![]() |
![]() |
"Ölkə.Az" xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasını təmin etmək tapşırılıb.
Bərdə rayonuna yeni prokuror təyin edilib.
“Ölkə.Az”ın xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən, Asəf Sarıkişiyev Bərdə rayon Prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.
Bu barədə BNA-dan bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
“Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik”, – deyə BNA-dan bildirilib. (baku.ws)
Yanvar ayının 17-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start veriləcək. Budəfəki seçkilərdə kifayət qədər çox namizəd iştirak edir. Seçkilərə az müddət qalmasına baxmayaraq bəzi namizədlər hələ də onlara verilən imtiyazlardan xəbərsizdirlər.
Seçki Məcəlləsinin deputatlığa namizədlər üçün verdiyi bir sıra hüquq və imtiyazların siyahısını təqdim edirik:
Seçki Məcəlləsinin 150-ci maddəsinə görə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir. Ancaq taksi və sifarişli reyslər siyahıya daxil deyil.
Məcəllənin 150-ci maddəsində isə göstərilir ki, bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Məcəllədə namizədin namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşaması amili də nəzərə alınıb. Belə namizədlərə əlavə olaraq dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.
Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.
Seçki Məcəlləsinin 151-ci maddəsi isə Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı ilə bağlıdır. Məcəlləyə əsasən, qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Baş prokurorun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.
152-ci maddəyə əsasən isə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ var. Göstərilən şəxslər müvafiq olaraq Dairə Seçki Komissiyası tərəfindən qeydə alınır.
Seçki Məcəlləsinin 156-cı maddəsi deputatlığa namizədlərin seçki fondları ilə bağlıdır. Həmin maddənin birinci bəndində göstərilir ki, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan çox olmamalıdır.
Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları bu pul vəsaiti hesabına formalaşa bilər: 500 min manatdan çox olmamaq şərti ilə, namizədin xüsusi vəsaiti; 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti; vətəndaş üçün 3 min manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.
Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.
Bu, 500 min manatdan çox olmamalıdır. Siyasi partiyalar blokunun xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır.
Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri də seçki fondunun maliyyə mənbələrindən biridir.
Ancaq belə könüllü ianələrin həddi vətəndaş üçün 3 min, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.
Məcəllədə deputatlığa namizədlərə qanun çərçivəsində ödənişsiz təşviqat aparılması məsələləri də öz əksini tapıb. (modern.az)
“Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur”.
Turkustan.info xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz lent.az -a ölkədə fiber optik infrastrukturun inkişafından danışarkən belə deyib.
1960-cı ildə ABŞ-da yaranan internet hazırda bütün dünya dövlətlərini əhatə edib. Üçüncü Sənaye İnqilabı dövründə formalaşıb inkişaf edən və Dördüncü Sənaye İnqilabı dövründə isə rəqəmsallaşma, informasiya mübadiləsinin əsas sütunlarından biri olan internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bu vasitə insanların əmək fəaliyyətinə çevrilib, bir çox dövlət qurumlarının xidməti məhz həmin lokal şəbəkə ilə həyata keçirilir. Ancaq Azərbaycanda xüsusən də, son zamanlar internetin zəif olmasından şikayətlər get-gedə artır. Ekspertlər isə bunu ölkədə mövcud olan internet infrastrukturunun texnologiyanın inkişafı ilə uyğunlaşa bilmədiyi ilə əlaqələndirir.
Osman Gündüz ölkədə fiber optik infrastrukturun inkişaf etmədiyi üçün hələ də köhnə DSL texnologiyasından istifadə edildiyini bildirib: “Son illərdə mobil internetin xüsusi çəkisi artıb. 3G və 4G-yə görə xeyli insan mobil internetdən istifadə edir. Hazırda regionlarda DSL-dən də istifadə olunur. Təbii ki, bu köhnə texnologiyadır. Telefon xətti ilə çəkilən DSL texnologiyasından yüksək sürət əldə etmək olmaz. Regionlarda fiber optik infrastruktur inkişaf etməyib. Buna görə də regionlarda yaşayan insanlar daha çox telefon xətti ilə çəkilən DSL texnologiyasından internet alırlar. Bakı şəhərinin mərkəzində fiber optik infrastruktur müəyyən qədər inkişaf edib. Amma hesab edirəm ki, hazırda Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur. Bir sözlə, regionlar, həmçinin Bakı şəhərinin ətrafı üzrə fiber optik infrastrukturun inkişafına ehtiyac var”.
Əlavə olaraq bildiririk ki, bu sahədə araşdırmalar aparan beynəlxalq internet resursu “Internet World Stats”-ın məlumatına əsasən, 2019-cu ildə 7 milyard 716 milyonluq dünya əhalisinin 4 milyard 536 milyonu, başqa sözlə desək, 58.8%-i internetdən istifadə edir. İnternet istifadəçilərinin sayı Asiya regionu üzrə 2 milyard 300 milyon nəfər (55 %), Avropa regionu üzrə 722,6 milyon nəfər (10.7 %), Afrika regionu üzrə 522,8 milyon nəfər (17.1 %), Şimali Amerika regionu üzrə 327,5 milyon nəfər (4.7 %), Latın Amerikası və Karib hövzəsi regionu üzrə 453,7 milyon nəfər (8.5 %), Yaxın Şərq regionu üzrə 175,5 milyon nəfər (3.3 %) və Okeaniya/Avstraliya regionu üzrə 28,6 milyon nəfər (0.5 %) təşkil edir. Ölkəmizdə isə internet istifadəçilərinin sayı resursun məlumatına əsasən, 7 milyon 991 min nəfər təşkil edir və əhalinin 79.8 faizi internet istifadəçisidir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).
Turkustan.info xəbər verir ki, “olkə.az”-ın əməkdaşı ilə söhbətində o, bunun jurnalistlərin uydurması olduğunu bildirib.
“Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”,- deyə Ş.Quliyev bildirib.
Əməkdaşımızın “Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”,-sualına o, belə cavab verib:
“Hələ ki belə bir fikrimiz yoxdur”.
Daha sonra o, Bakıda ev olsa belə paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Nərminin anası Aynurə İsmayılovanın News24.az saytına videomüsahibəsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya Bakıda mənzil üçün müraciət etməsi böyük rezonansa səbəb olub.
"Ölkə.Az"ın məlumatına görə, bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə keçirdiyi “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.
O bildirib ki, 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar həm mahiyyət, həm də keyfiyyətinə görə əvvəlki illərdən fərqlənib.
S.Yusifovanın sözlərinə görə, aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərə də öz müsbət təsirini göstərir.
S.Yusifova əlavə edib ki, parlament seçkilərinin keçirilməsi də islahatların tərkib hissəsidir. PA rəsmisi bildirib ki, seçkilər müasir standartlar çərçivəsində keçiriləcək.
S.Yusifova qeyd edib ki, media seçki prosesində aktiv iştirak edir.
“Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır. Bütün namizədlərə bərabər şərait yaradılmalıdır”, - deyə S.Yusifova bildirib.
O əlavə edib ki, seçki prosesində qanunvericiliyin pozulması halları da istisna deyil.
"Ölkə.Az" medicina.az-a istinadən xəbər verir ki, onun yerinə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib.
Xəstəxanadan saytımıza bildirilib ki, yeni direktor işə başlayandan dərhal sonra kadr dəyişikliklərinə başlayıb, bir neçə həkimin ərizəsi alınıb. Onun ciddi kadr dəyişiklikləri edəcəyi gözlənilir.
"Ölkə.Az" oxu.az-a istinadən bildirir ki, ərazinin sürüşmə zonası olması isə vəziyyəti daha açıq şəkildə göz önünə qoyur. Yaşayış binası ilə tikiləcək yolun arasında məsafə 5 metr olar, ya olmaz. Mövcud problemlə bağlı rayon icra hakimiyyətinə edilən müraciətlərə verilən cavab isə qaneedici olmayıb.
Problemlə bağlı Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov müsahibə verərək bildirdi ki, sözügedən problemdən xəbərdardırlar. Məsələ artıq şəxsən icra başçısının da nəzarətindədir. İcra nümayəndəsi onu da əlavə etdi ki, sakinlər etiraz edirlərsə, demək ki, problem var. Hazırda bu barədə araşdırmalar apararaq başqa alternativlər axtarılır.
“Pensiyaların gecikməsilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pensiyaların gecikdirilməsilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
O, bildirib ki, əslində pensiya ay bitənədək qrafikə uyğun verilməlidir:
“Lakin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu bunu ayın əvvəli və ortaları həyata keçirir. Yeni büdcə ilinin başlanması ilə əlaqədar olaraq, həmçinin yanvar ayının ilk iş günü 7 yanvara təsadüf etdiyinə görə, dərhal bu proses başlandı.
Artıq ödəmələr həyata keçirilib və pensiyaçılarımızın hesabına gün ərzində vəsait tam olaraq oturacaq”.
Nazirlik rəsmisinin sözlərinə görə, bu il ötən illərlə müqayisədə yanvar ayının pensiyası daha tez ödənildi. (modern.az)