Son xəbərlər

“OBA”dan “Qələbə ətirli şirin günlər” kampaniyası

“OBA” marketlər şəbəkəsində “Qələbə ətirli şirin günlər” kampaniyası davam edir.

“OBA” marketləri rəşadətli ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və Şanlı Qarabağ zəfərini qeyd etmək münasibətilə “Qələbə ətirli şirin günlər” adlı yeni kampaniyaya başlayıb.

Noyabrın 16-dan başlayan və 22-dək davam edəcək kampaniya çərçivəsində, müştərilər “OBA” marketlərinə gələrək, xüsusilə seçilmiş yüzdən çox marka məhsullarını xüsusi endirimli qiymətlərlə əldə edə bilərlər.

 

 “OBA”da “Qələbə ətirli şirin günlər” kampaniyası çərçivəsində 40 qramlıq “Kitkat” şokoladı 59 qəpiyə, 500 qramlıq “Uğur” peçenye 1 manat 95 qəpiyə, 216 qramlıq “Roshen” vafli çeşidləri 1 manat 49 qəpiyə, 90 qramlıq “Çudo Vkusa” şokolad çeşidləri 85 qəpiyə, “Nevskiy Slivoçnaya mu” şokoladlarının kiloqramı 3 manat 89 qəpiyə, 90 qramlıq “Nestle” şokolad çeşidləri 1 manat 19 qəpiyə, 150 qramlıq “Russkiy Biskvit” ərikli rulet 45 qəpiyə, 200 qramlıq “Prinçessa Nuri” çayı  2 manat 35 qəpiyə, 225 qramlıq “Aləmşah” ətirli çayı 3 manat 39 qəpiyə, 100 qramlıq “Tess” çayının çeşidləri isə cəmi 1 manat 55 qəpiyə təklif edilir.

Qeyd edək ki, kampaniya 800-dən çox marketi olan bütün “OBA” marketlərində keçərlidir.

Sərfəli alış-verilişin ünvanı olan “OBA”ın yeni kampaniya və təkliflərindən xəbərdar olmaq üçün rəsmi veb və sosial media səhifələrini izləyə bilərsiniz.

“OBA”da bazarlıq etmək hərtərəfli sərfəlidir. Elimizin hər yanı,“OBA”mızın ünvanı.

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində avtomobil sıxlığı müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, bu səbəbdən də müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var:

R.Behbudov küçəsi

H.Əliyev prospekti kənar yolllar hər iki istiqamət

Q.Qarayev prospekti Dakar dairəsi

Tbilisi prospekti hər iki istiqamət

A.Bakıxanov küçəsi

Ü. Hacıbəyov küçəsi

Z.Bünyadov prospekti hər iki istiqamət

Moskva prospekti.

Bakı Nəqliyyat Agentliyi yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı və mümkün qədər yollarda avtobusların hərəkətinə şərait yaradılmasını xahiş edir.

Yağışlı hava şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda “yaşıl dalğa” əmri tətbiq edilib.

Həmçinin, sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb:

"Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik".

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, sabah mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Noyabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərişıq ASC işğaldan azad olunan ərazilərimizin elkektrik enerjisi ilə təchizatına başlayıb.

Axar.az xəbər verir ki, artıq Şuşa şəhərində bununla bağlı işlərə start verilib.

İlk olaraq Şuşadakı Gövhər ağa məscidi elektrik enerjisi ilə təchiz edilib.

Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndidən keçən yeni qolunun inşasını müzakirə edir.

Axar.az-ın məlumatına görə, yeni xəttin uzunluğu 104 km olacaq.

Xəttin Yevlax (final) - Bərdə - Köçərli - Təzəkənd - Ağdam - Əsgəran - Xocalı - Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Bu barədə Axar.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb.

Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.

Bakıda “Formula 1” konstruksiyaları sökülür, parad gözlənilir

Bakının Azadlıq meydanında "Formula 1" üçün quraşdırılan konstruksiyalar sökülür.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, artıq fiziki qüvvə bu gündən həmin avadanlıqların söküntüsünə başlayıb və bir ay ərzində Neftçilər prospekti boyunca quraşdırılan konstruksiyaların sökülməsi başa çatdırılacaq.

Əldə edilən məlumata görə, söküntü yekunlaşdıqdan sonra Vətən müharibəsi zamanı zəfər çalmış müzəffər Azərbaycan Ordusunun paradı keçiriləcək.

 

Murad Əhməd

Fotolar: Nuran Məmmədov

 







 
Bu ərazilərə qar yağacaq - PROQNOZ
 

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Ermənilər gecə saat 00.00-a qədər Kəlbəcəri tərk ediblər.

Axar.az xəbər verir ki, saat 22.00 radələrində Kəlbəcər-Ermənistan istiqamətində xeyli sayda avtombil görünüb.

Ərazidə olan xarici jurnalistlərin dediklərinə görə, ermənilər nəyi aparmaq mümkündürsə söküb aparırlar.

Qeyd edək ki, üç tərəfli bəyanata əsasən, Kəlbəcər rayonu bu gün işğaldan azad olunur və Azərbaycana verilir.