![]() |
![]() |
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Kəlbəcər ziyalıları ilə görüşünü Nəsimi rayonunda keçirib.
Tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Məlahət İbrahimqızı hakim partiyanın bütün namizədlərinə uğurlar arzulayıb. M.İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
M.İbrahimqızı Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata kçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib”.
M.İbrahimqızı bildirib ki, Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir.
Daha sonra YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov çıxış edərək qeyd edib ki, YAP hər zaman öz layiqli, cəmiyyət arasında nüfuz sahibi olan namizədlərini cəmiyyətə təqdim edib. Ş.Əsgərov bildirib ki, bu gün Azəraycanda azad, şəffaf və demokratik prinsiplərə əsaslanan seçki sistemi formalaşıb: “Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib”.
Tanınmış kəlbəcərli ziyalı, əməkdar jurnalist, şair Adil Cəmil də YAP namizədlərinə uğurlar arzulamaqla yanaşı, bu partiyanın ölkədə böyük nüfuza malik olduğunu deyib: “YAP seçkilərə həmişə uğurlu namizədlərlə gedib və məhz buna görə partiya daim seçkilərdə qalib gəlib. Ona görə də hər bir seçici millətinə, dövlətinə, xalqına layiqli olan namizədə səs verməlidir. O namizədə ki, deputat seçiləndən sonra da daim onun yanında olsun”.
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov da çıxışında YAP-ın yeni namizədinə uğurlar diləyib. Qeyd edib ki, Aqil Məmmədov bütün kəlbəcərlilərin doğru seçimi olacaq: "Bizim səsimizə layib bir şəxsiyyətdir. YAP heç vaxt namizəd seçimində səhv edə bilməz. Biz inanırıq ki, Aqil Məmmədov parlamentdə bizim səsimiz olacaq, milləti layiqincə təmsil edəcək".
Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı da öz növbəsində bildirib ki, Aqil Məmmədov mənsub olduğu soykök Miskin Abdaldan başlanan Ağdabanlı Qurban Dədə Şəmşir ocağı daim dövlətə dövlətçiliyə bağlı olublar, sadiq olublar . "Dədə Şəmşirin ocağı, milli mənəvi dəyərlərimizin qorunduğu, hörmət olunduğu bir bölgənin oğlu olan Aqil Məmmədov bizim fəxrimizdir. Çünki o bu bölgənin vətənpərvər, elinə, obasına, xalqına sadiq olan oğludur. Aqil Məmmədov Milli Məclisdə kəlbəcərliləri layiqincə təmsil etməyə qadirdi"
Tədbirdə çıxış edən ziyalılar YAP-ın namizədii Aqil Məmmədovun vətənpərvərliyinə, H.Əliyev ideyalarına sadiqliyindən və onların ən layiqli namizədi olduğundan bəhs ediblər. Kəlbəcərli ziyalıları seçki günündə Aqil Məmmədov kimi nüfuz sahibi olan namizədə səs verəcəklərini qeyd ediblər.
Namizəd Aqil Məmmədov YAP rəhbərliyi tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib gələcək: “Bu qalibiyyət partiyanın sədri cənab prezidentimiz İlham Əliyevin apardığı düzgün, müdrik, uzaqgörən bir siyasətin nəticəsidir. Bu siyasətə hər bir partiya üzvü sədaqətini nümayiş etdirir. Bu gün güclü Azərbaycanın mövcudluğu ümummilli liderimizin ideyaları və o ideyaların davamçısı cənab prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
Aqil Məmmədov daha sonra seçki platforması barədə tədbirn iştirakçılarına məlumat verib.Tədbirin sonunda A.Məmmədov bir qrup seçicini qəbul edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri azadlığa buraxılıb.
Mediaya danışan İqbal Məmmədov bildirib ki, 6 ay müddətində istintaq araşdırması gedib: “İstintaq araşdırması başa çatdığından məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilib. Məhkəmə Azərbaycan Prezidentinin məhkəmə-hüquq sisteİqmində həyata keçirdiyi islahatları və humanizm prinsiplərini rəhbər tutaraq onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm. Bu addıma görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk".
El ağsaqqalı İqbal Məmmədova göz aydınlığı veririk və bu sevindirici xəbərlə yanaşı Növbədənkənar Parlament seçkilərində ona qalibiyyət arzu edirik.
60 saylı Salyan-Neftçala secki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıyev Qaraçala qəsəbəsi ərazisində yerləşən ``Şəhidlər xiyabanı``nı ziyarət etdi.
Yaradılmışların ən alisi insandır. Ulu yaradan bu varlığı o qədər üstün yartmış , ona o qədər imkanlar bəxş etmiş ki ...
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının gənc seçicilərlə görüşü keçirildi.
Bəzən düşünürəm ki , sözün həqiqi mənasında şanslıyıq. Yaşadığımız iyirmi birinci əsr elmi- texniki , mədəni inkişaf , tərəqqi baxımından bizə çox imkanlar tanıdır. Bu , gözəl , mütərəqqi hallar nə qədər xoş olsa da bəzən insanlığın, mənəvi dəyərlərin cılızlaşdığını , itdiyini , dəyərsizləşdiyini görürük , şahidi oluruq. Bu zaman kəsiyində mənəviyyatı yüksəkilklərdə tutmaq , həm insan kimi insan , həm vətənə layiq həqiqi vətəndaş , həm əsl ziyalı olmaq və bütün bunları bir arada bir ömür boyu yaşamaq və daşımaq çox az sayda insana nəsib olur- desəm yanılmaram.
Hər kəs bu ömrü bir cür yaşayır. Bəzilərimiz fərqinə varmadan , bəzilərimiz isə hər anın , hər dəqiqənin qədrini bilərək . Şərəflə , ləyaqətlə , üzərinə düşən vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək. Haqqında danışacağım şəxsiyyət də zəmanəmizdə çox nadir təsadüf edilən hamıya , böyükdən – kiçiyə , sıravi insandan - dövlət məmuruna , fəhlədən- ziyalıya nümunə olacaq insandır. Əməlləri , əqidəsi , amalı ilə nümunə olacaq insan ! Xeyirxahlığı , dürüstlüyü , ləyaqəti özünə həyat kredosu seçən insan !
Bu ad elm aləminə , təhsil sahəsinə yaxından tanışdır. Nurlana Əliyeva !
Müəllimlər müəllimi , alimlər alimi , görkəmli pedaqoq , publisist , tədqiqatçı səriştəli rəhbər və mərd , mübariz , əzmkar Azərbaycan qadını!
Hərdən düşünürəm ki , bir insanda bu qədər ali keyfiyyətlər , yüksək mənəviyyat , əxlaq , etika necə etifva oluna bilər. Lakin Nurlana xanımın dünyaya gəldiyi , doğulub boya- başa çatdığı ailə , mühit belə bir şəxsiyyəti yetişdirməyə qabil idi. . O , zəhmətkeş , fədakar müəllim ailəsində doğulub , böyüyüüb . Mayası halalıqla yoğrulub , damarlarından halal qan axır. Ona görə də müəllim adına , pedaqoq adına bu qədər şərəf və hörmət gətirib , bu adı yüksəkliklərə ucaldıb.
Saçlarını müqəddəs bir yolda ağardan, illərini elmə , təhsilə maarifə sərf edən onlarla kitabın ,elmi monoqrafiyaların , publisitik məqaləlrin , orta məktəblərdə ədəbiyyat dərsliklərini müəllifi olan Nurlna xanımın özünəməxsus və qeyi –adi xüsusiyyətlərindən biri də budur ki , o keçmişlə gələcək arasında vəhdət yarada bilir. Keçmişə , adət - ənənəyə , milli dəyərlərə sıx və qırılmaz tellərlə bağı olan Nurlana xanım müasir dövrün elm-. təhsil , mədəniyyər sahəsindəki bütün üstünlüklərinə açıqdır , qəbul edir , əməli fəaliyətində bunlardan istifadə edir.
Rəhbər vəzifədə işləyən bir insanın xoşbəxt cəhəti ondadır ki , işlədiyi yerlə vidalaşdıqdan sonra onun haqqında xoş xatirələr qalsın , haqqında gözəl sözlər söylənilsin. Məludur ki , Nurlana xanım uzun illər respublikamızda bir nömrəli pedaqoji məktəbə rəhbərlik etmişdir. Onu uzaqdan - yaxından tanıyanlar , məzunlar , pedaqoji heyət bu gün də haqqında xoş xatirələr söyləyir , o günlərin nostalji hissləri ilə yaşayırlar.
BDU-nun professoru , AMEA- nın Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvü YAP Siyasi Şurasının üzvü, eyni zamanda YAP Respublika Qadınlar Şurasının sədri , "Azərbaycan Respublikasının əməkdar müəllimi" ,"Şöhrət" ordenli Nurlana xanım Əliyeva öz səmərəli fəalyyətini Bakı Slavyan Universitetində davam etdirir. Yenə də hər zamankı əzmlə , şövqlə , sevgi ilə ...
Siz cəmiyyətimizə ləyaqət , mənəviyyat , əxlaq , zəka , insanlıq meyarısınız , Nurlana xanım!
Sizi tanımaq , sizin kimi bir alim , bir şəxsiyyət ,bir insanla eyni dövrdə yaşamaq nə xoş . Tanrı Sizi qorusun !
MÜŞFİQ KİŞİYEV .
Yanvarın 27-də Azərbaycan Respublikası VI çağırış Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə