Son xəbərlər

Fevralın 10-da məktəblərdə dərslər olacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

“Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə də həmin gün məktəblərdə dərslər adi günlərdə olduğu kimi keçiriləcək”.

Qeyd edək ki, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir.

Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bununla əlaqədar paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müraciət edib.

Müraciətdə əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilib. /baku.ws/
Abituriyentlərin Nəzərinə! — Yeni ixtisaslar yaradıldıAzərbaycanda ixtisas qruplarında dəyişiklik edilib
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.
Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:
1. Coğrafiya müəllimliyi

2. Tarix və coğrafiya müəllimliyi

3. Beynəlxalq münasibətlər

4. Regionşünaslıq (regionlar üzrə)

5. Sosiologiya

6. Beynəlxalq ticarət və logistika

7. Biznesin idarə edilməsi

8. Davamlı inkişafın idarə edilməsi

9. Dövlət və bələdiyyə idarəetməsi

10. İqtisadiyyat

11. Maliyyə

12. Marketinq

13. Menecment

14. Mühasibat

15. Statistika

16. Coğrafiya

17. Hidrometeorologiya

18. İdman menecmenti və kommunikasiya

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

20. Turizm bələdçiliyi

21. Turizm işinin təşkili

Beləliklə, III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

3. İbtidai sinif müəllimliyi

4. Korreksiyaedici təlim

5. Məktəbəqədər təhsil

6. Tarix müəllimliyi

7. Təhsildə sosial-psixoloji xidmət

8. Xarici dil müəllimliyi (dillər üzrə)

9. Dinşünaslıq

10. Dövlət və ictimai münasibətlər

11. Fəlsəfə
12. Filologiya (dil və ədəbiyyat göstərilməklə)

13. Hüquqşünaslıq

14. İslamşünaslıq

15. Jurnalistika*

16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1

17. Politologiya

18. Tarix

19. Tərcümə (dillər üzrə)

20. Bədii yaradıcılıq və ekran dramaturgiyası

21. Muzey, arxiv işi və abidələrin qorunması -1

22. Sənətşünaslıq (sahələr üzrə)

23. Sosial iş

24. İctimai təhlükəsizlik və idarəetmə

Müalicə işi, Tibbi profilaktika və Həkim yardımçısı ixtisasları siyahıdan çıxarılıb. Baytarlıq və Hərbi həkim işi ixtisasları müvafiq olaraq Baytarlıq təbabəti və Hərbi tibb adlandırılıb. IV ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Fizioterapiya və tibbi reabilitasiya, Tibb bacısı işi, İctimai səhiyyə, Tibb və Biotexnologiya ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra IV ixtisas qrupuna aşağıdakı 20 ixtisas daxildir

1. Biologiya müəllimliyi
2. Kimya müəllimliyi

3. Kimya və biologiya müəllimliyi

4. Psixologiya

5. Biologiya

6. Ekologiya

7. Kimya

8. Bağçılıq və tərəvəzçilik

9. Baytarlıq təbabəti

10. Bitki mühafizəsi

11. Su bioehtiyatları və akvakultura

12. Bədən tərbiyəsi və idmanda reabilitasiya

13. Fizioterapiya və tibbi reabilitasiya

14. Əczaçılıq

15. Tibb bacısı işi

16. Hərbi tibb

17. İctimai səhiyyə

18. Stomatologiya

19. Tibb

20.Biotexnologiya


Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib.
Həmin maşrut xəttləri bunlardır:
Marşrut № 18 və 65
20 Yanvar m.st – 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə
Marşrut № 135
BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə
Marşrut № 170
Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə
“Memar Əcəmi” m.st – Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə
Marşrut № 193
4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə
Lökbatan NMM – 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. – Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə

Ekspert sosial müavinətlər və təqaüdləri də artırmağı təklif edib.

“İndeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun”.  Bu təklifi iqtisadçı, ekspert Qubad İbadoğlu səsləndirib.

Onun sözlərinə görə, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamına görə, bütün növ əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 16,6 faiz, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə müvafiq surətdə 2,6 faiz artımla indeksləşdirilib. Beləliklə, hazırda pensiya alanların böyük əskəriyyətinin pensiya məbləği bu il yanvarın ayının 1-dən 16,6 faiz artacaq, bu ilə qədər 200 manat pensiya alanlar 233,2 manat, 250 manat pensya alanlar 291,5 manat, 300 manat pensiya alanlar 349,8 manat, 350 manat pensiya alanlar 408,1 manat, 400 manat pensiya alanlar isə 466,4 manat alacaqlar.

“Bununla yanaşı, pensiya almayan, lakin fərdi hesabında sığorta ödənişləri hesabına yığım edənlərin ötən il yığılmış pensiya kapitalı da 2,6 faiz artımla indeksləşdiriləcək.
Bunu təqdir etməklə yanaşı, təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun”.

Ekspert hesab edir ki, buna büdcədən kənar mənbələr hesabına formalaşmış maliyyə vəsaitləri də imkan verir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 milyard manat artım olub. “Mövcud qanunvericiliyə görə, bu artımdan ən çox pay götürən Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür. Odur ki, nə qədər gec deyil, müvafiq qanunvericilikdə dəyişiklik edib, sosial müavinətlər və təqaüdlərin də indeksləşdirilməsi aparılmalıdır”.  /istipress.com/

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir.

Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək

"Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, "Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul olunacaqlar".

Bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.

F.Hacıyev deyib ki, müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək: "Həmin şəxslərin uzun müddət ehtiyatda qalacağına inanmıram. Çünki bu gün ölkədə aparılan ciddi kadr islahatlarını nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər".

O qeyd edib ki, müsabiqənin qaliblərindən sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq: "Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.

Çindən Bakıya gələn 6 nəfər karantində saxlanılırAzərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

"Ölkə.Az"a daxil olan məlumatda görə, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalır. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, karantində saxlanılan şəxslər Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Sərnişinlər İstanbuldan Bakıya necə çatdırılacaq?

Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaq.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Qeyd edilir ki, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilərSon illər bir çox dövlətlərdə yeni texnologiyalar ictimai nəqliyyatda da tətbiq edilməyə başlayıb. Belarusun bir neçə şəhərində artıq ictimai nəqliyyat bütünlüklə QR kod sisteminə keçirilib. Şəhərlərdə ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödənilir. Nəticədə isə üstünüzdə plastik kart gəzdirmək məcburiyyətində qalmırsınız. Avropa ərazisində müxtəlif şəhərlərə səyahət edəndə onlayn əldə etdiyiniz bileti çap etdirməyə ehtiyac qalmır. Gedəcəyiniz avtobusa yaxınlaşırsız, əlində xüsusi aparat olan biri Sizə yaxınlaşır və telefonda onlayn və "pdf" formada olan QR kodunuzu skan edərək oxuyur və bununla da sizin gedişiniz təsdiq edilir.

"Ölkə.Az" bildirir ki, bu gün yayımlanan məlumata görə isə artıq İstanbulda da QR kodla ictimai nəqliyyat vasitələrindən istifadə mümkün olacaq. Bununla da istanbul sakinləri QR-kod skaneri olan smartfonları ilə avtobusa minəcək və  "İstanbul kart"ı əvəz edəcək sistem ilə rahat ödəmə həyata keçirə biləcək.  Yeni sistem  "Yükləyin, quraşdırın, oxudun, keçin" şüarı ilə təqdim ediləcək.

Mütəxəssislər də hesab edir ki, bu sistem insanların vaxt və büdcəsinə qənaət etmiş olacaq. Əksər vaxt istifadəçilər plastik  kartları daşımaqda unutqanlıq edə və yaxud kart balansını artırmağı yaddan çıxara bilir.  Bütün bunlar isə insanların əhvalına mənfi təsir edir, həm də onların vaxtına qənaət etmir.  Həmçinin belə tətbiqlər onların ictimai nəqliyyata ödədikləri vəsaitlərin təhlükəsizliyini qorumaq baxımından da faydalıdır.
Görəsən, ölkəmizdə də ictimai nəqliyyatda bu texnologiyadan istifadə  mümkün ola bilərmi?

Bakı Nəqliyyat Agentliyinin Mətbuat (BNA)  xidmətinin rəhbəri Mayis Ağayev bu sistemin Azərbaycanda da  tətbiqi barədə açıqlama verib. Onun sözlərinə görə, son bir ayda BakıKarta inteqrasiya olunan avtobusların hamısında quraşdırılan kart oxuma aparatları bu sistemi dəstəkləyir.
BNA rəsmisi sistemin tətbiqinə gəlincə isə bildirib ki, bizdə də  bu sistemə keçid istisna deyil. ted.az