![]() |
![]() |
Səhiyyə eksperti Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, dezinfeksiya məhlulu olan yerdə, onun buxarlanması dövründə insanların çölə çıxması məsləhət deyil: “Bunun üçün də əvvəlcədən əhaliyə xəbərdarlıq edilir ki, bu müddət ərzində küçədə gəzmək olmaz. Bütün hallarda dezinfeksiya məhlullarının iyisi insan orqanizmi üçün ziyanlıdır. Misal olaraq, adi xlor məhlulunun belə böyük miqdarda bədənə daxil olmağı həm zəhərlənmə verə bilər, həm də qıcıqlanmaya səbəb ola bilər”.
A.Qeybulla əlavə edib ki, müxtəlif məqsədlə istifadə olunan bütün dezinfeksiya maddələrinin insan orqanizmi üçün toksik təsiri var: “Xüsusilə də dezinfeksiya məhlulunun böyük doza istifadəsinin təsiri daha böyükdür. Ona görə də mülki vətəndaşlar belə halda çölə çıxmamalıdır. Bu zaman küçədə olan şəxsdə yanaşı gedən hər hansı xəstəlik varsa, onda problem daha ciddi özünü biruzə vermiş olar. Sağlam insanlara isə maddələrin təsiri onların aldığı dozadan asılı olaraq təsir göstərmiş olur. İlk olaraq halsızlıq, sonra isə hətta komaya düşmə qədər ağır fəsadı müşahidə edilmə ehtimalı var. Əgər məhlulun dozası artıq olarsa bir neçə dəfə nəfəs almaq kifayətdir. Yəni maddənin tərkibinin dozasının az və ya çox olmasından asılıdır. Məsləhət görərdim ki, ev və məişət şəraitində dezinfeksiya məhlulunun istifadəsində belə maska istifadəsi zəruridir”.
Dezinfeskiya işləri nə qədər ərazini əhatə edib və hansı intervalla aparılmalıdır?
Bu məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, dezinfeksiya ediləcək küçələri mütəxəssislər daha çox ictimai nəqliyyatın istifadəsi və piyadaların çoxluğuna görə müəyyən edir: “Dezinfeksiya işləri başlayan vaxt ilk dəfə 150 küçə deyilmişdisə, bu rəqəm 200-ün üzərində oldu. Son gücləndirilmiş dezinfeksiya işlərində isə 544 küçə təmizləndi. Həmin küçələr də xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib. Mütəxəssislərin rəyinə görə dezinfeksiya işlərində istifadə olunan məhlulların insan orqanizminə mənfi təsiri yoxdur. Çünki həmin məhlullar mütəxəssislərin təlimatlarına uyğun olaraq su ilə qarışdırılır”.
Həmçinin qeyd olunub ki, küçələrin gücləndirilmiş dezinfeksiya işləri iki həftədən bir aparılmalıdır: “Hər dezinfeksiya işlərinin arasında 12-14 günlük ara məsafəsi mütləqdir”.
Bəs rəsmi qurumlara dezinfeksiyanın mənfi təsiri barədə müraciət daxil olubmu?
Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov dezinfeksiya işlərini ancaq qapalı məkanlarda, eləcə də koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda, poliklinikalarda apardıqlarını bildirib: “Dərmanlarımız Səhiyyə Nazirliyindən alınır və hamısının da sertifakatı var. Bu günə qədər də heç bir mənfi təsiri barədə bizə məlumat daxil olmayıb. Dezinfeksiya müddətindən 1 saat keçənə qədər həmin yerlərdən istifadə olunmaması barədə tövsiyələrimizi də veririk”.
Mərkəz rəhbəri vurğulayıb ki, xəstəxanalarda xəstə olan palatalarda bu işlər həyata keçirilmir: “Bu gün ocaqlı yerlərin dezinfeksiya işləri ilə məşğuluq. Xəstəxanadan bizə məlumat verilir ki, palata boşdur gəlin. Ümumilikdə isə dezinfeksiya etdiyimiz yerlər 2-3 həftədən bir yenidən dezinfeksiya olunmalıdır”.
Bakıda koronavirus xəstələrini daşıyan bütün təcili tibbi yardım avtomobillərini, eləcə də Səhiyyə Nazirliyinin ev şəraitində müalicə alan xəstələrə dərman paylayan və şübhəli xəstələrdən götürülən nümunələri laboratoriyaya çatdıran nəqliyyat vasitələrinin hamısının mütləq şəkildə mərkəzdə dezinfeksiya edildiyinə diqqət çəkən A.Məmmədov belə edilmədi təqdirdə həmin maşınların növbəti çağırışa gedə bilmədiyini qeyd edib: “Hamısı dezinfeksiya olunur və arayış verilir. Yalnız bundan sonra çağırışa getmələrinə icazə verilir. Bu günə qədər işçilərimiz arasında heç bir koronavirusa yoluxan yoxdur, çünki bütün qaydalara ciddi riayət edilir. Qoruyucu vasitələrlə təmin edilmişik və növbəti dezinfeksiya işlərini görmək üçün istifadə edilən vasitələr mütləq şəkildə yenilənir”.
Rəsmi qurumlar dezinfeksiya məhlulunun elə bir ciddi fəsadı olmamasını deyərək eyni zamanda insanları ehtiyyatlı olmağa çağırır. Ancaq yenə də tonlarla xlorlu məhlulun yalnız avtomobillərin hərəkət etdiyi asfalta səpilməsinin nə dərəcədə effektiv olması barədə məsələ ictimaiyyət arasında müzakirə edilərək qalır.
Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.
Sfera.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.
Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.
Qeyd edək ki, keçmiş Ağstafa Rayon İcra Başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bu məhdudlaşma aşağıdakı tarixlərə şamil ediləcək:
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Xatırladaq ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
"Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir".
Bunu baku.ws-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, hazırda Bakı şəhərində yoluxma faizi yüksəkdir: "Bunu dəqiq bilməsəm də, demək olar ki, elə bir bina, qəsəbə, rayon yoxdur ki, orada koronavirusa yoluxan şəxs olmasın. Ona görə 100 adam dənizə gedərsə, onların içində mütləq şəkildə böyük ehtimalla koronavirusa yoluxacaq şəxs olacaq".
Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, iyunun 21-dən xüsusi karantin rejimi tətbiq olunan səkkiz şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənilib.
Bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan səkkiz şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin edib.
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülüb və bu barədə onlara rəsmi məlumat göndərilib.
Beləliklə, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub.
Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.
Son 2 gün ərzində KATV1 şirkətinin abunəçiləri internetin zəif olmasından, yaxud tamamilə kəsilməsindən şikayətçidirlər.
Məsələ ilə bağlı şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvin Sadıqov Modern.az-a açıqlama verib. O bildirib ki, COVID-19-la mübarizə çərçivəsində əksəriyyət evdə qaldığından bu da həddən artıq yüklənməyə səbəb olub:
“Koronavirusun internetə təsiri barədə uzunmüddətli proqnozlar vermək hələ tezdir, lakin video xidmətlərin aktiv istifadəsi artıq ilk şişkinliklərə səbəb oldu.
Karantin günlərində trafik quruluşu çox dəyişib və şirkət internetin həcmini 40% artıraraq trafik artımına hazırlaşdı. Lakin iyulun 9-da 53%-lik rekord sayda yüklənmə qeydə alınıb ki, bu da bəzi istifadəçilərimizin internetə çıxışı üçün problemlər yaradıb.
Şirkət artıq avadanlıqların həddən artıq yüklənməsi zamanı gələcək problemlərin qarşısını almağa imkan verən tədbirlər görüb.
Qeyd edm ki, ölkənin xarici və daxili trafiki İnternetin sürətinə və keyfiyyətinə də təsir göstərir. Serverləri digər ölkələrdə olan xarici saytlar və tətbiqetmələr xarici trafik hesab olunur. Onlara daxil olduqda ölkə daxilində internet şəbəkələri məhdud ötürmə qabiliyyətinə malikdir.
Bir çox istifadəçimiz koronavirusun yayılması səbəbiylə evdən işləyir. Ofis işi internetin aktiv istifadəsini də əhatə edir, lakin karantin ona yanaşmanı xeyli dəyişdirib. Məsələn, əvvəllər iş otaqlarında keçirilən görüşlər indi onlayn konfranslara çevrilib. Həmçinin, uşaqların təlimləridə internet üzərində keçirilir.
Xarici trafikin miqdarı artarsa, məlumat paketini ötürmək və almaq üçün daha çox vaxt və trafik lazımdır. Eyni problem, Zoom video konfransının istifadəçiləri arasında da müşahidə olunur, belə ki, şirkətin əsas serverləri Kaliforniyada yerləşir”.
Şirkət rəsmisi əlavə edib ki, işləri kompüterlə əlaqəli olmayan insanlar da evdə onlayn oyunları aktiv oynayırlar, onlayn film baxışı trafiki artıb:
“ Həmçinin, insanların diqqəti cari xəbərlərlə onlayn mənbələrə keçdiyini güman etmək olar. Azərbaycanda ümumi İnternet istehlakı 22% artdığə halda, ofis və mobil internet trafiki azaldı, çünki çoxları evdə internetdən (Wi-Fi) istifadə edir”.
Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da lakin gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır. Yoluxmanın sayı azalmasa bazar günündən iyulun 20-nə kimi 1 həftəlik komendant saatı tədbiq edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsini gözləyirdik: “Çox təəssüf ki, yenə də yoluxanların sayı 500-dən çoxdur. Xatırladım ki, sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında az da olsa azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir. Mən düşünürəm ki, sərt karantin rejimi tədbiq edilməsəydi daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir. Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirlə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil. Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riyaət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejimin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək”.
Bu günə qədər Bakı şəhərinin inzibati ərazisində yerləşdirilən sərt karantin rejimi ilə əlaqəli nəzarətlə bağlı stasionar postların ləğv edilməsi barədə KİV-də məlumatlar yayılır. Bu da haqlı olaraq hərəkət iştirakçılarının aldığı bu informasiya ilə bağlı hərəkətə narazılığın yaranmasına səbəb olur.
Bu barədə Report-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
“Postlar ləğv edilməmişdi ki, bərpa da oluna… Təbii ki, bu postların ləğv edilərək başqa üsulla xidmət etməsi ilə bağlı məlumat vermişik. Təəssüflər olsun ki, bu məlumat başqa formada yayıldığı üçün narahatçılıq yarandı. Buna görə də bir daha bildiririk ki, stasionar postlarda olan xidmət başqa xidmət növü ilə əvəz edilib. Əlbəttə ki, buna səbəb stasionar postlar zamanı suni sıxlığın yaşanması və hərəkətlə bağlı icazələrin ləngiməsində yaranan narazılıq oldu. Hazırda Bakı şəhərinin inzibati ərazisinə düşən bütün küçə və prospektləri tam nəzarətə götürülməklə mobil postların yaradılması və bu postlarda xidmət aparmaqla nəzarət davam etdirilir.
İkincisi isə reydlər təşkil etməklə buna nəzarət edilir. Belə ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşları vasitəsi ilə nəzarəti gücləndirmək, hərəkətdə olan nəqliyyat vasitəsi və bu avtomobildə gedən sərnişinlərin hərəkəti, icazə sənədləri ilə bağlı sənədlərin yoxlanılması qərara alınıb. Bu günə qədər bu sistem üzrə bizim əməkdaşlar xidmət edir. Təəssüflər olsun ki, yenə də bəzi KİV-də stasionar postların ləğv edilməsi ilə bağlı məlumatlar yayılır. Sanki karantin rejimi də ləğv edilir… Belə informasiyalar təbii ki, çaşqınlığa və narahatlığa səbəb olur. Bir daha vətəndaşların bilməsini istəyirəm ki, stasionar postlarda olan xidmət başqa xidmət növü ilə əvəz edilib. Bu üsulla hərəkətə nəzarət edilir”, – V.Əsədov əlavə edib.
Səhiyyə Nazirliyində COVID -19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində koronavurusa yoluxmuş şəxsləri yoluxma dərəcələrə əsasən təsnifatlandırıb: COVID-19 infeksiyasına yoluxmuş simtomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.
Məlumata görə, Səbinə Babazadə bildirib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır. Simptomsuz xəstələrin yalnız COVİD-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə, Səbinə Babazadənin dediyinə görə, bu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur.
Səbinə Babazadənin qeyd etdiyi kimi, ağır simptomlu xəstələrdə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları ağır simptomlu xəstələrin əlamələtləridir. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.
Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.
Səhiyyə Nazirliyinin İsçi Qrupunun üzvü Səbinə Babazadənin onlayn müsahibəsində həmçinin qeyd olundu ki, sahə həkimləri COVİD-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir. (modern.az)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb.
Səhiyyə Nazirliyində COVİD -19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVİD-19 vurusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrə əsasən təsnifatlandırıb: COVİD-19 infeksiyasına yoluxmuş simtomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.
S. Babazadə bildirib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır. Simptomsuz xəstələrin yalnız COVİD-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur.
Yüngül simptomlu xəstələrə gəldikdə isə, Səbinə Babazadənin dediyinə görə, bu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur.
Ağır simptomlu xəstələrdə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları ağır simptomlu xəstələrin əlamələtləridir. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.
Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.
Səhiyyə Nazirliyinin İsçi Qrupunun üzvü bildirib ki, sahə həkimləri COVİD-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir. /medicina.az/