![]() |
![]() |
Bununla əlaqədar olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə nəzarər məqsədilə küçələrdə növbəti reyd keçirmişdir. Həmçinin Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri rayon ərazisində davam etdirilir.
Bakıda bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülər haqda rəsmi açıqlama verilib.
Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanılacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 23-nə olan statistik göstəriciləri açıqlayıb.
Türkiyədə yeni növ koronavirus infeksiyası əleyhinə eyni anda 13 vaksin hazırlanır.
"Məktəblərin açılması və ya tədrisin hansı formada təşkili ilə bağlı ən düzgün və optimal qərarı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. Baxmayaraq ki, uzun müddət bunun əksini tələb edirdi. ÜST dünyanın demək olar ki, bütün ölkələrinə pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. İndi təşkilatın baş epidemioloqu Maria Van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yuxarıdakı fikirləri Ümumdünya Səhiyyə Təşkilatından öncə mən söyləmişəm. İstər sərt karantin rejimi olsun, istərsə də yumşalmalar biz Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etsək yoluxmaların sayı o qədər də yüksək olmaz:
"Düzdür, qaydalara əməl etməyənlərə görə yoluxmalar artsa da, bu o qədər də yüksək olmayacaq. Sevindirici haldır ki, insanlarımızın maskadan istifadə edir, sosial məsafəni qoruyur, sanitar-gigyenik qaydalara əməl edirlər. Təəssüf ki, qaydalara əməl etməyənlər də var. Onların hesabına yoluxanlar olur.
Bu nöqtəyi nəzərdən düzgün fikirdir ki, karantin rejimi olsa da, olmasa da xəstələnmə halları baş verəcək. Tövsiyələrə əməl olunarsa yoluxma sayı qatbaqat aşağı düşəcək. Yoluxma sayı aşağı düşərsə normal həyatımıza da tez qayıda bilərik. Bununla da rahat şəkildə rayonlara gediş-gəliş, iri ticarət mərkəzləri və digər pandemiyaya görə bağlanılan müəssisələr də açıla bilər.
Ümumdünya Səhiyyə Təşkilatını tövsiyyələrini hər bir ölkə öz xüsusiyyətlərinə uyğun tədbiq edir. Bizim ölkəmizdə də vəziyyətə uyğun olaraq ÜST-ün tövsiyəsinə baxa bilər. Mən bu məlumatı oxumamışam. Ola bilər ki, mətbuatda yayılan xəbər doğru olmasın. Əgər həqiqətən belə bir tövsiyə olarsa Operativ Qərargah, Səhiyyə Nazirliyi,
TƏBİB və bu məsələdə mütəxəssislərimiz öz fikirlərini verə bilərlər.
Bu gün yoluxanların sayı 600-dən 124-ə düşdü. Əgər qaydalara əməl etməsək yoluxanların sayı yenidən qalxacaq. Çünki hələ bu epidemiya sönməyib. Bu xəstəliyi sağlam gəzdirənlər var. Avropa dövlətlərində, eləcə də qardaş Türkiyədə yoluxanların sayı çoxalır. Amma bizdə yoluxanların sayı müsbət dinamikadadır. Bu rəqəmlərin düşməsini və stabil saxlanılmasını istəyiriksə qaydalara əməl etməliyik".
Bir neçə gün əvvəl koronavirusa yoluxma sayında azalma müşahidə olunsa da, son günlər yenidən artım qeydə alınır. Bəs, bunun səbəbi nədir?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev yoluxma sayını artmasını tətbiq olunan yumşalmalarla əlaqələndirib:
“Yoluxma sayının artması yumşalmaların nəticəsidir. Yumşalma və insanların qaydalara eməl etməməsi fonunda virusa yoluxmada artmanın olması normaldır”.
V. Əliyev sözlərinə görə, yoluxma artarsa yenidən karantin qaydaları sərtləşdirilə bilər:
“Yoluxma halları bundan sonra da uzun müddət davam edəcək. Ancaq yoluxma nəzarət altında olarsa, ciddi problem problem yaşanmayacaq. Lakin yoluxma halları artıb nəzarətdən cıxarsa, karantin qaydalarının yenidən sərtləşdirilməsi haqda düşünülə bilər”.
Millət vəkili Fəzail Ağamalı bildirib ki, yoluxmanın artmasının səbəbi insanların qaydalara əməl etmək istəməməsidir:
“İnsanlar qaydalara əməl etmək istəmir. Qaydalara əməl etmək bu qədər çətindir?! Nə vaxta kimi yumşalma və sərtləşmə olacaq?! Hər birimiz hazırki vəiyyətdən yorulmuşuq. İnsanlarımız artıq məsuliyyətli olmağı öyrənməlidir. Bu istiqamətdə təbliğat güclənməli, insanlar arasında marifləndirmə işləri aparılmalıdır. Təkcə sərt karantin tətbiq etməklə, insanları evə salmaqla nəyəsə nail olmaq olmaz. Ciddi marifləndirmə işlərinə ehtiyac var. Bu belə davam edə bilməz”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.
Bu barədə Dövlət Xidmətinə əsasən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur.