![]() |
![]() |
2020-ci ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb. Bundan 4 961 abonent Bakı, Abşeron və Sumqayıt, 1 170 abonent regionların payına düşür. 2020-ci ilin 8 ayı ərzində isə (yanvar-avqust) əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 519-a bərabər olub. Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.
Onu da qeyd edək ki, 2020-ci il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5 000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb. Avqust ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 161 574 abonent deməkdir. Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95 %-i) qazdan güzəştli limit daxilində istifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.
Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ruslan Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ruslan Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Ruslan Əliyevdən danışdılar yaxşı ki, Ruslan Əliyev Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub… Ruslan Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Ruslan Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - Birgə təlimlərin xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük faydası var. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Azərbaycan-Türkiyə arasında keçirilən genişmiqyaslı hərbi təlimlər iki qardaş ölkə arasında bağllığıı daha da artıracaq. Hətta belə deyim, birgə təlimlər düşmən ölkə üçün bir gözdağı da oldu. Bu təlimlər təkcə qonşu ölkələrdə yox, bütün dünya ölkələrində danışılır. Hətta dünya mətbuatı da bu təlimlərə böyük diqqət ayırıb məqalələr dərc olunub.
Bunlardan biri də Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta"dır.
Nəşrdə birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub".
Artıq dünya mətbuatı da Azərbaycan-Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlığı etiraf edir. Düşmən ölkələr bunu yaxşı başa düşür ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır və Dağlıq Qarabağın işğaldan azad etməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə öz fikirlərini bildirib. O, Ermənilərin xain hücumunu pisləyərək Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəldiyini vurğulayıb. Və əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır.
Son olaraq söyləyim ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda panika və təşviş içində izlənilir. Artıq düşmən də anlayır ki, Qarabağın işğaldan azad edilməsi an məsələsidir.
Azərbaycan Dəmir Yolları QSC Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır. Bu layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82 faizi tamamlanıb.
Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir.
Yolun layihələndirmə işlərinə xarici ekspertlər cəlb olunub, tikinti işləri isə yerli mütəxəssislər tərəfindən aparılıb. Qəbələyə çəkilən yolun keçdiyi ərazilər asan relyefə malik olmadığından bu xəttin çəkilməsi dəmiryolçulara böyük zəhmət və çətin sınaqlar hesabına başa gəlib. Tikintisi iki ildir davam edən yolda 7 ədəd körpü, 6 ədəd avtomobil tuneli, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 106 ədəd suötürücü boru kimi süni mühəndisi qurğular tikilərək başa çatdırlıb.
Bundan başqa, yolda elektrik dirəkləri və 1 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir. Bu yolda kəsintisiz 800 metrlik relslərdən istifadə olunub ki, bu da sərnişinlərin komfortlu səyahət keçirməsinə, eləcə də səs çirklənməsinin qarşısının alınmasına hesablanıb. Yolda təhülkəsizliyi təmin etmək üçün ümumi uzunluğu 85 000 paqon metr olan metal hasar da çəkilir.
Qəbələyə çəkilən yeni yolda 1 dayanacaq və 1 stansiya olacaq. Onlardan biri Ağdaşda, digəri isə Qəbələdə tikilir. Yolda həmçinin işarəvermə və rabitə sistemi üçün 1 ədəd məntəqə də inşa olunur.
Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq.
Tikinti işlərinin bu ilin noyabr ayınadək başa çatdırılması və yolun isə ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, bunun göstəricisi kimi, ötən il və cari ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub.
Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.
Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:
pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,
ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi,
ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi,
Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,
Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,
Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.
Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.
Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.
Hazırda aparılan islahatların məqsədi – pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.
Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.
Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, yaxın günlərdə BMM-in binasının boşaldılmasına başlanılacaq.
Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı.
Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.
BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media qurumları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.
Məlumatlarda qeyd edilir ki, Əli Həsənov təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər.
Xəbərə görə, bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.
Bakıdakı xəstəxanalardan birində körpə ölüb. “Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Burada 6 aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından ölüb. Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.
TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, körpədən koronavirusa görə analiz götürülüb: “Körpəyə III-IV dərəcəli ağciyər, ürək çatışmazlığı diaqnozu qoyulub. Uşaqda COVID-19 analizinin nəticəsi neqativ çıxıb”.
Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfər üçün yola düşüb.
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçiminin sentyabrın 3-dən 13-ü saat 23:59-dək aparılması nəzərdə tutulurdu. Lakin ixtisas seçimi 14 sentyabr səhər saatlarına qədər uzadılıb və saat 10:00-da başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, ixtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.
Bu gün ixtisas seçimi etmiş abituriyentlərin yerləşdirilməsi aparılacaq və müsabiqənin nəticələri axşam saatlarında elan olunacaq.