Son xəbərlər

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ardını oxu...

Son zamanlar yoluxma statistikasının artması, eyni zamanda dünən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamilin koronavirusdan vəfat etməsi məktəblərdə qapanmalara gedilməsi ilə bağlı müzakirələrin yaranmasına səbəb olub.

Ardını oxu...

Büdcə layihəsinin müzakirəsi başlanacaq. Yenə hökumət üzvləri, nazirlər gəlib burada əyləşəcək, deyilənlərə də reaksiya verməyəcək. Düşünürlər ki, bizi prezident təyin edib. Prezident təyin edib ki, islahat aparasınız. Niyə aparmırsınız. 190 min insanın pulu kəsilib. Belə olmaz.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Tahir Kərimli deyib.

Deputat əlavə edib ki, nə deyirsən, tərsinə olur:

“Uşaq pulu məsələsini qaldırdıq, olmadı. Qazın, yanacağın, çörəyin qiymətinin aşağı salınmasını dedik. Taarif Şurası yaradılıb və onun arxasında duraraq qiymətlər qaldırılır. Onsuz da biz deyəni saymırsınız. Gəlib büdcə müzakirələri zamanı məruzə edib gedəcəksiniz. Qarabağda böyük bərpa, inşaat işləri gedir. Türkiyədən başqa sərmayə qoyan yoxdur. Bu haqda düşünün! Demişik ki, ədalətli məhkəmə, ədalətli tenderlər olmalıdır. Hesab edirəm ki, bu məsələlərə diqqət ayrılmalıdır”.