Son xəbərlər

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə bir çox məsələlərə aydınlıq gətirdi. Bu müsahibə Azərbaycanın beynəlxalq mövqelərini, regional sabitliyə töhfələrini və iqtisadi siyasətini daha dərindən anlamaq üçün vacib məqamları özündə birləşdirir. Müsahibədə həmçinin Azərbaycanın gələcək strateji istiqamətlərini daha aydın görmək üçün əhəmiyyətli bir sənəd kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün bərpası və beynəlxalq hüquqla bağlı idi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini bərpa edib.

Beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının qərarlarının icra olunmaması fonunda, Azərbaycanın öz hüquqlarını təmin etməsi ölkənin güclü siyasi iradəsini və hərbi-strateji planlaşdırmasını nümayiş etdirir. Bu, eyni zamanda, beynəlxalq sistemin effektivliyinin azalmasını və güc balansının dəyişməsini əks etdirir.

Azərbaycanın regional və beynəlxalq rolundan danışan ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sabit və etibarlı tərəfdaş kimi çıxış edir.

Ölkə iqtisadi müstəqilliyini təmin edib, xarici borc səviyyəsi ÜDM-in cəmi 6.9%-ni təşkil edir ki, bu da güclü maliyyə intizamını göstərir.

Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 ev sahibliyi və Orta Dəhliz layihəsi ilə sübut olunub.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Qlobal İqtisadiyyatla bağlı cavab da ən çox müzakirə edilənlər sırasındadır.

Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsində tərəddüd etməsi iqtisadi mühafizəkarlıq və proteksionizmlə bağlıdır.

Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məqam odur ki, ÜTT üzvlüyü Azərbaycanın sənaye və ixrac potensialı üçün həm imkanlar, həm də risklər yarada bilər.

Azərbaycan, ilk növbədə, qeyri-neft sektorunu gücləndirməyə çalışır və ÜTT-yə üzvlük zamanı milli maraqlarını qorumağa üstünlük verir.

Azərbaycan-Çin münasibətləri və strateji

tərəfdaşlıqla bağlı ölkə rəhbəri qeyd etdi ki, Çinlə imzalanan strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycanın qlobal iqtisadi sistemdə yerini möhkəmləndirmək strategiyasının bir hissəsidir.

Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi platformalarla yaxınlaşma, Azərbaycanın multipolyar dünya düzənində öz mövqelərini gücləndirmək siyasətinə uyğun gəlir.

Orta Dəhliz layihəsinin inkişafı Azərbaycanı qlobal ticarət və nəqliyyat şəbəkəsində əsas oyunçulardan birinə çevirir.

Dünyanı narahat edən iqlim dəyişikliyi və Qlobal Cənubun rolu barədə cavab da ölkə rəhbərinin proqnozlarının hər zaman doğru olduğuna bir sübutdur. Bütün ölkələr şahid oldu ki, COP29 çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan ölkələr, xüsusilə kiçik ada dövlətləri üçün dəstək təşəbbüsləri qlobal ədalətin bərpasına yönəlmiş addımdır.

Azərbaycan yaşıl enerji sektoruna ciddi sərmayə yatırır və bu, ölkənin uzunmüddətli iqtisadi strategiyasının bir hissəsi kimi nəzərdən keçirilir.

Müsahibə zamanı ABŞ-Azərbaycan münasibətləri və geosiyasi reallıqlar barədə Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, ABŞ ilə münasibətlərdə əvvəlki Bayden administrasiyası dövründə çətinliklər yaşanıb, lakin yeni administrasiya ilə əməkdaşlıq perspektivi var.

ABŞ-da Trampın qayıdışı və Avropa liderlərinin bundan narahat olması aydın hiss edilir ki, bu da Qərbin daxili siyasi çəkişmələrinin qlobal siyasətə təsirini göstərir.

Hazırda Azərbaycanın şaxələnmiş xarici siyasəti ölkə rəhbərinin peşəkar diplomatik fəaliyyəti nəticəsində uğurla davam edir.

Azərbaycan Çin, Avropa İttifaqı, Türkiyə, Özbəkistan və Rusiya ilə strateji və müttəfiqlik bəyannamələri imzalayıb.

Xarici siyasət yalnız diplomatik deyil, iqtisadi və infrastruktur layihələri ilə də dəstəklənir.

Azərbaycanın siyasəti "başqa ölkələrin daxili işlərinə qarışmamaq" prinsipi üzərində qurulub və bu, ölkənin beynəlxalq aləmdə qəbul olunmasını və nüfuzunu artırır.

Orta Dəhliz və Azərbaycan mövzusu da əksər ölkələr, o cümlədən Çin üçün cəlbedici müzakirə mövzusudur.

Çünki Azərbaycanın Orta Dəhlizdə rolu təkcə tranzit ölkə olmaqdan ibarət deyil, burada sənaye və istehsal müəssisələrinin yaradılması da əsas hədəfdir.

Bakı limanının yükaşırma gücü artırılır və bu, Azərbaycanın regiondakı nəqliyyat habına çevrilməsinə şərait yaradır. Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq daha da inkişaf etdirilir.

Yaşıl enerji və texnologiya transferi ilə bağlı görülən işlər və qarşıdakı planlardan söz açan ölkə rəhbəri Azərbaycanın qazıntı yanacaqlardan əldə olunan gəliri yaşıl enerji sektoruna yatırmaq strategiyası yürütdüyünü diqqətə çatdırdı.

Günəş və külək enerjisi üzrə investisiyalar artırılır, bu sahədə əsas texnologiya tədarükçüsü Çin şirkətləridir. 2030-cu ilə qədər 6 giqavat həcmində yaşıl enerji istehsalı hədəflənir.

Bir sözlə, Prezident İlham Əliyevin Davosdakı müsahibəsi Azərbaycanın müasir qlobal siyasətdəki rolunu, iqtisadi və diplomatik strategiyalarını əks etdirir. Müsahibə bir daha göstərdi ki, Azərbaycan müstəqil və güclü beynəlxalq söz sahibi kimi çıxış edir. Ölkə iqtisadi və siyasi müstəqilliyini qoruyaraq, beynəlxalq platformalarda özünü təsdiqləyir. Regional və qlobal səviyyədə yeni güc balansı formalaşır. Azərbaycanın Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı, Qərbin dominantlığına alternativlərin yarandığını göstərir.

Həmçinin, Enerji və infrastruktur layihələri Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. COP29 və Orta Dəhliz kimi təşəbbüslər ölkənin qlobal iqtisadi sistemdə təsirini artırır.

Ölkə rəhbərinin müsahibəsi bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində balanslaşdırılmış yanaşma prioritet olaraq qalır. Ölkə təkcə bir güc mərkəzinə bağlı qalmayaraq, müxtəlif geosiyasi bloklarla əməkdaşlıq edir.
 

“Cənab Prezidentin Çin televiziyasına verdiyi müsahibədə İlham Əliyev dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini təqdim etdi və bildirdi ki, Azərbaycan müstəqil özünə güvənən, özünün iqtisadi müstəqilliyini təmin etmək iqtidarında olan bir ölkədir, bu çox önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azay Quliyev deyib.

Azay Quliyev sözlərinə belə davam edib: “Digər bir tərəfdən ikinci mesaj ondan ibarətdir ki, Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyi üstün tutur və bu baxımdan həm Çinlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb, həm Avropa İttifaqının 10 üzv ölkəsi ilə, həm qardaş Türkiyə ilə, həm Rusiya ilə bu cür əlaqələr qurubdur. Bu onu göstərir ki, hansı ölkənin hansı düşərgəyə aid olmasından asılı olmayaraq əgər Azərbaycanla ortaq maraqları varsa və Azərbaycanın milli maraqları nəzərə alınırsa və bütün münasibətlər qarşılıqlı hörmət əsasında qurulursa, Azərbaycan bu əməkdaşlığa hazırdır və götürdüyü öhdəlikləri yerinə yetirməyi bacarır.

Üçüncü mühüm tezis ondan ibarətdir ki, bugün Çin dünyada iqtisadi baxımdan kifayət qədər inkişaf edibdir, Amerika ilə rəqabət aparacaq gücdədir. Ona görə də Azərbaycanın Çinlə əməkdaşlığı həm də orta dəhlizin inkişafı baxımından diqqəti cəlb edir və orta dəhliz Azərbaycanın yatırdığı böyük bir investisiya, qurduğu infrastruktur bugün bir kəmər, bir yol lahiyəsini uğurla inkişafına köməklik edir.

Nəzərə alsaq ki, bugün bütövlükdə Rusiya-Ukrayna müharibəsindən sonra şimal dəhlizinin ötürücülük qabiliyyəti azalıbdır və buna görə də əsas orta dəhlizə güc düşür. Bu baxımdan da Azərbaycan bugün həm Cənubi Qafqaz, həm Xəzər hövzəsi, həm Orta Asiya, həm də bütövlükdə Avropa və dünya üçün açar ölkədir.

Növbəti tezis Abş-la bağlı idi. ABŞ-ın yeni prezidenti Trampla bağlıdır. Bizim Trampla münasibətlərimiz xüsusən 1-ci prezidentlik dövründə çox rəvan olubdur, əməkdaşlığımız inkişaf edibdir və cənab Prezident bunu dəfələrlə bildirdi ki, Bayden dönəmində olan 4 illik münasibətlər itirilmiş illərdir. Bayden rejiminin bizə olan münasibəti ədalətsiz və qeyri-adidir və ümid edirik ki, Trampla Azərbaycanın münasibətləri strateji maraqlar əsasında qurulacaq və yenidən bərpa olunacaq. Bu vacib bir mesajdır. Çünki əslinə baxanda bugün Amerika ilə Azərbaycan arasında çox böyük bir əməkdaşlıq üçün potensial var. Azərbaycan bu potensialı tam şəkildə istifadə etməyə hazırdır.

 

Burada eyni zamanda Azərbaycan COP-29 rəhbərliyi ilə bağlı məsələyə toxunuldu, yaşıl enerji ilə bağlı gördüyü işlər, Çinlə günəş enerjisinin hesabı ilə bağlı görülən əməkdaşlıq və s. Ən vacibi isə cənab Prezident xalqına, dövlətinə və bütün insanlara olan münasibətini bir daha açıqladı və dedi ki, “Mən siyasi dövlət başçısı olaraq həqiqətin acılığından, pozitivliyindən və şirinliyindən, neqativliyindən asılı olmayaraq həmişə xalqıma həqiqəti demişəm və ona görə də xalqla hakimiyyət arasında çox böyük bir bağ var. Torpaqlarımızı işğaldan azad edərək müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik, gücləndirmişik”. Buna görə də bugün Azərbaycan xalqı həqiqətən də cənab Prezidentə çox böyük sevgi ilə, etimadla, inamla baxır və bu da məhz dövlətimizin, dövlət başçımızın apardığı siyasətin xalq tərəfindən dəstəklənməsidir və ona olan etimadın yüksəlməsidir.

Yekun olaraq onu deyim ki, bugün doğrudan da Çinlə Azərbaycanın strateji tərəfdaşlığına böyük ehtiyac var və hər iki ölkə baxmayaraq ki iqtisadi baxımdan fərqli çapdadılar. Amma bütövlükdə maraqlar üst-üstə düşür. Əminəm ki, Azərbaycanın çox vektorlu siyasəti Azərbaycanın milli maraqlarına xidmət edir”.

Cənubi Qafqazda məskunlaşan xalqlar üçün Qərbin “ixrac” etdiyi dırnaqarası “dəyərlər” tamamilə yaddır və bunu ermənilər arasında az sayda “başa düşənlər” artıq həyəcan təbili çalmaqdadırlar. Qərbə meyilli olan haylar isə bu reallığı başa düşə bilmirlər və görünür, qarşılaşdıqları “iyrənc” mənzərələrdən nəticə çıxarmaqda çətinlik çəkirlər. LGBT, cinsi azlıqlarla bağlı qarşılaşdıqları “eybəcər” təzahürlərin məhz haradan “qaynaqlandığının” fərqində olan haylar artıq bilməlidirlər ki, bu, Qərbdən gələn və Ermənistanı bürüyən vulqarlıqdır.

Haylar “ziyanın” yarısından qayıtmasalar daha “acınacaqlı” durumla qarşılaşacaqlar

Çoxdandır ki, hayların yan-yörəsində cinsi azlıqlar “tüğyan” etməkdədirlər və indi Ermənistanda “meydan sulayan” həmin o “üzdəniraqlar” erməni cəmiyyətində böyük bir “çirkab” yaradıblar və deyəsən, ermənilər daha bunu görməməzdən gələ bilmirlər. Əks halda, həmin ölkədə bununla bağlı narazı kütlə peyda olmazdı. Artıq ermənilər arasında bir çoxları qəti şəkildə əmin olublar ki, yaşadıqları ölkədə LGBT təbliğatının aparılması və qeyri-standart oriyentasiyalı insanların olması bütövlükdə onların cəmiyyətini uçuruma aparır. Görəsən, ona da əmin olublarmı ki, həmin o iyrənc vəziyyət məhz Qərbin “ixrac” etdiyidir və beləcə “qucaq açdıqları” təqdirdə Ermənistanı bürüyən Qərb vulqarlığı erməni cəmiyyətində daha da geniş şəkildə yayılacaq?

Kim Qardaşyan kimi “əxlaqsızlıq nümunəsinin” çoxdandandır ki, bir “üz qarası” olaraq onsuz da erməni cəmiyyətinə kifayət qədər utancverici olması fonunda, hələ üstəlik cinsi azlıqlar da bu çirkin mənzərəni daha da “zənginləşdirmiş” və daha da “rəngarəng” etmiş olublar. Cənubi Qafqazın bir ölkəsində “göy qurğaşı” kimi boyananların “yad ünsür” olduqları gec də olsa haylar tərəfindən dərk edilməsə, erməni cəmiyyətinin hansı vəziyyətdə olacağı artıq əminliklə proqnozlaşdırıla bilər. Doğrudanmı belə bir vəziyyəti yaradan Qərb, Avropa ermənilərə çox lazımdır, yoxsa, haqqında qeyd etdiyimiz “iyrənc” mənzərənin yaranmasından bir dərs ala bilmirlər? Qərb vulqarlığının Ermənistanı bürüdüyündən hayların nəticə çıxarmaları çoxdan lazım idi, amma ziyanın yarısından qayıtmasalar daha “acınacaqlı” durumla qarşılaşacaqları qətiyyən təkzib edilə bilməz.

Qərb vulqarlığının “təzahürləri” erməni cəmiyyəti üçün qəbulolunan hesab edilsə də, Cənubi Qafqaz üçün tamamilə yaddır

Qərbə meyl etmək, hətta “qucaq açmaq” onun dırmaqarası “dəyərlərini” Ermənistana gətirmiş oldu. Avropa İttifaqına qoşulmaq, Qərb tərəfə meyilli olmaq naminə Cənubi Qafqazın bir ölkəsi öz daxilində çirkab dolu şəraitə göz yumur. Postsovet məkanı ölkələri arasında Ermənistan belə dırnaqarası “ağıllı ölkə” oldu ki, hamıdan fərqli şəkildə həmin Qərb, Avropa İttifaqı naminə “hər şeyi” qurban verməyə razı oldu? Axı Ermənistandan fərqli olaraq, hər bir ölkə öz dəyərlərini qorumağa çalışır və kənar “təsirlərdən”, özü də cirkab yaradan müdaxilələrdən qorunmaq üçün mübarizə aparır. Bir tərəfdən kilsənin rolunu guya üstün sayan həmin o erməni cəmiyyəti indi nədən ruhani keşişin qaldırdığı cinsi azlıqlar məsələsi ilə bağlı müzakirənin əhatə dairəsindən kənarda qalmalı olub? Yoxsa, Ermənistanı bürüyən qərb vulqarlığı “xoşagələn” sayılır və bu məqamda ruhani keşişi və onun qaldırdığı “məsələni” heç vecində də alan yoxdur? Yəqin ki, hayların Qərbdən “götürdükləri” qənaətbəxş sayılır və ortada olan “mənzərə” də onlar üçün “adi hal” kimi qəbul olunur. Əgər belədirsə, yenə də həmin o Qərb “dəyərlərini” öz ölkələrinə “idxal” etməyə davam etsinlər. Ermənistanı bürüyən Qərb vulqarlığının “təzahürləri” görünür, erməni cəmiyyəti üçün qəbulolunan hesab edilir, amma haylar bilməlidirlər ki, bütün bunlar ümumilikdə, Cənubi Qafqaz üçün tamamilə yaddır, eyni ilə özləri yad olduqları kimi...

 

Eynicinsli münasibətlərinin artıq qanuniləşdirilməsi problemini avroskeptiklərin məhz əsas arqument kimi göstərmələri də deyəsən, erməni cəmiyyətini “yuxudan oyada” bilməyib. Haylar inteqrasiya adı altında hansı yolu tutublar? Bütün erməni cəmiyyətini cinsi azlıqlara çevirməyi “inteqrasiya” kimi qəbul edirlərmi? Qərb, Avropa “dəyərləri” məhz dar şalvar geyinmiş, bədəninin hər yeri pirsinqli oğlanlarla gey-paradlar keçirmək kimi təzahürlərə səbəb olursa, bundan erməni cəmiyyəti nəticə çıxarmalı idi və əslində, həmin cəmiyyətdə çoxdan bir rezonans da olmalı idi. Lakin hələ də hansısa miflər, uydurmalar, Qərbə meyilliliklə bağlı illüziyalar başlarını elə qarışdırıb, elə xarab edib ki, ortada olan acınacaqlı vəziyyəti, erməni cəmiyyətini gələcəkdə daha iyrənc durumun gözləməsi ilə bağlı real təhlükəni görmürlər.

Erməni cəmiyyətində tibbi, psixoseksual pozğunluq və ya hayların Qərbdən “idxal etdikləri” transeksuallıq meyilləri var

İndi erməni cəmiyyəti üçün ən acınacaqlı olan odur ki, hayların böyük əksəriyyəti LGBT və cinsi azlıqlarla bağlı məsələni sadəcə olaraq, həmin cəmiyyətdə bu və ya digər dərəcədə mövcud olan tibbi, psixoseksual pozğunluq hesab edirlər. Elə hesab edirlər ki, “müasirlik” dedikləri elə məhz budur və bunu qadağan etsələr də, etməsələr də, icazə versələr də, icazə verməsələr də erməni cəmiyyətində həmin “təzahürlər” olacaq. Maraqlıdır, niyə? Nəyə görə istənilən halda olmalıdır və nəyə görə istənilən halda olacaq, deyə düşünürlər? Həmin o cinsi azlıqların olmasını öz aralarında solaxayların, altıbarmaqlıların olması ilə müqaisə etmələri belə nəyə işarədir? Yoxsa, erməni cəmiyyətinin buna “meyilli” olduğu qənaətindədirlər və yaxud, həqiqətənmi həmin cəmiyyət buna meyillidir?

Cinsi azlıqların, ümumiyyətlə, bu “kateqoruyadan” olan insanların iştirakı ilə Ermənistanda “qürur paradları” təşkil etmək absurddur. Bunlar “qürur” deyil, axmaqlıqdır və parad da elə “axmaqlıq paradı” kimi bütün dünyanın normal insanları arasında qəbul olunmaqdadır. Məsələ burasındadır ki, haylar arasında belə düşünülür ki, onlara fikir verməsələr “dinc” yaşaya bilərlər və bununla mübarizə aparmaq axmaqlıqdır. Ən təəccüblüsü odur ki, haylar elə hesab edirlər ki, Qərbə, Avropaya meyl etsələr də, etməsələr də öz aralarında “qeyri-adi” oğlanlar və qızlar olacaq. Hətta belə bir fikir də var ki, ehtiras ayrı, siyasət ayrıdır. Amma apardıqları siyasətin, özü də Qərb yönümlü siyasətin məhz həmin o “iyrənc” ehtirası formalaşdırdığı deyəsən, dərk edilmir. Dərk edilmir ki, məhz həmin o siyasət sayəsində belə vəziyyət yaranıb və Ermənistanı bürüyən Qərb vulqarlığı hələ bundan sonra daha acınacaqlı hallar vəd edir.

Homoseksuallığın adi hal kimi qəbul olunmasının normal olduğunu iddia edən haylar, belə çıxır ki, qətiyyən erməni cəmiyyətində olan belə “çirkin təzahürlər” haqqında “düşünmək” belə lazım olmadığı qənaətindədirlər. Belə təzahürlərin haradan gəlməsi də onların qətiyyən veclərinə də deyilmiş. Hətta “bəhanələri” də kifayət qədərdir. Məsələn, Rusiyanın Volqoqrad vilayətindən olan Kirill Atayev kimi bir transseksual bloggerin növbəti dəfə Ermənistanda “peyda olmasını” bəhanə edirlər və transeksualların hər yerdən “gələ bilməsi” iddiası ilə çıxış edirlər. Üstəlik, hələ bir onu da utanmadan bildirirlər ki, əgər gələn həmin o transeksuallar “layiqli” insandırlarsa, onları “narahat etmirlərsə”, deməli, onlar normal qəbul olunmalıdırlar. Həqiqətən də bu yanaşmada təəccüblü və absurd dolu məqmlar kifayət qədərdir. Əvvəla, ermənilər transeksualları həqiqətən də layiqli hesab edirlərmi? Əgər hesab edirlərsə, o zaman niyə bir tərəfdən də həmin o reanseksuallarla bağlı ortaya çıxan “təzahürləri” bu və ya digər dərəcədə mövcud olan tibbi, psixoseksual pozğunluq sayırlar? Pozğunluq nə vaxtdan normal təzahür hesab olunası oldu? Digər tərəfdən də axı haylar başa düşə bilmirlərmi ki, transeksuallar və transeksuallıq erməni cəmiyyətini bütövlükdə həmin o cəmiyyətə çevirir? Bunu normal hesab edirlərmi? Ümimiyyətlə, Ermənistanı bürüyən Qərb vulqarlığını normal sayırlarmı?

Fələstinlilərin köçürülməsinin arxasında nə dayanır?

Donald Tramp ABŞ-ın Qəzza zolağına “nəzarəti ələ keçirəcəyini” deyib, Misir, İordaniya və digər ölkələri mümkün qədər çox fələstinli qaçqını qəbul etməyə çağırıb. ABŞ prezidenti Donald Tramp qeyd edib ki, onun Qəzza zolağının ələ keçirilməsi və yenidən qurulması planına əsasən didərgin düşmüş iki milyon fələstinlinin geri qayıtmaq hüququ olmayacaq. Bu barədə o, Fox News-a müsahibəsində bildirib. Bir sözlə, fələstinlilərin öz evlərinə qayıda biləcəkləri sualına ABŞ lideri mənfi cavab verib. "Xeyr, onlar geri qayıtmayacaqlar, çünki daha yaxşı mənzillərə sahib olacaqlar. Bununla demək istəyirəm ki, onların daimi yaşamaları üçün yerlər tikiləcək", - Tramp deyib.

O, Qəzza zolağının hazırda "yaşamaq üçün yararsız" olduğunu izah edib. Tramp bu yaxınlarda beynəlxalq ictimaiyyətin onun planını pisləməsinə baxmayaraq, “Qəzzanı almağa və ona sahib olmağa sadiq olduğunu” bildirmişdi. Xatırladaq ki, yanvarın 17-də İsrail və HƏMAS arasında atəşkəs sazişi imzalanıb. Və cəmi iki gün sonra ilk girov mübadiləsi baş verib. Razılaşmanın bir hissəsi olaraq, İsrail ömürlük həbs cəzasına məhkum edilmiş 250 fələstinli məhbus da daxil olmaqla 2000 fələstinli məhbusu azad edəcəyini vəd edib. Həmas isə 33 israilli girovu azad edəcəyinə söz verib.

Tramp kimi hədələyib?

Fələstin anklavının köçürülməsi halında ərəb dövlətləri Qəzza sakinlərini qəbul etməkdən imtina edərsə, Birləşmiş Ştatlar Misir və İordaniyaya yardımı kəsə bilər. Bu barədə bazar ertəsi ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib. "Bəli, bəlkə. Asanlıqla. Niyə olmasın? “O, iki ölkə Qəzza zolağının əhalisini qəbul etməsə, Vaşinqtonun Misir və İordaniyaya milyardlarla dollar illik maliyyə yardımı göstərməkdən imtina edə biləcəyi ilə bağlı suala cavab verib. "Əgər onlar razı olmasalar, mən potensial olaraq yardım göstərməyəcəyəm", - Amerika lideri təkrarlayıb.

O, həmçinin İordaniya və digər ərəb ölkələrinin Qəzza zolağından fələstinliləri qəbul etməkdən imtina etməyəcəyinə əminliyini ifadə edib. “Mən həqiqətən düşünürəm ki, İordaniya Kralı II Abdullah fələstinliləri qəbul edəcək və mən hesab edirəm ki, digər ölkələr də onları qəbul edəcək. "Onların yaxşı ürəkləri var" deyə president vurğulayıb. Misirin xarici işlər naziri Bədr Abdel Atti bazar ertəsi günü Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Onun qeyd etdiyi kimi, Yaxın Şərqdə sülh əldə oluna bilər, lakin bu, fələstinlilərin qanuni hüquqlarını, xüsusən də öz dövlətlərini qurmaq hüququnu təmin edəcək şərtlərlə baş verməlidir. İordaniya kralı II Abdullahın çərşənbə axşamı Tramp tərəfindən Ağ Evdə qəbul edilməsi planlaşdırılır.

Tramp üçün vaxt daralır

Donald Tramp politoloqları, analitikləri və bütün dünya ictimai rəyini məşğul etməkdə davam edir. Onun ABŞ-ın daxili və xarici siyasətindəki parlaq bəyanatları və qərarları artıq ictimaiyyətin başqa bir hissəsində böyük təşviş, qınaq, eləcə də heyranlıq və ümidlərə səbəb olub. Tramp Qrenlandiyanı ilhaq etməyə, Kanadanı ilhaq etməyə, Panama kanalını ABŞ-a qaytarmağa və nəhayət, Meksika ilə sərhəddə divarın tikintisini başa çatdırmağa hazırdır. Və təbii ki, tariflər, tariflər, tariflər... Artıq Çindən gətirilən mallara görə rüsumlar qaldırılıb və eyni aqibət Şimali Amerika Azad Ticarət Sazişində qonşuları da hədələyir. Avropalı tərəfdaşlar isə Amerika enerjisi, qidası və avtomobilləri üçün daha çox pul ayırmalı olacaqlar. Tramp beynəlxalq arenada tarif siyasətindən fəal şəkildə istifadə edir.

Əlbəttə, Rusiyada ən çox ABŞ prezidentinin Ukrayna ilə bağlı mövqeyi maraqlandırır. Bu məsələ ilə bağlı bəyanatlar silsiləsi kifayət qədər təvazökarlıqla başlayıb. Tramp 2020-ci il seçkilərindən sonra hakimiyyətdə olsaydı, Ukraynada heç vaxt silahlı münaqişə baş verməzdi. 2024-cü il noyabrın 5-də keçiriləcək seçkilərə yaxın bir vaxtda və inaqurasiyadan əvvəl səs-küylü bəyanat səsləndi: “24 saat ərzində Ukraynaya sülh və asayiş gətirəcəyəm”. Bir dəfə Ağ Evin Oval Ofisində o, bəyanatlarının əhatə dairəsini əhəmiyyətli dərəcədə nəzərdən keçirdi və köməkçilərinin məsləhətinə qulaq asaraq Keyt Kelloqu Ukrayna münaqişəsinin həlli üzrə nümayəndəsi təyin etdi və ona bunu həyata keçirmək üçün 100 gün vaxt verdi.

 

Amma zaman keçir, ictimaiyyət intizar içindədir... Onun hakimiyyətdə olduğu ilk həftələrdə ABŞ və Aİ-nin xarici siyasətindəki Ukrayna fəlakətini asanlıqla Cozef Baydenin komandasına yükləmək olardı. Doğrudan da, Demokratik administrasiya Ukrayna yolunda çoxlu səhvlərə yol verib. Lakin Cozef Bayden artıq unudulmaqdadır. Və çox yaxında ictimaiyyət soruşacaq: Ukrayna böhranının həlli istiqamətində həlledici addım haradadır?

Hələlik “Putinlə görüşmək və həlledici danışıqlar aparmaq” barədə qeyri-müəyyən vədlərdən başqa heç nə yoxdur. Telefon danışığı baş tutmaq üzrədir, görüşün tarixi və yeri bundan sonra olacaq. Macarıstan və Qazaxıstan mümkün Rusiya-Amerika sammiti üçün yer ayırmağa hazır görünür.

Moskva da öz növbəsində gələcək görüşün mümkünlüyünü müzakirə etməkdən çəkinmir. Eyni zamanda, Rusiya tərəfi gələcək danışıqların gündəmini təkcə Ukrayna ilə məhdudlaşdırmadığını açıq şəkildə bildirir. İki böyük dövlətin münasibətlərində yığılıb qalan bir çox başqa məsələlər var – Rusiya ilə ABŞ arasında münasibətlərdə dərin böhran vəziyyətini normal adlandırmaq olmaz. Amma görüş xatirinə nə Kremlə, nə də Ağ Evə görüş lazım deyil. İki böyük dövlətin liderləri dünya siyasətində böhran vəziyyətində bir araya gələndə dünya onlardan böhranın həlli istiqamətində təcili addımlar atmalarını, heç olmasa, aralarındakı münasibətlərdəki gərginliyi azaltmağa hazır olduqlarının bariz ifadəsini gözləyir.

Trampın problemləri də buradan başlayır. O, Kiyevə silah tədarükünə və maliyyə yardımına son qoyduğunu bəyan etməklə Ukrayna böhranını qəti və tez həll edə bilərdi. Amma Kiyevdə ali hakimiyyətin legitimliyi problemini həll etmək və bu məqsədlə, yeri gəlmişkən, Trampın Zelenskidən artıq tələb etdiyi, lakin hələlik uğur qazana bilməyən prezident seçkiləri keçirmək lazımdır.

Moskva qarşı tərəfə ən vacib şeyi təklif edir, Donbassda dərhal atəşkəs. Ancaq Kreml bununla kifayətlənmir, Rusiya tərəfinə Ukrayna Silahlı Qüvvələrinin yeni silahlar və islahatların aparılacağı atəşkəsdən başqa bir şey yoxdur. Moskvanın düşünülmüş və zəmanətli (hüquqi və texniki cəhətdən) tammiqyaslı nizamlanmaya ehtiyacı var, o cümlədən Krım və Novorossiya sərhədlərinin Rusiyanın bir hissəsi kimi tanınması, Ukrayna üçün neytral status, Kiyevi NATO-ya qəbul etməkdən kollektiv Qərbin imtinası, Ukraynanın bütün əhalisi üçün insan hüquqlarının və demokratik azadlıqların təminatı. Nə Tramp, nə onun avropalı müttəfiqləri, nə də xüsusilə Ukrayna prezidenti Vladimir Zelenski indi buna hazır deyil. Baxmayaraq ki, sonuncunun legitimliyini təsdiqləmək də böyük problemdir.

Avropalı müttəfiqlər isə əksinə, Donald Trampdan Rusiyanı Brüsselin şərtləri ilə atəşkəsə məcbur etmək üçün ona təzyiq göstərmək üçün getdikcə daha çox öhdəliklər tələb edirlər. Üstəlik, Amerika prezidentinin komandasında “şahinlər” qanadı yaranıb. Eyni Keith Kellogg və Milli Təhlükəsizlik müşaviri Mayk Waltz öz himayədarlarını əmin edirlər ki, Moskvaya qarşı əlavə təzyiq rıçaqları hələ də mövcuddur. Buna görə də Tramp özünü Amerika xarici siyasətinin həm ənənəvi alətləri - kök və çubuqla eyni vaxtda manipulyasiya etmək kimi qeyri-müəyyən mövqedə tapır.

Çubuq məsələsinə gəlincə, bu, Moskva ilə münasibətlərdə ən az təsirli vasitədir. Təbii ki, iqtisadi sanksiyaların daha da sərtləşdirilməsi mümkündür. Amma əvvəlki təcrübə göstərdi ki, Rusiya enerji ixracından asılılıq baryerini artıq keçib. Rusiya hökuməti və siyasi rəhbərliyi neft və qaz tədarükünün istiqamətlərini şaxələndirməyə nail olub. Əgər amerikalı ekspertlər istəsələr Moskva üçün müxtəlif növ güzəştlərin və indulgensiyaların bütün spektrini formalaşdıra bilərlər. Yeganə sual bunun müqabilində nə istədikləridir. Rusiya Ukrayna nizamlanması üzrə bütün mümkün danışıqlarda artıq ehtiyat (ifrat) mövqe tutub və bu mövqe hələ 2021-ci ilin dekabrında Cenevrədə Amerika nümayəndələrinə təqdim edilən Rusiya və ABŞ arasında qarşılıqlı təhlükəsizlik zəmanətləri haqqında sənəd layihəsində öz əksini tapıb. Bu mövqeyə bir daha Vladimir Putin 2024-cü il iyunun 14-də aydınlıq gətirib.

Trampın indi bu elementar real şərtləri qəbul etmək və Ukrayna ətrafındakı ziddiyyətlərin Qordi düyününü kəsmək üçün unikal fürsəti var. Təbii ki, bu, istər-istəməz reputasiya itkiləri ilə nəticələnəcək, çünki Trampın bütün dünyadakı rəqibləri onun demokratiya işinə “xəyanətindən” danışacaqlar. Ancaq hər şeyi sələfi Cozef Baydenin üzərinə atmaq fürsəti pəncərəsi hələ bağlanmayıb.

V.VƏLİYEV