![]() |
![]() |
Gələcəkdə polis bölməsinin, narkoloji dispanserin qarşısında gözləməmək üçün fikirləşin
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, – cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Mənə elə gəlir ki, bir-iki ildən sonra Azərbaycan məktəblərində olan vəziyyət Hollivud filmlərində gördüyümüz kimi olacaq: Şagirdlər müəllimə istəsələr, qulaq asacaqlar, istəməsələr, yox. Və hətta müəllimi “neprav” çıxarmaq üçün yarışa girəcək, onu rassizmdə, qadın hüquqlarının pozulmasında, tolerant olmamaqda və sairdə ittiham edəcəklər. Ola bilər ki, stulunun üstünə saqqız yapışdırsınlar, icazəsiz sinifdən çıxsınlar, yanında siqaret çəksinlər, müəllim səsini çıxaranda isə ona bir qapaz da vursunlar. Soruşa bilərsiniz ki, axı niyə? Niyəsi çox sadədir.
Təhsil sistemimiz elə gündədir ki, başqa gələcəyə ümid də qalmır. Yuxarıda təsəvvür etdiyim səhnə Bakı məktəblərinə yol açıb artıq. İndi uşaqlar da dəyişib, valideynlər də, müəllimlər də. Mənim oxduğum məktəbin direktorunun ayaması “Kişi” idi. Allah rəhmət eləsin o qadına, amma o olmasaydı, yəqin ki, yarı Yasamal, yarı “Sovetski”, yarı “Kubinka”dan olan uşaqlarımızın qabağını almaq olmazdı.
Mən ona gətirilən gülü götürüb, parfüm şüşəsini “məni təhqir etməyin”, – deyərək, pəncərədən atan müəllimlər görmüşəm. Orta yaşlı insanlar bizim dövrümüzdə müəllim adının necə uca tutulmasının canlı şahidləridir: müəllim bizim üçün Allah idi. O, başqa cür yeyir, başqa cür gəzir, başqa cür yaşayır, – deyə biz fikirləşirdik. Dərsə gecikəndə, şuluqluq edəndə, “şatal” çıxanda belə, içimizdə bir qorxu vardı: “Kişi” görsə, batdıq.
Yadımdadır, bir dəfə sinfin bütün oğlanlarını siqaret çəkən yerdə tutmuşdu. Başımıza bir oyun açdı ki, bu günə qədər kimsə kiməsə şapalaq vurdu deyiləndə, birinci o qadın, onun barmağındakı yekə üzüyü yadıma düşür və yanağım gizildəyir. Hələ evə qayıdandan sonra valideynlərimizdən yediyimiz kötəyi demirəm…
Bax beləcə, elmə dəyər verən “əzazil” müəllimlərimizin, “müəllim həmişə düz deyir, sənin pisliyini istəmir” deyən valideynlərimizin tərbiyəsi ilə biz oxuduq və sinfimizdə yalnız iki nəfərdən başqa (onlar hərbi təhsil yolunu tutdular) hamımız ali məktəblərə qəbul olduq.
Deyəcəksiniz ki, bütün bunları niyə deyirəm. Bəri başdan deyim ki, mən nə İbarhim Cəfərov, nə də Elnurə Məmmədovanı tanımıram və onların düz və ya səhv etdiklərini də iddia edə bilmərəm. Mən, ümumiyyətlə təhsilimzidə olan tendensiyaya qarşı çıxmaq istəyirəm. Ötən həftə məlum oldu ki, sən demə 169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) şillələyib. Və bununla bağlı uşaqğın valideyni polisə şikayət edib. Nəticədə “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə, adamı işdən çıxardılar.
Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin müəllimi Elnurə Məmmədova isə uşaqlardan birini döyüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrə qoyulub. Nəticə – müəllim işdən azad olunub…
Uşaqlara qarşı zorakılığın əleyhinə olmuşam, amma bu iki faktdakı kimi müəllimlərdən də bir sadist imici düzədilməsinin əleyhinəyəm. Bu gün müəllimlər cəmiyyətin ən az müdafiə olunan təbəqəsi sırasındadırlar. Aşağı maaş, oxumaq istəməyən, müəllimlə məzələnən şagirdlər və onlara çırtma nədi, adi söz deyilsə belə, hücum çəkməyə hazır olan valideynlər.
Siz Allah, uşaq zorakılığına qarşı hansısa konvensiyaların-filanın arxasında gizlənməyin: zəmanə, mobil telefonlar uşaqları elə günə qoyub ki, məktəbdə müəllimin avtoriteti olmasa, onlardan bir şey çıxmayacaq. Adam ola bilməyəcəklər. Nolar, oxumayan, dəcəl uşağa bir sillə vuranda? Guya həmin sillələrdən sizə dəyməyib, ay sovet dövründə və müstəqilliyin ilk illərində şagird olmuş valideynlər?! Axı niyə başa düşmürsüz ki, sovet dövrünün müəllimləri sınaqdan çıxmış, psixoloqların da rəy verdiyi bir metodla işləyirdilər?
O zamankı müəllimlər yaxşı oxuyan uşağı dəstəkləməklə yanaşı, pis oxuyanları cəzalandırır, sonra da bir yaxşı oxuyana təhkim edirdilər ki, o da dala qalmasın. Onlar çiy material olan dəcəl uşaqdan adam düzəltmək üçün çalışırdılar – bütün vasitələrlə. Və etiraf edək ki, çox vaxt da alınırdı.
Odur ki, bəlkə də uşağınızı gələcəkdə gözləyəcək böyük bəlalardan xilas etmək üçün vurulan bir şilləyə görə müəllimə hücum çəkəndə, polisə müraciət edəndə, videonu sosial şəbəkələrə yerləşdirəndə fikirləşin. Müəllimə görə yox, savadlı müəllim onsuz da özünə iş tapacaq, uzağı Hadı müəllim demiş, gedib tikintidə fəhləlik edəcək. Öz uşaqlarınıza görə! İndi fikirləşin ki, gələcəkdə polis bölməsinin və ya narkoloji dispanserin qarşısında gözləməyəsiniz.
P.S. Allah sənə rəhmət eləsin, KİŞİ!
/ayna.az/
"Ölkə.Az" Xəzər TV-yə istinadla xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazalara aldanmamağı tövsiyyə edir.
''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar. Hansıki həmin ərazilər qazlaşdırılmayıb.
Qeyd edək ki, bu tip qaz sayğacı oğrulayanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Qala, Şüvəlan,Türkan qəsəbələrində yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıb satmaqda təqsirlibilinən, şəhər sakinləri üç il müddətinə azadlıqldan məhrum olublar.
20 YANVAR - MÜSTƏQİLLİYƏ GEDƏN YOLUN BAŞLANĞICI....
Bərdə 93 saylı seçki dairəsindən deputatlığa namizəd Xəyalə Əhmədova 20 Yanvar Şəhidlərinin xatirəsini əziz tutaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlərimizin məzarı başında yaddaşımıza qanla yazılan bu faciənin acı xatirələri anıldı. Bu qəhrəmanlıq tariximizi yazan şəhidlərimizin məzarları yenə hər zamankı kimi qərənfil yağışına qərq olmuşdu.
Dqqətinizə çatdıraq ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir
"Ölkə.Az" xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Apa-ya verilən məlumata görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılır.
Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Agentliyin sədri Qoşqar Təhməzli verib. Sədr qeyd edib ki, yeni yaradılmış qurum Azərbaycanda qida təhlükəsizliyi sahəsində tənzimləmə işlərinin həyata keçirilməsi ilə məşğul olacaq:
“Həmin cəmiyyət ölkənin müxtəlif regionlarında bu il üçün nəzərdə tutulmuş təqribən 40 kəsim məntəqəsinin açılmasına xidmət edəcək, eyni zamanda müxtəlif dönər köşkləri və dönər satışı ilə məşğul olan müəssisələrin standartlarını nümayiş elətdirəcək. Bir sözlə, bu sahədə müəyyən tənzimləmə işləri həyata keçirəcək”.
Son vaxtlar ünvanlı dövlət sosial yardımın verilməsinda qarşılaşan problemlərlə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olur.
baku.ws-in “qaynar xətti”nə daxil olan müraciətlərin çoxunda sosial yardımın verilməsilə bağlı müraciətlərə imtina edilməsindən şikayətlənirlər.
Belə şikayətçilərdən biri də Minəxanım Rəhimovadır. M.Rəhimova deyir ki, yardım almaq üçün müraciət etsə də, ona imtina ediblər.
İmtina sənədində bir neçə səbəb göstərilib. Səbəblərdən biri də, ailə üzvlərindən birinin gəlirinin tam göstərilməməsidir.
Eyni zamanda, ailə üzvlərindən birinin telefon nömrəsi çoxdur və ay ərzində bu nömrələrə vurulan pullar minimal həddi keçir.
Bu tipli şikayətlərin çoxundan belə başa düşülür ki, ünvanlı dövlət sosial yardımın verilməsi və verilmə şərtləri bəzi vətəndaşlar tərəfindən tam başa düşülmür.
Bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirdi ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Qeyd edək ki, hazırda ehtiyac meyarının həddi 160 manat təşkil edir.
Nə zaman ailəyə ünvanlı dövlət sosial yardım verilir?
• Şəxsin əlil olması;
• Şəxsin əmək pensiyaçısı olması;
• əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
• ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya “DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
• ailə üzvünün vəfat etməsi;
• ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
• ailə üzvünün azadlıqdan məhrum edilməsi;
• ailə üzvünün olduğu yerin məlum olmaması.
Ailənin əmək qabiliyyətli üzvü yuxarıda qeyd olunan səbəblər istisna olmaqla, digər səbəblərdən işləmədikdə, həmin ailəyə yardım təyin edilmir.
Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:
• – Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları
• – əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)
Daşınan və daşınmaz əmlak məsələsi ilə bağlı isə bildiririk ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.7.7.–ci bəndinə əsasən, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda və 3.7.4. –cü bəndinə əsasən, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla), sosial yardımın təyin olunmasından imtina edilir.
Qeyd edək ki, sosial yardımın orta aylıq məbləği 210 manatdan başlayır. Bu məbləğ yaşayış meyarına görə arta da bilər.
Bu barədə "Ölkə.Az"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn günü iş günü hesab edilmir.