![]() |
![]() |
“İri ticarət mərkəzlərinin tam olaraq açılması barədə qərar yoxdur”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, hazırda rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin açılması ilə bağlı məsələ müzakirə olunur:
“Bu, epidiomoloji vəziyyətdən asılı olacaq”.
“İaşə müəssisələrində əvvəldən şərtlər müəyyənləşdirilib. Sanitar qovşaqlarla bağlı xüsusi qeydin olmasına baxmayaraq, onlarla bağlı qadağa müəyyən edilməyib”.
Oxu.az xəbər verir ki,, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib. O qeyd edib ki, hər bir sahibkar sanitar qaydalara əməl edilməsini nəzarətdə saxlamalıdır.
“Toylar kütləvi şənlik tədbirləri kateqoriyasına aiddir”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, bu mərhələdə onların bərpası nəzərdə tutulmayıb.
“Koronavirus pandemiyasının başlaması dünya ölkələrinin bəzilərinin borclanmasına gətirib-çıxarıb”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ölkəmiz beynəlxalq borclanmaya getmir və bu, müsbət haldır:
“Vətəndaşlar ödənişlər zamanı güzəştlərdən istifadə edə bilərlər. Kommunal xərclər zamanı sui-istifadə olunmaması üçün ölkəmiz bu modelə müraciət edib”.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir. Bu qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.
İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən, dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.
Oxu.az xəbər verir ki, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak edir. Konfransda ölkədə elan olunan karantin rejiminin yenidən yumşaldılması çərçivəsində açıq havada kafe və restoranların açılmasına icazə verilməsi və digər məsələrlə bağlı məlumat verilir.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni dalğasının yayıla biləcəyi yerləri açıqlayıb.
Bu barədə ÜST-ün proqram direktoru Maykl Rayan danışıb.
O bildirib ki, məktəblər koronavirusa yeni yoluxmaların əsas məkanı ola bilər: "Yeni tədris ilinin başlaması ilə əlaqədar yüksək sayda yoluxma mümkündür”.
O qeyd edib ki, ötən il dünyadakı məktəblərin 43 faizində hətta əl yumaq üçün adi su belə olamyıb. Elementar imkanların olmaması infekisyanın yayılma riskini artırır.
Rayan qeyd edib ki, dünya əhalisinin böyük hissəsi hələ də korinavirusdan qorunmaq imkanında deyil. Buna görə də insanların sıx toplaşdığı yerlərdə olmamağa, qayadalara əməl etməyə çağırıb. (cebhe.info)
Oğlu Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şəkilləri ilə şantaj edən bələdiyyə sədri vəzifəsindən istefa verib.
Unikal.org məlumatına görə, İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri Nadir Şəfiyev ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.
Qeyd edək ki, N. Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb.
1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.
Trend xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:
Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı:
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Qərarla, həmin şəhər və rayonun ərazisində yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alan, təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: “Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.
Epidemioloji vəziyyət isə sabitləşir.
Maraqlıdır, hazırkı şəraitdə rayonlara gediş-gəliş açıla bilərmi?
Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yoluxma hallarının az olduğu təqdirdə yumşalmaların davam etdirilməsi nəzərdə tutulur:
“Artıq ölkəmizdə yoluxma halı ikirəqəmliyə düşüb. Bu sayın daha da aşağı düşməsi yumşalmalara imkan yaradar. Rayonlara gediş-gəlişin açılması məsələsi ətraflı surətdə araşdırılmalıdır. Daha sonra ən əlverişli qərar qəbul olunmalıdır ki, insanlar getdikləri yerdə nəzarətə alına bilsinlər və insanların yoluxma və yoluxdurma ehtimalı az olsun. Hesab edirəm ki, bütün bunlar araşdırıldıqdan sonra insanların rayonlara gediş-gəlişinə şərait yaradılacaq”.
Baş infeksionist rayonlara gediş-gəliş açıldıqdan sonra iritutumlu avtobuslardan istifadəni məqsəduyğun saymır:
“Çünki iritutumlu avtobuslarda 30-40 və daha çox insanın rayonlara gedib-gəlməsi mümkündür. Ona görə də həmin avtobuslarda yoluxma halı daha çox ola bilər. Ancaq bir ailənin şəxsi avtomobilndən istifadə edərək gediş-gəlişində yoluxma ehtimalı daha azdır. Hesab edirəm ki, rayonlara gediş-gəliş zamanı şəxsi avtomobillərdən istifadə daha əlverişlidir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə karantin məhdudiyyətlərinin Azərbaycanın 13 şəhər və rayonuna giriş-çıxışı qadağan etdiyini xatırladıb:
“Bu, ilk növbədə orada koronavirus epidemiyasının kökünün hələ də kəsilməməsi ilə bağlıdır. Məhdudiyyətlərin götürülməsi, rayonlara gediş-gəliş çox təəssüf ki, yoluxmaların sayını artıra bilər. Bu baxımdan hesab edirəm ki, uyğun şərait yaranan kimi Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin götürülməsi barədə qərar verəcək”.
Deputat bildirib ki, hazırda rayonlara gediş-gəlişlə bağlı müəyyən icazələr mövcuddur: “Əgər insanlar karantin qaydalarına riayət etsələr, indi də məhdudiyyətləri götürmək olar. Yəni, insanlar sosial məsafə gözləsələr, tibbi maskalardan istifadə etsələr, çoxlu sayda insanlar bir yerə toplaşmasalar yumşalmalara getmək olar. Çox təəssüf ki, bu qaydalara hər yerdə əməl edilmir”. ( “Report”)