![]() |
![]() |
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Axar.az-a açıqlamasında bildirib ki, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib:
"İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb".
Onun sözlərinə görə, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfi təxribat törədib: "Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir".
S-400-lər istənilən vaxta, istənilən yerə yerləşdiriləcək bir sistemlər deyil.
Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkə mətbuatına açıqlamasında deyib.
“S-400 zenit raket kompleks sistemləri uzun mənzilli raketlərdir. Yəni hava hücumundan müdafiə silahıdır. Bu sistemləri burda və yaxud orada rahat şəkildə yerləşdirmək olmaz. Bunlar mümkün təhlükələrə qarşı istifadə olunur və yerləşdirilir. Fəaliyyətlərimiz planlaşdırıldığı kimi davam edir”, - nazir bildirib.
Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63 000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs cari ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 63 000 manat pulu gizli yolla oğurlayıb.
Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sabah 2021-ci ilin ikinci Günəş tutulması baş verəcək.
Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az verilən məlumata görə, məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.