Son xəbərlər

Kredit “canavarı” geri qayıdır – Başımızın üzərində yenə qara buludlar sıxlaşır

kreditləri ilə bağlı məhdudiyyət tətbiq ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, dövlət başçısı da ölkədə biznes kreditlərinin stimullaşdırılmasına dair tapşırıq verib: "Amma bunu Mərkəzi Bankın banklara göstəriş verməsi ilə etmək olmaz. Banklar kommersiya müəssisəsidir və biz onlara göstəriş verə bilmərik. Bunun üçün makroiqtisadi və struktur stimulları tələb olunur. Mən növbəti dəfə istehlak kreditlərinin artmasından narahatlığımı bildirirəm. Yəqin tənzimləmə məsələsində dəyişiklik edəcəyik ki, həm əhalinin borc yükü azaldılsın, həm də bankların riskləri daha yaxşı tənzimlənsin".

Qeyd edək ki, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, Azərbaycanda 2019-cu ilin əvvəlindən kredit qoyuluşları 16.1% artıb. Bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb.

Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır

Ekspertlər istehlak kreditlərinə məhdudiyyət qoyulması məsələsinə münasibət bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında, bunu aktual məsələ adlandırıb: "Məhz istehlaka yönələn kreditlər çoxluq təşkil edir və bu da ölkənin maliyyə-kredit vəziyyətini, valyutanın dayanıqlığını pozur. Məişətdə istifadə etdiyimiz məhsulların əksəriyyəti idxal edilmiş məhsullardır və bu da ölkədən valyutanın çıxarılmasına yol açır. Digər tərəfdən, müəyyən maliyyə resursları birbaşa istehsala yönəlmək əvəzinə istehlak kreditlərinə yönəlir. İstehlak kreditlərinin qarşısını almaq üçün müəyyən məhdudiyyətin qoyulmasına ehtiyac yaranıb. Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqda davam edir. Bu isə yenidən istehlak kreditlərinin artmasına gətirib çıxarda bilər".

"Birincisi, qanunvericilikdə istehlak kreditlərinin qarşısını almaq üçün məhdudiyyət qoyulmalıdır. İkincisi, burada bir sıra institutlar (vençur kreditləşmə və s.) yaradılmalıdır, yəni istehlaka deyil, birbaşa istehsala, iqtisadiyyata yönəldiləcək kreditlərin işə salınmasına ehtiyac var. Bu sahədə alətlər kifayət qədər genişdir. Müxtəlif ölkələrdə müxtəlif alətlərdən istifadə olunur. Məsələn, istehlak kreditlərinin faizləri artırıla bilər və s. Hansı tədbir daha səmərəli olsa, onu həyata keçirəcəklər", – deyə ekspert bildirib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a deyib ki, burada banklara müəyyən limit qoyulmalı və istehlak krediti daha riskli kredit sayılmalıdır: "Amma burada əsas banklar və bank olmayan kredit təşkilatları deyil. Burada əsas olaraq nisyə alqı-satqı ilə bağlı müxtəlif ticarət şəbəkələrinə qadağa qoyulmalıdır. İnsanların çoxunun borc yükünün artması bank kreditləri vasitəsilə deyil. İnsanlar mağazalardan telefon, televizor, mebel və s. nisyə alırlar. Həmin ticarət şəbəkələri bunu öz hesabına etmir, onlar öz növbəsində banklardan kredit götürürlər".

"Burada ilk baxışdan belə təəssürat yaranır ki, bankın verdiyi kredit istehlak krediti deyil, biznes kreditidir. Bank ticarət şəbəkəsinə kredit verdiyini deyir. Amma ticarət şəbəkəsi öz növbəsində əhaliyə nisyə mal satmaqla faktiki onlara kredit vermiş hesab olunur. Ticarət şəbəkələrindən nisyə mal götürən insanlar borcunu qaytara bilməyəndə, həmin ticarət şəbəkələri də banka borcunu qaytara bilməyəcək. Məsələyə fundamental yanaşmaq lazımdır. Mərkəzi Bank məhdudiyyət qoya bilməz, bu, qanunla olmalıdır", – deyə ekspert əlavə edib.

Onu da qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır: "Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektləridir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq".
“Sizi təcrübə üçün Türkiyəyə işləməyə göndərəcəyik”

“Bu gün təcrübə mübadiləmiz bizim ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir. Bizim gənclərin "Petkim"də, Türkiyədə olan müəssisələrimizdə işləmə imkanlarının yaradılması zavodlarımızda iş mədəniyyətinin artırılmasına böyük təkan verdi”.

Report xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə bildirib.

SOCAR prezidenti qeyd edib ki, mübadilə davam edir. Heydər Əliyev adına Neft Emalı Zavodundan 30 nəfərə yaxın "Petkim"də və STAR-da çalışır və bu davam edəcək:

“Biz artıq modernizasiya layihəsi çərçivəsində orada işləyənləri, təcrübə yığmış yüksək səviyyəli mütəxəssislərimizi geri qaytaracağıq. Zavodun gənc işçiləri bilməlidir ki, SOCAR DOWNSTREAM adlı şirkət yaratmışıq. Həmin şirkət modernizasiya və yeni qurğuların işlənməsini həyata keçirəcək. Bizim Türkiyədən qayıtmış mütəxəssislər həmin şirkətdə işə götürüləcək və onların yerinə yeni gənclərimiz STAR-a təcrübə keçmək üçün göndəriləcək. Biz bu qurğularda işləmək üçün indidən kadr hazırlığına başlamışıq. Sizi təcrübə üçün Türkiyəyə işləməyə göndərəcəyik”.

Nefroloq: “Azərbaycanda yetərli sayda nefroloq olmadığına görə, kardioloqları, revmatoloqları 15 günlük təkmilləşdirmə institutlarına göndərirlər, sonra dializ mərkəzlərinə təhkim edirlər” 

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 9 xəstənin vəziyyətinin dializ aldıqdan sonra ağırlaşması, xəstələrdən ikisinin həyatını itirməsi, digərlərinin isə müalicə üçün Bakıdakı xəstəxanalara gətirilməsi ölkədəki dializ xəstələrinin həyatının böyük təhlükə ilə üz-üzə olması faktını ortaya çıxardı. Həmin xəstələrin və xəstə yaxınlarının, həmçinin ölkədəki digər dializ xəstələrinin iddiasına görə, təhlükə, məhz dializ aparatları ilə bağlıdır.

Belə ki, ölkədəki hemodializ xəstələrinin əksəriyyəti dializ aparatlarının artıq köhnəldiyindən, dializatorların keyfiyyətsiz olmasından şikayətlənirlər. Adının açıqlanmasından ehtiyat edən belə xəstələrdən biri AYNA-ya bunları deyib: “Bir hemodializ aparatının istismar müddəti orta hesabla 6 ildir, ancaq ölkəmizdəki mərkəzlərdə aparatların əksəriyyəti nəinki 6 il, hətta bəziləri 15 ildir işləyir. Təbii ki, buna işləmək demək olarsa. Aparatlarin ömrü bitib, gəlib düzəldib gedirlər, bir gün sonra yenə xarab olur. Aparatların sıradan çıxan ehtiyyat hissələrinin isə istehsal olunmadığı deyilir və dəyişdirilmir. Görəsən, bizim ölkədə yeni model dializ aparatlarına nə zaman keçiləcək?”.

 

Xəstələrin iddiaları ilə maraqlandıqda məlum olur ki, hazırda əksər ölkələrdə hemodializ üçün yüksək funkisyalara malik “Fresenius 5008 Cor Diax” aparatından istifadə olunur. Ölkəmizdə isə bu aparatlardan yalnız bir özəl klinikada (reklam baxımından adını açıqlamırıq) istifadə olunur. Burada hemodializ qiymətləri isə hər xəstə üçün əlçatan deyil.

Araşdırmamız zamanı onu da müəyyən etdik ki, keyfiyyətli hemodializ üçün əsas şərt dializatorlardır. Əksər ölkələrdə “Fx 80”, “Fx 100”, “Fx 800/1000” kimi “high flux” (yüksək axın) dializatorlardan istifadə edilir. Ölkəmizdə isə, əsasən Hindistan və Turkiyə istehsalı olan “low flux” (zəzif axın) dializatorlardan istifadə olunur. Birinci dializatorlardan fərqli olaraq ikincidə qanın təmizlənməsi faizi aşağıdır.

Похожее изображение

Şikayətləri araşdırdıqda bəlli olur ki, dializ aparatının arxasında “Diasafe” (təhlükəsiz dializ mənası verən) adlandırlan filter olmalıdır. Və həmin filterlər 100 seansdan, yəni 3 aydan bir dəyişdirilməlidir. Xəstələr bildirirlər ki, bu filterləri yalnız təzə gətirilən aparatlarda görmək mümkündür. Həmçinin sözügedən filterlərin, ümumiyyətlə, dəyişdirilmədiyi iddia olunur. Nəticədə də bakteriyalaşmış su asanlıqla aparatlara daxil olur və xəstələrdə titrətmə, üşütmə kimi hallar, həmçinin ağırlaşmalar baş verir.

Картинки по запросу osmos dializ

Xatırladaq ki, məhz Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş vermiş hadisənin isə dializ aparatında “osmos” deyilən qurğunun filterinin olmadığına və ya dəyişdirilmədiyinə görə baş verdiyi iddia olunurdu. Bildirirdilər ki, məhz bu səbəbdən dializ suyuna bakteriya düşüb və bu da xəstələrin qanına keçib.

Sabirabad RMX-nın baş həkimi Ənvər Lümanov da bununla bağlı suallarımızı cavablandırmaqdan yayınmışdı. Baş həkim sözügedən filterlərin hər ay Bakıdan gedən xüsusi briqada tərəfindən dəyişdirildiyini bildirsə də, “həmin briqada axırıncı dəfə aparatları nə vaxt yoxlayıb” sualımıza isə qəribə cavab vermişdi: “Gəlirlər də, onlar özəl təşkilatdır, mən onlara heç nə deyə bilmərəm, amma xarab olanda zəng eləmişdim, gəlib düzəltmişdilər”.

Ölkədəki dializ aparatları ilə bağlı iddialara, həmçinin araşdırmalarımıza AYNA tutmaq məqsədilə həkim-nefroloq Barat Yusubovla həmsöhbət olduq.

Картинки по запросу Barat Yusubov

B.Yusubovun sözlərinə görə, ölkədə istifadə olunan dializ aparatları heç də köhnə model sayılmır: “Azərbaycanda hazırda aparat baxımından heç bir problem yoxdur. Sonuncu model “Fresenius 5008 Cor Diax”dan öncəki modellər olsa da, köhnə cihazlar hesab etmək olmaz. Ancaq həmin aparatlara qulluğun hansı səviyyədə olmasını deyə bilmərəm. Şəxsən mənim çalışdığım şöbədə elə bir problem yoxdur”.

B.Yusubov Sabirabad MRX-da baş vermiş hadisə ilə bağlı iddialara isə belə aydınlıq gətirdi: “Cihazın arxasında “Diasafe” adlanan filter yerləşir və həmin filterlərin infeksiyaya, bakteriyaya heç bir aidiyyəti yoxdur. “Diasafe” filterləri ancaq həkimin işini asanlaşdırmaq üçündür, yəni aparata proqram verirsən ki, xəstəyə nə qədər dializ lazımdır, həmin rəqəmi verir. İnfeksiya “osmos”dan düşə bilər, yəni “osmos”dakı su təmiz deyilsə, belə hal baş verər. Belə olan halda isə “osmos”dakı su analizə göndərilməlidir və əgər həmin suda infeksiya aşkarlanarsa, deməli, deyilənlər doğrudur”.

Nefroloq Sabirabad MRX-da dializin tibb bacıları tərərfindən aparılmasına da münasibət bildirdi: “Əslində, dializi, yəni proseduru həkim yox, elə tibb bacıları aparır. Dünyanın ən inkişaf etmiş ölkələrində də belədir. Amma hemodializ şöbələrində mütləq həkim olmalıdır ki, xəstələrin halı pisləşdiyi təqdirdə yardım göstərə bilsin. Bu həkim də mütləq nefroloq olmalıdır, uroloq da olmaz. Ancaq Azərbaycanda yetərli sayda nefroloq olmadığına görə, bir çox dializ mərkəzlərində mütəxəssis çatışmazlığı var. Ona görə də məcbur qalıb, kardioloqları, revmatoloqları təkmilləşdirmə institutlarına göndərirlər, orada 15 günlük, bir aylıq kurs keçdikdən sonra dializ mərkəzlərinə təhkim edirlər”.

Картинки по запросу köhnə dializ aparatları

Həm şikayətlərdən, həm araşdırmamızdan, həm də mütəxəssis rəyindən belə anlaşılır ki, Azərbaycanda dializ xəstələri, sözün həqiqi mənasında Allahın ümidinə buraxılıb. Kimin ki, pulu var, mütəxəssis tapa bilir, sağlamlığını peşəkarlara etibar edir, pulu olmayan xəstələr isə 15 günə “nefroloq” olmuş qeyri-peşəkarların əlində qalır. Həmçinin, dünya ölkələri daha keyfiyyətli dializ üçün çalışarkən, biz əlimizdə olan cihazlara lazımi səviyyədə qulluq göstərməyi bacarmırıq, ümumiyyətlə belə mütəxəssislərimiz barmaqla sayılacaq qədər azdır.

Son olaraq, keyfiyyətli dializ keyfiyyətli həyat, dializdə yaşanan ömrün uzunluğu deməkdir. Həyatı dializ aparatından asılı vəziyyətə düşmüş həmvətənlərimizi itirməmək üçün rəsmi qurumlar daha ciddi işlər görməli, dövlət səviyyəsində daha ciddi proqramlar, layihələr hazırlanaraq həyata keçirilməlidir.

 
Müəllif: Rumiyyə Miraslan  
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında baxılacaq.
 
Bu barədə MSK-dan bildirilib.
 
MSK-nın iclası saat 16:00-da başlayacaq.
 
Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova pul təklif olunur.
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib:
 
“Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”.    /bakupost.az/
Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cərimələndi

Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

İcra məmurunun tələbini yerinə yetirməməyə görə, V.Abdullayevə 2000 manat cərimə yazılıb.

Məhkəmə V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilib.

Məhkəmə işi ilə bağlı əlavə detallar açıqlanmır.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun İcraçı direktorunun müavini Vüqar Abdullayev icraçı direktor vəzifəsini icra edir. 


123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Göygöl və Samux rayon ərazisində davam etdirmişdir. Göygöl rayon Üçtəpə kəndində və Samux rayon Qarayeri kəndində baş tutan görüşdə iştirak edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyasına böyük həvəslə qatılmışdır. Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası Daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub. Yeni Azərbaycan Partiyasının ölkəmizdə ki, mövqeyindən və rolundan söz açan Aqil Məmmədov Partiyanın sədri Ölkə Başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyin ki, regionda dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd etmişdir.Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb.O bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib Millət Vəkili seçəllərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub onları narahat edən problemlərin həllinə çalışacaqdır.Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərinə söz verdilər.









Hökumət pensiya artımı xərclərini pensiyaçıların sayının azaldılması ilə kompensasiya edir

Son illərdə Azərbaycanda pensiyalar 72% artıb. Faiz olaraq ciddi şəkildə artım olmasına baxmayaraq, azərbaycanlı pensiyaçılar əllərinə cəmi 200 manat ala bilirlər. Pensiyalardakı “artım” sözünün, əslində manatın devalvasiyası səbəbindən ödənişlərin indeksləşdirilməsi olduğuna diqqət çəkməyəcəyik, çünki hazırda bizi başqa bir məsələ narahat edir.

Son illərin statistikası pensiyaçıların sayının tədricən azalmağa doğru getdiyini göstərir. Müstəqil ekspertlər bu vəziyyəti pensiya yaşının artması ilə əlaqələndirirlər və qeyd edirlər ki, artıma yönələn məbləğ pensiya yaşına çatanların sayının azaldılması yolu ilə əldə edilir. İqtisadçı-alim Qubad İbadoğlunun hesablamalarına əsasən, təkcə son bir il ərzində pensiya yaşına çatmış insanların sayı 11717 nəfərə enib, son 2 ildə isə onların sayı 32 min nəfər azalıb.

Pensiya yaşının artmasından sonra baş verən bu sürətli tendensiya təsadüfi deyil. İqtisadçı-ekspert Nemət Əliyevin AYNA-ya dediyinə görə, bu, hökumətə qənaət etməyə imkan verir və qənaət olunan pul hökumətin artan pensiyalarla bağlı xərclərini ödəyir: “2017-ci ilin birinci yarısının sonuna ölkədə 1 milyon 328 400 nəfər pensiya alırdı, ötən ilin sonunda 1 milyon 277 800 nəfər pensiyaçı qaldı. Fikirləşin, iki il yarım ərzində hökumətin sosial siyasəti pensiyaçıların 50600 nəfər azalmasına səbəb oldu”.

“Qısa müddət ərzində hökumət vətəndaşların 3,8%-ni sosial təminat sistemindən kənarlaşdırdı. Nəticələr isə özünü çox gözlətmədi. 2017-ci ildə pensiya alanların sayını azaltmaqla 10 milyon manat, 2018-ci ildə 77 milyon manat, keçən il isə 159 milyon manat qənaət etmiş oldu və bu məbləğ bu ilin sonunda 262 milyona qədər arta bilər. Diqqət edin, qənaət olunan pulun, daha doğrusu, pensiyaçıların ala bilmədikləri pulun məbləği ilbəil artrmaqdadır”, – ekspert bildirib.

N.Əliyev qeyd edib ki, mövcud azal tendensiyası nəticəsində, cari ilin sonuna qədər ölkədə 1 milyon 256 min nəfər pensiyaçı qalacaq: “Beləliklə, qənaət olunan vəsaitin ümumi miqdarı yarım milyard manatı keçəcək. Göstərilən məbləğ bu ilin sonuna qədər bütün pensiyaların 13% artırılması üçün kifayət edəcək. Bununla yanaşı, hökumət pensiyaların 15% artırıldığını elan edir, bunun üçün ümumilikdə 500-550 milyon manat əlavə vəsait tələb olunur. Bu, o deməkdir ki, cari il pensiyaların artırılması təqaüdçülərin daha 72.3 min nəfər azaldılması ilə nəticələnəcək”.

Həmsöhbətimizin dediyinə görə, bəzi vətəndaşların ciblərindən pulları digərlərinin ciblərinə köçürməklə ümumi sosial rifahın yaxşılaşdırılmasına nail olmaq mümkün deyil: “Bununla heç kimə lazım olmayan sosial bərabərsizliyə nail olunur”.

Bu arada, hazırda pensiyaçıların sayı ölkə əhalisinin 12,8%-ni keçmir və bu göstərici ilə ölkəmiz MDB üçün reytinqlərin sonunda qalır. Pensiya yaşının artırılması nəticəsində pensiyaçıların sayı azalmaqda davam edir.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən son dəyişikliklərə əsasən, kişilər üçün pensiya yaşı 1 iyul 2017-ci il tarixindən etibarən hər il altı ay artırılaraq 1 iyul 2021-ci ilə qədər, qadınlar üçün 1 iyul 2026-a qədər artacaq. Deyək ki, 2010-cu ildə qadınların pensiya yaşı 56.5 idi, kişilər 61.5 yaşında haqq etdikləri istirahətlərinə qovuşurdular. 1 iyul 2019-cu ildən 30 iyun 2020-ci ilədək Azərbaycanda kişilərin pensiya yaşı 64.6 il, qadınlarınkı isə 61.6 il olacaq. Bu proses davam edəcək və cari ilin 1 iyulundan gələn ilin 30 iyun tarixinə qədər kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 62 olacaq.

Seçki bülletenlərinin DSK-lara verilməsi başa çatır
Azərbaycanda fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərdə seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

 Azərbaycan Respublikasında Milli Məclisə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.