Son xəbərlər

Məşhur Məmmədov,
Millət vəkili


Dünən axşam ABŞ və Ukrayna prezidentlərinin məlum görüşündən sonra bütün dünya mətbuatının mövzusu görüşün müzakirəsidir. Bu mövzuda aparılan diskussiyalar və polemikalar görüşə münasibətin birmənalı olmadığını göstərir.
Son hadisələr göstərdi ki, qlobal siyasət getdikcə daha mürəkkəb və çətin idarə olunan bir müstəviyə çevrilir. Böyük güclər arasındakı qarşıdurmalar, regional münaqişələr və iqtisadi böhranlar dövlət başçılarından çevik düşünməyi, diplomatik manevr bacarığını və strateji uzaqgörənliyi tələb edir. Baş verən siyasi kontekstdə balanslı və çoxşaxəli siyasət yürütmək hər liderin bacardığı iş deyil.
Baş verənləri analiz edəndə görürük ki, dövlətlərin müstəqilliyini və milli maraqlarını qorumaq üçün təkcə güc amili kifayət etmir. Diplomatik çeviklik, liderin düzgün qərarvermə mexanizmi və beynəlxalq münasibətlərdə peşəkar yanaşma mühüm əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, BRICS-in genişlənməsi və dünya iqtisadiyyatında baş verən dəyişikliklər qlobal siyasətdə yeni balansların formalaşmasına səbəb olur.
Bu fonda Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi siyasət və Prezident İlham Əliyevin liderlik bacarığı xüsusi diqqət çəkir. Fəxrlə deyə bilərik ki, müasir dövrdə Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə sabitliyini qorumağı və eyni zamanda milli maraqlarını uğurla müdafiə etməyi bacaran nadir ölkələrdən biridir.
Qloballaşan dünyada baş verənlər bir daha İlham Əliyevin uzaqgörən, diplomatik strateg olmasını göstərdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olub. Onun liderliyi altında Azərbaycan illərdir ki, balanslı xarici siyasət yürüdür. Azərbaycan Rusiya, Avropa İttifaqı, Türkiyə, Çin və digər güc mərkəzləri ilə eyni dərəcədə dost münasibətlərini qoruyur. Bu, Azərbaycanın beynəlxalq təzyiqlərdən qorunmasına və iqtisadi inkişafını davam etdirməsinə şərait yaradır.
Ölkə başçısı geosiyasi reallıqları dəqiq dəyərləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi altında Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı və 2023-cü ilin sentyabrında Qarabağdakı separatçılığa son qoydu, tam suverenliyimizi bərpa etdi. O, beynəlxalq hüququn aliliyini əsas tutaraq qlobal aktorları bu prosesə uyğun mövqe tutmağa məcbur etdi.
Müasir mürəkkəb dövrdə enerji diplomatiyasını gücləndirmək də balanslı siyasətin bir qoludur. Azərbaycanın enerji resurslarından istifadə etməklə Avropa və digər ölkələrlə əməkdaşlığını dərinləşdirməsi ölkənin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir. Sirr deyil ki, Azərbaycan qazı Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm yer tutur.
Ölkə rəhbəri güclü dövlətlərlə yanaşı, inkişaf etməkdə olan dövlətləri də unutmur.
İllərdir uğurla Qoşulmama Hərəkatında liderliyi təmin edir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edərək inkişaf etməkdə olan ölkələrin səsini qlobal müstəviyə çıxardı. Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas faktorlardan biri də bu oldu
Baş verənlərdən belə qənaətə gəlmək olar ki, dünya siyasətində balanslı və müstəqil mövqe saxlamaq getdikcə çətinləşir. Bir çox ölkə beynəlxalq təzyiqlər qarşısında düzgün seçim etməkdə çətinlik çəkir. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət göstərir ki, uzaqgörən liderlik və peşəkar diplomatiya vasitəsilə həm milli maraqları qorumaq, həm də beynəlxalq arenada nüfuz qazanmaq mümkündür. Azərbaycanın regionda və dünyada artan rolu, onun xarici siyasət kursunun düzgünlüyünü və dövlət başçısının strateji düşüncəsinin gücünü bir daha sübut edir.
Bu gün Azərbaycan təkcə öz regionunda deyil, həm də qlobal siyasətdə mühüm aktorlardan birinə çevrilib. Bu, məhz ölkənin lideri İlham Əliyevin peşəkar, çevik, ağıllı və uzaqgörən siyasətinin nəticəsidir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov dissertasiya işinin müdafiəsinin gecikməsi ilə bağlı Ali Attestasiya Komissiyası (AAK) və Dövlət İdarəçilik Akademiyası (DİA) barədə narazılığına aydınlıq gətirib. 

 

Ş.Bağırov Pravda.az açıqlamasında deyib ki, o, təkcə Komissiyanı günahlandırmır: 

 

“Ötən ilin noyabrın 28-də müdafiəm təyin olunmuşdu. Seminar uğurla keçdi. Bütün rəyçilər – dörd tanınmış elmlər doktoru  və  professor elmi işimə rəy verdi. 28 noyabradək avtoreferatlarım dünyanın 27 ölkəsinə göndərildi. Müdafiəyə hazırlaşırdım. Oktyabr ayında AAK-dan səs çıxdı ki, sizin elmi seminarınızı aparan məşhur kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov tarixçidir. Mən də bununla bağlı Famil Mustafayevin qəbulunda  oldum. Dedi ki, əsasnamədə bu tələb var. Əsasnamədə  göstərilib ki, seminar rəhbəri Müdafiə Şurasının üzvü olan, ixtisası uyğun gələn siyasi elmlər doktoru olmalıdır. Mən də dedim ki, rəyləri onsuz da ixtisasa uyğun adamlar veriblər. Seminar rəhbəri, sadəcə, moderatorluq edir. Mustafayevin cavabı bu oldu ki, rəylərə toxunulmadan, olduğu kimi saxlamaqla təkrar seminar keçirilsin, çəkilişdə və protokollarda  seminarı aparan şəxsin siyasi elmlər doktoru olduğu əks olunsun. Mən bildirdim ki, axı İdarəçilik Akademiyasının Müdafiə Şurasının Elmi Katibi Sevda Əliyeva sizin razılığınızı alandan sonra seminar sədri Fuad Məmmədovu təyin etdi. O bildirdi ki, Əliyeva sizə yalan danışır, elə bir şey olmayıb. Əgər belədirsə, əlbəttə, mənim yox, elmi katib Sevda Əliyevanın  günahı ucbatından bu hal baş verib. Əslində, həqiqətən də, hər bir iş İdarəçilik Akademiyasında AAK-la razılaşdırılır. Dövlət İdarəçilik Akademiyasının elmi katibi AAK ilə razılaşdırmadan heç bir addım ata bilməz. Nə oyundursa, birgə edirlər. Mən təkrar seminara getməyə razılaşandan sonra işimi yubatmağa başladılar. Ötən ilin oktyabrından 4 ay ötüb. Dövlət İdarəçilik Akademiyasında elmi katib Sevda Əliyeva guya mənim üçün bir nəfər seminar rəhbəri təyin edib -  Kənan Allahverdiyev. O, heç birdəfəlik Elmi Şuranın üzvü deyil. AAK-ın təsdiq etdiyi Müdafiə Şurasında onun adı yoxdur, Elşad Mirbəşirin adı var. Sevda Əliyevanın onunla münasibəti yaxşı olmadığına görə E.Mirbəşirin adını çıxarıb, dövlət sənədində dəyişiklik edib. Kənan Allahverdiyevi isə kimdən soruşuramsa, haqqında müsbət heç bir söz deyilmir və mən bunun şahidi oldum. 6 aydır ki, mənim heç telefonuma cavab vermir.  Onu normal reputasiyası olmayan insan kimi xarakterizə edirlər. Altı aydır ki, elmi katib Əliyeva ilə birgə  bunlar məni barmaqlarına dolayıblar. Mən də bezmişəm, iyrənmişəm. Bu məsələdə təkcə günahkar AAK deyil. Əsas Dövlət  İdarəçilik Akademiyasının Müdafiə Şurasının Elmi katibliyi günahkardır. Hamısı bir-birinin üstünə atır. Halbuki məndən sonra yüzüncü növbədə olan adamlar bir həftənin içində seminar da keçiriblər, müdafiə də edib, çıxıb gedirlər. Bunların maraqları nədir? Kənan Allahverdiyevdən rəsmi şəkildə imtina etmişəm, buna baxmayaraq onu zorla saxlayıblar. 1 saat onun üçün nədir ki, vaxt ayırıb seminar keçirmir?” 

 

Ş.Bağırov onun yaşadığı problemlə digər alimlərin də üzləşdiklərini bildirib: “Tanıdığım narazı şəxslərin hamısı infarkt keçirib ölüblər. Təkcə mən yaşayıram hələ ki... AMEA-nın əməkdaşı Habil Həmidov “AAK Genosidi” adlı məqalə hazırlayırdı, çatdıra bilmədi, dünyasını dəyişdi. O, öləndən sonra diplomunu evinə göndərmişdilər. Mikayıl Əkbərov adlı bir alim də fəlsəfə doktorluğu diplomunu ala bilmirdi. AAK-da mübahisə edib evinə gəlibmiş. Ürəyi partladı, vəfat etdi. Böyük səs-küy oldu. Maraqlıdır ki, onun da diplomunu öləndən sonra yazıb, evinə göndərdilər. Bu hadisə AAK-nin indiki rəhbərliyinin dönəmində yox, Vəli Hüseynovun dövründə olub. İndi də narazılıq edənlər çoxdur”.   

 
 Siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq istəyən varsa, hazır dissertasiyamı satıram. Prezident yanında Dövlət Idarəçilik Akademiyasının Müdafiə Şurasının Elmi Seminarından müvəffəqiyyətlə keçmiş, 4 elmlər doktoru və professorun müsbət rəyi rəsmi təsdiq olunmuș şəkildə verilib.

Pravda.az-ın xəbərinə görə, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, elmi seminara tarix elmləri doktoru, professor moderatorluq etdiyi üçün iş yenidən Ali Attestasiya Komissiyası tərəfindən təkrar seminara qaytarılıb: "Təkrar seminara isə... Açığı, bu bürokratik əngəllər məni bezdirdi və yenidən rüşvətxor elmi katib və seminar rəhbəriylə qarşılaşmamaq ücün dissertasiyamı satmaq qərarına gəlmişəm. Çünki əziyyət çəkmişəm, neçə illərimin yuxusuz gecələrini sərf etdiyim bu işi nə ata bilirəm, nə də tuta bilirəm!"

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.
Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.
Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!"


Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.

O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.