Son xəbərlər

İsti havada avtomobildə kondisionerin olması komfortun əsas şərtidir.

Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. Həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.

Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 dərəcədən çox olmamalıdır. İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.

Bundan əlavə hərarət fərqi ürək tutmasına səbəb ola bilər. Bu ürək xəstəlikləri olanlarda, yaşlı insanlarda xüsusilə tez-tez baş verir.

Soyuq hava axınını üz və ayaqlara istiqamətləndirməyin, bu da xəstəliyin riskini artırır.

Saglamolun.az bildirir ki, maşında olan kondisionerin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərdə çoxlu mikroblar yığılır və sonra hava axını ilə insanın nəfəs yollarına düşür.

Maşında kondisionerin olmasının komfortdan əlavə digər faydası da var. Araşdırmalar göstərir ki, maşında kondisionerin olmaması isti havada qəzaların riskini xeyli artırır. Məsələ burasındadır ki, çox isti hava insanın mərkəzi sinir sisteminə mənfi təsir edir – diqqət azalır, insan çətin vəziyyətdə daha gec reaksiya verir ki, bu da nəticədə qəzaların artmasına səbəb olur.

Alman alimlərinin araşdırmalarına görə, maşın salonunda temperaturun 32 C qədər yüksəlməsi qəzaların riskini 15%, 37 C qədər yüksəlməsi isə 35% qədər artırır.

“Ortada “villası yarımçıq qalıb” söhbəti olub. Biz villa tikdirənik?!”

Bir müddət öncə Bakıda plastik əməliyyatdan sonra həyatını itirən Sona Gürgün Vəliyevanın vəkili hadisə ilə əlaqədar plastik-estetik cərrah Sirus Qoçqanini günahlandırır. O, həkimi mənəvi zərəri pul vasitəsilə ödəməməkdə ittiham edir. Sirus Qoçqani isə deyilənlərlə razılaşmır və ölüm hadisəsinə görə, təqsirinin olmadığını bildirir. Həkim qanun çərçivəsində məsələnin araşdırılmasını istəyir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birilərini ittiham edir.

Minval.info-ya müraciət edən vəkil Samir Zeynalov plastik-estetik cərrahın uğursuz əməliyyatlar həyata keçirdiyini iddia edir. Onun sözlərinə görə, iki uşağı anasız qoyan, respublikanı yeganə ixtisas baxımından həkimsiz qoyan Dr. Sirus Qoçqani hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılamaq məqsədilə mərhumə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb:

“Lakin səhlənkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkimin təklifi ağlabatan olmayıb. Sirus Qoçqani yol verdiyi həkim səhvi nəticəsində ailəyə dəymiş maddi ziyanı hər aya düşən sabit pul məbləği ilə kredit formatında fiksasiya etmək istəyib. Bu görüşlərdən sonra isə bir daha Sirus Qoçqanidən xəbər almaq mümkün olmayıb. Görünən odur ki, adı çəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil”.

Vəkil iddia edir ki, plastik-estetik cərrahın həm köməkçisi, həm də həyat yoldaşı olan Könül xanım Sona Gürgünə əməliyyatdan bir müddət öncə liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparatın heç bir həyati risk yaratmadığını söyləyib: “Bu aparatla emboliyanın baş vermədiyini, əməliyyatın bu baxımdan tamamilə təhlükəsiz olacağını və hər şeyin uğurla nəticələnəcəyini bildirməklə sonuncuda əminlik hissi yaradıblar. Bu barədə əldə edilən səs yazıları belə deməyə əsasən bizə əsas verir. Həkim Sirus Qoçqanin barəsində analoji uğursuz əməliyyatlarının bir daha gerçəkləşməməsi üçün cinayət hüququ qaydasında Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək”.

Mövzuyla əlaqədar minval.info-ya açıqlama verən Siruz Qoçqani ittihamlarla razı olmadığını dilə gətirib:

“Nə əsasla bizi günahlandırırlar? Bununla bağlı dövlət orqanları – Səhiyyə Nazirliyi, prokurorluq var. Kimsə gəlib günahlandırırsa, bu, artıq olmaz. İkincisi, rəhmətə gedən tərəfə bildirdik ki, əgər bizi günahkar hesab edirsinizsə, meyiti morqa verin, ekspertiza təyin olunsun, araşdırılma aparılsın. Mən şəxsən özüm xahiş etdim ki, bunun səbəbin tapsınlar. Bizlik heç bir problem yoxdur. Söylədim ki, ərizə də yazın, qanun çərçivəsində hər işləri görsünlər. Burada məmin heç bir günahım olmayıb, əzizim. Nə ediblərsə, özləri ediblər”.

Plastik-estetik cərrah bildirir ki, onun yanına gələrək 150 min dollar pul istəyiblər: “Hansı əsasla? O zaman da dedim, nə narazılıqları varsa, şikayətlərini etsinlər. Qanuni olaraq, mənim barədə nə rəy yazsalar, bunu qəbul edirəm. Demişdim ki, insani cəhətdən kömək edə bilərəm. Mən xarici vətəndaşam, problem olarsa, dərhal deport edərlər. Bunu kimsə nə pulla, nə də ki, dost-tanışla yuya bilər. Dayağım da, “day-dayım” da yoxdur. Bir neçə ölüm hadisəsi ilə  bağlı adım hallandı, bu da müvafiq qurumlar tərəfindən araşdırıldı və hüquqi qiymət verildi. Mən işimi düzgün aparıram. Sözügedən aparata gəldikdə isə bununla bir çox əməliyyatlar həyata keçirilib və heç bir problem olmayıb”.

Məsələ ilə bağlı həkimin həyat yoldaşı və assistenti Könül xanım da minval.info-ya açıqlama verib:

“Qarşı tərəf şikayətçiydisə, nəyə görə ərizə yazmadılar?! Bizi davamlı zənglərlə görüşə dəvət edirdilər. Hansısa restoranın həyətinə çağırıb, qarşımıza pul tələb qoyublar. Bu nə deməkdir? Adam ölənə görə, susur, dinmir. Ortada “villası yarımçıq qalıb” söhbəti olub. Biz villa tikdirənik? “Mənimlə yazışması var” deyirlər, onu ortaya çıxarsınlar. Biz yaslara gedirdik. Əvvəlcə doktorun adını çəkdilər. Dedik ki, yazıları göstərsinlər. Əllərində heç bir sübut olmadı. Daha sonra anestezioloqun adını çəkdilər. Başqa sözlər danışdılar, etik olmadığı üçün söyləmək istəmirəm. İndi isə mənim adımı çəkirlər. Biz özümüz məhkəməyə müraciət edəcəyik. Telefonumda belə, o xanımın nömrəsi yoxdur. Amma onların göndərdiyi “pulu verin” səs yazıları telefondadır. Bizim onlara verəcəyimiz bir qəpik də yoxdur. Ən azından ölənə hörmət etsinlər, ayıbdır. Onlar etmirlərsə, biz də hər şeyi açıb ortalığa qoyacağıq”.

Xatırladaq ki, mərhumə Sona Gürgün Vəliyeva Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi olub.

Samir Mirzə

Burada təhsildən başqa hər nə desən var... - İTTİHAM
İki il əvvəl Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə kollec bir-birinə, o cümlədən, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Bu proses bəzi assosiasiyalarla, eləcə də ixtisar olunan kadrların etirazı ilə müşayiət olundu. Amma nə dəyişsə də, əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu dəyişmədi ki, dəyişmədi. Bu günlərdə Bakı Humanitar Kollecinin qiyabi şöbəsində təhsil alan I kurs tələbələrindən birinin valideyni redaksiyamıza müraciət edərək bu təhsil müəssisəsində tüğyan edən rüşvətxorluqdan gileylənmişdir. Övladının adının açıqlanmasını hələlik istəməyən valideyn Təranə xanım bildirir ki, qızı imtahana hazırlaşsa da, qiyabi şöbənin müdiri Günel müəllimə ilə kollecin tədris işləri üzrə direktor müavini Nərgiz Mustafayeva birləşərək, ondan rüşvət tələb edir, «gözümçıxdıya salırlar». Valideynin sözlərinə görə, adları çəkilən müəllimlər həmin tələbin direktor Vaqif Əmiraslanovdan gəldiyini, yaxşı oxuyub-oxumamasından, imtahana necə hazırlaşmasından asılı olmayaraq, bütün tələbələr qarşısında qoyulduğunu bildiriblər. Ölkə ictimaiyyətinə bəllidir ki, Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanov akademik, millət vəkili Əhliman Əmiraslanovun qardaşıdır. Vaqif müəllim indiyə kimi görkəmli alimin himayəsindən geninə-boluna istifadə edib. Amma görünür, qardaşının nüfuzunu xərcləyib tükədən Vaqif Əmiraslanov daha Böyük Dayağa ehtiyac duyub. Təsadüf onu çox axtarmağa qoymayıb. Etibarlı mənbədən aldığımız məlumata görə, kollecin əsas korpusunu ölkənin ikinci hakim ailəsi sayılan Paşayevlərə məxsus bir şirkət alıb. Korpusun binası dövlətə məxsus olsa da, Vaqif Əmiraslanov «cınqırını çıxartmadığına» görə Paşayevlərin qarşısında bir növ siyasi devident qazanıb və məhrəm məclislərdə bununla öyünməkdən də utanmır. Onun bu mübhəm sükutu tələbələri didərgin salıb və gənclər «İdrak» liseyinin köhnə binasına sığınmağa, birtəhər uyğunlaşmağa məcbur olublar. Təsəvvür edin, liseyin-şagirdlərin bəyənmədiyi binaya kollec-tələbələr yerləşdiriliblər. Bu, tənəzzül deyilmi? Ardından süqutun gəlişini istəmiriksə, təcili və təxirəsalınmaz tədbir görmək — Vaqif Əmiraslanovla vidalaşmaq lazımdır \\deryaz.az\\
Son zamanlar “Azərpoçt”un yerlərdəki poçt şöbələrinin yerləşdiyi əmlaklar özəlləşdirilərək satılır və şöbələrin əvvəllər hətta 500-600 kv.metr olan əraziləri 40 kv.metrə endirilir.

 


“Kommersant.az” xəbər verir ki, sonuncu dəfə belə bir “əməliyyat” «Azərpoçt» MMC-nin paytaxtdakı 2 saylı filialının 138 saylı poçt şöbəsində həyata keçirilib:

““Azərpoçt”un təkcə Bakı şəhərində 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Sovet dövründə əksər binaların birinci mərtəbəsini başdan-başa əhatə edən poçt şöbələrinin çoxunun ərazisi ya satılıb, ya da kiçildilərək balaca bir otağa çevrilib. Məsələn, “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən 138 saylı Poçt Şöbəsinin də sahəsi satılıb. Şöbəyə əvvəlcə ATS-in binasında, sonra isə yeni açılan “Şəbəkə” xidmət mərkəzində yer verməklə kifayətləniblər”.

Qeyd edilir ki, həmin şöbənin yerləşdiyi əmlak “Azərpoçt”un rəhbərliyi tərəfindən satılıb: “100 kv.metrdən çox sahəsi olan poçt şöbəsi “Azərpoçt” rəhbərliyi tərəfindən 650 min manata satılıb. Ən maraqlısı odur ki, “Azərpoçt”un baş direktoru poçt şöbələrini satır, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürür…”

Mənbə qurumun rəhbəri Emin Əfəndiyevin hətta nazirlə də hesablaşmadığını iddia edir: “Maraqlı məqamlardan biri odur ki, baş direktor ya özü həddindən artıq sərbəst adamdır, ya da onun üçün bu cür sərbəstliyi yaradanlar var. Çünki o, hətta nazir Ramin Quluzadənin belə sözünə məhəl qoymur…”

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi (“Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasının yaxınlığında yerləşən parkın ərazisində səkini çayxanaya çeviriblər.

Demokrat.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər etiraz ediblər.

Sakinlər deyir ki, müvafiq dövlət qurumlarının vəzifəli şəxsləri vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş parkda qanunsuz biznes obyektləri açıblar. Bunun nəticəsində isə insanların səkidən istifadəsi əngəllənib.

“Yaşıllığı qorumurlar, qoruyanda da amansızcasına istifadə edirlər. Səkini çayxanaya çeviriblər, bizneslə məşğuldurlar, insanların səkidən istifadəsi əngəllənib. Günortadan sonra oradan keçmək mümkün olmur. Biz sakinlərin narazılığına məhəl qoyan yoxdur. Bu işdən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xəbərinin olmaması mümkün deyil. Yəqin ki, həmin biznes obyektləri icra başçısının razılığı ilə açılıb”.

Ərazidən çəkilmiş fotonu təqdim edirik (Ekofakt).

Səfər Mehdiyev, yoxsa Əbülfəz Məlikov?
Son bir neçə aydır ki, əksər mətbu qurumlarda “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ümumi büdcəmizə vurduğu zərbələrlə, gömrük sahəsində yaratmış olduğu inhisarçılıqla, qanuni fəaliyyət göstərməyə çalışan sahibkarların “dərisinə soyması”, ölkəmizə sayı-hesabı bilinməyən çəkidə palma yağlarını gətirməsi və s. haqda silsilə tənqidi açıqlamalar dərc olunmaqdadır. Məsələnin düşündürücü tərəfi odur ki, bu şəxsin atdığı belə bir addımlarla bağlı bugünə kimi aidiyyəti dövlət qurumları lazımınca məlumatlandırılsalar da, nədənsə adı çəkilən şəxsə qarşı hələ də bir kimsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Belə bir yanaşmanın varlığı onu sübut edir ki, deməli Əbülfəz Məlikovun arxasında duran “gözərünməz güclər” hal-hazırda adı çəkilən bu şəxsin kölgə iqtisadiyyatımıza “bəxş etdiyi töhfələri” razılıqla qarşılamaqdadırlar. 
İntertv.az xəbər verir ki, Onu da unutmaq olmaz ki, cənab Prezident gömrük sahəsində baş verən hər cür əyintilərə, ümumilikdə kölgə iqtisadiyyatını əmələ gətirən bir çox amillərə qarşı davamlı mübarizə tədbirləri aparmasına baxmayaraq, bu gün də “Broker Əbülfəz” təxəllüslü monopolist ənənəvi qaydalarla işləmək iradəsini ortaya qoymaqdadır. İntertv.az-ın əldə etdiyi məlumatlara görə, bu şəxs Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni yenə də öz nəzarətində saxlamaqda davam edir. Belə bir halın varlığı da, yüzlərlə brokerin zərbə altına düşməsi ilə nəticələnir. Məsələn, Əbülfəz Məlikov “Broker MMC”-də çalışan bəzi şəxslərin adlarına ilk əvvəl VÖEN açılmasına nail olur, sonra hansısa şirkətin gətirdiyi məhsullar brokerlərin adlarına yazılır, daha sonra isə onun nəzarəti altında gömrükdə rəsmiləşdirilir. Belə bir haqq-hesabların qarşılığında o, hər brokerə cüzi məbləğdə faiz ödəsə də, onların adlarına rəsmləşdirililib idxal olunan məhsullara görə heç bir vergi ödəmirmiş. Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, bu şəxs sabiq vergi naziri Fazil Məmmədovun dövründə vergi əməkdaşları ilə asanlıqla “dil tapıb” “ödənişləri” qeyri-rəsmi şəkildə həyata keçirməyi də bacarırmış.
Əldə etdiyimiz müəyyən məlumatlara görə, bu gün “Broker Əbülfəz” hər kəsin nəzər-diqqətində “odda yanmaz, suda batmaz” təsiri bağışlayır və əksəriyyət də o qənaətdədir ki, bu şəxsə bir kimsənin gücü çata bilməz. Çünki o, gah gömrük sahəsində, gah “Meyvəli” bazarında, gah da logistika mərkəzlərində müəyyən işlər qurur, “minbir əməliyyat”lar həyata keçirir. Əbülfəz Məlikovun tez-tez yerdəyişmələr etməsi də, məhz maraq doğuran məsələlərdən olur. Buna da səbəb, onun personanın diqqətini yayındırmaq və büdcədən gizlədilən milyonların izini itirmək məqsədi güdməsi olur.

İntertv.az xəbər verir ki, Onu da qeyd edək ki, bu şəxs əslən Şamaxı rayonundandır və ticarətə siqaret satışı ilə girişir və Azərbaycana ilk dəfə olaraq “qara yollar”la siqaretlərin gətirilməsi işini də düzüb qoşa bilir. Bu sahədə hədsiz iş bacarığı olan Əbülfəz Məlikov, çox keçmir ki, ilk əvvəl Azərbaycandan olan böyük iş adamları ilə, hətta İrandan Azərbaycana ayaq açan biznesmenlərlə də iş qura bilir. Bu şəxsin adı indiyə kimi mediada şübhəli və kriminal əməllərdə də hallanıb. O, öz həyat bioqrafiyasını nə qədər gizli saxlamağa çalışsa da, həyatının xronologiyası haqda məlumatlar zaman-zaman mediaya çatdırılıb və bu yöndə müəyyən məlumatlar da dərc olunub. Dərc olunan məlumatlarda qeyd olunub ki, Əbülfəz Məlikov böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə girişir. Yəni, Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan bu şəxsin qüdrətli monopolistə çevrilməsində əsas rol oynayır. Bir sözlə, “Broker” MMC rəhbərinin, məhz bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrildiyi söylənilir. Bütün bunlardan əlavə, ayrı-ayrı KİV-də dərc olunan məqalələrdə hər iki şəxsin adı İran kəşfiyyatı ilə işbirliyində hallandırılıb və bu yöndə bəzi məlumatlar da dərc olunub. Əbülfəz Məlikovun “Royalbank” vasitəsi ilə İranda çirkli pulların yuyulmasında fəal iştirak etməsi haqda, müəyyən çevrələrdə bəzi məlumatlar da dolaşmaqdadır. Ehtimal etmək olar ki, o, ilkin kapitalını çirkli pulların yuyulması vasitəsilə əldə edib.

Bəzi mənbələrdən İntertv.az-a sızdırılan məlumatlara görə Əbülfəz Məlikov yenidən “dirilib” və gömrük əməliyyatlarında əvvəlki kimi olmasa belə, bu gün müəyyən addımlarını atmaqda davam edir. Məsələn, əgər bu şəxs son vaxtlara kimi şəxsi biznesini idarə etməklə məşğul olurdusa, bu gün yenidən brokerlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Yəni, bu şəxs bəzi mal və məhsulların, ələlxüsus ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində xüsusi rol oynamaqdadır. Bu şəxs bir vaxtlar ölkəmizə gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, tikinti materiallarının, hətta təkərlərin monopoliyasını böyük həcmdə “Broker” MMC, bəzi hallarda isə “Trans Broker” MMC şirkəti vasitəsilə həyata keçirirdisə, bu gün əvvəlki addımlarını ata bilməsə də, əvvəlki işlərinin müəyyən qismini həyata keçirə bilir. Adı çəkilən bu şəxslə bağlı səslənən iddialardan biri də, Əbülfəz Məlikovun pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələri ölkəyə gətirilməklə milyonlar əldə etməsidir. Bundan əlavə, bu şəxsin kifayət qədər gəlirli biznes sahəsi hesab olunan dekorativ ağac və gül kollarını ölkəyə gətirməklə, böyük payçılardan birinə çevrilməsi haqda da, müəyyən çevrələrdə söz-söhbətlər dolaşmaqdadır.

Bir media qurumu olaraq tərəfimizdən apardığımız araşdırmalar zamanı onu da müəyyən edə bildik ki, sən demə illər öncədən başlayaraq Əbülfəz Məlikovu DGK-də yüksək çinli vəzifə sahibləri ilə bağlayan sıx tellər olub. Belə bir bağlılığın nəticəsi olaraq, bu gün də ölkəmizdə aksiz siqaret biznesinin bu şəxsə həvalə olunduğu söylənilir. Hal-hazırda “qara bazar”da aksız markası olmayan siqaretlərin kütləvi satışı həyata keçirilir. Belə bir halın varlığı da, səslənən iddiaların əsaslı olduğunu sübut etmiş olur.

Bu gün ortaya çoxsaylı suallar çıxır. Görəsən Əbülfəz Məlikovun ölkəmizdə yenidən monopoliya yaratmasına kimlər “yaşıl işıq” yandırır? Məsələn, İntertv.az olaraq əldə etdiyimiz müəyyən məlumatlara görə, bir neçə gün bundan əvvəl ayrı-ayrı sahibkarların Gürcüstan Respublikası ərazisindən ölkəmizə idxal etdikləri mallar sərhəddə saxlatdırılır və onlar olmazın olaylarla da üz-üzə qalırlar. Yəni, bu məsələdə Məlikovun böyük rolunun olduğu bildirilir və o, sahbkarları əvvəlki şərtlər əsasında işləməyə məcbur etdirmək istəyir. Müəyyən məlumatlara görə, bu şəxs və ona bağlı olanlar “Əbülfəz Karqo” adlı şirkət təsis ediblər və buna bəzi məmurlar şərait də yaradıblar. Belə bir addımları atmaqda onların məqsədi, sanki 15 il bundan əvvəlki vəziyyəti bərpa etmək, ölkəni yenidən pis vəziyyətə salmaqdır. Elə ki, rəhbərlik dəyişdirildi və 2016-cı ilin yanvar ayından gömrük sahəsində yaradılmış monopoliyalara son qoyuldu və həmin vaxtlardan sonrakı dövrlərdə Səfər Mehdiyev etdiyi çıxışlarının birində “artıq büdcəmizə 1 milyard xeyir verə bilmişik” dedi. Bu belə olmalı olduğu halda, 15 il ölkəmizi monopoliyada saxlamaqla büdcəmizi viran edən Əbülfəz Məlikov, bu gün yenidən öz çirkin məqsədlərini həyata keçirmək istəyindədir.

Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-floboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb.

“Minval.info” xəbər verir ki, buna səbəb pasient qismində çıxış edən xanımın müayinə masası üzərinə çıxmasıdır.

Daha sonra xanım həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır.

Açıq-saçıq geyimləri və vinerlərin videolarında yer alması ilə izləyici toplayan Səbinə Sultanova adlı xanımın “instagram” izləyicilərini cəlb etmək üçün hesablanan reklam videosu həkimin ciddi tənqid olunmasına səbəb olub.

Sözügedən videonu təqdim edirik:

Minval.info

Gəncədə təhsil adına RƏZALƏT - ŞOK FAKTLAR
Gəncə şəhər 3 saylı Peşə Liseyinin direktoru Fazil İsmayılovun özbaşınalığını və korrupsiya əməllərini sübut edən yeni və şok faktlar əldə etmişik.

"Demokratik.Az"-a ötürülən yeni məlumatlarda bildirilir ki, yarıtmaz direktor bir neçə illdir ki, rəhbərlik etdiyi təhsil ocağına özünün pul xırmanı kimi yanaşaraq, yetim şagirdlərin də təqaüdlərini biçib mənimsəyirmiş.

Sən demə, özünün idarəçiliyi ilə korrupsiya və rüşvətxorluğa meydan açan, liseyin inventarlarını və digər maddi resurslarını qorxmadan talayan direktor ancaq varlanmağı hədəfləyirmiş. Sən demə, büdcə talançılığını həm də valideynlərini itirmiş şagirdlərinə qarşı, özü də amansızcasına edə bilirmiş...

Yetim-yazıq demədən əlinə keçən şagirdin aylıq təqaüdünü "həzm rabe"dən keçirən bu "elm adamı" barədə üzqaraldan məlumatlardan aydın olur ki, liseydə tədris və şagirdlərin dərslərə davamiyyəti aşağı olub. Çünki, Fazil İsmayılovu şagirdlərə keyfiyyətli peşə tədrisi və nizam-intizam əsla maraqlandırmayıb, o ancaq tabeliyindəkilərin əli ilə bac-xərac yığıb.

Aldığımız məlumata görə, 10-larla tələbə təqaüdlərindən doymayan direktor və yaxın əlaltıları müxtəlif səbəbdən dərs buraxan şagirdlərin valideynlərindən əlavə haqq da yığdırıb. Biabırçı məqam isə odur ki, direktor görk olsun deyə, "sözünə baxmayan" şagirdlərin bir neçəsini liseydən (təhsildən) uzaqlaşdırıb.

2018-2019-cu tədris ilində direktora pul vermədiyinə və "dərsə gəlmədiyinə" görə liseydən qovulan bir neçə şagirdin adını açıqlamaq olar. "Demokratik.Az"-a verilən məlumata görə, bunlardan biri anasının himayəsində yaşayan Ömər Həsənovdur.

Məlumata görə, direktor liseyin Aysel adlı baş ustasının əli ilə Ömər Həsənovun anasına telefon zəngi etdirir və Ömərin yanvar-fevral-mart ayları üçün dərsə gəlmədiyini, qiymətlərinin yazılmadığını bildirir. Əvəzində, direktorun adı ilə şagirdin anasından 3 aylıq təqaüdün pulunu ödəmələrini tələb edir. Son ay üçün isə kartı tələb edir. Ana isə cavabında, oğlu Ömərin həmin pulu alıb xərclədiyini deyir, istənilən pulu vermək üçün özünün pensiyasını alması üçün Aysel müəllimədən vaxt istəyir. Nəticədə, ana pulu verə bilmir və oğlu liseydən qovulur. (Səsyazını təqdim edəcəyik)

Bundan başqa, Ülvi Məmmədov adlı şagird də Bakıda yaşayır. Dərsə gəlməsə də liseydə "pul gücünə" təhsil alır. Bu şagirdin də kartı əlindən alınıb.

Bir valideynini itirmiş başqa şagirdlər də kartlarının direktor tərəfindən mənimsənilməsinə şikayət ediblər.

Bunlardan - İsmayılov Əhliman Ruslan oğlunun;

Qasımov Murad Əbülfəz oğlunun;

Abdullayev Qurban Akif oğlunu;

Tanrıverdiyev İmran İlqar oğlunun;

Sadıqov Əziz Asif oğlunun yazmış olduqları ərizələri misal gətirmək olar. O şagirdlər də direktorun hədə-qorxu ilə "kart bazarı" açdığını, təcrübə adı ilə də 20 manat yığdırdığını yazırlar.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar onu da öyrənə bildik ki, şagirdlərin pul və təqaüd kartlarının mənimsənilməsində liseyin direktoruna yardım edən Aysel adlı baş usta sabiq Təhsil Naziri Mikayıl Cabbarovun yaxın dostu, Fazil İsmayılovu Gəncə Dövlət peşə təhsil mərkəzinə direktor təyin etdirmiş maliyyəçi Vüsal Məmmədovun dayısı qızıdır.

Görünür, ona görə Fazil İsmayılovun bunca cinayət əməllərinə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tam susqunluq nümayiş etdirir. Fazil İsmayılov da özünü ərköyün korrupsioner kimi aparır...

(mövzu diqqətimizdədir)
108 min yararsız yumurta məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baxış keçirilərkən 108 000 ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

 

 

Bu gün üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə bir qəsəbə və yeddi kənddə qaz təchizatı dayandırılacaq.