Son xəbərlər

Dünən karantini pozan 1874 nəfər cərimələnib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə, 07.07.2020-ci il saat 00:00-dan 08.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1629 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə, 242 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1874 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 55-i rayon, 135-i paytaxt istiqamətinə olmaqla 190, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 140-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 200 avtomobil geri qaytarılıb, ümumilikdə 500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

“Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur.

Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur”.

Publika.az xəbər verir ki bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.

O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: “Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur. Çoxlu qarpız yeyin, doğramac için.

Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.

Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir”.

Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: “Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.

Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar”.

Bu gün Lerik rayonunu ölkəmizdə aktiv təmsil edən gənclərdən biri, rayonun istedadlı gənci, Azərbaycan dili və ədəbiyyat müəllimi İlkin Əzizlidən danışacağıq.

İlkin Nurxan oğlu Əzizlinin 26 yaşı var, filoloqdur. Uğur kurslarında da dil-ədəbiyyat müəllimi kimi çalışmış, rəhbərliyin və bütün heyətin rəğbətini qazanmışdır.

Qeyd edək ki, İlkin Əzizli hazırda böyrək çatışmazlığından əziyət çəkir. Tez bir zamanda böyrəyi dəyişməlidir. Anasının donor kimi böyrəyini verməyinə baxmayaraq maddi məsrəfləri ödəyə bilmir. Ölkəmizin mərd, qeyrətli oğullarının hər birindən xahiş edirik ki gənc müəllimimizə yardım etsinlər. Belə yüksək potensiallı, savadlı müəllimin ictimaiyyətdə olması hər birimizə lazımdır.

Xəbər24 olaraq bank kartını və telefon nömrəsini sizlərə təqdim edirik:

+994505777228 (WhatsApp)

Xatırladaq ki bank hesabına xarici ölkələrdən və ölkəmizin hər yanından ödəniş etmək olar. Bank kartının şəklini təqdim edirik

 

 

Orxan Cəlilov adlı vətəndaş karantin qaydalarını pozmadığı halda cərimələnib.
 
MediaPost-a müraciət edən vətəndaş deyir ki, icazəsi olduğu halda rayona gedib:
 
“Qayıdanda icazəmin ləğv olunduğunu postda öyrəndim. Karantin qaydalarını pozduğum üçün mənə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə 200 manat cərimə tətbiq etdilər. İyulun 6-sı axşam saat 11-də evdə olmuşam. İyulun 7-nə keçən gecə saat 00:41 radələrində evdə oturduğum yerdə məni Bakı-Quba yolunun 52-ci kilometrində karantin qaydalarını “pozduğuma görə” 200 manat yenidən cərimə ediblər. Təsəvvür edin ki, postdan 60 km aralı, özü də evdə oturduğum yerdə mənə cərimə gəlir”.
 
Vətəndaş deyir ki, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıb:
 
“Həm 102 xidmətinə, həm də Daxili İşlər Nazirliyinin rəhbərliyinə rəsmi şəkildə müraciət etmişəm. Ümid edirəm ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq. Xəbərdarlıq etmədən icazəm ləğv olunur və cərimə olunuram. İkinci dəfə evdə olanda niyə cərimə yazırlar ki?”
 
Qeyd edək ki, Orxan Cəlilov jurnalistdir və Regional Araşdırma Mərkəzinin direktor müavinidir. O, sərnişin qismində avtomobildə əyləşsə də, sürücü kimi cərimələnib.
ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi

Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.

Bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb.

Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür. Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.

Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib.

Koronavirusa görə min nəfərə yaxın məhkum şərti AZADLIĞA BURAXILDI

Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Oxu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə “Ədliyyə orqanlarında COVID-19 infeksiyası ilə mübarizə tədbirləri” mövzusunda keçirilən videokonfransda məlumat verilib.
Tədbirdə dövlət başçısının əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb.

Paytaxt polisi koronavirusla mübarizədə - FOTOLAR

Bakı polisi koronavirusla yorulmadan müvarizə aparır.

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 
 
Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır   - FOTO

Ölkədə pandemiya yayılandan sonra avtomobil bazarında da ciddi dəyişikliklər baş verib. Bunun bariz nümunəsi paytaxtda fəaliyyət göstərən maşın bazarlarının bağlanmasıdır. Digər tərəfdən, ölkəyə xaricdən avtomobil gətirilməsində də problemlər yaşanır. İnsanların maddi vəziyyətlərinin geriləməsi və evdən çıxmalarının məhdudlaşdırılması da avtomobil satışına təsir etməyə bilməz.

Avtomobil bazarı üzrə ekspert Elməddin Muradlı “Report”a verdiyi açıqlamada bunları təsdiq edib:  “Avtomobil bazarında həddən artıq zəifləmə var. Paytaxtda bazarlar bağlıdır. Sərt karantin rejimi tətbiq edilməyən bölgələrdə bazarlar açıq ola bilər. Amma o ərazilərdə də qiymət artımı var. Alıcılıq qabiliyyəti aşağı olduğuna görə internet resurslarında avtomobil qiymətlərinin ucuzlaşdığını görürük. Hətta yeni avtomobil bazarında xeyli ucuzlaşma var. Ən tanınmış modellərin qiymətində ilin əvvəlindən bu günə qədər 10-15 min civarında qiymət azalması müşahidə edilir. Bu gün internet resurslarında daha çox avtomobil satışa çıxarıldığını görürük. Xüsusən iri həcmli, daha çox yanacaq sərfiyyatı olan avtomobillərin satışa çıxarıldığı müşahidə olunur. Bəzi avtomobillər də var ki, aylardır internetdə satışa çıxarılsa da, alan yoxdur. Avtomobil alqı-satqısı edən insanlarla söhbət zamanı da bunu eşidirik. Onlar da etiraf edirlər ki, alıcılıq qabiliyyəti xeyli aşağıdır. Məsələn, yanvar ayında 15 minə satışa qoyulan avtomobilin qiyməti hər həftə və ya hər ay 500-1000 manat ucuzlaşaraq bu gün gəlib 10-11 min manata çatıb. Bəzən insanlar təcili maşınını satmaq istəyir. Belə halda isə avtomobil bazarında dəllallar işə düşür. Onlar insanların inamından sui-istifadə edib vəziyyətin daha da pisləşəcəyini deyir və avtomobili daha ucuz qiymətə alırlar”.

Ekspert avtomobil satışı adı ilə insanları aldadan dələduzlardan da söz açıb: “Paralel olaraq avtomobil bazarında dələduzlar peyda olub. Bölgələrdə avtomobil şəkillərini internet resurslarında yerləşdirirlər və ucuz qiymətə satışa çıxardıqlarını qeyd edirlər. 10 min manata təqdim olunan avtomobili onlar 6-7 min manata “əlimyandı” adı ilə satışa çıxarırlar. İnsanlarla ünsiyyət qururlar və avtomobili Bakıya gətirmək bəhanəsi ilə müəyyən məbləğdə pul tələb edirlər. Məsələn, deyirlər ki, postdan keçərkən və ya benzin vurmaq üçün pul tələb olunur və insanlardan onların kartına 100-200 manat pul yükləmələrini istəyirlər ki, guya maşını Bakıya gətirsinlər. İnsanlar da arxayın olub həmin pulu yükləyir ki, ucuz qiymətə əla vəziyyətdə avtomobil alsın. Lakin pulu göndərdikdən sonra həmin adama zəng çatmır. Bu cür insanlara aldanmaq olmaz”. 

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMANazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir. 
 
Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”ə) göndərilir.
 
Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib. 
 
Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən “icaze.e-gov.az” portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur. 
 
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
 
İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinın qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.
Hər kəsi qorxudan “buzlu şüşə” nədir?
"Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – “buzlu şüşə” mənzərəsi. Bəzən bunu “buz kristalı”, “buz parçası” kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır".
 
Report xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova “buzlu şüşə”nin mahiyyətindən danışarkən deyib.
 
Həkimin sözlərinə görə, bəzən normal hallarda da “buzlu şüşə” görüntüsü radioloji görüntülərdə izlənilə bilər: "Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla “buzlu şüşə” görüntüsü verə bilər. Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. Buzlu şüşə xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.
 
Radioloq qeyd edib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. "Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir. “Buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4 günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. “Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir", həkim bildirib.