![]() |
![]() |
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar mlli musiqimizin banisi Üzeyir Hacıbəyov həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.
İcmadan Kult.az-a verilən məlumata görə, videoçarxda Üzeyir Hacıbyəyovun keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur.
Qısametrajlı filmdə Üzeyir Hacıbəyovun Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərildiyindən bəhs olunur. Videoda qeyd olunub ki, Ü.Hacıbəyov orada bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Ü.Hacıbəyova xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Ü.Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur. Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən video çarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir Hacıbəyovun evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən güllə-boran edildiyi də qeyd olunub.
Həmçinin, filmdə sovet dövründə erməni millətçiləri tərəfindən Üzeyir Hacıbəyovun həyatına təhlükənin davam etdirildiyi nümayiş olunub. Belə ki, 1947-ci ildə Üzeyir Hacıbəyovun səhhəti daha da ağırlaşır. Onu Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır.
Xızıda polisləri silahla hədələyən sürücü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində VAZ-2109 markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub.
Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanlıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şamaxıda kütləvi dava olub.
Oxu.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.
Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb. C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.
O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
İqtidar-müxalifət dialoqunu təşkil etməklə ciddi bir birgə bəyanatın ortaya qoyulmasına səbəb olan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Axar.az-a müsahibəsini təqdim edirik:
- Fəzail bəy, sizin partiyanın təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu baş tutdu. Bu dialoqa zərurət hardan yaranmışdı?
- Dəyirmi masanın açılışında da qeyd etdiyim ki, bunun keçirilməsində başlıca məqsəd dövlətçiliyimizə və xalqımızın maraqlarına yönəlmiş təhdidlərə qarşı iradəmizin birgə nümayiş etdirilməsi və mövqelərimizin ortaya qoyulması idi. Dövlətin, hakimiyyətin təbii ki, müəyyən məsuliyyəti var və dövlət başçısı, dövlətin ayrı-ayrı qurumları Konstitusiyanın onlara vermiş olduğu səlahiyyətlər çərçivəsində işlərini yüksək səviyyədə yerinə yetirməkdə və dövlətimizi gücləndirməkdədirlər. Onlar dövlətimizin xarici qüvvələrə, təhlükələrlə qarşı müqavimətinin artırılmasına xidmət edən addımlar atmaqdadırlar. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və dünyada kifayət qədər nüfuzu olan, güclü orduya, dayanıqlı iqtisadiyyata, eyni zamanda, xalqla dövlət arasında möhkəm ittifaqa, birliyə malik ölkədir. Bunların hamısı ölkə Prezidentinin və iqtidarın həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub.
Lakin unutmayaq ki, Azərbaycanın siyasi sistemində yer alan müxalif siyasi partiyaların da, vətəndaş institutlarının da məsuliyyəti var. Bunlar da ictimai xadim kimi fəaliyyət göstərirlər və böyük məsuliyyət daşıyırlar. Hər bir Azərbaycan vətəndaşının olduğu kimi, medianın da, tanınmış təhlilçilərin də, ekspertlərin də məsuliyyətini gözardı etmək olmaz. Bütün bunların hamısı iqtidarın özünün də təmsil olunması şərti ilə hər birimizin məsuliyyət yükünü ümumiləşdirərək, dövlətimizin, dövlətçiliyimizin güclənməsi, ümummilli maraqlarımızın qorunub saxlanması üçün iradəmizin birləşdirməyə yönəlmiş təşəbbüs idi.
- Sizcə, bu gün ölkəmizə qarşı xarici təhdid varmı?
- Əlbəttə! Kson vaxtlar Azərbaycana, onun siyasi sisteminə qarşı təhdidlər və hücumlar var. Biz buna qarşı birgə fəaliyyətimizi nümayiş etdirməliyik. 2016-cı ilin aprel döyüşlərindən, Naxçıvanda keçirilən uğurlu hərbi əməliyyatdan sonra Ermənistan və Ermənistanı müdafiə edən qüvvələr Azərbaycanı daxildən sarsıtmaq və dövləti zəiflətmək üçün vaxtilə Azərbaycandan bu və ya digər səbəbdən gedərək, xaricdə məskunlaşan soydaşlarımızın iradəcə zəif və savadsız, dünyagörüşü aşağı olan, qaragüruhçu, vətən hissindən uzaq, öz ailəsinin belə qədrini bilməyən şəxsləri bu prosesə cəlb ediblər. Bunlar həmkarlarımdan birinin dediyi ki, siyasi deyil, sosial mühacirlərdir. Bu mühacirlərin içərisində Azərbaycanı sevən, onun bayrağı altında dövlətinə xidmət edən, müxtəlif tədbirlərdə iştirak edən şəxsləri də görürük. Ancaq bayaq dediyim tipdə olan sosial mühacirlər məhz Ermənistan və onu dəstəkləyən dövlətlərin xüsusi xidmət orqanları tərəfindən ələ alınıblar və maliyyələşdirilirlər. Onlar Azərbaycanı daxildən sarsıtmaq üçün tərbiyəsiz, əxlaqsız ifadələrlə söyüş kampaniyası aparırlar. Azərbaycanın cəmiyyətini çirkaba bulamağa çalışırlar. Dövlətin xalqla birliyini pozmağa yönələn ən müxtəlif üsullardan istifadə olunur. Dövlət başçısının və onun ailəsinin üzərinə gedilir, təhqirlər yağdırılır, şərəfsiz fikirlər ifadə olunur. Cəmiyyətdə xof, qorxu yaratmaq üçün müxtəlif çağırışlar edilir, xalq və dövlətin arasında uçurum yaratmaq, onu dərinləşdirmək üçün ən alçaq üsullardan belə imtina olunmur. Hətta onların bəziləri Qurban Məmmədli kimi xalqı yaba, bel, balta, bıçaqla üsyana çağırır. Təbii ki, onlar vətəndaş müharibəsi başlatmağa çalışacaqlar. Azərbaycanda hazırda xarici dövlətlərin marağı var. Azərbaycan bir daha o illərə qayıdarsa, ölkədə xaos olarsa, ermənilər öz himayədarlarının vasitəsi ilə yeni-yeni torpaqlar işğal edəcəklər, hərcmərclik, inlyasiya baş alıb gedəcək. Beləliklə, Azərbaycan məmləkəti, dövlətçiliyi məhv olacaq və ölkə fəlakətli bir duruma düşəcək. Belə təhlükənin hazırlandığı barədə bu və ya digər elementlər görünür. Biz də bu elementlərə və bu cür ağır nəticələr verə biləcək niyyətlərə qarşı vahid iradəmizi ortaya qoymalıyıq. Biz bu gün iqtidarda deyilik, lakin biz Azərbaycan xalqının qarşısında özümüzün siyasi platformamızdan çıxış edən siyasi partiyalarıq, onların liderləriyik. Müxalifətdə dayanan siyasi partiyaların da öz məsuliyyəti var. Biz bu məsuliyyətdən çıxış edərək, təhdidlərə, Azərbaycanın siyasi proseslərinə müdaxilə etmək cəhdlərinə qarşı dövlətimizlə bərabər mübarizə aparmarlıyıq və dövlətçiliyimizi möhkəmləndirməliyik. Dövlətimizin daha da inkişafı üçün bütün imkanlardan istifadə etməliyik. Biz bu məqsədlə dəyirmi masanı təşkil etdik və uğurlu da keçdi. Orada çox canlı və demokratik müzakirə getdi. Düzdür, müzakirə zamanı hədəfdən yayınmalar da oldu, sərt ittihamlar da səsləndi. Lakin Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov olduqca təmkinli münasibət sərgiləyərək, konkret arqumentlər və faktlarla bu cür ittihamları cavablandırdı. Qarşı tərəfin artıq o faktlardan sonra hər hansı başqa fikir söyləmək imkanı olmadı. Nəticədə orada iştirak edənlərin hər birinin imzası ilə ciddi bəyanat qəbul etdik. Düşünürəm ki, bu bəyanat Azərbaycanın ictimai-siyasi elitasının bütövlükdə iradəsinin ifadəsi kimi tarixə düşdü.
- Sizcə, bu görüş Azərbaycanın siyasi mühitində yeni dönəm başlada bilərmi?
- Bəli, söylədiyim kimi, dəyirmi masa qarşısına qoyduğu məqsədə nail oldu və gələcək dəyirmi masalar üçün cığır açdı. Əminəm ki, dəyirmi masalar bundan sonra da davamlı olacaq. Artıq bununla bağlı müəyyən fikirlər ortalıqdadır. Müxalifət, cəmiyyət bu cür müzakirələrin keçirilməsinin tərəfdarıdır. Bir müddət öncə Real TV-də YAP-ın sədr müavini Əli Əhmədov bu cür dəyirmi masanın keçirilməsində maraqlı olduqlarını önə çəkdi. İqtidar hər zaman olduğu kimi, bu dəfə də dialoqun tərəfdarı kimi çıxış etdi. Siyasi partiyaların ikisindən başqa – Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimli, onun tərəfdarları və REAL-ın Məclis sədri Azər Qasımlı istisna olmaqla - hər kəs bu cür dialoqların keçirilməsinə müsbət yanaşdı. Deməli, cəmiyyətdə sosial sifariş var və biz də bu sosial sifarişin məntiqinə söykənərək, dialoqlarımızı davam etdirməliyik.
- Bəzi ölkələrdə hakim partiyanın parlamentdə təmsil olunması üçün xüsusi hədd müəyyənləşdirilir. Yeni başlayan dialoqdan yararlanaraq, indiki dönəmdə iqtidar və ya hətta müxalifətin özü belə dialoqun inkişafı üçün bu təkliflə çıxış edə bilərmi?
- Hər bir dövlətin qarışında duran vəzifələrdən ən vacibi dövlətin təhlükəsizliyidir. Dövlətin təhlükəsizliyi təmin olunmadan həmin dövlət qarşısına qoyduğu hədəflərə çata bilməz. Ona görə də bu gün dünyada gedən prosesləri nəzərə alaraq, Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunub saxlanılması üçün iqtidarla birlikdə bütün siyasi partiyalar töhfələrini verməlidirlər.
Düşünürəm ki, müxtəlif mövzular ətrafında müzakirələr apara, ortaq nöqtəyə gələ bilərik. Bütün bu görüşlər, müzakirələr nəticədə Azərbaycanın möhkəmlənməsinə, xalqın maraqlarının təmin olunmasına töhfə verməlidir. Hər birimiz şəxsi və quru siyasi maraqlarımızı dövlətçiliyimizə və milli maraqlarımıza qurban verməyi bacarmalıyıq. Siyasi partiyaların bu gün güclənməsi ilə bağlı vermiş olduğunuz suala təbii ki, mən nikbin yanaşıram. Düşünürəm ki, Azərbaycan xalqı qısa zaman kəsiyində son dərəcə ciddi xarakter daşıyan mübarizə mərhələlərindən keçiribdir. Çətin və ağır zamanlardan keçərək dövlətimiz bugünkü səviyyəyə qalxıb. Partiyalar bu dəyirmi masalarda, debatlarda fikir mübadiləsi apararkən, konstruktiv, xalqın rəğbətini qazanacaq fikirlərlə çıxış edərlərsə, mənə elə gəlir ki, onlar mahiyyət etibarı ilə xalqın diqqətini cəlb edə və rəğbətini qazana bilərlər. Bu da nəticə etibari ilə seçkilər zamanı həmin siyasi partiyaların və onların liderlərinin xeyirinə ola bilər. Xalqımız bu gün emosional, dövlətimiz üçün təhlükəli xarakter daşıyan çağırışları qəbul etmir. Çünki xalqımız dərk edir ki, radikallıq, böyük kataklizmlər hər birimizə böyük təhlükə yarada bilər. Ailə üzvlərimizin heç biri bu təhlükələrdən sığortalanmayıb. Dünya təcrübəsi də var, Yaxın Şərqdə baş verən hadisələr də birmənalı şəkildə bunu göstərir.
Şəxsən mən siyasi partiyanın rəhbəri, uzun illərdir siyasətlə məşğul olan millət vəkili kimi çox istərdim ki, Milli Məclis daha rəngarəng olsun. Bu gün parlamentdən kənarda qalan tanınmış partiyaların liderləri də parlamentdə təmsil olunsun, onların konstruktiv mövqeyi, baxışlar sistemi dövlətimizə xidmət edən, töhfə verən addımları şübhəsiz ki, Milli Məclisi də rəngarəng edər, zənginləşdirər. Buradan xalqımız və dövlətimiz xeyir əldə edə bilər. Yəni meyar xalqa sədaqətlə, səmimi şəkildə xidmət etməkdir.
- Fəzail bəy, növbəti dəyirmi masanın nə zaman keçirilməsi planlaşdırılır və bu görüşün mövzusu nə ola bilər?
- Sentyabrın 11-də keçirilən dəyirmi masadan sonra siyasi partiyalar, analitiklər və yazarlar öz baxışlarını konstruktiv şəkildə önə qoydular. 260 mindən çox insan dəyirmi masanı dinlədi və ya məlumatı oxudu. Onların böyük əksəriyyəti dialoqu yüksək qiymətləndirdi və vacib olduğunu qeyd edərək, onun davam etdirilməsinə ehtiyac olduğunu bildirdi. Demək, bu, sosial sifarişdir.
Buna görə də bu istiqamətdə araşdırmalarımız gedir, mövzu müəyyənləşdirilir. Yəqin ki, yaxın zamanlarda biz buna aydınlıq gətirəcəyik və gələcəkdə daha geniş dəyirmi masalar keçirəcəyik. Bizə dəstək verdikləri üçün xalqımıza, KİV-lərə, dəyirmi masada iştirak edənlərə təşəkkür edirəm. Xalqımız bir daha Azərbaycanda barışın tərəfdarı olduğunu ortaya qoydu. Dəyirmi masaya dəvət edilən və iştirak edə bilməyənlərdən də xahiş edirəm ki, hamısı növbəti dəfə iştirak etsin. Bu dövlət hər birimizindir. Biz birlikdə daha güclüyük. Baxışlar, dünyagörüş fərqli ola bilər. Bu, təbii haldır, lakin ortada vətənin, dövlətin taleyi varsa, biz vətənimiz üçün çalışmalıyıq.
Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılamsı ilə bağlı işlər davam etdilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasında “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masada deyib.
X.Yusifzadə bildirib ki, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycan xarici bazarlara 554 mln. ton neft çıxarıb.
X.Yusifzadə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib.
SOCAR-ın Birinci Vitse-Prezidenti əlavə edib ki, Azərbaycanın böyük təbii qaz potensialı var: “Yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ancaq proqnozlara görə bu rəqəm 6 trilyon kubmetrdir”.
O qeyd edib ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günə qədər ümumikdə 2 mlrd. kubmetr qaz nəql edib.
Akademikin sözlərinə görə, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi davam etdirilir: “TAP layihəsi də artıq başa çatır. Gələn il də bu kəmər istifadəyə verilicək".
Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.
A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda həmin iş üzrə məhkəmə keçirilir.
Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkəti Rusiyanın ən böyük özəl şirkəti seçilib.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Ələkbərovun şirkətinin gəliri ötən il 8.036 trilyon rubl təşkil edib ki, bu da ikinci pillədəki “Surqutneftqaz” şirkətinin 1.867 trilyon rubl həcmindəki gəlirini ən azı 4 dəfə üstələyib.
Reytinqin üçüncü pilləsində 1.533 trilyonluq göstərici ilə “X5 Retail Group” şirkəti yer alıb. Dördüncü pillədə isə ötən il olduğu kimi yenə də “Maqnit” şirkəti qərarlaşıb. Şirkətin gəliri 1.237 trilyon rubla bərabər olub. İlk beşliyə 910.5 milyard rubl gəlirlə “Tatneft” də daxil olub.
Ali təhsil almaq hüququ qazanan hər bir tələbə universitet seçimi zamanı xüsusilə paytaxtda yerləşən təhsil ocaqlarına üstünlük verir. Hətta bölgələrdə dövlət universitetləri yerləşsə də, regionlardakı abituriyentlər Bakıdakı özəl universitetlərdə oxumağa can atır. Əhali arasında belə fikir formalaşıb ki, region universitetləri zamanla ayaqlaşa bilmir, paytaxtdakı ali təhsil ocaqlarından keyfiyyət baxımından geri qalır.
Lakin ABŞ, İngiltərə, Türkiyənin dünyaca məşhur əksər universitetləri paytaxtdan uzaqda, ölkənin fərqli şəhərlərində yerləşir.
Məsələn, dünyaca məşhur Harvard Universiteti ABŞ-ın Kembric şəhərində yerləşir, Oksford Universiteti isə İngiltərənin cənubunda yerləşən Oksford şəhərindədir.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, əslində bu gün regionlarda böyüyən uşaqların əksəriyyətinin paytaxtda yerləşən universitetləri seçməsinə səbəb sosiallaşmaq istəyindən irəli gəlir:
“Regionlarda olan universitetlərin son 5-6 ilə qədər infrastrukturu çox zəif olub. Hazırda bölgələrdə yerləşən ali və orta ixtisas təhsil müəssisələrində müəyyən işlər görülür. Ancaq istənilən halda bölgədə böyüyən gənc sosiallaşmaq üçün paytaxt universitetlərini seçir. Bundan başqa, bu, Bakıda yerləşən ali təhsil ocaqlarının həm nisbətən böyük olması, həm infrastrukturun daha üstün olmasından irəli gəlir.
Xarici ölkələrə fikir verin, dünyaca məşhur universitetlər var ki, əksəriyyəti bölgələrdədir. Hətta şəhərdə olsa belə, şəhər ətrafında yerləşir. Məsələn, Türkiyədə son illər yaranmış universitetlərin əksəriyyəti bölgələrdədir və ərazisi də 100 hektardan böyükdür, universitet şəhərciyi kimi fəaliyyət göstərir. Bu gün Azərbaycandan da Türkiyə universitetlərində təhsil almağa gedənlər heç də İstanbul və ya Ankaranı seçmir”.
Təhsil eksperti Kamran Əsədov da bildirib ki, bu gün xüsusilə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər regionlardakı ali məktəbləri seçmir. Bu isə ilk növbədə regionlardakı universitetlərin maddi-texniki bazasının zəifliyi, eyni zamanda, kadr potensialının standartlara uyğun olmaması ilə bağlıdır:
“Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin sayı 51-dir, onlardan da 41-i Bakının payına düşür. Qalan 10 ali məktəb regionlarda yerləşir.
Ali təhsil müəssisələrinin dislokasiyası üzrə aparılan təhlillərin nəticəsi olaraq bildirim ki, regionlardakı ali məktəblərin sayı azdır. Ali təhsil müəssisələrinin çox az hissəsi - 5, yaxud 6-sı regionlardadır. Texnologiya Universiteti, Aqrar Universitet, Mingəçevir, Lənkəran Dövlət Universiteti kimi təhsil müəssisələrini nəzərdə tuturam. Nəzərə almalıyıq ki, müstəqil universitetlər azdır, ali təhsil müəssisələrinin əksəriyyəti filiallardır. Məsələn, Bakı Dövlət Universitetinin, Pedaqoji Universitetin, İqtisad Universitetinin Şəkidə, Qazaxda, Qubada, Cəlilabadda, Zaqatalada, Ağcabədidə filialları var.
Qəbul imtahanlarından sonra reytinq cədvəli hazırlayarkən abituriyentlərin ərizəsində birinci mövqedə hansı ali məktəbin ixtisasını göstərməsi, 400-dən çox bal toplayan abituriyentin həmin ali məktəbi seçməsi, ali təhsil müəssisəsinin müsabiqədə dövlət sifarişli yerlərin tutma faizi kimi kriteriyaları nəzərə almağa çalışdım. 2018-ci il üzrə hazırlanan reytinq cədvəlinə göz yetirsək görərik ki, birinci yerdə Ali Neft Məktəbidir. 15 mindən artıq abituriyentin 10 minə qədəri öz ərizəsində birinci bu məktəbi göstərib. 2-ci yerdə Dövlət İdarəçilik Akademiyası, 3-cü yerdə Tibb Universiteti gəlir. Birinci onluqda regionlardan yalnız Naxçıvan Dövlət Universitetinin adı var.
Filiallar nəzərə alınmadan ümumilikdə 38 universitet üzrə Aqrar Universitet 19-cu, Lənkəran Dövlət Universiteti 23-cü, Mingəçevir Dövlət Universiteti 25-ci, Texnologiya Universiteti 37-ci yeri tutub. Bu mənzərə onu göstərir ki, həmin ali təhsil müəssisələrinə maraq azdır. Yəni abituriyentlər regionları seçmir”.
K.Əsədov bildirib ki, birinci səbəb şəraitsizliklə bağlıdır:
“Regionlar üzrə ən yaxşı sosial infrastruktur Gəncədə olsa da, bu məsələdə Bakıya uduzur. Söhbət internetlə işləmək imkanları ilə təmin olunmaqdan tutmuş fasiləsiz elektrik, istilik təminatı, təhsil alma, kitab oxumaq mühitindən gedir.
Türkiyə yüksək inkişaf etmiş ölkə deyil, amma İstanbul və Ankarada yerləşən ali məktəblər arasında bu sayaq kəskin disbalans ola bilməz. Baxmayaraq ki, Ankara paytaxtdır, amma İstanbulda təhsil mühiti daha yüksəkdir. Eyni qaydada Türkiyənin bir neçə şəhərinin adını çəkmək olar.
Avropanın şəhərlərində də analoji vəziyyəti görmək olar. Məsələn, Niderlandda Amsterdamla Rotterdam şəhərlərindəki ali məktəblərdə heç bir fərq yoxdur. Rusiyada da vəziyyət pis deyil. Sibirdə ali təhsil müəssisələri o səviyyədə inkişaf edib ki, Moskvada, yaxud Kemerovoda oxumağın elə bir fərqi yoxdur. Azərbaycanda isə gələcəyin kadrı hesab edir ki, Bakıda yetişməsinə daha yaxşı mühit var, nəinki Şəkidə, Gəncədə, Ağcəbədidə, Qubada, Cəlilabadda”.
Təhsil eksperti bildirib ki, amma bu səbəbin özü də başqa bir səbəb doğurur:
“Yüksək təhsil verən professor, müəllim heyəti regionlardakı ali məktəblərə getmir və elə buna görə də orada keyfiyyətli təhsil bazası yaranmır”.