![]() |
![]() |
"Ölkə.Az" azvision.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır, buradan həm də yük daşınır: "Məcburuq ki, səhər saat 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da Bakının xətlərinin sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində 6 qatar çalışırdı. Bu gün 2 yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik".
C.Qurbanov qeyd edib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir: "Amma gələn il "Ştadler" kompaniyası ilə danışıqlar aparacağıq ki, 1 və ya 2 qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq".
Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.
BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib.
O, vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.
Nazir bildirib ki, 2019-cu ildə nazirlik üçün prioritet istiqamətlərdən biri də sosial təminat sahəsi üzrə xidmətlərin elektronlaşdırılması olub.
Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib.
Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq.
Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.
S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin təqdim ediləcəyini deyib.
O, 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib.
Nazir ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edib. Bildirib ki, sosial yardımın alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı xidməti davranış normaları da müəyyən edilib.
Bu normalar və onlara əməl edilməsi ilə bağlı münasibətləri əhatə edən Yaddaş Kitabçası hazırlanıb. Maddi-məişət şəraitinin müayinəsi məhz həmin normalara riayət prinsipi əsasında həyata keçiriləcək.
İclasda DOST mərkəzlərində göstərilən xidmətlər üzrə pasportların təsdiq edilməsi barədə, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi ilə bağlı Yaddaş Kitabçasının layihəsi barədə çıxışlar olub.
2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin layihəsi, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları” layihələri barədə məlumat verilib.
İclasda qeyd edilən layihələr, habelə bir sıra cari məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.
İttihama görə, N.Şahmarzadə “Facebook” profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.
"Ölkə.Az" xezerxeber.az-a istinadla xəbər verir ki, 2020-ci il yanvarın 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanacaq.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, yalnız qeydiyyatı olan evlər və obyeklər icbari qayadada sığortalanacaq. Lakin qeydiyyatı olan tikililərdən də icbari sığortaya cəlb edilməyənləri var.
Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qayadada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur.
Rəşad Əhmədov deyib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də sürətli şəkildə qeydiyyata alınmasına ehtiyac var.
Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa yenidən cərimələnə bilər.
Ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar istisna hal müəyyənləşdirilib.
Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Qanunlara edilən dəyişikliklərdə əksini tapıb.
“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.
“Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişiklik də “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklə əlaqədardır. “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulan həmin şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə, yenidən hesablanmasına yol verilməyəcək.
Bu müddəa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, yaşa görə əmək pensiyası almaq hüquq verən yaş həddinin artırılması nəticəsində ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında ciddi uyğunsuzluq yaranıb və bu uyğunsuzluqların aradan qaldırılması zərurəti yaranıb. Sosial müavinətlər haqqında qanuna edilən dəyişikliklər məhz ailənin maddi durumunun yaxşılaşması məqsədi ilə ona ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququnun verilməsi məqsədi daşıyır.
Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Tələbə: “Tələbə ən çox pulu nəyə çatırsa onu alıb yeyir. Amma belə universitetdə olan yeməklərdən də yeyirlər. Eləsi var qamburger, eləsi var dönər yeyir”.
Kamran Əsədov – Təhsil eksperti: “Tələbələr arasında əvvəlki illərlə, aylarla müqaisədə zəhərlənmə halları çoxalıb. Diqqət çəkən məqam odur ki, xüsusilə qız tələbələr daha çox zəhərlənirlər. Bu ona görə baş verir ki, təəssüf ki, bəzi xanım tələbələr gigiyenik və qida normalarına riayət etmirlər”.
Ekspertlərin sözlərinə görə, tələbələrin böyük əksəriyyəti təhsil müəssisəsindən kənarda qidalanır. Bu baxımdan zəhərlənmələrin ali məktəblərə aidiyyəti yoxdur.
Buludxan Xəlilov – ABPU-nun kafedra müdiri: “Bəzən tələbələrin zəhərlənməyini ayrı-ayrı təhsil müəssisələrindəki yeməkxanaların üzərinə yıxırlar. Bu ədalətli yanaşma deyil. Çünki təhsil müəssisələrindəki yeməkxanalarda ərzaqlar yoxlanılır, ona nəzarət var. Orda təkcə tələbələr yemir, professor müəllim heyəti də yeyir. Bəs onlar niyə zəhərlənmir”.
Dietoloqlar isə düşünür ki, bu hadisələrin baş verməsinin əsas səbəbi tələbələrin qidalanmalarında fəst fud, mənşəyi bəlli olmayan ucuz qidalara üstünlük vermələridir.
Leyla Zülfüqarlı – Dietoloq: “Ümumiyətlə onlar qida çeşid qrupunu yəqin ki, səhv seçirlər. Tez hazırlanan bir şey seçirlər. O zaman vaxtı keçmiş qidalar da qəbul edə bilərlər. 2-ci məqam isə “fast food”lardır. İstəyir balıqla olsun, istəyir digər ətlə, hər bir halda onun mənşəyi məlum deyil. O balıqlar köhnə ola bilər, zəhərlənmə verə bilər. Bəzən qidaların bir-biri ilə də əlaqəsi ola bilir. Yəni, bəzi qidalardan sonra hansı-hansı qida qəbul olunmamalıdır. Bunu bir tələbə bilməyib edə bilər”.
Kamran Əsədov – Təhsil eksperti: “Ali təhsil müəssisələrinin yaxınlığında bu tipli satış həyata keçirilməsin, yəni həyata keçirilən qida satışı yerlərində mütləq şəkildə hər gün monitorinqlər olmalıdır. Bura vaxtı keçmiş ət məhsulları gətirlə bilər, insan orqanizmi üçün zərərli olan məhsullar gətirilə bilər ki, bunlara nəzarət olunmur”.
Sağlam bədəndə sağlam ruh olar. Bunun üçün isə əsas məqam sağlam qidalanmaqdır. Qidamıza diqqət yetirək ki, sonra hər hansı bir fasadla üz-üzə qalıb, sağlamlığımızı təhlükəyə atmayaq.