olduğunu demək hələlik mümkün deyil. Çünki ortada heç bir sənəd yoxdur. Amma yüz faiz dəqiq olan bir şey var ki, 100-dən çox sahibkara külli miqdarda ziyan dəyib. Dəymiş ziyanın məbləği dəqiq binməsə də, milyonlara ölçüləcəyini demək mümkündür. Sahibkarların ticarətlərini bərpa etməsi yaxın gələcək üçün real görünmür.

Yaşanmış acı təcrübədən nəticə çıxarılmır

Buna bənzər bir neçə hadisə 2019-cu il ərzində baş versə də, hələ ticarət mərkəzləri və sahibkarlar bunlardan dərs çıxarmaq istəmirlər. Məsələn, 26 martda Nizami rayonunda “Diqlas” ticarət mərkəzindəki yanğını xatırlayaq.

Həmin yanğında ümumilikdə 410-a yaxın sahibkarın mağazası yandı. Ümumi ziyanın dəyərinin 200 milyon manata yaxın olduğu bildirilirdi. Yanğın nəticəsində 4 mərtəbəli ticarət mərkəzi yanaraq kül oldu.

Yanğından sonra məlum oldu ki, mağazalar sığortalı olmayıb. Əslində beynəlxalq təcrübədə belə bir şey olmasa da, Azərbaycanda sahibkarlara dəstək məqsədilə dövlət büdcəsindən onlara yardım arıldı. Prezidentin sərəncamı ilə yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 3,0 (üç) milyon manat ayrılıb. Bundan başqa, yanğınla əlaqədar yaradılmış Komissiya sahibkarların başqa obyektlərdə yerləşdirilməsini təmin ediblər. Hətta onlardan bir neçə ay icarə haqqı da alınmayıb.

Başqa bir hadisə 22 avqustda Dərnəgüldəki taxta bazarında baş vermişdi. Həmin yanğında 22 mağaza yandı. Ümumilikdə isə dəyənən ziyanın 5 milyon manata yaxın olduğu bildirilirdi. Burada da təəssüf ki, mənzərə eyni idi: heç bir obyekt sığortalanmamışdı.

Bunlardan başqa, “Sədərək” və “Bin” ticarət mərkəzlərində də dəfələrlə güclü yanğınlar olub və bir çox sahibkara ziyan dəyib. Amma hələ də bu hadisələrdən nəticə çıxarmaq istəməyən iş adamları və sahibkarlar var. Hadisə baş verdikdən sonra çıxılmaz vəziyyətdə qalırlar və günahkar axtarmağa başlayırlar.

Məsələn, “Eurohome”dakı yanğından sonra mağaza sahibləri Bakı-Sumqayıt yolunu bağlayıblar və dəymiş ziyanı qarşılanmasını tələb ediblər. Sual olunur ki, dəymiş ziyanı kim ödəməlidir? Bunun bir cavabı var ki, bu, yalnız sığortalanmış əmlak sahiblərinə ödənilir. Növbəti sual yaranır? Həmin mağaza sahibləri obyektlərini sığortalamışdı? Maraqlısı budur ki, sahibkarlar sığortalanmadığını deyir, ticarət mərkəzi sahibi Azay Möhnətov isə sığortalandığını deyir. Ən yaxşısı araşdırmanın nəticəsini gözləməkdir.

Qanunvericilik

2011-ci ildən etibarən tətbiq edilən “İcbari sığortalar haqqında” Qanuna görə, Azərbaycanda istər hüquqi, istər sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin, istərsə də vətəndaşların əmlakı məcburi qaydada sığortaya cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsində sığorta olunmamağa görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimə müəyyən edilib.

Qanuna əsasən, sığorta yalnız daşınmaz əmlakın özünə şamil olunur. Bu zaman daşınmaz əmlak deyəndə onun konstruksiyası, tavanı, döşəməsi, elektrik xətləri və.s nəzərdə tutulur. “İcbari sığorta” haqqında qanunun tələbinə uyğun olaraq daşınmaz əmlakını sığorta etdirən sahibkarlar hansısa sığorta hadisəsi baş verdikdə dəymiş ziyanın qarşılanmasını tələb edə bilər.

Sığorta daşınmaz əmlakın içərisində olan mallar, mebel, avadanlıq və s. isə icbari sığortaya aid deyil. Bunların sığortalanması sahibkarların öz seçiminə aid olan məsələdir.

Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı modern.az-a açıqlamasında başqa bir problemə diqqət çəkib:

“Burada da başqa bir problem ortaya çıxır. Bu kimi ticarət mərkəzlərindəki sahibkarların bütün malları rəsmi uçotdan kənardır. Onların heç birinin mağazasında nə qədər mal olduğuna dair rəsmi sənəd yoxdur. Əsasən vergidən yayınma hallarında buna rast gəlinir. Bu da sığorta şirkəti üçün başqa bir problem yaradır. Çünki şirkətin həmin malları sığotalaması üçün mütləq şəkildə rəsmi uçot və hesabat sistemi olmalıdır. Hadisə zamanı sığorta şirkəti binanın içərisində neçə manatlıq malın zərər gördüyünü müəyyənləşdirə bilmir”.

Onun sözlərinə görə, bu cür obyektlərin əksəriyyətində bir çıxarış olur:

“Ticarət mərkəzlərindəki ayrı-ayrı mağazalarla heç icarə müqaviləsi bağlanmır. Bəzi hallarda iri şirkətlər ticarət mərkəzini rəsmi müqavilə bağlamağa məcbur edirlər. Əksər hallarda çoxu qeyri-rəsmi işləyir. Bu baxımdan sahibkar istəsə belə, rəsmi müqaviləsi olmadığından, sığorta müqaviləsi bağlaya bilmir. Əgər orada müəyyən olunsa ki, ərazi sığortalanmayıb və Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzi barədə tədbir görməyib, bu halda nazirliyin də məsuliyyəti yaranır. Əgər sığorta müqaviləsi aşağı məbləğə bağlanıbsa, burada sahibkar özü günahkardır”.

Azərbaycan Hesablama Palatasının auditorunun 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib.

Turkustan.info  “Turan”a istinadən bildirir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər (“TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story”) eyni ünvanda qeydiyyata alınıb.

Qeyd edək ki, Aynur Alışanova həm də AzTV-nin sabiq sədri Arif Alışanovun qızıdır.    /Yeni Sabah/

Bakı-Sumqayıt yolunda tıxac yarandıBakı-Sumqayıt şosesində sıxlıq yaranıb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Nəticədə Bakı-Sumqayıt şosesində böyük sıxlıq yaranıb.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin sağalması üçün hansı işləri görür?Qəza nəticəsində ağır beyin travması alaraq hazırda Türkiyədə Heydər Əliyev Fondunun dəstəyilə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ətrafında spekulyasiyalar bitmək bilmir ki, bilmir. Bəzi siyasi spekulyantlar və fürsətcillər Oqtay Gülalıyevin bu ağır durumundan öz korporativ maraqları naminə yenidən fəallaşıblar. Bu dəstə son günlərdə sosial şəbəkələrdə hay-küy salaraq Oqtay Gülalıyev ətrafında şou yaratmaqdadırlar. Guya Azərbaycan hakimiyyəti Oqtay Gülalıyevin müalicəsindən imtina edir kimi əsassız, həqiqətə uyğun olmayan fikirlər səsləndirməkdədirlər. Bu insanların məqsədi bəllidir-Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın və H.Əliyev Fondunun bu nəcib niyyətinə və hərəkətinə kölgə salmaq. Çünki öz əllərindən bir iş gəlmədiyindən başqalarının gördüyü işə qara yaxmaq, artıq bunların peşəsinə çevrilib. Əslində, bu insanları Oqtay Gülalıyevin səhhəti maraqlandırmır. Bu spekulyant dəstənin çirkin qarayaxma əməlləri cəmiyyət tərəfindən ilk andan ikrah hissi ilə qarşılanmaqdadır. Son günlərdə baş verən şou ilə bağlı cəmiyyətin ən aktiv üzvləri, jurnalistlər belə kəskin reaksiya vermək zorunda qalıb.

 Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaxın dostu “Gündəm-Xəbər” mətbu orqanının rəhbəri Şirin Cəfərli cəmiyyətdə dolaşan fikirlərə aydınlıq gətirib. O. deyib ki, O.Gülalıyev  qəza keçirdəndən sonra onun telefonundan mənə zəng gəldi: “Mənə Oqtay bəyin telefonundan zəng gəldi. Açanda başqa bir adam dedi ki, bu telefonun sahibini maşın vurub. Həmin anda çıxıb gördüm ki, yolun ortasında insanlar toplaşıb. Oqtay bəy yerdə uzanıqlı vəziyyətdə idi. Sürücü də qaçmamışdı, oradaydı. Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi. Soruşdum ki, necə oldu? Dedi, «asta sürətlə gəlirdim, tini dönəndə oldu». Oqtay bəyin qollarına baxdım ki, görüm sınıq-filan varmı? Oqtay bəy ayılıb soruşdu ki, «Şirin, mənə nə olub?». Dedim, «heç nə, yıxılmısan, Allah eləsin, sınıq-filan olmasın». Qolunu rahat tərpətdi, baxdım ki, heç nə yoxdur. Ayağa qalxdı, bir az orada dayandıq, söhbət elədik, soruşdum ki, özünü necə hiss eləyirsən? Dedi ki, «yaxşıyam, amma başım ağrıyır»..

Ş.Cəfərli hüquq müdafiəçisinin xəstəxanaya gec çatdırılması barədə sosial şəbəkələrdə yayılan iddialarla razılaşmayaarq deyib ki, qəsdən gecikdirilmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, qəzanı törədən sürücü hüquq müdafiəçisini öz avtomobilində aparıb, o da kafedəki başqa dostlarla birlikdə öz maşınında gedib. Ş.Cəfərlinin dediyinə görə, xəstəxanaya çatanda hüquq müdafiəçisi özü maşından düşüb, öncə bir otağa, oradan da Kompüter tomoqrafiya kabinetinə gedib, yenidən əvvəlki otağa qayıdıb.

Həkim ona uzanmağı tövsiyə edib. Deyib ki, başında çat yaranıb: «Dedi ki, həmin yerdə qansızma ola bilər. Soruşdum ki, evə apara bilərik? Bildirdi ki, xəstəxanada həkim nəzarətində olsa, yaxşıdır, 3-4 saatdan sonra yenidən müayinə olunmalıdır, qansızma baş versə, tədbir görülməlidir. Əli Kərimli gələndə o da həkimlə danışdı. Həkim ona da söz verdi ki, arxayın ola bilərsiz, lazım olan bütün tədbirlər görüləcək». Sonradan onu «City Hospital»a aparmaq fikri yarandı. Bu fikirdə olanlar çox oldu və apardılar. Düşünürəm ki, orada əməliyyatı gecikdiriblər».

 “Bizim yol” mətbu orqanın rəhbəri Bahəddin Həzi də bu spekulyantlara tutarlı cavab verib. Onun “Bizim yol” mətbu orqanında  “Heydər Əliyev Fonduna mane olmayaq” məqaləsində, O.Gülalıyevin müalicəsini üzərinə götürən qurumun fəaliyyətinə mane olmamağa çağırıb:

“…Oqtay Gülalıyevin müalicəsinə dəstəyini verən və bundan sonra da davam etdirəcəyini düşünən Heydər Əliyev Fondunun üzərinə bu qədər çox gedilməsini doğru saymıram. Əgər belə ağır bir müayinə, əməliyyat, müalicə-bərpa, xəstəxanada saxlanma xərclərini qarşılayan qurum varsa (bu gün bu varsa), köməyini göstərirsə, xüsusi bir kampaniya başladıb onu çəkinməyə, geri çəkilməyə sövq etmək lazım deyil. Bizə heç bunu edən də olmamışdı. Ona görə imkan yaratmaq lazımdır ki, Fond normal qaydada öz işini görsün. Bu məsələ ətrafında hansısa spekulyasiyalar və ya gerçəkçi müzakirələr də varsa, onları sonraya da saxlamaq olar. Yaxşı bilirsiniz ki, Oqtay bəy öz səhiyyəmizin ümidinə buraxılsaydı, onu bəlkə də itirmiş olardıq. Bu üzdən belə həssas məsələyə daha diqqətlə, ehtiyatla yanaşmaqda fayda var. Bəli, Fond öz köməyini göstərib və açıqlamasından da göründüyü kimi, bundan sonra da göstərəcək. Ancaq bununla yanaşı ayrı-ayrı varlı şəxslərin, cəmiyyətin müxtəlif imkanlı nümayəndələrinin də bu işə qoşulması, doğrudan da, yaxşı olar.

Və sonda. Aydındır ki, Oqtay Gülalıyevin səhhəti, onun əməliyyatı, müalicəsi, Bakıdan İstanbula aparılması, orda bir xəstəxanadan başqa xəstəxanaya köçürülməsi, eləcə də, onu müayinə, müalicə edən həkimlərin peşəkarlıq səviyyəsi, xərclənən vəsait və sair əvvəldən bu günə qədər ardı-arası kəsilməyən müzakirələrin, mübahisələrin, hətta Fondun bəyanatında adlandırıldığı kimi, spekulyasiyaların belə mövzusu olub. Burada daha bir narahatlıq doğuran nüans da var; bütün bu müalicə-pul söhbətləri Oqtay Gülalıyevin maşınla vurulmasının gerçək motivlərinin araşdırılmasını kölgədə qoyub”.
Bu məqamda bir faktı da xatırlamaq yerinə düşər. AXCP üzvü, Qənimət Zahidin yaxın qohumu olan jurnalist Sahib İslamov 2013-cü ilin sonunda avtoqəza nəticəsində 6 ay komada qaldı, ancaq nədənsə bu gün səs-küy qaldıranların səsi o zaman çıxmadı. Baxmayaraq ki,  o zamanda  Azərbaycan dövlət başçısı təşəbbüsü ələ alaraq  S.İslamovun müalicəsi ilə bağlı  Səhiyyə Nazirliyinə müvafiq tapşırılar verdi.  Ancaq aparılan müalicələr nəticə vermədi və Sahib İslamov 6 ay koma vəziyətində yaşadıqdan sonra  dünyasını dəyişdi. Sual olunur, görən niyə AXCP  üzvləri və Əli Kərimli bu qədər “canfəşanlıq” göstərmədi? Niyə onun müalicəsi üçün pultoplama kampaniyası həyata keçirmədi? Görən  o və trolları O.Gülalıyev məsələsində niyə belə “canfəşanlıq” edirlər? Səbəb aydındır… Çünki O.Gülalıyevin müalicəsini HeydərƏliyev Fondu və Birinci Vitse-prezident üzərinə götürüb.  Bu dəfə analoji vəziyyətin yaşanmasını istəmədi. Ölkə  rəhbərliyi ağır vəziyyətə düşən insanın həyatını xilas etmək üçün nə lazımdırsa, onu edir. Hətta xarici ölkəyə göndərərək ən bahalı xəstəxanalarda müalicəsini təşkil edir.  Birinci Vitse-prezidentin siyasi baxışlarından asılı olmayaraq,  belə mövqe sərgiləməsi onları qıcıqlandırır… Çünki  onların düşüncə tərzi buna imkan vermir. Necə ola bilər ki, siyasi baxışı fərqli olan, radikal  müxalif düşüncəli  olan şəxsə dəstək verilsin…
Bu qarayaxma kampaniyasını aparan qüvvələrin bütün cəhdlərinə baxmayaraq,  Birinci Vitse-prezident Mehriban xanım Əliyeva və H.Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsi ilə bağlı ilk andan indiyə kimi onun müalicəsi ilə bağlı bütün işləri görüb, görməkdədir və dəstəyini  bundan sonra da davam etdirməkdə qərarlıdır. Artıq bununla bağlı H.Əliyev Fondu mövqeyini cəmiyyətə açıqlayıb.

Belə ki, hüquqşünas Aslan İsmayılov bir neçə gün öncə özünün "Feysbuk" hesabında belə bir status paylaşdı ki, Oqtay Gülalıyevin durumundan yararlanmaq istəyən bədxah qüvvələr var və onlara fürsət vermək, bir şəxsi köməksiz durumda buraxmaq olmaz. Üzərindən cəmi bir gün sonra Prezidentin köməkçisi Anar Ələkbərov şəxsən Aslan İsmayılova zəng edərək, baş verənlərə aydınlıq gətirib. Bununla bağlı özünün növbəti statusunda A.İsmayılov bildirir ki, A.Ələkbərov ona O.Gülalıyevin mövcud durumu və onunla bağlı baş verənlərin xronologiyasından danışıb. 
Bunun ardınca H.Əliyev Fondu da məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edib. Məlumatda qeyd olunub ki, Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

Amerikan Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır.
Qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu bir daha özünün humanist, hər bir zaman istənilən vətəndaşın yanında olmaq niyyətini bəyan edir, xəstənin indiki durumunda ayrı-ayrı şəxslərin müxtəlif maraqlardan çıxış edərək hər hansı siyasi spekulyasilayar etməsinə qarşı olduğunu bildirir.
Odur ki, cənablar özünüzün əlinizdən bir iş gəlmirsə,  heç olmasa O.Gülalıyevin səhhəti ilə bağlı  nəcib missiyanı üzərinə götürənlərə mane olmayaq. Axı bu insan taleyidir. Əgər O.Gülalıyevin taleyinə belə acıyırsınızsa, onun sağalıb, ayağa qalxması üçün  bu işi görənlərə sağ ol demək qabliyyətində deyilsinizə, heç olmasa susun!

Dönərxanalara yararsız toyuq əti paylayan sexdənAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.

"Ölkə.Az" AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Pensiya alanların nəzərinəVətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən

Dövlət qulluqçuları;

Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.);

Milli Məclisin deputatları;

MSK-nın və Hesablama Palatasının üzvləri;

Ədliyyə orqanlarının mülki işləri;

Məhkəmə hakimləri;

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

“Hazırda “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı”na 176 nəfərin adı daxildir”. Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
AZAL rəsmisinin sözlərinə görə, 2017-ci ildə “Arzuolunmaz sərnişinlərin siyahısı”ndan 49 nəfər, 2018-ci ildə 7 nəfərin adı çıxarılıb.

P.Kəsəmənski qeyd edib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır:

“Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

“Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı” ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və pasport nömrəsini yazaraq, onun “arzuolunmaz şəxs” kimi siyahıda olub-olmamadığı və əgər siyahıya daxil edilibsə, bunun hansı səbəbdən edildiyi barədə məlumat almaq mümkündür”.   /Modern.az/

DİQQƏT! Bakıda bu yollar bağlandıBu gün ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Ölkə.Az"a bildirib.

Verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində,

Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və

Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər.

Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Bakıda bələdiyyə sədrinin bütün ailə üzvləri namizədliyini verdiAzərbaycanda elan edilmiş növbədənkənar parlament seçkiləri bir neçə gün sonra-dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini kölgədə qoyub. Lakin ictimaiyyətin yeni parlamentin mümkün gələcək tərkibini müzakirə etdiyi bir vaxtda Bakıda bir ailə var ki, bütün diqqətini bələdiyyə seçkilərinə yönəldib və həmin seçkilərə hazırlaşmaqdadır. Üstəlik bütün ailə üzvləri ilə birlikdə, əsaslı şəkildə...

"Ölkə.Az" virtualaz.org-a istinadən xəbər verir ki,Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ “ailə bələdiyyəsinə” çevrilə bilər.

Beləliklə, üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafel Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu qeydə alınıb. Yəni Rafael Cəfərov öz rəqiblərinə heç bir şans buraxmır. Namizədlər siyahısında hara baxsan ancaq Cəfərovları görərsən...

İsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARTanınmış ekspert Ramil Osmanlı “Şərur” MTK-ya daxil olan “Universal Servis” MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından mediaya müraciət edib.
Turkustan.info AFN-na istinadən xəbər verir ki, R.Osmanlı bildirib ki, bir neçə gündür televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb: “Bir daha qarşılaşdığımız problemi diqqətinizə çatdıraraq problemin ictimailəşdirilməsində yardımçı olmağınızı xahiş edirik.
Nəzərinizə çatdırım ki, yaşadığımız binalar 10 ildən artıqdır inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq, binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmamışdır. Nəhayət 19 fevral 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma təəssüflər olsun ki, “Şərur” MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır, Cənab prezidentin bu humanist qərarının icrasına kölgə salır.
Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır”.
Ekspert qeyd edir ki, əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da, protokoldan çıxarışın alınması problemə çevrilib: “MTK rəhbərliyi faktiki olaraq sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və iddiasını bununla əsaslandırır ki, hər mənzildə təqribən 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bu günkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki, MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, 1 kvadrat belə fərq yoxdur. Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhərisi biz mütəxəssis dəvət edib bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla sahələr nəinki artıq hətda əksik gəlir. Əskik sahələr 2-3, 5, bəzi mənzillərdə hətda 10 kvadrat metrdən artıqdır. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə görə MTK balkon və terasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalı, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq biz, balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətda bu halda belə sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır”.
Müraciətçinin sözlərinə görə, MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur: “Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadrat metrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib-hər kv.m. üçün təqribən 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Çünki bir sıra sakinlər çıxarışları aldıqdan sonra artıq sahəyə görə alınan vəsaitlərin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldıracaqlarını gizlətmirlər.
Yuxarıda qeyd olunan problemlər və nəhayət konstitusion haqqımızın təmin olunması məqsədilə ölkə rəhbərliyinə və bir sıra dövlət qurumlarına ərizə ilə müraciət etmişik. Bu problemlərin, “Şərur” MTK və onun rəhbəri, illərdir ki, adı çeşidli mənzil qalmaqallarında hallanan İsfəndiyar Axundovun qanunsuz əməllərinin ölkə rəhbərliyinin diqqətinə çatması üçün bu müraciətimizi işıqlandırmağı xahiş edirik”.
R.Osmanlı yuxarıda sadalanan faktları əsaslandırmaq üçün bir sıra sənədləri də təqdim edib.

İsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLARİsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLAR