Son xəbərlər

Ermənilərin əllərində heç bir fakt olmaya-olmaya Culfada erməni qəbiristanlığının dağıdılmasını beynəlxalq təşkilatlarda qaldırırlar. Əslində isə özləri türk və kürd qəbiristanlığını dağıdıb, xarabalığa çevirirlər.

Axar.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov öz Feysbuk səhifəsində ermənilərin türk və kürd qəbiristanlığını dağıtması ilə bağlı video paylaşıb. Politoloq bildirib ki, ermənilər hətta ölüləri də rahat buraxmırlar:

“Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Azərbaycanın indiki Ermənistandakı torpaqlarında, eyni zamanda Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə islam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir”. Z.Məmmədov bildirib ki, bütün bu vəhşilik dünyaya göstərilməli və ermənilər ifşa edilməlidir.

Qeyd edək ki, müsəlman qəbirlərin dağıdılmasını erməni narina Kirokasyan lentə alıb.

 
Əmək Məcəlləsində mühüm dəyişiklik

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcək ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.

İsveçrənin Sürix Prokurorluğu Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun borclarının qaytarılması üçün onun İsveçrədəki hesablarına həbs qoyub.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb.

Məlumata görə, İsmayılovun hesablarına həbs qoyulması üçün məhkəməyə avqustun 19-da, hazırda Rusiyanın VTB-sinə məxsus olan “BM bank” müraciət edib. Məhkəmə bankın vəsatətini iki gün sonra təmin edib.

Qaz olmayacaq

Bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

Bundan əlavə, 10:00-dan etibarən orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun Xırdalan kəndi, “Mexkalon” adlanan yaşayış massivində bir qrup istehlakçının qaz təchizatı dayandırılır.

Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

Minval.info xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Dünəndən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına yeni formalar verilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, YPX əməkdaşları dünəndən paylanan yeni formaları bu gündən geyiniblər.

Beləliklə də, bu gündən yollarda xidmət göstərəcək YPX əməkdaşlarını yeni formalarda görəcəyik.

Energetik içkilərin zərərləri ilə bağlı dəfələrlə yazılar yazmışıq. Elə biri yoxdur ki, bu içkilərin zərərindən xəbərsiz olsun.

Ölkəmizdə də hər gün yeni ad altında enerji içkisi bazara daxil olur. Reklam edilir, tanıtım, videolar çəkilir. Əgər qanun buna qarşı deyilsə təbii ki, enerji içkisi istənilən qədər reklam oluna bilər, amma bu gün bəhs edəcəyimiz məsələ bu deyil.

Belə ki, minval.info-nun xəbərinə görə, energetik içkilər sırasına yenicə daxil olan “Full”un reklam işləri elə də uğurlu alınmır.

Şirkət öz məhsulunu tez bir zamanda brend halına salmaq, tanıtmaq üçün pullar xərcləyir. Amma deyəsən düzgün üsul seçilməyib. Çılpaqlıq üzərindən diqqət çəkməyə çalışan şirkət daha da mənfi imic yaradır.

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, açık hava

Bu yaxınlarda şirkət “Full Energy”nin yeni brend siması olan Miri Yusifin iştirakı ilə tədbir təşkil edib. Buraya qədər hər şey normaldır, amma tədbirdə çimərlik geyimində olan qızların iştirakı normal qarşılanmayıb. Çılpaqlıq üzərindən məhsulunu reklam etməyə çalışanlar deyəsən enerji içkisinin cinsi istək artırıcı olduğunu düşünür. Belə olmasa bu görüntülərə nə ehtiyac vardı ki?

Bu foto belə insanların burada enerji içkisinin dadına yox, başqa bir yerlərə baxdığını göstərir. Bəlkə də məqsəd elə budur.

Görüntünün olası içeriği: 8 kişi

Tədbirin fotolarının şərh bölməsində belə insanlar, “Model kimi təqdim olunan bu qızlar normal geyimdə olsalar tədbir baş tutmayacaqdı? Enerji içkisi belə əxlaqsızlıqla, çılpaqlıqla reklam edilir” tipli şərhlər yazıblar.

Görüntünün olası içeriği: 4 kişi

Markanın rəsmi səhifəsində paylaşılan 1 dəqiqəlik videoda brendin siması olan Miri Yusifdən daha çox hovuzda, hovuzun kənarında yarıçılpaq şəkildə rəqs edən qızlar göstərilib.

Qısa ətək, şort, çimərlik geyimində olan qızlardan istifadə edib öz məhsulunu reklam edən təkcə bu şirkət deyil. Digərləri də eyni addımı atırlar.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, havuz, açık hava ve su

Görünən budur ki, ölkəmizdə məhsulun reklamı üçün çılpaqlıq önəmlidir.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ağaç, açık hava ve doğa

“Full Energy”nin Miri Yusiflə ilk reklam videosu da bəyənilməyib.

Bundan başqa, şirkətin smm işini görənlərin də qeyri-peşəkarlığı diqqət çəkir. Məsələn, aşağıda gördüyünüz fotoda yenə qadın bədənindən istifadə edib diqqət çəkməyə çalışılıb. Amma bunu belə qeyri-peşəkar həyata keçiriblər.

İnternetdən əldə olunan fotonun üzərində qeyri-peşəkar fotoşop işi görərək hazırlanan poster də gülüş obyektinə çevrilib.

Növbəti yazımızda: “Azərbaycanda enerji içkilərinin qiyməti niyə artmadı, şirkətlər hansı yollara əl atıb vergidən yayındılar? Enerji adı ilə insanlara satılan nədir?”

Paşa Sadıqlı

Bu günün gənc ailəsini təşkil edən fərdlər zamanında tibbi müayinədən keçməyə utanmayıb, bunu vacib hesab etsəydilər, boşanmaların sayı bu qədər olmazdı. Analar qızlarını həkimə aparmaqdan hələ də çəkinir.

Axar.az xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev əhalinin tibbi müayinəyə əhəmiyyət verməməsi, belə müayinələrdən çəkinməsi ilə bağlı danışarkən deyib.

Həkim bildirib ki, bu kimi tibbi müayinələrə laqeyd münasibət göstərildiyindən evlilikdən sonra yaranmış problemi kişidə yox, qadında görürlər:

“Bizdə gənc qızları tibbi müayinədən keçirtmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar. Qorxurlar ki, qınaq atəşinə tutularlar. “Qız uşağını da həkimə apararlar?” sözünü eşitməkdən qorxurlar. Heç oğlanlar da tibbi müayinəyə meyilli deyil. Bəs nəticə nədir? Bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır və son illərin bəlası olan sonsuzluq vaxtında müəyyən edilmir. Bununla da ailə dağılır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq olduqca yanlış yanaşmadır. Oğlanlarda problemlər az deyil. Son illər kişi sonsuzluğu sürətlə artır”.

Həkim bildirib ki, rəsmi nikah üçün tələb edilən sağlamlıq haqqında məcburi arayışa ciddi yanaşılmalıdır:

 

“VVAQ üçün olan məcburi müayinələr təqdir ediləndir. Amma spektr dardır. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz “çek ap” müayinədən keçsinlər, rəsmi nikahdan əvvəl yox. Ciddi problemlər vaxtında aşkarlansa, yeni qurulan ailələr bir ildən sonra dağılmaz”.