![]() |
![]() |
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədovun təbliğat kompaniyası çərçivəsində rayonun Qosmalian və Kələxan inzibati ərazi vahidlərində yaşayan seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan partiyanın Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev deputatlığa namizəd İ.Məmmədov barədə geniş məlumat verib.
Qeyd olunub ki, YAP-ın bu seçkilərdə də irəli sürdüyü 123 namizədin hamısı Milli Məclisdə seçicilərimizi təmsil etməyə layiq olan partiya üzvləridir. Əminik ki, 09 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər.
Deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş şəxslərə böyük etimad göstərdiyini bildirib və qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq.
Lerik rayonu Respublikanın ən sürətlə dəyişən və yenilənən rayonu olduğunu deyən namizəd abadlıq və quruculuq işlərinin davam edəcəyini və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib.
İ.Məmmədov qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.
Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildirdilr ki, 09 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi İqbal Məmmədova səs verəcəklər.
93 saylı Bərdə Seçki Dairəsindən Deputatlığa namizəd Xəyalə Əhmədova: “İmza toplama ərəfəsində həmkəndlilərimdən özümə qarşı çox böyük sevgi və inam gördüm və bu atdığım addımda güvənimi daha da artırdı”.
Prezident İlham Əliyev V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamda qeyd edilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon (on doqquz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Məlum olduğu kimi məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında , potensial imkanlarının üzə çıxarılmasında müstəsna rol oynayır. O cümlədən uşqların məktəbə hazırlayır , onlarda mədəni keyfiyyətləri , yaradıcılıq , müstəqil düşünmək, həyati bacarıqları formlaşdırır.
Ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gələcəyimiz olan gənclərə , uşaqlara qayğı və diqqəti danılmaz bir faktdır. Xüsusən də azyaşlılar , körpələrın rifahı naminə yönəlmiş tədbirlər , həyata keçirilən layihələr yüksə amala xidmət edən məqsədlərdir. Bütün bu sahələri özündə birləşdirən və birbaşa cavabdehlik və məsuliyyət daşıyan aparıcı qurum isə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsidir. Bu quruma illərdir ki , səriştəli mütəxəssis , zəngin mənəviyyata malik , dövlətinə və dövlətçiliyinə sadiq bir insan , bir şəxsiyyət rəhbərlik edir. Eldar Yunusov!
Eldar müəllim birbaşa rəhbərlik etdiyi bu qurumla bərabər məktəbəqədər təhsilin keyfiyyətini yüksəltməyə müasir dünyagörüşlü, hərtərəfli bilik və bacarıqlara malik əsl insan, əsl vətəndaş yetişdirməyə çalışır. Bunun üçün bütün bilik və bacarıqlarını ortaya qoyur. Çünki Eldar müəllim bu həssas sahəyə yad adam deyil. Bütün qəlbi , şərəf və ləyaqəti , vicdanı ilə öz işinin öhdəsindən ləyaqətlə gəlir. Gələcəyimizin tam qarantını yaradır.
Bayramınız mübarək, Eldar müəllim ! Sizi qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı və daha da firavan yaşayış , fəaliyyətinizdə yeni uğurlar diləyirik.
Dekabrın 26-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Köhünlü kənd inzibati ərazi dairəsinin Şüşün, Köhünlü, Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar qəbul görüşü keçirilib. Köhünlü kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı. Vurğuladı ki, ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialı üçün bina və digər sosial obyektlər tikilir. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir. Ceyhun Cəfərov bildirdi ki, Cənab Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Belə ki, Kürdəmir rayonunda Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Şilyan-Qarasu və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yolları yenidən qurulur. Ceyhun Cəfərov söylədi ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bununla da Köhünlü kəndi ilə yanaşı rayonumuzun daha altı kəndinin yolu yenidən qurulur. Kənd sakinləri kəndarası yolların təmiri, sosial müdafiə, təhsil, elektrik enerjisi, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Bizim ona vəfa borcumuz var- borclu qalmaq yaxşı hal deyil…
Yüksək əxlaq qazanılmır, İlahidən gəlir- Tanrı ondan bunu əsirgəməyib…
Təvazökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var...
İnsanpərvərdir- yaratdıqlarına Yaradana görə ehtiram göstərməyi bacarır…
Diqqətlidir- uşaqdan böyüyə çox adama bundan pay düşüb…
İşgüzardır- əməlləri ilə Kürdəmirdə tarix yazır…
Adətən, məmurlar qəbuluna gələn vətəndaşların qarşısında ayağa qalxmağı özünə sığışdırmırlar. O isə yanına gələn hər bir insana xüsusi diqqət göstərir, səbrlə dinləyir, nəvazişlə yola salırdı...
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonda keçirdiyi bütün tədbirlərində onun sayğı və diqqətini hiss etdim…
Bu gün Kürdəmirdə elə bir adam tapa bilməzsiz ki, bu kişidən narazı qalsın…
Xalqla rəhbərin birliyindən çox deyilib, çox yazılıb, hələ bundan sonra da davam edəcək. Nə yaxşı ki, aramızda belə gözəl, belə istiqanlı rəhbərlər var. O, bu birliyin bariz nümunəsidir...
Kürdəmirə rəhbərlik etmiş insanların arasında yeganə icra başçısı idi ki, heçnədən asılı olmayaraq hər bir kəndin yas məclislərində iştirak etməyi özünə borc bildi, itkilərə görə baş sağlığı verdi. Kimliyindən asılı olmayaraq hər bir vətəndaşın kədərinə şərik oldu. Bunu ancaq yüksək əxlaqa malik olan insan edə bilərdi…
Bu insanın dövlətə, dövlətçiliyə, xalqa bağlı olduğu barədə, işgüzrlığı haqqında çox nümunələr sadalaya bilərdim, amma ALLAH şahiddirsə yetər…
Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.
Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.
Əzizimiz Ceyhun müəllim, biz sizi çox sevirik, xidmətlərinizi yada salır, varlığınızdan qürur hissi keçiririk. Qarşıdan gələn yeni iliniz mübarək!
Müşfiq Kişiyev
Respublikamızda fəaliyyət göstərən qocaman təhsil ocaqlarından biri də Bakı Biznes və Kooperasiya Kollecidir. 80 illik bir tarixə malik bu kollec 1939-cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlamışdır.Ümummilli Lider H.Əliyevin 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanına uyğun olaraq 2001-ci ildə Bakı Kooperativ Texnikumu daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmişdir.
Hal- hazırda kollec müasir təhsil standartlarına cavab verən geniş maddi texniki bazaya malikdir. Belə ki , kollecdə ən müasir avadanlıqlarla təchiz olunmuş interaktiv elektron lövhə otaqları, sürətli internetlə təmin olunmuş kompüter laboratoriyaları, çox saylı kitab fonduna malik kitabxana, oxu zalı, yüksək ixtisaslı mütəxəssis yetişdirmək məqsədilə təcrübə keçmək üçün laboratoriya otaqları, idman zalı, yeməkxana, tibb məntəqəsi və akt zalı fəaliyyət göstərir.
Yaradılan hərtərəfli şərait burada minlərlə yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaradır.Onların əsl mütxəssis kimi yetişməsində 120 nəfər yüksək ixtisası və elmi dərəcəsi olan pedaqoqlar çalışır. Kollecin verdiyi ixtisas dərəcəsi –Subbakalavr dərəcəsidir.
Kollecə riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə xanım Quliyeva rəhbərlik edir.O, çox gənc olmasına baxmayaraq gözəl idarəetmə qabiliyyətinə malik , səritəli rəhbər , əsl pedaqoq , tarix , ədəbiyyat , incəsənət haqqında mükalimələrə, güclü məntiqə ,dərin elmi biliklərə malik bir ziyalıdır. Həmçinin Azərbaycan qadınınna məxsus ən ali keyfiyyətləri , xanımlıq , mənəvi zənginlik . alicənablığı özündə birləşdirən mükəmməl bir şəxsiyyətdir.
Bir alim , bir elm admı kimi isə Fatimə xanım 6 kitab və tədris proqrmının müəllifidir. 30 elmi əsəri ölkə xarici və ölkə daxilində nəşr edilmişdir. Təhsildə xidmətlərinə görə ölkə rəhbəri tərəfindən “Tərəqqi “ medalı ilə təltif olunmuşdur. . 2016-cı ildə Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA – Əməyi və biliyi ilə” ordeninə layiq görülmüşdür.
Fatimə xanımın bir amalı , bir məqsədi var. Rəhbərlik etdiyi təhsil ocağnın şərəfini hər zaman yüksəkliklərdə saxlamaq , ölkə təhsilində öz sözünü demək , öz töhfəsini vermək . O, bu müqəddəs məqsəd üçün bilik və bacarığını ortaya qoyur , öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir.
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramı gəlir. Bu münasibətlə başda Fatimə xanım olmaqla , onun bütün tələbə və müəllim kollektivini ürəkdən təbrik edirik . Hər kəsə istər iş , istər şəxsi həyatlarında müvəfəqiyyətlər, uğurlar , səadət ,xoşbəxtlik arzulayırıq. Yeni il sizlərə bol şanslar , saysız- hesabsız uğurlar gətirsin , inşallah.
Bayramınız mübarək !
Müşfiq Kişiyev.