Son xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 101.775.225,87 AZN, 213.577,88 ABŞ dolları, 17.266,0 avro və 5000,0 rubl vəsait daxil olub.

“Minval.info” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, iyun ayının 28-də Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov YAP üzvlərini Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət etmişdi. Bundan sonra bir sıra tanınməş şəxslər bu kampaniyaya dəstək verdilər. Bəs Ə. Əhmədovun çağırışından sonra fonda nə qədər pul köçürülüb?

Müdafiə Nazirliyinin iyulun 1-də açıqladığı məlumata görə, Silahlı Qüvvələrin Yardım Fonduda 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16936,0 avro və 5000,0 rubl vəsait olub.

1 iyul və 1 avqustda açıqlanan məbləğləri müqayisə etddikdə Ə. Əhmədovun çağırışından sonra fonda aşağıdakı məbləğdə pul köçürüldüyünü söyləmək olar:

1 milyon 32 min 891 manat

330 avro

ABŞ dolları və rus rublu məbləği dəyişməyib.

Ekologiya Nazirliyi Xəzəri çirkləndirən obyektləri  məhkəməyə verdi; hüquqşünas: “Ortaya iradə qoyulsa, işlərə obyektiv baxıla bilər…”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib. Reydin məqsədi bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyətini yoxlamaq olub.

Yoxlama zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində sutəmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub. Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, “Balıqçı”, “Alma”, “Neptun”, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib. ile ilgili görsel sonucu

Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4 min manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan göstərişlər verilib. Məcburi göstərişlərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib. ile ilgili görsel sonucu

Reydlər zamanı Nabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”, Sumqayıtdakı “Katamaran”, “Sahil”, “Diana”, Bakıdakı “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala” və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan məcburi göstərişlər verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib. ile ilgili görsel sonucu

Azərbaycanda istirahət mərkəzlərinin məmur-oliqarxlara məxsus olması kimsəyə sirr deyil. Məsələn, cərimə olunan istirahət mərkəzlərindən “1001 gecə” deputat Hüseynbala Mirələmova məxsusdur. 2012-ci ildə həmin mərkəzdə baş verən qətldən sonra deputatın yaxınları da istintaqa cəlb olunmuşdular. Deputatın oğlu, iş üzrə ifadəsi alınmış Fərid Mirələmov mərkəzin atasına məxsus olduğunu gizlətməmişdi.

Hüseynbala Mirələmov

2012-ci ildə Xarici İşlər Nazirliyinin 1-ci (qərb) Ərazi İdarəsinin ikinci katibi vəzifəsində çalışan Rəşad Mirələmovun ifadəsini təqdim edirik.

Sitat: “Mən anadan olduğum vaxtdan ilkin olaraq Lənkəran şəhərində, 1986-cı ildən isə Bakı şəhərində ailəmlə birlikdə yaşayıram. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Xarici İşlər Nazirliyində 1999-cu ildən işləməklə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində 3-cü katib, hazırda isə Xarici İşlər Nazirliyinin özündə ikinci katib vəzifəsində işləyirəm. Şıx çimərliyində yerləşən ”Min bir gecə” istirahət mərkəzi atama məxsus olduğundan və yaşadığımız evə yaxın məsafədə yerləşdiyindən yay mövsümündə tez-tez ailə üzvlərim və ya tək həmin istirahət mərkəzinə gəlirəm”.

https://musavat.com/news/min-bir-gece-deki-qetl-gecesinin-daha-bir-sirri-acilir_151204.html 

Digər mərkəzlərin faktiki sahiblərinin də vəzifəli şəxslər olması haqda məlumatlar dolaşır. Bu baxımdan nazirliyin istirahət mərkəzlərini məhkəmədə udması perspektivi suallar doğurur.

İlgili resim

Əkrəm Həsənov 

Bu haqda “Yeni Müsavat”a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda istirahət mərkəzlərinin sıravi vətəndaşlara məxsus olmadığını bilməyən yoxdur: “Belə yerlərdə sıravı vətəndaş daşı daş üstə qoymaq imkanında deyil. Digər tərəfdən, dəniz sahilində, meşədə geniş ərazini götürüb orada istirahət mərkəzi tikmək böyük məsrəflər tələb edir. Bundan başqa tələblər də var. Ümumiyyətlə, Azərbaycanda ekologiya standartlarını pozanlar çoxdur. Ekologiya Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirir, məhkəməyə gedir. Sadəcə, belə məsələlərdə ayrı-seçkilik edilməməlidir. Nazirliyin haqlı tələbini yerinə yetirməyiblərsə, məhkəməyə müraciət etmək doğrudur. Sadəcə, məhkəmədə işi udub-udmamaq perspektivi məsələsi obyektiv və qeyri-obyektiv səbəblərə bağlı olacaq. İstirahət zonaları adi vətəndaşların deyil. Bunu ölkədə bilməyən az adam tapılar. Çox imkanlı, əksər hallarda da dövlət orqanlarına yaxın şəxslərə, məmurlara məxsusdur. Belə işlər məhkəmələrdəki korrupsiya mexanizmləri, bir çox hallarda pulla həll edilmir. Zəng edib tapşırırlar və hakim də tabe olur, tələb olunan qərar verilir”.

Hüquqşünas deyir ki, ortaya yüksək səviyyədə iradə qoyulsa, işlərə obyektiv baxıla bilər və ekologiyanı pozanlar cəzaya çatdırılarlar: “İşlərə obyektiv baxılmasa, pul, zəng məsələsi olsa, nazirliyin iddiaları heç nəyi dəyişməyəcək, Xəzər də çirklənməkdə davam edəcək, meşələr də zibilxanaya döndəriləcək”.

Avqust ayı işləyənlərin çoxu üçün əsasən tətil ayı olsa da, işləmək məcburiyyətində qalanlar da çox yorulmayacaq.

Minval.info xəbər verir ki, avqust ayında 4 qeyri-iş günü olacaq.

Ayın 12-i və 13-ü Qurban bayramı qeyd ediləcək.

Avqustun 10, 11-i şənbə və bazar gününə təsadüf etdiyi üçün ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Ağstafadakı hərf səhvi müzakirələrə səbəb oldu

Sosial şəbəkələrdə Ağstafa rayonunun girişində abidənin üzərində rayonun adının səhv yazılması ilə bağlı foto yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, feysbukda yayılan fotonun məlumat bölməsində qeyd edilib ki, bu barədə rayon icra başçısı Nizaməddin Quliyev belə qərar verib.

İcra hakimiyyətinin İnformasiya təminati və təhlil sektorunun müdiri Leyla İsayeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu işçilərin səhvidir: “Hər halda rayonun adı Ağstafadırsa, belə də yazılmalıdır. Sadəcə olaraq, təmir işləri hələ tam yekunlaşmayıb. Hazırda yazının fonu müəyyənləşdirildiyi üçün hərflər ora tam yapışdırılmayıb. Bir-bir hərflərin yerini dəyişərək yoxlayırlar. Fotoda da görünür ki, “S” hərfi işçinin əlindədir. Hər hərfi müvəqqəti qoyub duruş formasına baxıb qərar verirlər. Heç ola bilsin ki, orada “Ağstafa” sözü olmadı. Layihəyə uyğun olaraq yoxlanış işləri aparılır, sonda yekun qərar veriləcək”.

Sürücülərin səbr kasası daşır: “Addımbaşı qadağanedici işarə var, avtomobili cibimizdə gəzdirək?” BNA: Dayanma-durma ilə bağlı bizə səlahiyyətlər veriləndən indiyədək bu sahədə sürücülərin xeyrinə işlər aparırıq

Artıq bir ildir ki, şəhər ərazisində dayanma-durma, avtomobillərin parklanması ilə bağlı məsələlərin tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətinə verilib. Agentlik də küçələrə günü-gündən daha çox dayanma-durma nişanları quraşdırır. Nəticədə sürücülər get-gedə avtomobillərini saxlamağa yer tapmırlar. Məcburiyyətdən harda gəldi, saxlayanlar isə, cəriməyə məruz qalırlar.

Redaksiyamıza bu barədə çoxsaylı şikayətlər daxil olur. Sürücülər icazəli parklama yerlərinin azlığından, hər addımbaşı dayanma-durmanı qadağan edən nişanların quraşdırılmasından şikayətçidirlər.

“Bəs, biz nə edək? Avtomobilimizi harada saxlayıb, işin-gücün arxasınca gedək? Cibimizdə qoyaq, yoxsa qoltuğumuza alaq maşınlarımızı”, – deyə narazılıqlar var.

Hətta, bir avtomobil sahibi gecə saat 22.00 radələrində parklama qaydasını pozduğuna görə, 20 manat cərimə ilə üzləşdiyini deyir: “Yenə də pik saatları, tıxacların yaşandığı vaxtları başa düşməyə çalışırıq. Gecə saat 10-da, küçənin bomboş olduğu bir zamanda mənim avtomobilim kimə və nəyə mane olurdu ki, cərimələndim? Bu qədəri də yetər artıq!”

AYNA-nın əməkdaşı sürücülərin ciddi narazılığına səbəb olan bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. Qurumun sözçüsü sürücülərin gileyini başa düşdüyünü, lakin görülən tədbirlərin, məhz sürücülərin özlərinin rahatlığına xidmət etdiyini deyib.

“Dayanma-durma ilə bağlı bizə səlahiyyətlər veriləndən indiyədək bu sahədə sürücülərin xeyrinə işlər aparırıq. Belə ki, son bir ildə dayanma-durma nişanlarının sayını azaltmışıq. Bir çox qadağan olunan yerlərdə araşdırma aparmışıq və məlum olub ki, axşam saatlarında orada tıxac yaranmır və həmin ərazilərdə artıq dayanma-durmanı axşam saatlarına kimi qadağan etmişik”, – o bildirib.

BNA sözçüsünün sözlərinə görə, hətta sürücülərə güzəştlər də edilir: “Sürücü avtomobili qadağan olunmuş yerdə saxlayan kimi ona cərimə yazmırıq. 3-5 dəqiqə (yerinə görə zaman dəyişir) vaxt veririk. Sürücü bu müddət ərzində avtomobili qadağan olunan ərazidən çəkmirsə, o zaman artıq cərimə tətbiq olunur. Biz çalışırıq ki, sürücülər üçün şərait yaradaq”.

AYNA-ya şərh verən yol-nəqliyyat eksperti Elməddin Muradlı da avtomobil sahiblərinin narazılığını haqlı sayır: “Dayanma-durma nişanı artıq sürücülərin kabusuna çevrilib. Dayanma-durma ilə bağlı problemimiz çoxdur. Bu sahədə çox iş görməliyik. İlk növbədə parklanma yerlərinin sayı artırılmalıdır. Parklanma ilə bağlı qaydalar dəyişdirilməlidir. Bakıda parklanma ilə bağlı təcrübə özünü doğrultmadı. Ona görə yenidən parklanma məsələlərinə baxılmalıdır. Eyni zamanda, qiymətlər müəyyənləşməlidir. Bu məsələyə ciddi yanaşılmalıdır”.

“Ən böyük problemlərdən biri də parklama yerlərinin az olmasıdır. Bir çox mütəxəssislər deyirlər ki, “parklama qiymətini baha etmək lazımdır”, bəziləri isə deyirlər ki, “şəhərdə, ümumiyyətlə dayanma-durmanı qadağan etmək lazımdır”. Bəli, bu cür qayda bir çox dövlətlərdə var. Amma unutmayaq ki, həmin ölkələrdə normal ictimai nəqliyyat var. Onlarda trolleybus, metro, avtobus, qatar və başqa ictimai nəqliyyatlar mövcuddur. Avtobuslar vaxtı-vaxtında işləyir. Axı bizdə elə deyil”, – deyə o bildirib.

Muradlının fikrincə, hər yerə dayanma-durmanı qadağan edən işarə qoyub sürücüləri cərimələmək ədalətsizlikdir: “Cəriməyə səbəb olan işarələrin sayı günü-gündən artır. Amma məlumatverici lövhələr yoxdur. Bu yanaşma tərzi dəyişməlidir. Nə qədər qadağan işarəsi qoymaq olar? Yaxşı bəs, bu avtomobillər harada dayansın?”

“Bakı Nəqliyyat Agentliyinin işçiləri “dayanma-durma qadağandır” işarəsi qoyduqları küçələrin çoxuna axşam 20:00-dan sonra getsələr, görəcəklər ki, orada yollar boşdur. Deməli, orada axşam saatlarında avtomobil saxlamaq olar. Bu günə kimi yanlış təcrübə tətbiq ediblər. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyində savadlı mütəxəssislər var, onlar bu yaranan problemləri həll edə bilərlər. Amma gecikmək olmaz”, – ekspert vurğulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il uçun bir milyon manata yaxın pul xərcləyəcək.

Minval.info bakupost.az-a istinadən xəbər verir ki, ali təhsil müəssisəsi xərclərlə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb və qalib şirkətlərlə müqavilə bağlayıb.

Beləliklə, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün “A- Delfin- AA” MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün “İnci Grour of Comranies” MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün “Aysberg SH” MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün “Xəzri Grour” MMC-yə 109 min 769 manat, inventarın alınması üçün “Qardaşlar Mebel-3” MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün “Gesco” ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün “Automax TT” MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün “Aslift” MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün “AZRENA AA” MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün “Automax” TT MMC-yə 19 min 943 manat, cari təmir üçün “Retro Holding” MMC-yə 43 min 999.6 manat ödəyəcək.

Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi – 935 min 269.89 manat belə xərclənəcək.

Qeyd edək ki, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovadır. G. Məmmədova 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.

Komissiyanın üzvü: “Sərəncam olarsa, təbii ki, çox yaxşı olar…”

Ötən ilin avqustunda əfv sərəncamının verilməsi bu il də ənənənin davam etdiriləcəyinə ümid yaradıb. Avqustun sonunda əfv sərəncamının veriləcəyi haqda müzakirələr aparılır.

1994-cü ildən indiyədək imzalanmış 46 əfv sərəncamı ilə 5 min nəfərdən artıq şəxs cəzadan azad edilib. Sərəncamların 14-ü İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 amnistiya aktı 40 min məhkuma şamil olunub. Sonuncu dəfə əfv sərəncamı bu ilin martında verilib, azadlığa çıxanların siyahısı kifayət qədər geniş olub. Məhbəsdən azad edilənlərin arasında siyasilər də az deyildi.

Azad olunan şəxslər sırasında müxtəlif beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı 50-dən çox şəxs olub. Avropa İttifaqının alqışladığı bu qərar ən böyük əfv sərəncamı kimi qiymətləndirilib. Hazırda hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıdığı AXCP sədrinin müavini Seymur Həzi, Asif Yusifli, jurnalist Əfqan Muxtarlı, Saleh Rüstəmov, Səid Dadaşbəyli, vəkil Əliabbas Rüstəmov həbsdədirlər. İctimaiyyətdə belə bir fikirlər var ki, bu ilin avqustunda növbəti əfv sərəncamı imzalanacaq. Ekspertlər bildirirlər ki, siyasilərin azadlığa buraxılması daha məqsədəuyğundur.

Hər zaman əfv sərəncamından öncə Əfv Komissiyasının tez-tez iclasları keçirilir. Həmin iclaslarda məhbusların ərizələrinə baxılır və siyahı hazırlanır. Adətən bu iclaslar keçirildikdə ictimaiyyətə açıqlama verilir və nə qədər məhbusun ərizəsinə baxılması ilə bağlı məlumat yayılır. Sonuncu əfv sərəncamı ərəfəsində də Əfv Komissiyasının iclasları barəsində mətbuatda tez-tez informasiyalar yayılırdı. Lakin hazırkı ərəfədə belə bir məlumatlara rast gəlinmir…

Milli Məclisin deputatı, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, əfv sərəncamının verilməsi prezidentin səlahiyyətinə aiddir: “Düzdür, ötən il belə bir sərəncam verildi. Bu ilin martında da Novruz bayramı ilə bağlı daha bir sərəncam imzalandı. Ancaq son olaraq böyük əfvin olduğunu nəzərə alaraq hesab edirəm ki, avqust ayında əfv olmaya bilər. Olarsa, təbii ki, bu, çox yaxşı olar”.

Çingiz Qənizadə əfv məsələləri ilə məşğul olan işçi qrupuna üzv olan deputatların tətildə olduqlarını da nəzərə çatdırdı.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da “Yeni Müsavat”a bildirdi ki, ötən əfv sərəncamının imzalanmasından çox az zaman keçib. Ona görə də yenidən əfvin olacağını gözləmir: “Martda böyük siyahını əhatə edən əfv sərəncamı verildi. Ötən ilin avqust ayında da əfv sərəncamı verilib. Amma bu ilin martında ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halları ola bilər”.

Картинки по запросу tullantı sularıEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı,Sumqayıt, şimal və cənubsahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib və bundan əvvəl verilən məcburi göstərişlərin icra vəziyyəti yoxlayıb.

“Report”un məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, Balıqçı”, “Alma”, “Neptun, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilən “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb.

Reydlər zamanıNabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”,Sumqayıtda “Katamaran”, “Sahil”, “Diana”, Bakıda “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala”və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akttərtib olunub.Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib.

Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” qərar verib.

Qərara əsasən, “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılıb.

“Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMCyə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.

“Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “Göyçay Sukanal” TSCnin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.