![]() |
![]() |
Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin
Ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublikamızın avtomobil yol infrastrukturunun inkişafını təmin etməklə bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqlə gəlir. Ölkəmizin avtomobil yolu təsərrüfatı sahəsində təqdirəlayiq səviyyədə xidmət göstərən Agentlik yolların, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsini, tikintisini, istismarını, bərpasını, təmirini, yenidən qurulmasını, qorunub saxlanılmasını, onların vəziyyətinə nəzarəti yüksək səviyyədə yerinə yetirir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkə ərazisində yol infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulmasına böyük önəm verməsi, bu istiqamətdə möhtəşəm layihələrin icrası ilə bağlı tapşırıq və tövsiyələri AAYDA-nın fəaliyəti təqdir olunan struktur vahidlərindən olan Tərtər "42 nömrəli Yol İstismarı" MMC-nin kollektivinin də konkret fəaliyyət proqramına çevrilmişdir. İdarə rəisi cənab Ramil Bayramovun rəhbərliyi altında kollektiv öz işinin öhdəsindən məharətlə gəlir.
Tərtər rayon 42 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramovun uğurlu xidmətləri sayəsində Tərtər rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Tərtər rayonunda da uğurla davam etdirilir.
Ramil Bayramovun rəhbərliyi ilə Tərtər rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Ramil müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Ramil Bayramovun güclü idarəetmə bacarığı sayəsində 42 saylı Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Ramil Bayramovun kollektivi Tərtərdə yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Tərtər sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
42 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.
Ağdam rayon İcra Hakimiyyətində hər həftə olduğu kimi bu həftə də vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanlarının, yerli idarə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr iştirak ediblər. Qəbula gələn vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və bəzilərinin həll olunması üçün isə aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülüb.
Ölkəmizdə uğurla həyata keçirilən regional inkişaf proqramlarının əsas yönlərindən biri bölgələrdə məhsul bolluğu yaratmaq, əhalini ərzaqla, emal sahələrini xammalla təmin etməkdir. Başa çatdırılmış aqrar islahatlar kəndlini torpağın həqiqi sahibinə çevirsə də, onun müstəqilliyi və təşəbbüskarlığı bəzən səciyyəvi çətinliklərlə üz-üzə qalır. Belə məqamlarda dövlət kəndlini müxtəlif yollarla dəstəkləyir, əkinə yararlı torpaqların becərilməsi, məhsuldarlığın yüksəldilməsi, üçün zəruri tədbirlər həyata keçirir. Hər il meliorasiya işləri üçün büdcədən kifayət qədər vəsait ayrılır, suvarma şəbəkəsinin normal fəaliyyəti təmin olunur.
Ağdam rayonunun bəzi sahələri istisna olmaqla Vаqif Həsənоvun gəlişindən sonra sürətlə inkışaf etməyə başlamışdı. Аğdаm Rаyоn İcrа Hаkimiyyətinin bаşçısı Vаqif Həsənоvun keçdiyi həyat yoluna nəzər saldıqda görürük ki, adı vəzifədən istesalat rəhbərinə qədər yüksəldiyi üçün sadə insanların dəyərini verməyi bacaran rəhbərdi. Onun uzun illər аyrı-аyrı rаyоnlаrdа müхtəlif rəhbər vəzifələrdə çаlışması, idаrəеtmənin nəzəri və əməli tərəflərini yахşı bilməsi, bu gün Ağdam rayonuna rəhbərlik pirinsiplərində özünü göstərir. Vaqif Həsənov əsas vaxtını təmas xəttində yaşayan sadə insanlarla keçirdir. Bu hal isə onun haqqında sadə, hümanist və qayğıkeş rəhbər obrazı yaradır.
Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin hər zaman diqqəti ilə əhatə olunmuş Ağdam rayonu bu gün müdrik siyasətə layiq bir rəhbərin işgüzarlığı ilə inkışaf etməkdədir.
Yerli əhali və məcburi köçkünlər işğal gününün qələbə gününə çеvriləcəyini həsrətlə gözləyir… İnanırlar ki, Ağdamın qara günləri bitəcək, adından həmişə qürur, iftixar duyduğumuz şəhərimizin ağ günləri başlayacaq, onun başının üstündəki qara buludlar çəkiləcək.
İnanırıq ki, qurub - yaratmaq başlıca amalı olan Vaqif Həsənov böyük Ağdamımızın bərpasında və əvvəlki gözəlliyinin özünə qayitmasında bir rəhbər kimi öz töhvəsin verəcək.
O gün də uzaqda dеyil.
Ağdamlılar həmişə olduğu kimi, bundan sonra da bütün sahələrdə işgüzarlıq nümayiş etdirəcək, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq proqramlarını tam həcmdə yerinə yetirəcəklər.
Şər və Böhtan yazanlara tutarlı cavab - Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Lənkəran Dövlət Humanitar Kollecində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Lənkəran Dövlət Humanitar Kollecinin (LDHK) direktoru Ruslan Həmidov kolleci tam rüşvət və korrupsiya yuvasına çevirib". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.
9 fevral növbədənkənar parlament seçkilərində uğurlu
Düzünü deyim, hər zaman müsahiblərimiz maraqlı, söhbətcil, polemikaya meyilli olmur. Amma bu dəfəki həmsöhbətim o qədər məlumatlı, söhbətcil idi ki, dinləməyi daha münasib bildim. Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovla tanışlığımızın, söhbətimizin Xocalı soyqırımı ərəfəsində baş tutması tam bir təsadüfdür. Yəqin ad-soyadı bir coxlarınıza tanış gəldi. Tanış gəlməyənlərə tanıdaq:
Mən döyüşçüyəm, mən Azadam!
Azad Məmmədov 1974-cü ildə Şəki rayonunun Qoxmuq kəndində, müəllim ailəsində anadan olub. Elmə, təhsilə həvəsi onu orta məktəbi əla qiymətlərlə bitirməsinə, 1991-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinə gətirib cıxarır. Həmin vaxt zaman nehrə kimi çalxanırdı. Necə deyərlər, "çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur” zamanıydı. Vətəni sevənlərin, yurduna sahib çıxanların, silaha sarılıb, döyüşə atılanların dövrü idi. Bax, elə bu ərəfədə tələbə Azad vətənin taleyinə biganə qala bilmir, təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağa yola düşür. Azad bunu etməyə də bilərdi.Yararlanardı tələbələrə verilən möhlət hüququndan! Amma qeyrəti seyriçi olmağa imkan vermədi. Uşaqlıqdan idmanla məşğul olan, fiziki cəhətdən möhkəmliyi ilə fərqlənən Azad 1992-93-cü illərdə Ağdərə, Qubadlı və digər Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edir, kəşfiyyatçı olur. Hazırda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun o vaxt komandanlığı altında döyüşür. Azad o illəri ömrünün ən mənalı illəri sayır. Çünki müsahibim vətənpərvər ailədə böyüyüb, yaxşı tərbiyə alıb. Ona Vətəni doğma anası kimi çox sevməyi öyrədiblər. Azadı güllələrin havada uçuşduğu Qarabağa aparan da məhz Ana Vətənə bəslədiyi sonsuz sevgidir. Hazırda müharibə veteranıdı.
"Sibirskiy djiqit”, "Cəngavər qılıncı”, "Samuray qılıncı”, "Vəhşi” qənimi...
Atəşkəsdən sonra Bakıda və Rusiyanın bir sıra şəhərlərində sambo və cüdo ilə məşğul olan Azad bir müddət sonra "Ponkration” (qaydasız döyüş) üzrə turnirlərə qatılmağa başlayır. Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladı qısa müddətdə mətbuat tərəfindən "Sibirskiy djiqit” ləqəbi qazanır. 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalını qazandıqdan sonra ilk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkili idmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionuluğuna yüksəlir. İdman karyerasında 46 görüşə adını qələbə ilə yazan bu həmyerlimiz həmçinin Yaponiyada "Samuray qılıncı”na və Rusiyada "Cəngavər qılıncı”na layiq görülür. 2002-ci ildə Fransada keçirilən qaydasız döyüşlərdə seçilir. "Bu adam bir adamın 15 ilə edə bimədiyini bir saata etmişdir” – Bu sözləri onun haqqında mərhum prezidentimiz Heydər Əliyev 2002-ci ildə əlini Azad Məmmədovun çiyninə qoyaraq demişdi. BDU-nin Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr təhsilini alan Azad Məmmədov qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Sambo üzrə Beynəlxalq dərəcəli idman ustasıdır. O, Avstriya, Yuqoslaviya, Fransa, Braziliya, Yunanıstan ölkələrində qaydasız döyüş üzrə ən güclü rəqiblərə qalib gələrək Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb. Lakin o, özünü heç zaman döyüşçü kimi saymayıb. "Nə qədər ki, vətənimin bir hissəsi erməni işğalçılarının əlindədir, nə qədər ki, qız gəlinlərimiz əsirlikdədir, mən özümü nəinki döyüşçü, heç vətəndaş hesab etmirəm”, -deyib həmişə.
Ermənilərə iki qat "nakaut” a yaşadan
Azadın ən maraqlı döyüşü 2003-cü ilin fevralın 26-da, Moskvada baş tutub. "Xocalı soyqırımı” günündə həmyerlimizin rəqibi erməni atleti Sergey Qravesyan olub. Döyüşdən qabaq erməni lobbisi Azərbaycan diasporunun nümayəndələrinə təklif edib ki, uduzan tərəf öz ölkəsinin bayrağını təslim etsin. Əlbəttə, ermənilərin loğvalanmasına haqq qazandırmaq olardı. Çünki, Qravesyan həm boyda, həm də çəkidə Azaddan xeyli üstün idi. Həm də erməni döyüşçülərinin içində "Vəhşi” ləqəbli ilə tanınırdı. Ancaq onu bilmirdilər ki, Qarabağ müharibəsinin iştirakçısı olan, odun alovun içindən keçmiş Azada intiqam almaq üçün necə gözəl şans vermişdilər. Döyüş başlayandan 2-3 dəqiqə sonra Azad rəqibinin qolunu sındıraraq onu yerə çırpır.
Erməni ilə döyüşdəki qələbəyə görə bütün uğurlarını qurban verməyə hazır olan cəngavər döyüşcümüz imic yarışında qalib gəlir və düşmənin bayrağını ayaqları altında salaraq, sanki bununla Xocalının qisasını alır. Düşmənə bundan böyük zərbə ola bilməzdi. Sonra ermənilər nə qədər dil tökürsə də, Azad bayrağı geri vermir. Erməni tərəf ona 120 min dollar və bir maşın təklif edərək, bayrağın geri qaytarılmasını istəsələr də, igid döyüşçümüz buna heç cür razı olmur və ola da bilməzdi. Sonda erməni bayrağını BDU-nun yataqxanasında məskunlaşan Xocalı köçkünlərinin ayaqları altına atır. Çünki Azad əsl türk cəngavəri, türk oğludur. Azad Rusiyanın Perm şəhərində keçirilən MDB dövlətlərinin ponkration üzrə beynəlxlq turnirinin də qalibi olur, turnirdəki pul mükafatından 20 min rublu Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır.
İgidin başı qalda gərək...
Azad sonrakı illərdə Azərbaycana qayıdır, burda idmançı gənclər yetişdirməyə başlayır. Şəkidə "İmran Paşa” idman mərkəzi də açır. Azad Azad... Hər şey yaxşı gedir, Azadın uğurları, şöhrəti, ətrafdakı insanları cəlb edən şəxsi keyfiyyətləri onu hər zaman zirvələrdə saxlayır… Azad Məmmədov ölkəmizin tərəqqisi üçün çalışa, cəmiyyətə sonsuz fayda verə bilərdi. Amma bu dəfə tale onun üzünə gülmədi. O, 2009–cu ildə üzərinə atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Azad pis insanların şər-böhtanının qurbanı oldu. Azadın soyuq məhbəsə düşməsinə bais olan insanların çoxu indi öz əməlindən peşmandır. 2019-cu ilin dekabrında 10 illik məhbəs həyatı yaşayan A.Məmmədov azadlığa buraxıldı. O, əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, daha sonra Şəhidlər Xiyabanına baş çəkdi, torpaq uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarını yad elədi. Vətənpərvərliyi və idmanı təbliğ etmək məqsədilə 31 dekabrda Bakıdan Şəkiyə piyada yürüşə çıxdı. Yanvarın 4-də yürüşü sonlandırıb Şəkiyə çatdı. El-obası, camaatı, əzizləri, övladları yenə də onu bir igid, bir cəngavər döyüşcü kimi qəbul etdi, bağrına basdı. (Yeri gəlmişkən, Azad Məmmədov həm də gözəl ailə başçısıdır. 3 övlad atasıdır).
-Mən bir idman döyüşçüsü kimi yox, Azərbaycan xalqının əsgəri kimi öyünmək arzusundayam. Uduzan əsgər kimi yox, qalib əsgər kimi olmaq istəyirəm və çox istərdim ki, Xankəndinə bayraq sancam. Bu mənim ən böyük arzumdur-deyir Qəhrəmanımız. Azadlığın mübarək, Azad!
Əntiqə Rəşid
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Gürcüstan siyasətçilərinin də diqqət mərkəzindədir.
Axar.az xəbər verir ki, politoloq Tengiz Txilava Azərtac-a müsahibəsində deyib ki, panel müzakirələri zamanı Azərbaycan Prezidenti çox dəqiq, səlis və məntiqli çıxışı ilə bir daha dünya ictimaiyyətinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi.
Tengiz Txilava bildirib ki, Ermənistan ərazisində heç bir hərbi əməliyyat keçirilməyib və keçirilmir. Hərbi əməliyyatlar tarixi Azərbaycan ərazilərində gedib və gedir. Bu da kimin işğalçı olduğunu bir daha sübut edir. Panel müzakirələrdə Prezident İlham Əliyevin təmkinli və məntiqi çıxışı bir daha göstərdi ki, Azərbaycan çox haqlı və düzgün yoldadır, sülhsevər ölkədir. Prezident İlham Əliyevin ermənilərə xitabən “əgər siz öz müqəddəratınızı təyin etmək istəyirsinizsə gedin bunu başqa yerdə edin” deməsi əsl siyasətçinin düzgün və dəqiq gedişi, rəqibə məğlubiyyətin acısını hiss etdirməkdir.
Politoloqun sözlərinə görə, bu gün ABŞ-da, Rusiyada, Fransada, hətta Venesuelada yaşayan ermənilərin sayı Azərbaycanda yaşayan ermənilərin sayından çoxdur. Belə olan halda ermənilər niyə məhz Azərbaycan ərazisində yenidən öz müqəddəratlarını təyin etməlidirlər? Nəzərə alsaq ki, ermənilər artıq bunu bir dəfə Azərbaycan ərazilərində ediblər.
Tengiz Txilava deyib ki, XIX əsrin əvvəllərində Çar Rusiyasının statistik məlumatlarına görə, İrəvan xanlığı ərazisində əhalinin 89 faizi azərbaycanlılar olub. Qalan 11 faizini isə təkcə ermənilər deyil, digər milli azlıqlar təşkil ediblər. Məhz bu tarixi faktlardan çıxış edərək deyə bilərik ki, ermənilər bu ərazilərdə sonradan gəlmədirlər.
Politoloq bildirib ki, Ermənistan öz ordusunu Dağlıq Qarabağdan və işğal etdiyi digər Azərbaycan torpaqlarından çıxarmalıdır. Dağlıq Qarabağ və işğal altında olan rayonlar beynəlxalq hüquqla təsdiq olunmuş Azərbaycan torpaqlarıdır. Qondarma “Dağlıq Qarabağ respublikası” isə heç kim, hətta Ermənistanın özü tərəfindən tanınmayan oyuncaq bir qurumdur. Paşinyanın öz oğlunu belə Dağlıq Qarabağda hərbi xidmətə göndərməsi ucuz siyasi oyunbazlıqdan başqa bir şey deyil. Paşinyan xarici siyasətdə heç bir uğur əldə edə bilməyib və edə bilməyəcək də. Münxen müzakirələri göstərdi ki, o tarixi də dərindən bilmir. Onun sərsəm bəyanatları, müxtəlif bəhanələri vaxt uzatmaqdan başqa bir şey deyil. Dünya birliyi yaxşı başa düşür ki, ermənilər işğal etdikləri torpaqlardan geri çəkiləcəklər. Azərbaycan Prezidentinin çıxışındakı qətiyyət, həyata keçirdiyi siyasət bunu deməyə əsas verir. Dünya birliyi də bunu bilir və sadəcə, müharibə olmasını istəmir. Beynəlxalq ictimaiyyət yaxşı başa düşür ki, Azərbaycan indi 20-30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan ordusu məlum aprel döyüşlərində bunu sübut etdi. Hamı yaxşı başa düşür ki, əgər Azərbaycan yenidən hərbi əməliyyatlara başlasa bu, Ermənistanın sonu ola bilər. “Bu gün Ermənistan vaxt uzadır. Mən inanıram ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”, - deyə Tengiz Txilava vurğulayıb.
Qafqazinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
Dövlət başçısının bu fikrindən sonra Paşinyan cavab vermək istəsə də, o, çətin duruma düşüb. Erməni Baş Nazirin cavab vermək cəhdi İlham Əliyevin gülüşünə səbəb olub.
Qeyd edək ki, 45 dəqiqə davam edən paneldə Azərbaycan Prezidentinin peşəkar diplomatik bacarığı, biliyi Ermənistan Baş Nazirinə çətin anlar yaşadıb.