Son xəbərlər

Məşhur Məmmədov
Milli Məclisin deputat


Hər il dekabrın 31-də ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. Bu əlamətdar tarix dünya azərbaycanlılarının milli kimliyini və mədəni dəyərlərini qorumaq, onları vahid ideya ətrafında birləşdirmək məqsədini daşıyır.

Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Bu yürüşlə Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Bu bayramın yaranması Ulu Öndər Heydər Əliyevin tarixi iradəsi və uzaqgörən siyasəti ilə birbaşa bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul edib. Məhz Heydər Əliyevin səyləri nəticəsində dünya azərbaycanlılarının mənəvi bağları daha da gücləndi və onların birliyi möhkəm təməllərə əsaslandı.

Heydər Əliyev dünya azərbaycanlılarının həmrəylik ideyasını milli siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. O, dəfələrlə xaricdə yaşayan azərbaycanlılarla görüşlər keçirərək onların Azərbaycanla bağlılığını gücləndirmək üçün müxtəlif proqramlar və təşəbbüslər irəli sürdü. Onun rəhbərliyi ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu tarixi hadisə diaspor təşkilatlarının birləşməsi və onların Azərbaycan dövlətinin maraqlarını müdafiə etməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev bu bayramı təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 31 dekabr tarixi yalnız bir bayram deyil, həm də milli birlik simvoludur. Bu gün azərbaycanlılar dünyanın harasında yaşamasından asılı olmayaraq, bir-birinə dəstək olur, milli kimliyini qoruyur və Azərbaycan dövlətinin ətrafında birləşir.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində yeni dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.

Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Ulu Öndər Heydər Əliyevin milli birlik ideyasının nəticəsidir. Bu günün qeyd olunması Azərbaycan xalqının milli ruhunun qorunması və dünyada onun mövqeyinin güclənməsi üçün mühüm platformadır. Ulu Öndər Heydər Əliyevin bu sahədəki xidmətləri isə tarix boyu unudulmayacaq bir irs olaraq qalacaq.
AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mükafata layiq görülüb.

Azadmedia.az xəbər verir ki, Nazim Eynallı Müdafiə nazirinin birinci müavini general-palkovnik Kərim Vəliyev tərəfindən imzalanan “Fəxri Fərman”la təltif olunub.

Belə ki, Fəxri Fərman
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndəsi tərəfindən təqdim edilib.

Qeyd edək ki, Fəxri Fərman AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Nazim Eynallıya
Azərbaycan ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik hisslərinin və döyüş ruhunun yüksəldilməsində, ordu ilə xalqın mənəvi birliyinin daha da möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə, həmçinin 8 noyabr - “Zəfər Günü”nün dördüncü ildönümü münasibətilə verilib.

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Ardını oxu...

Görünür, Nikola Tesla zamanda səyahətə çox düşkün idi. O, zaman maşını layihəsi üzərində işləyirdi.

Bəlkə də bir dəfə dediyi üçün uğur qazanmışdı;

"Mən keçmişi, bu günü və gələcəyi eyni anda gördüm. Yaratdığım süni maqnit sahəsinin içində olarkən zaman və məkana tamamilə fərqli bir pəncərə tapdım", - deyə o bildirir.

İnsanın zamanda səyahət edə bilməsi fikri bütün dünyada milyonlarla insanın xəyal etdiyi və düşündüyü bir şeydir. Geriyə baxdığımız an zaman səyahətinin sübutu kimi şərh edilə bilən saysız-hesabsız mətnlərlə qarşılaşa bilərik.

Albert Eynşteyn 1905-ci ildə Nisbilik Nəzəriyyəsini nəşr edərkən elmi ictimaiyyətdə yeni bir səhifə açdı: "Zamanda səyahət etmək mümkündürmü?" kimi bir çox sual doğurdu.

Tarixin ən çox satılan kitablarından birinin müəllifi Erik fon Danikenin fikrincə, hətta Bibliyada zamanda səyahətə dair dəlillər var:

İncildə Yeremya peyğəmbər dostları ilə oturmuşdu və orada gənc bir oğlan var idi. Onun adı Avimelek idi. 

Yeremya Abimelekə dedi: "Yerusəlimdən çıx, orada bir təpə var və o təpədən bizim üçün əncir yığ".

Oğlan bayıra çıxıb təzə əncir yığdı. Birdən havada bir səs eşitdi və havada küləyin əsdiyini hiss edəndə huşunu itirdi.
Bir müddət sonra yenidən oyanır və görür ki, axşama az qalıb.

Geri qayıdanda şəhər qəribə əsgərlərlə dolur və təəccüblənir:

"Burada nə baş verir, Yeremya və digərləri haradadır?" Bir qoca cavab verir: "Bu, 62 il əvvəl idi".

Eramızdan əvvəl səkkizinci əsrdə yazılmış Mahabharataya baxsaq, Kral Raivata yaradıcı Allah Brahma ilə görüşmək üçün səmaya səyahət edir, lakin yer üzündə yüz illər keçdiyini görmək üçün geri qayıdır.

 

Yaponiyada Urashima Taro əfsanəsi ilə oxşar vəziyyətlə qarşılaşırıq. Cəmi üç gün ərzində dənizlərin tanrısı Ryajini ziyarət edən bir balıqçının hekayəsindən bəhs edir. O, balıqçı şəhərciyinə qayıdanda 300 il keçmişdi və şəhər tanınmaz hala düşmüşdü.
Bu və buna bənzər tarixi mətnləri çoxaltmaq mümkündür. 

Kim bilir? Bəlkə də bütün bu "miflər" böyük mütəfəkkirləri zamanda səyahətə aparan yol tapmağa ruhlandıracaq.

İndi gələk yaxın gələcəyimizə...

Bu yaxınlarda Avstraliyanın Kvinslend Universitetindən bir qrup alim zamanda səyahət edən fotonların necə davranacağını araşdırdılar. Tədqiqatçılar keçmişə səyahət edən fotonları simulyasiya etdilər.

Alimlər kvant hissəciklərinin davranışını öyrəndikdən sonra bugünkü fizikanın mümkün anormal aspektlərini üzə çıxarıblar.
Bununla belə, Nikola Teslanın zamanda səyahətlə bağlı işi müasir elm zamanda səyahəti mümkün görməzdən əvvəl başlayır.
Məlumatlara görə, 1895-ci ildə Tesla zamanın və məkanın maqnit sahələrinin təsirinə məruz qala biləcəyini göstərən şokedici bir kəşf etdi. Tesla güclü maqnit sahəsi effektlərindən istifadə edərək zaman və məkanın davamlılığını poza biləcəyini düşünürdü.

Əsas məqsədi donanma gəmilərini radarda görünməz hala gətirmək olan təcrübə, Tesla faktoru ilə çox fərqli nəticələr verdi və gəmi heyəti müəyyən müddət ərzində gözdən itdi, zamanda səyahət etdi. Uzun müddət gizli saxlanılan Filadelfiya təcrübəsi həmin gün gəmidə olan bəzi sağ qalanların ifadələri ilə üzə çıxsa da, səlahiyyətlilər hadisənin xəyali olduğunu deyərək məsələni qapatdı.

Teslanın köməkçisi onun zamanda səyahətlə bağlı işinin varlığını və bunu qismən dərk etmiş ola biləcəyini izah edir:

"Tesla süni şəkildə istehsal edilən maqnit dalğalarına məruz qaldı və bu arada o, həm keçmişi, həm gələcəyi, həm də indini görə biləcəyi tamamilə fərqli bir məkan-zaman pəncərəsində tapdı. Onun məruz qaldığı maqnit effekti onu az qala öldürəcəkdi və mən bunun qarşısını aldım. Ona görə də mənə hirsləndi. Teslanın ölümündən sonra hər kəsin maraqlandığı qeydlər FTB tərəfindən bir gecədə toplanaraq yoxa çıxdı. Buna görə də, təəssüf ki, bu məqalədə yazılanları dəqiq təsdiqləyən heç bir sənəd yoxdur. Qeyd olunan vəziyyətlər yaxın insanların yaşadıqları və ifadə etdikləri ifadələrdir.

Tesla tariximizin ən böyük alimlərindən biridir və ölümü ilə bir çox sirləri geridə qoyub. Tesla bu gün istifadə etdiyimiz bir çox texnologiyanın memarıdır, lakin təəssüf ki, onun adı ondan çox az qazananlar qədər belə çəkilmir. Bunun səbəbi Teslanın Edison və başqaları kimi siyasi mütəfəkkir olmaması, özünü yalnız elmə həsr etməsidir".

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Cəbrayıl sakini Fərzəliyeva Zərifə deyib.

Onun sözlərinə görə, ilk növbədə yaxınlarının məzarlarını ziyarət etmək istəyir.

"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov
 - Prezident İlham Əliyev 21 illik fəaliyyəti dövründə Azərbaycanın sürətli inkişafı və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində misilsiz işlər görmüşdür. Onun rəhbərliyi ilə iqtisadiyyat daha da güclənmiş, regional və qlobal miqyasda Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmış, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda qazanılan zəfərlər dövlətçilik tariximizin ən şərəfli səhifələrini təşkil etmişdir.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqa ünvanladığı müraciət müstəqillik tariximizin ən mühüm və taleyüklü məqamlarından biri olaraq yadda qalmışdır. Ulu Öndər cənab İlham Əliyevin yüksək intellektə, praqmatik düşüncəyə, müasir dünya siyasəti və iqtisadiyyatını dərindən anlamasına, enerjili və təşəbbüskar şəxsiyyətinə diqqət çəkmiş, Onu xalqa ən doğru lider seçimi kimi təqdim etmişdir.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə cənab İlham Əliyev 76,8 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş və Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ölkəmizi yeni strateji hədəflərə doğru aparmışdır. Dövlətimizin başçısı siyasi və iqtisadi islahatları davam etdirərək Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirmiş, eyni zamanda, böyük infrastruktur layihələrini uğurla həyata keçirərək ölkənin davamlı inkişafına mühüm təkan vermişdir.

Ötən dövrdə ölkəmizdə həyata keçirilən enerji siyasəti həm daxili, həm də xarici siyasət baxımından mühüm təsirə malik olaraq Azərbaycanın dünya enerji bazarlarında etibarlı tərəfdaşa çevrilməsini təmin etmişdir. Bu sahədə əldə olunan uğurlar, reallaşdırılan strateji yanaşmalar yalnız ölkənin iqtisadi inkişafının əsas dayağını təşkil etməklə kifayətlənməmiş, eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasında da əhəmiyyətli bir vasitə olmuşdur. Ən mühüm nailiyyətlərdən biri ölkənin zəngin karbohidrogen ehtiyatlarının qlobal bazarlara çıxarılması məqsədilə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi olmuşdur. Bunun nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanı enerji təhlükəsizliyinin təminatçısı kimi qlobal arenada tanıtmışdır. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazını Avropaya nəql etməklə qitənin enerji təhlükəsizliyinə böyük töhfə vermiş və bu strateji layihə həm də dövlətimizin enerji sahəsindəki mövqeyini gücləndirmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə əhəmiyyətli uğurlar əldə edərək Qarabağ və Şərqi Zəngəzurun işğalını sona çatdırmışdır. 2020-ci ilin Vətən müharibəsi Azərbaycanın gücünü, xalqın iradəsini və milli həmrəyliyini mükəmməl şəkildə nümayiş etdirərək yalnız hərbi sahədə deyil, həm də siyasi və diplomatik cəhətdən əhəmiyyətli bir Qələbə qazandırmışdır. Bu Zəfər müasir dövrün ən əhəmiyyətli hadisələrindən biri olaraq tarixə düşmüş, dövlətimizin strateji mövqeyinin güclənməsinə, regional sabitliyin təmin olunmasına və beynəlxalq aləmdə nüfuzunun artmasına böyük töhfə vermişdir. Həmçinin, bu savaş ölkənin milli təhlükəsizliyinin qorunmasına və suverenliyinin təminatına da mühüm təsir göstərmişdir.

2023-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və konstitusiya quruluşunun bərpası baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu əməliyyatlar Ermənistanın uzun illər ərzində Qarabağda yaratdığı qanunsuz silahlı qrupların tamamilə zərərsizləşdirilməsinə və bölgədəki qeyri-qanuni hərbi fəaliyyətlərin aradan qaldırılmasına yönəlmişdir. Qısa müddət ərzində yüksək peşəkarlıqla həyata keçirilən əməliyyatlar nəticəsində separatçı qüvvələr təslim olmuş, qanunsuz silahlı dəstələr tərksilah edilmiş və bölgədə sülh və sabitlik bərpa edilmişdir.

Postmüharibə dövründə uğurla həyata keçirilən Böyük Qayıdış Proqramı Qarabağ və Şərqi Zəngəzurun bərpasını və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə hazırlanmış irimiqyaslı və çoxşaxəli dövlət strategiyasıdır. Bu proqram çərçivəsində həmin bölgələrin təhlükəsizliyinin təmin olunması məqsədilə genişmiqyaslı minatəmizləmə işləri aparılır ki, bu da həm qayıdış prosesinin sürətləndirilməsi, həm də iqtisadi fəaliyyətlərin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlər inşa olunur, ərazilərdə yüksək keyfiyyətli infrastruktur yaradılaraq sakinlərə müasir yaşayış şəraiti təmin edilir.

Son 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal arenada öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmiş və bu müddət ərzində müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və nüfuzlu ev sahibi kimi tanınmışdır. Ölkəmiz, xüsusilə 2024-cü ilin dekabr ayında Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ilə diqqət mərkəzində olmuşdur. Bu prestijli tədbirə ev sahibliyi edərək Azərbaycan yalnız ekoloji sahədəki əldə etdiyi mühüm uğurları nümayiş etdirməklə kifayətlənməyib, həm də qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri bir daha dünyaya təqdim etmişdir. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədəki rolu və müasir dövrün mühüm məsələlərinə verdiyi strateji töhfələrin bariz nümunəsidir.

Dövlətimizin başçısı beynəlxalq əməkdaşlığı daha da gücləndirərək Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini təmin etmişdir. Bu, ölkəmizin inkişafı və dünya arenasındakı mövqeyini daha da möhkəmləndirən əhəmiyyətli bir addım olmuşdur. D-8 inkişaf etməkdə olan ölkələrin birliyini təmsil edən və üzv dövlətlər arasında iqtisadi və ticarət əlaqələrini gücləndirməyə yönəlmiş beynəlxalq bir təşkilatdır. Azərbaycan bu təşkilatla əlaqələrini daha da dərinləşdirərək ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq imkanlarını genişləndirmiş və bu yolla yeni strateji tərəfdaşlıqlar qurmuşdur. D-8 təşkilatına üzv olmaq Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunu və qlobal inkişafda iştirakını daha da artıracaq, ölkənin gələcək inkişafına mühüm bir təkan verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq aləmdə güclü və etibarlı bir tərəfdaş kimi tanınır, bu da ölkənin gələcəkdə daha da uğurlu inkişafı üçün möhkəm və dayanıqlı təməl yaradır. Dövlət başçısının 2003-2024-cü illər ərzindəki yorulmaz fəaliyyəti və strateji rəhbərliyi Azərbaycanın müstəqil, güclü və tərəqqi edən bir dövlət olaraq dünya miqyasında hörmətlə qarşılanmasına və mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu illər ərzində əldə olunan nailiyyətlər Azərbaycanın qlobal arenada artan nüfuzunu və beynəlxalq münasibətlərdəki təsirini daha da gücləndirmişdir.
Məşhur Məmmədov,
Millət vəkili


İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətini yada salaq: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Sonuncu prezident seçkisini Zəfər seçkisi də adlandıra bilərik.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri doğrudan da Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdi. Seçkilərdə seçici fəallığı 76,43 faiz oldu. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
İlham Əliyev həm də dünənin, bu günün, sabahın partiyasının - Yeni Azərbaycan Partiyasının sədridir.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Milli həmrəyliyin inkişafına xidmət edən demokratik təcrübə barədə də söz açsaq, yerinə düşər.
Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.
Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır.
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdı.
Siyahını uzatmaq da olar, İlham Əliyevin ölkəyə rəhbərlik etdikdən sonra ölkəmizin daxildə və xaricdə əldə etdiyi nəaliyyətləri sadalamaqla bitməz.
Bir sözlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib.