![]() |
![]() |
Hər keçən gün görüşdüyümüz və dinlədiyimiz insanların sayı artır.
Görüşdə çıxış edən Aqil Məmmədov ona göstərilən xoş münasibətə görə, seçicilərinə minnətdarlığını bildirib, seçki günü onları seçki məntəqələrinə gələrək layiq bildiyi namizədə səs verməyə çağırıb.
Namizəd qeyd edib ki, Azəraycanda seçki şəffaflığının qorunması hər bir seçicinin səs verməsindən asılıdır: "Azərbaycanda bütün seçkilər azad, demokratik və şəffaf keçirilib. Hər bir seçici bu şəffaflığı qorumalı, fəallıq nümayiş etdirməlidir".
Görüşdə iştirak edən seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
9 fevral parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədov Məşhur Şahbaz oğlunun "Daha güclü Azərbaycan naminə!" devizi altında rayonun Həsənli kəndində ayrı-ayrı ailələrlə görüşlər keçirib, problemləri ilə tanış olub.
Görüş zamanı namizəd Məşhur Məmmədov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin mahiyyətindən bəhs edib, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını bildirilib. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.
Sonra deputatlığa namizəd Məşhur Məmmədov kəndin şəhidlərin abidə kompleksini ziyarət edib və bildirib ki, ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərin bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaqlarını vurğulayıb. Görüş iştirakçıları ölkə rəhbərliyi, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
YAP-nın parlament seçkilərinə namizədi Məşhur Məmmədov, həmçinin bu seçkidə namizədi oldduğu partiyanın amalının "Daha güclü Azərbaycan naminə!" olduğunu vurğulayıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə böyük və inamlı qələbə qazanacağına əmindir. Məşhzur Məmmədov millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə dolğun və ətraflı məlumat verib.
Görüşdə çıxış edənlər Məşhur Məmmədovun millət vəkili seçilməyə layiq olduğunu vurğulayıb və 9 fevralda keçiriləcək seçkilərdə məhz ona səs verəcəklərini bildiriblər.
RƏFİQƏ HÜSEYNOVA
Milli Məclisə növbədənkənar seçkilərə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.
Gununxeberi.az-in məlumatına görə, F.Ağamalı Yenikənd və Həsənli inzbati ərazilərində seçiciləri ilə görüş keçirib.
Prezident İlham Əliyev Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib.
Həmçinin, dövlət başçısı Mixail Qusmana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli Mixail Solomonoviç.
70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.
Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.
Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”.
Qeyd edək ki, bu gün Rusiyanın əməkdar jurnalisti, “TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın 70 illik yubileyidir.
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Goranboy rayon ərazisində davam etdirmişdir. Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Goranboy rayon Veyisli qəsəbəsində, Goranboy rayonda yerləşən yeni məcburi köçkün qəsəbəsində, Qaraçinar və Böyrü kəndlərində məskunlaşan məcburi köçkünlərlə görüşmüşdür.
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Goranboy rayon ərazisində davam etdirmişdir. Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Goranboy rayon Veyisli qəsəbəsində, Goranboy rayonda yerləşən yeni məcburi köçkün qəsəbəsində, Qaraçinar və Böyrü kəndlərində məskunlaşan məcburi köçkünlərlə görüşmüşdür.
Sumqayıt Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları uğurla davam edir.