![]() |
![]() |
"Ölkə.Az" xəbər verir ki, baku.ws Azərbaycanda belə bir halın mövcud olub-olmamasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlayıb ki, ölkəmizdə yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiəsi işinin daha da təkmilləşdirilməsi məqsədilə DYP xidmətində bir sıra uğurlu islahatlar həyata keçirib, innovativ metodların tətbiqinə geniş yer verib:
"Müasir texnologiyaların tətbiqi sayəsində yaradılmış elektron müraciət forması təklif, ərizə və şikayətlərin qəbulu və onların baxılması nəticələrinə dair rəsmi məlumatların çatdırılması işinin daha etibarlı və operativ həllinə imkan vermiş, www.dyp.gov.az rəsmi internet saytının, info@dyp.gov.az elektron poçt ünvanının yaradılması isə təşəbbüskarların DYP xidmətilə bilavasitə və daha çevik əlaqələndirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin şəxsə aid qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol barədə məlumatların əldə edilməsinə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə aparılmasına imkan yaradılmışdır.
Fəaliyyətimizin prioritet istiqamətlərindən biri olan vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yerli televiziya və radio kanallarının böyük əksəriyyətində yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği ilə bağlı proqramlar hazırlanaraq dinləyicilərin canlı yayıma qoşulmaları və yol hərəkəti təhlükəsizliyi ilə bağlı onları maraqlandıran və ya narahat edən sualların DYP subyekti tərəfindən birbaşa cavablandırılması, eyni zamanda təklif və ya şikayətlərinin qəbulu təşkil olunmuşdur.
Nəzərinizə çatdırırıq ki, fəaliyyətimizi tənzimləyən qanunvericilik aktlarında ictimaiyyət, KİV nümayəndələri və digər mənbələr tərəfində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və ya yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı DYP qurumlarına verilən məlumatların pulla mükafatlandırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, ölkəmizdə bərqərar olan vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi polis və cəmiyyət münasibətlərinin yüksək etimad, qarşılıqlı hörmət və ali insani dəyərlər üzərində qurulması tərəflər arasında ünsiyyətin maddi qarşılıq müqabilində formalaşdırılması təcrübəsinin yayılmasını əhəmiyyətsiz edir.
Odur ki, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təmin olunması, habelə DYP xidmətinin fəaliyyəti ilə bağlı Sizi maraqlandıran məsələlərlə əlaqədar yuxarıda qeyd olunan resurslar vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə, habelə təqdim etmək istədiyiniz sənədlərin surətini, fotoşəkilləri və ya videomaterialları info@dyp.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz".
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib.
Turkustam.info xəbər verir ki, bu barədə Ə.İnsanov sosial şəbəkədə bildirib . Deyib ki, respublikanın 23 şəhər və rayonlarında yerli təşkilatların yaradılması prosesinə başladılıb.
Aparılan işlərin sürətləndirilməsi üçün Təşkilat Komitəsinin üzvlərinin sayının 19 nəfərə çatdırılması haqda qərar qəbul olunub.
Daha sonra Təşkilat Komitəsinin üzvlüyünə yeni şəxslər qəbul edilib. Bunlar Osloda mühacir həyatı yaşayan polkovnik İsa Sadıqov (Müdafiə nazirinin sabiq müavini), “Azel TV”nin əməkdaşı Sevinc Sadıqlı,
Mail Vəliyev (mühəndis-iqtisadçı), Rüstəm Dəmirov (sabiq zavod direktoru),
Kazım Kazımlı (elmi işçi) olub.
Mirədalət Talışxanov və Qalibə Budaqova isə Təşkilat Komitəsi uzvlüyündən xaric ediliblər.
İclasda qərara alınıb ki, Haqq Ədalət Partiyanın bayraq və döş nişanının eskizləri müzakirəyə çıxarılsın. /Modern.az/
Bu barədə "Ölkə.Az"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilib:
"Ötən illərin statistikasına nəzər salsaq imtahanlarda aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik: imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması elan edilir.
Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu, tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilib. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir".
DİM-in məlumatında qeyd edilib ki, bütün bunlara qarşı Mərkəz digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir: "Hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Prosesin davamı olaraq 15 noyabr 2019-cu ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir".
Xatırladılıb ki, burada üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir:
"Bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. Təsadüfi deyil ki, DİM 2018-ci ildən etibarən imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edir. Bu texnologiya imtahana giriş zamanı iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının daha səmərəli istifadə olunmasına mane olur.
Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək".
Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında epilepsiya xəstəsi olan sərnişin relslərin üzərinə yıxılıb.
Bu barədə “Qafqazinfo”ya açıqlamasında Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hadisə səhər saat 08:33 radələrində baş verib:
“Hadisə metronun Elmlər Akademiyası istiqamətində olan “İkinci yol” adlandırdığımız yerdə baş verib. 20 yaşlı oğlan yıxılan zaman dərhal təmas relsindən gərginlik çıxarılıb. Təcili tibbi yardım dəvət olunub. Metropoliten işçiləri və metro polisinin köməyi ilə sərnişin çıxarılıb. Həkimlərin müayinəsindən sonra yıxılan şəxsin epilepsiya xəstəsi olduğu məlum olub. Ona yerindəcə yardım göstərilib və daha sonra sərnişin yoluna davam edib.
Baş verən hadisə qatarların hərəkət qrafikinə heç bir təsir göstərməyib, interval olduğu kimi qalıb”.
Əksər nazir və nazir müavinləri ailələrini dolandırmaq üçün maaşlarını yüksəltməyi xahiş ediblər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Nazirlər Kabinetinin üzvü Dmitri Dubilet bildirib.
“Hazırda nazirlər və müavinləri arasında maaş məsələsi barədə müzakirələr aparılır. Onlar daha çox maaş xahiş edirlər, çünki onların bir çoxu özəl sektordan gəlib. Görürlər ki, özəl sektorda daha çox qazana bilərdilər. Onlara həqiqətən ailələrinə dəstək vermək çox çətindir", - Dubilet Ukraynanın "Bizim" telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, daha öncə Ukrayna Ədliyyə naziri Denis Malyuska da maaş azlığından şikayətlənib, vəziyyətin dəyişməyəcəyi təqdirdə vəzifəsindən istefa verəcəyini bəyan edib.
Şirkətlər kifayət qədər ixtisaslı işçi tapmasa, Almaniyanı tərk edə bilər.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel yayımladığı video-mesajında deyib. Avropa Birliyi (AB) ölkələrindən 2.5 milyon insanın Almaniyada çalışmasından məmnun olduğunu deyən Merkel AB xaricindəki ölkələrdən də ixtisaslı işçilərin cəlb edilməsinin vacibliyini vurğulayıb:
“Xeyli sayda biznesmen və şirkət təcili şəkildə ixtisaslı işçi axtarır. İxtisaslı işçilər üçün əmək sərf etməliyik. Əks təqdirdə, şirkətlər başqa yerə getməyə məcbur olacaqlar. Əlbəttə, bunu istəmirik”.
Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir. Çünki uşağa hansı duyğuları versə, onları da geri alacaq, qəzəb göstərsə, qəzəb, anlayış göstərsə, anlayış da görəcək.
Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova uşaqlarla davranış qaydaları haqında danışarkən deyib. O bildirib ki, valideynlər uşaqlarına hər yaş dövrünə uyğun davranmalıdır:
“Uşaqlar hər yaş dövründə fərqli olur. Buna görə də onlarla davranışda buna xüsusi diqqət göstərilməlidir. Ümumiyyətlə, uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq.
Xüsusilə, övladına şiddət göstərən valideynlər bilməlidir ki, uşaq özünü dərk etdikdən sonra ona göstərilən şiddəti heç vaxt unutmur və bu onda gələcəkdə psixoloji sarsıntılara səbəb olur. Bəzən bu sarsıntılar o qədər genişlənir ki, onların ailə qurmasında ciddi problemə səbəb olur. Çünki uşaqlığında valideynləri tərəfindən şiddət görən insanların bəziləri düşünür ki, əgər ailə qursalar, onlar da bu şiddəti ailələrinə və uşaqlarına göstərəcəklər. Buna görə də onlar ailə qurmaqdan bir növ çəkinirlər.
Statistikaya baxsaq, görərik ki, şiddətə meyilli olan şəxslərin əksəriyyəti uşaqlığında valideynləri tərəfindən təhqirə və şiddətə məruz qalan şəxslərdir. Buna görə də vaxtında bir qədər səy göstərib və səbrli olmaqla, uşaqlara qarşı daha mülayim davranmaq lazımdır”.