![]() |
![]() |
5 avqust 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə və ümumi müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
“Arsak sözü Qarabağ bölgəsindən kənarda toponim olaraq başa düşülmür. Bildiyimiz kimi, Qarabağ Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Burada daş dövründən bəri zəngin mədəni irs yaranıb və inkişaf edib. Skit, sak boylarının, Oğuz türklərinin dövlətçilik tarixinin ilk mərhələsi Qarabağ bölgəsində təşəkkül tapıb. Qarabağın dağlıq hissəsi müəyyən dövrlərdə Sakasena (Sak məskəni, sak yurdu) adı ilə tanınıb. Alban Arşaki sülaləsi dövründə burada sülalə adından yer adına keçid baş verib və Arsak adına ilk dəfə bu dövrdə rast gəlinib”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən yayımlanan canlı vebinarda deyib. O, qeyd edib ki, hazırda ermənilərin uydurma təbliğat maşını Arsak sözünün urartu mənbələrində Urtexe sözündən yarandığını deyirlər.
“Onlar həmin sözü Artsax adlandırırlar. Lakin Urtexe başqa sözdür və Arsakla əlaqəsi uydurmadır, heç bir elmi əsası yoxdur. Bəs, bu söz hansı formada asrak, arşak, artsax, artşax kimi işlənməlidir? O tarixi dövrdə regionda bir beynəlxaq danışıq, yazı dili var idi. O dövrün linqva frankası aramey dilidir. Yazılı mətnlərdə istər parfiya, istər qərb dillərində latın dili əsas dil idi və yunan dilindən də istifadə olunurdu. Bundan əlavə, parfiya mənbələri var idi. Bu mənbələrdə arsak qolunun hakimiyyətdə olmasından danışılır.
Ermənilər Şərqi Anadoluda Ayrarat dövlətlərinin olmasını bildiriblər. Bu, Urartu sözünün təhrif olunmuş variantıdır. Bildiyimiz kimi, Tövrat mənbələrində sait səslər yazılmırdı, yalnız samit səslər yazılırdı. Urartu sözü də yazıda “rrt” kimi yazılırdı. Yəhudi dini mətnlərində o sözü Ararat kimi oxumağa başladılar və Yerusəlimdən çıxan ilk xristianlar da bu sözü o formada yazmağa başladılar. Ermənilər özləri də etiraf edirlər ki, Urartunun onlara dəxli yoxdur. Arşakiləri Armaniya dövləti hesab edirlər. Lakin bu, Şərqi Anadolu bölgəsidir, Armaniya deyil”.
R. Əlizadə, həmçinin bildirib ki, Arsak boyu türk mənşəli olub:
“18-ci əsrdə Azərbaycanda xaçın məliklikləri qalmışdı. Onlar özlərini arsak soyundan hesab edirlər. II Yekaterinaya xaçın məliklərinin məktublarında alban türkləri, arsaki soyundan olduqlarını yazırdılar. Mənbənin orijinalında alban türk boyu olduqlarını, soylarını arsaki soyu adlandırıblar. Sonradan bunu rus starteji vəzifələrinədək yüksələn ermənilər həmin arxiv sənədlərini rus dilinə tərcümə etməyə başladılar və həmin sənədlər rus dilinə tərcümə olunanda söz erməni rəisləri kimi, alban türkləri isə müsəlman albanlar kimi tərcümə olunmağa başladı. Ona görə albanların kimliyi ört-basdır edildi”.
Tarixçi alim “Necə oldu arsak sözü artsax kimi dövrümüzə gəlib çatdı?” sualına cavab olaraq bildirib ki, bunun səbəbi 18-ci əsrin əvvəlində Osmanlı imperiyasına qarşı özlərini “mixitarist” adlandıran bir qrup ermənidir.
“Onlar öz tarixlərini Anadoluda gerçəkləşdirmək, gələcəkdə dövlətçilik qurmaq üçün planlarını həyata keçirməyə başladılar və Roma papası ilə görüşdülər. Həmin mixitaristər Osmanlıdan gətirdikləri ədəbiyyatları Avropa dillərinə tərcümə edib çap etməyə başladılar. Bir neçə müəllifi, o cümlədən, Aqafangel və digərlərini xristian missionerləri erməni kimi təqdim etdilər və kitablarını “Hay tarixi” adlandırdılar. Həmin vaxt müasir ermənicə arsak sözü və digər totponimlər təhrif olunaraq yazılmağa başlandı”.
Tarixçi əlavə edib ki, biz arsak sözünü işlətməkdən qorxmamalıyıq:
“Hazırda Şəki, Zaqatala, ermənilərin Sisyan adlandırdıqları rayonun adı, Beyləqan (sak düzü) sak sözü də eyni mənşəlidir. Bu toponimlər Azərbaycanın şimal torpaqlarında böyük trayektoriyanı əhatə edib. Tarix kitablarında arsak sözünün işlənməsi məsələsini bu barədə məlumatı olmayan insanların gündəmə gətirməsi, qabartması məlumatsız olmalarından irəli gəlir”.
Mart ayından bəri koronavirusla əlaqədar fəaliyyəti dayandırılan şadlıq sarayları ilə bağlı ötən gün sevindirici məlumat yayılıb. Belə ki, şadlıq saraylarına yaxın vaxtlarda toyların keçirilməsinə icazə veriləcəyi və bununla bağlı tədbirlər görmələri ilə əlaqədar icra qurumları tərəfindən göstəriş verildiyi bildirilib. Maraqlıdır, indiki durumda bu qərarın verilməsi nə dərəcədə doğrudur və qadağanın ləğvindən sonra hansı qaydalarla toy keçirilməsinə icazə verilməlidir?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Musa Quliyev bildirib ki, toyların keçirilməsinə icazə verilməsi üçün oktyabr ayını gözləmək lazımdır:
“Çünki adətən oktyabr ayında virus infeksiyaları artır. Onların koronavirusla birgə yayılması vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Bu məsələdə böyük ehtiyat edirəm. Hər halda toyların əvvəlki halda keçirilməsi yəqin ki, yaxın vaxtlarda mümkün olmayacaq. Yekun qərarı isə Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Oktyabr ayında situasiya aydınlaşdıqdan sonra daha dəqiq fikir söyləmək olar. İndi isə konkret fikir səsləndirmək çox çətindir”.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, mexanizm hazırlandıqdan sonra toylarla bağlı qadağanın ləğv edilməsinin tərəfdarıdır:
“Bu məsələ ilə bağlı qərarı Operativ Qərargah verməlidir. Məqsədəuyğundursa, təhlükə riski azdırsa, qorunma imkanlarını düşünüblərsə, belə qərar verilə bilər. Mən toyların keçirilməsinin tərəfdarıyam. Çünki xeyli insan bununla bağlı sıxıntı yaşayır”.
Professor Adil Qeybulla şadlıq saraylarında karantin davranış qaydaları ilə bağlı mexanizmin hazırlanmasının lazım olduğunu və qaydalara riayət edilmədiyi halda vəziyyətin pisləşəcəyini deyib:
“Qış aylarında hər il mövsümü soyuqdəymə xəstəlikləri olur. Bu il də onlar peyda olacaq. Koronavirusla bu xəstəliklərin müəyyən oxşar əlamətləri var. Xəstələrin hansının COVİD, hansında adi respirator xəstə olmasını təyin etmək çətin məsələdir. Bununla bağlı artıq xaricdə testlər hazırlanır. Müəyyən hazırlıqları biz də görməliyik. Toylarla bağlı isə mexanizm müəyyən edilməlidir. Şadlıq evlərində əvvəlki illərdə olduğu kimi çox sayda adamın toplanması, saatlarla kondisioner altında oturulması çox təhlükəlidir. Bir xəstə adamın olması kifayətdir ki, orada çox sayda adam yoluxsun. Bunun qarşısını almaq üçün insanlar arasında məsafə saxlanılması, stolların düzülüşü, konkret məkanda sayın müəyyən edilməsi, məclisə daxil olan şəxslərin virusa yoluxub-yoluxmamasının müəyyənləşdirilməsi, temperaturun yoxlanılması, kondisioner deyil, ventilyasiya sisteminin işlədilməsi və s. tədbirləri görmək olar. Bundan başqa toyların müddətinin artıq 5-6 saat deyil, 2-3 saat olması məqsədəuyğundur. Toylarla bağlı stereotip dəyişməli, format müəyyən edilməlidir”.
Həkim Qalib Əsədov isə kafe və restoranların fəaliyyətinə icazə verildiyi halda, toylara icazə verilməməsinin doğru olmadığını bildirib:
“Karantin şərtləri nəzərə alınmaqla toyun keçirilməsi bərpa olunmalıdır. Zalın kvadrat metrinə uyğun olaraq, müvafiq qonaq sayı müəyyənləşdirərək, toylara icazə verilməlidir. Necə olur ki, mən yad adamlarla restoranda otura bilərəm, amma hər gün ünsiyyətdə olduğum qohum, iş yoldaşı və dostlarla bir məkanda otura bilmərəm7! Toy hər bir gəncin həyatında çox önəmli bir hadisədir və bütün valideynlərin arzusudur. Müəyyən şərtlər daxilində toy, ad günü və s. tədbirlərə icazə verilməlidir”.
“Back to school” tirajlı stimullaşdırıcı lotoreyası 15 sentyabr 2020 ci il - 15 oktyabr 2020-ci il tarixləri arasında Azərbaycan Respublikası ərazisində keçirilir.
Lotoreyada iştirak etmək üçün satış məntəqələrində Snickers®, Bounty® və ya TWIX® ticarət markasına aid 2 (iki) ədəd baton çeşidini almaq lazımdır. Beləliklə yuxarıda qeyd olunan konfetlərin hər hansı birindən 2 (iki) ədəd alan şəxs məhsulun qəbzini özündə saxlayır. Qabzi qeydiyyatdan iki yola keçirmək olar: 1. Adını, soyadını, mobil telefonunu, e-mail ünvanını göstərərək www.backtoschool.az veb saytında qısa bir qeydiyyatdan keçməlidir. Lotereyada iştirak etmək üçün malların satın alınmasını təsdiq edən bir kassa qəbzinin fotoşəklini sayta yükləməlidir.
2. WhatsApp vasitəsi ilə qeydiyyatdan keçmək üçün iştirakçı qəbzin şeklini +994508959921 nömrəsinə göndərməlidir. 1.İştirakçı qəbz şəklini WhatsApp vasitəsilə göndərir.
Çekin şəkli dəqiq və aydın oxuna bilməlidir. Faylın növü: JPEG, JPG, ölçüsü 10 Mb-dan çox olmamalı, rezolyusiyası 200 (iki yüz) dpi-dən az olmamalıdır. Fotoşəkil olmayan təsvirlərə yol verilmir (skrinşotlar, basmalar, rəsmlər, kompüter qrafikası, fotomontaj). Çekin fotoşəkli üst və alt kənarları da daxil olmaqla tam çəkilməlidir, çekin şəkli tam şaquli istiqamətli olmalıdır, çekin fotoşəklini düz bucaq altında çəkmək lazımdır. Çeklər yükləndikdən sonra 48 saat ərzində onların Lotereya şərtlərinə uyğunluğu yoxlanılır (moderasiyadan keçir). Yüklənilmiş əmtəə çeklərini uduşlu olduğu təqdirdə Lotereya Təşkilatçısına təqdim etmək üçün mütləq saxlamaq lazımdır. Hər iştirakçı yalnız bir nömrə ilə qeydiyyatdan keçə bilər. Qəbzi lotoreyanın sonunadək saxlamaq lazımdır. Bir iştirakçı yalnız bir dəfə qalib ola bilər. Lotereyada ancaq 18 (on səkkiz) yaşı tamam olmuş şəxslər iştirak edə bilələr.
Tirajın uduş fondunun oynanılma tarixləri:
22.09.2020 (15 sentyabr 00:00-dan 21 sentyabr tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)
29.09.2020 (22 sentyabr 00:00-dan 28 sentyabr tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)
06.10.2020 (29 sentyabr 00:00-dan 05 oktyabr tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)
13.10.2020 (06 oktyabr 00:00-dan 12 oktyabr tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)
16.10.2020 (13 oktyabr 00:00-dan 15 oktyabr tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)
Tirajlı stimullaşdırıcı lotoreyanın Uduş fondu:
Tablet Lenovo Tab4 10 16GB LTE Qara - 5 ədəd.
Maxi.az texniki avadanlıq üçün sertifikat (nominal dəyəri 30 AZN) - 20 ədəd.
Snickers şouboks - 10 ədəd.
Twix şouboks - 10 ədəd.
Bounty şouboks - 10 ədəd.
Tirajın uduş fondu oynanıldıqindan sonra növbəti gün qaliblər şəxsi kabinetlərində ismarıc alırlar.
Tirajın uduş fondu və uduşları almaq barədə məlumatlar etiketin üzərində qeyd olunmuşdur.Uduşu almaq üçün müraciət zamanı uduşlu qəbz təqdim etmək lazimdır.
Uduşları almaq üçün müraciətlər tirajın uduş fondu oynanıldıqdan 7 iş günü sonra başlayacaq və 90 iş günü ərzində lotereya təşkilatçısı tərəfindən aşağıdakı ünvanda qəbul olunur: “C141” MMC, Bakı ş., Ələddin Quliyev küç., 1131, Babək plaza, ofis B6-06. Uduşlar çatdırılma yolu ilə Müraciət qəbul edildikdən sonra 30 iş günü ərzində sahibinə təqdim ediləcək. Qaliblərlə telefon vasitəsi ilə əlaqə saxlanılacaq,hansı ərazidə olduğu təyin ediləcək və uduş qalibə çatdırılacaq..
Ətraflı məlumatı https://backtoschool.az /saytından əldə edə bilərsiniz.
Lotoreyanın keçirilmə ərəfəsində uduşların qalibləri 15.09.20 – 15.10.20:
TARİX: 22.09.2020
1 qalib
Adı: Samirə. Mobil nömrə: +994 504** ** 26. İştirakçı ID: A7iypMoPd. (Tablet Lenovo Tab410 16 GB LTE qara)
2 qalib
Adı: Şamil. Mobil nömrə: +994 554** ** 77 İştirakçı ID: s06w1KSR8 (Snickers Şouboks)
3 qalib
Adı: Aytac. Mobil nömrə: +994 514** ** 88 İştirakçı ID: Xshmgcgxz (Snickers Şouboks)
4 qalib
Adı: Amalya. Mobil nömrə: +994 507** ** 34 İştirakçı ID: oLwuyDQ3x (Twix Şouboks)
5 qalib
Adı: Həcağa. Mobil nömrə: +994 993** ** 09. İştirakçı ID: exbP4ntgo (Twix Şouboks)
6 qalib
Adı: Gülnar. Mobil nömrə: +994 515** ** 11 İştirakçı ID: 4tXL41WJm (Bounty Şouboks)
7 qalib
Adı: Sənan. Mobil nömrə: +994 703** ** 66 İştirakçı ID: WfdaJJubY (Bounty Şouboks)
8 qalib
Adı: Orxan. Mobil nömrə: +994 559** ** 28 İştirakçı ID: D7rfTSdLj (Maxi.az texniki avadanlıq üçün sertifikat)
9 qalib
Adı: Günel. Mobil nömrə: +994 502** ** 02. İştirakçı ID: othtAdDEY (Maxi.az texniki avadanlıq üçün sertifikat)
10 qalib
Adı: Rüfət. Mobil nömrə: +994 504** ** 70. İştirakçı ID: XpMvDMuh1 (Maxi.az texniki avadanlıq üçün sertifikat)
11 qalib
Adı: Maya. Mobil nömrə: +994 518** ** 47. İştirakçı ID: wndACAN3M (Maxi.az texniki avadanlıq üçün sertifikat)
"Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
“Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start veriləcək.
"Qafqazinfo"ya daxil olan məlumata görə, idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.
İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.
Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.
Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur.
Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.
Axar.az xəbər verir ki, bunu Report-a XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.
Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub. R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib.
Pərvin Mirzəzadəyə isə yeni vəzifə verilib.
Belə ki, nazir Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.
Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik-leytenant Zaur Camalxanov barəsində istintaqın təqdimatına baxılıb.