Son xəbərlər

Qubada dağlıq ərazidə yanğın var

Quba rayonunun Muçu kəndində (rayon mərkəzindən 83 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) həyətyanı sahədə ot tayaları yanır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Sabahdan Bakının girişindəki postlar yığışdırılır

Daxili İşlər Nazirliyi Bakıdan rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama verib. 

DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gecə saat 12-dən etibarən karantin postları fəaliyyətini dayandıracaq:

”Postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin daşınma fəaliyyəti istisna olmaqla həmin məhdudiyyətlər bu gecə saat 00:00-dan ləğv edildiyi üçün nəqliyyat vasitələrinin yoxlanılması prosesi və ümumiyyətlə postların fəaliyyəti də dayandırılacaq. Karantin postlarındakı müəyyən avadanlıqlar və qurğular hələ ki orada qalacaq. Çünki yoluxma sayının bundan sonra necə olacağı və buna uyğun hansı qərarın veriləcəyi məlum deyil. 

 

Giriş-çıxışa tətbiq edilən məhdudiyyət bu gecə qüvvədən düşən kimi sərbəst gediş-gəlişə icazə veriləcək. Qeydiyyat yerindən asılı olmayaraq hər kəs Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu daxil olmaqla, ölkədaxili istənilən şəhər və rayona gedib gələ bilər. Aydın məsələdir ki, hamının fərdi maşını yoxdur, onlar 200-300 kilometr məsafəni piyada gələsi deyillər ki. Hazırda ancaq taksi xidmətindən istifadəyə icazə verilib”.

Avqustun 8-dən rayonlardan Bakıya gəlmək mümkün olduğundan təhsil və ya iş üçün paytaxta üz tutanların sayı artacaq. Bu səbəbdən də kirayə mənzil bazarında canlanma yaranıb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlər artıq bahalaşmağa başlayıb.

Bəs Bakıda şəraitinə və qiymətinə görə ən münasib evlər hardadır?

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevdeyir ki, əsas tələb 1 və 2 otaqlı mənzillərədir. Həmin mənzillərin qiymətləri isə yerləşdiyi əraziyə uyğun dəyişir. Şəraitinə və qiymətinə görə, ən münasib evlər Bakının üçüncü zonası sayılan Yasamal, Binəqədi, Nəsimi, Xətai və Nizami rayonlarındadır.

Mərkəz sayılan, xüsusilə də ali məktəblərə yaxın olan yaşayış binalarında isə qiymətlər bahadır.

Ekspertin sözlərinə görə, pandemiya dövründə kirayə mənzil bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə enmişdi. Karantin rejmi yumşaldıqca tələb artır. Bu isə getdikcə qiymətlərin bahalaşacağı anlamına gəlir.

 

Dövlət İmtahan Mərkəzi doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edib.

“Qafqazinfo” xəbər verir ki, müqaviləçi-mütəxəssis doktorantura səviyyəsinə qəbul imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;

 

test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;

yazı və danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan suallarının tərtibində, həmçinin namizədlərin yazılı imtahan işlərinin və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsində iştirak etmək.