Bakı-Pekin-Bakı aviareysi dayandırıldı – AÇIQLAMA
Hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Bununla bağlı Oxu.Az-ın sorğuna cavab olaraq, “Azərbaycan Hava Yolları” məlumat yayıb.

Bildirilib ki, bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur:

“Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq”.
6 rəhbər şəxs işdən çıxarıldı – Korrupsiya“Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb”.
Bu barədə təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında deyib.
Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.
Həmçinin, müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.
“Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək”, – deyə nazir qeyd edib. /BakuPost/
Çindəki tələbələrimiz niyə ölkəyə gətirilmir? – NazirHazırda Çin Xalq Respublikasında ümumilikdə 500-ə qədər azərbaycanlı tələbə təhsil alır. Onlardan 62-si dövlət xətti ilə gedib. Virusun yayıldığı şəhərdə isə 7 tələbəmiz var.

Bu sözləri jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

C.Bayramov qeyd edib ki, epidemiyanın yayıldığı şəhərdəki tələbələrimizlə Azərbaycanın Çindəki səfirliyi əlaqə yaradıb:

“Bilirsiniz ki, epidemiyanın yayıldığı əraziyə giriş-çıxışla bağlı məhdudiyyət qoyulub. Hazırda orada 7 azərbaycanlı tələbə var. Səfirlik onların hər biri ilə əlaqə yaradıb.

Bizdə olan məlumata əsasən, 50-dən çox ölkə Çində olan tələbələrinin oradan çıxarılması üçün müraciət edib. Bununla bağlı Çinin Xarici İşlər Nazirliyi tədbir keçirəcək. Orada Çində təhsil alan tələbələrlə bağlı da məsələyə aydınlıq gətiriləcək. Biz də onların verəcəyi qərarı gözləyirik. Bu məsələ açıqlanandan sonra həmin şəxslərin çıxarıması ilə bağlı addım atıla bilər. Biz bu məsələni diqqətdə saxlamışıq”.

C.Bayramov bildirib ki, Azərbaycanda yaşayan çinli tələbələrlə bağlı heç bir problem qeydə alınmayıb. /Axar.az/

2020-ci ildə Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

Turkustan.info xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və sıx əməkdaşlığa başlanılıb.

“Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkili gözlənilir.

Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək”.  /Oxu.Az/

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31 tarixlərində Bakının Nizami və Xətai rayonlarında təşkil ediləcək.

 Əmlak Məsələləri Dövlət Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək. Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq. Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.



Bu gün 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd olan Məmmədov Aqil Sadıq oğlu təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik məcburi köçkün qəsəbəsində keçirib.

Ardını oxu...

Bir neçə gündür dünya ictimaiyyətini təşvişə salan koronavirusla bağlı qonşu Rusiya və Türkiyə hava limanlarında xüsusi yoxlamalar həyata keçirilir. Hətta Rusiyada 3 nəfər koronavirus şübhəsi ilə müayinələrə cəlb edilib.
 
Bir müddət öncə Azərbaycanda Respublikasının Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət etmişdi.
 
Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında koronovirusun əlamətləri və qorunma üsullarından danışıb.
 
O bildirib ki, koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır:
 
“Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.
 
C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür:
 
“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.
 
Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

Paytaxtda Bakı Nəqliyyat Agentliyinin cəriməsindən yayınmaq istəyən bəzi sürücülər maraqlı üsula əl atıblar. 

Turkustan.info xəbər verir ki, avtomobili yol kənarında park edən sürücülər qeydiyyat nişanını gizlətmək üçün yük qapısını açıq qoyurlar.

Bakının 28 may küçəsi, 23 N-li məktəbin qarşısında çəkilən fotolarda da bu öz əksini tapıb. Sürücülərin əl atdığı üsul ətrafdakıların marağına səbəb olub.

Qeyd edək ki, fotolar tanınmış fotoqraf Elçin Murada məxsusdur.

Bakıda sürücülər cərimədən yayınmağın yeni üsulunu tapdılar -  Şok fotolar
Bakıda sürücülər cərimədən yayınmağın yeni üsulunu tapdılar -  Şok fotolar