![]() |
![]() |
"Ölkə.Az" xəbər verir ki, gələn il Azərbaycanda bir sıra yeniliklər olacaq.
Daha ətraflı videodan izləyin:
"Ölkə.Az"ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 18.07 faiz olub.
O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verdiyini diqqətə çatdırıb.
Son vaxtlar alıcılar hazır sovqat qutuları almaqdansa, boş qutu alıb onu özləri doldurmağa üstünlük verirlər. Çünki vətəndaşlar hazır qutuların içinə qoyulan ərzaqların keyfiyyətinə güvənmirlər.
Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu hədiyyələr əsasən uşaqlar üçün alındığından valideynlər qutunun içərisindəki ərzaqların keyfiyyətindən əmin olmaq istəyirlər. Xüsusilə də vaxtı ötmüş və ya keyfiyyətsiz şirniyyatlarla doldurulmuş qutular valdeynləri narahat edir. Elə alıcılar da valideynlərin bu narahatlıqlarını etiraf edirlər.
Qida eksperti İsa Əliyev bu məsələnin uşaqların sağlamlıqları baxımından önəmli olduğunu deyir. Onun sözlərinə görə, valideynlər hazır qutuların al-əlvan qablaşdırmasına aldanmamalıdırlar. Üstəlik, un məmulutları ilə doldurulmuş hədiyyə qutuları daha çox risk daşıyır. Çünki un məhsulları nəmişliyi daha çox çəkir. İsa Əliyev deyir ki, əgər valideynlər özləri belə bir qutunu hazırlamağa vaxt tapmırlarsa, aldıqları qutunun eyni firma tərəfindən doldurulmasına diqqət etməlidirlər.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, istehlakçılar bilməlidirlər ki, qutuların üzərində qeyd olunan tarix qutunun qablaşdırma tarixidir və içindəki məhsula aidiyyəti yoxdur. Ona görə də bu qutuları alarkən, içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi və qida dəyəri kimi məlumatlara diqqət yetirilməlidir.
Cənubi Kipr ABŞ-dan silah almaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Cənubi Kiprin Müdafiə naziri Nikos Kristodulides deyib.
O, ABŞ-ın bu vaxta qədər tətbiq etdiyi silah embarqosunun ikili münasibətlərin səviyyəsini əks etdirmədiyini bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Konqresində qəbul edilən Cənubi Kiprə silah embarqosunun ləğv edilməsi ilə bağlı qanun layihəsi Donald Tramp tərəfindən təsdiqlənib.
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat bu gün başa çatıb.
Axar.az xəbər verir ki, seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılıb.
Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 17-də və 20-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Nizami və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.
Reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.
Həmin mağazaların satıcıları – R.Məmmədov, Ə.Qasımov, M.Cəfərov və M.Salmanov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.