Son xəbərlər

Noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Noyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, Azercell Telekom MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır!

"Azercell" şirkəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də, operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.

Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq!

Qarabağdan eşidilmək ümidilə #gəlirik!

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

“İki həftədə yoluxanların sayı avqust ayı ilə müqayisədə belə çoxdur”

“Real TV” COVİD-19 xəstələrinin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, son günlərdə koronavirusa yoluxanların kəskin artması həkimlərin və xəstəxanaların işini də çətinləşdirib. 

Həkim-infeksionist Natiq Əliyev də bu barədə öz fikirlərini bildirib: “Son dönəmlərdə COVİD-19-a yoluxanların sayında artım müşahidə olunur. Son iki həftədə yoluxanların sayı avqust ayı ilə müqayisədə belə çoxdur. Bu bizi ciddi şəkildə narahat edir. Bunun səbəbi kimi yoluxanların sayının 100-ə düşdüyü vaxtlarda insanların rahatlaşması göstərilə bilər. Düşünürdülər ki, pandemiya bitdi. Ölkəmizdəki duruma görə düşünülür ki, COVİD-19 bitib və bu cəbhədə çətinliyimiz yoxdur. Bu fikirlərin nəticəsini görürük. Mart ayında COVİD-19-la bağlı hansı çətinlikləri hiss edirdiksə, indi də durum elədir. Özümüzü eyni yükün altında hiss edirik və durum bizi ciddi şəkildə narahat edir. Ön cəbhəni düşünərək özümüzü qorumalıyıq. Bu bəzən insanlarda qıcıq yaradır. Sosial məsafə, izolyasiya qaydalarına əməl etmək lazımdır. Öncə insanların sağlığını düşünməliyik. Ön cəbhəyə dəstək məqsədilə qorunmalıyıq və sağlamlığa ehtiyac var. Avqust ayında bildirirdik ki, qarşıda payız-qış fəsli gəlir və daha ehtiyatlı olmaq lazımdır, çünki bu dönəmdə infeksiyalar çoxalır.

 

Demişdik ki, özümüzü koronavirusdan əlavə digər xəstəliklərdən də qorumalıyıq. Çünki başqa xəstəliklərin olması koronavirusu daha da ağırlaşdırır. Sağalma müddətinə də təsir edir. Hazırda bizim xəstəxanaya 1150 xəstə daxil olub ki, onlardan 70 nəfəri stasionar bölmədə yatır və aralarında sağalıb gedənlər də var. Sosial məsafə və gigiyena qaydalarına əməl etməklə virusun qarşısını almaq lazımdır. Həkim olaraq mövqeyim hər zaman insanların sağlamlığını düşünürəm. Ön cəbhədə də həkimlərə ehtiyac var və biz özümüzü qorumalıyıq ki, burda daha çox həkimə ehtiyac olmasın. Hazırda yetərincə personalımız olsa da, daha pis vəziyyətin yaranmaması üçün qaydalara əməl etməliyik”.

Sabaha olan hava proqnozu

Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.  

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz  14-18 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sabah yağış yağacaq

Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

TƏBİB-dən payız-qış mövsümü ilə bağlı AÇIQLAMA
 

"Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Qarşıdan payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır".

Publika.az xəbər verir ki, bunları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinsə, bu, xəstəliyin daha ağırlaşmasına səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması aktuallaşıb. Dünyanın demək olar ki, bütün ölkələrində bununla əlaqədar tədbirlər görülməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin də bir hissəsidir.

O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, həmin vaxtlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb: "Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək".

"Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb".

Bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur: "İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır.

Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".

Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.//BAKU.WS