![]() |
![]() |
“AŞPA-nın nümayəndəsi olaraq parlament assemblyasının 5 qrupunu təmsil edirik”.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu AŞPA müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib.
Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.
O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.
ATƏT-in qısamüddətli seçki müşahidə missiyasının xüsusi koordinatoru Artur Gerasimov isə bildirib ki, ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası və 300-dən çox müşahidəçi ölkə üzrə müşahidə aparıb.
“Biz ölkənin üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsini qiymətləndiririk, onun iqtisadiyyatını və siyasətini qiymətləndirmirik. Müşahidələr ölkənin bu sahədə fəaliyyətini yaxşılaşdırmalıdır”, - deyə o bildirib.
A. Gerasimov Azərbaycanın ərazisinin bir hissəsinin 25 ildir, işğal altında olduğunu deyib, bildirib ki, Ermənistanla münaqişənin Azərbaycanda seçkilərin təşkilinə təsirini yaxşı bilir. Məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirən A. Gerasimov qeyd edib ki, bununla bərabər bütün siyasi aktorların vəzifəsi demokratiyanı inkişaf etdirməkdir və bunun əsasında yaxşı seçkilərin keçirilməsini təşkil etmək lazımdır.
O qeyd edib ki, seçkidə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, bəzi perspektivli namizədlərə iştirak imkanı verilməyib: “Namizədlərin qeydiyyatı inklüziv olub. Seçicilər məlumatları sosial mediadan alıblar, lakin bu, ənənəvi mətbuatın rolunu əvəz etmir. Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün çalışıb. Bununla belə, bəzi prosedur qaydalar pozulub”.
A. Gerasimov eyni zamanda qeyd edib ki, seçicilərə öz məlumatını yoxlamaq üçün imkanlar yaradılıb.
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Elena Hoca-Qjebrea isə bildirib ki, onların 57 müşahidəçisi Gəncə, Sumqayıt, İsmayıllı, Bakı və digər rayonlarda müşahidə aparıb: “Müşahidəçilərimizə xoş münasibət vardı. Mən, həmçinin, yerli müşahidəçilərin öz işlərinə sadiqliyini də vurğulamalıyam”.
O qeyd edib ki, köçkünlərin səs verdiyi məntəqələrdə çoxlu sayda müşahidəçi olub: “Onlar öz öhdəliklərini yaxşı başa düşürdülər. Bu demokratiyanın inkişafına yönəlib”.
E. Hoca-Qjebrea qadınların və gənclərin seçkidə iştirakına da toxunub. Missiya rəhbəri ölkədəki 55 siyasi partiyanın heç birində qadın rəhbərinin olmamasından təəssüfləndiyini söyləyib: “Parlamentin komitələrində cəmi 15 qadın təmsil olunur. Biz Azərbaycanı siyasi həyatda qadınların aktiv iştirakını təmin etməyə çağırırıq. O cümlədən gənclərin demokratik proseslərdə aktiv iştirakının vacib olduğunu qeyd edirik”.
O, davamlı səylər və əməkdaşlığın fundamental məsələlərin həllinə şərait yaradacağını da sözlərinə əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da açılışa qatılıb.
Yaradılmışların ən alisi insan övladıdır.
Bu gün rayonumuzun ən ucqar dağ kəndi olan Hamoşam kəndində seçicilərimlə görüşdüm.
Yeni Azərbaycan Partiyasının 77 saylı Astara seçki dairəsindən deputatlığa namizədi Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü rayonun Kijəbə qəsəbəsində keçirib.
Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyevin seçicilərlə növbəti izdihamlı görüşü baş tutub.
Görüşdə şəhid ailələri, qazilər, veteranlarla yanaşı, ölkənin tanınmış ziyalıları, ağsaqqalları, idman cameəsinin üzvləri, sənət adamları və seçicilər iştirak ediblər.
Bildirilib ki, hər bir vətəndaş ölkədə gedən seçki prosesinə rəng qatmalı və seçki prosesində aktiv iştirak etməlidir: “Seçki mədəniyyəti qoy elə Nərimanov rayonundan başlasın. Bu seçkilərdə də biz hər kəsə nümunə olmalıyıq”.
Görüşdə çıxış edən namizəd Adil Əliyev bildirib ki, hər bir seçici onun üçün əziz, hər bir səs gələcəyimiz üçün vacibdir: “Bəli, biz xalqın qulluqçusuyuq. Ancaq siz özünüz də problemlərinizin həllində aktiv olmalısınız. Artıq 4-cü dəfədir ki, mən sizin qarşınızdayam, vədlər verirəm. Amma siz yaxşı bilirsiniz ki, mən o yağlı vədlər verənlərdən deyiləm. Ötən 15 il ərzində seçki qərargahımın qapısı heç bir zaman bağlanmayıb. Bundan sonra da hər bir seçicim üçün açıq olacaq.
Mən sizi burada görüb qürurlanıram. Qürurlanıram ki, vətəndaşlarımız yenidən bir araya gəlməyi bacarıb. Necə ki, Aprel döyüşlərində uşaqdan böyüyə hamı bir araya gələ bildi. Bizim xalqımız qorxaq deyil, hər zaman düşmənin üzünə düz baxmağı bacarmışıq. Bu insanları zorla bura gətirmək mümkün deyil. Biz çalışmışıq ki, 15 il ərzində xalqın yanında ola bilək. Heç bir müraciətə biganə yanaşmamışıq. Görünən odur ki, əvəzində sevgini də qazana bilmişik. Ölkədə seçki əhval-ruhiyyəsi artıq hamı üçün müşahidə olunur. Seçəcəyiniz namizəd qoy sizi tanıyan, sevdiyiniz, sizlərdən biri olsun. Bu seçkilər bir qədər fərqlidir və doğrudan da demokratik ab-hava yaşanır. Namizədlərin sayı çoxdur və hər birinin yolu açıq olsun”.
A.Əliyev bildirib ki, görüşlərdə məqsəd seçkidə səs toplamaq deyil:
“Onsuz da, sevginizi hər bir zaman hiss edirəm. Mənim sizdən istədiyim seçkilərdə aktiv iştirak etmək, bu vacib prosesdə yaxında iştirak etməyinizdir. Doğrudan da sizin qutuya atdığınız adlar həmin qutulardan çıxacaq. Sizin verdiyiniz səs mənəviyyatınız, sözünüz, öz rəyinizdir. Biz istəyirik ki, seçicilərimiz əvvəlcə seçkilərdə iştirak edib daha sonra Milli Məclisdən dərdlərinə çarə istəsinlər.
Hazırda ölkədə bütün sahələrdə inkişaf özünü göstərməkdədir. İnanıram ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu siyasətə dəstək verəcək”.
Qeyd edək ki, görüş Əməkdar artist Ədalət Şükürov, “Şeron” qrupu və digər incəsənət adamlarının ifasında bədii hissə ilə davam edib.
Artıq növbədənkənar parlament seçkilərinin keçirilməsinə saylı günlər qalıb. 17 yanvardan bugünə kimi aparılan təbliğat-təşviqat kompaniyasının gedişi zamanı, namizədliyi ayrı-ayrı seçki dairələrində qeydə alınmış şəxslərin nə dərəcədə seçici rəğbəti qazanması, hətta ictimai fikirdə hər bir namizədə qarşı formalaşan münasibətin göstəriciləri və s. aşkara çıxdı. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, ötən günlər ərzində bəzi namizədlər öz potensialının göstəriciləri çərçivəsində təbliğat-təşviqat kompaniyasını həyata keçirdilər, bəziləri isə, seçki günü uduzacaqlarını öncədən hiss edib ilk gündən “qara piar” kompaniyasını aparmağın yolunu tutdular. Həqiqət naminə qeyd edək ki, bu kompaniyanın gedişi çərçivəsində çoxsaylı namizədlər də oldu ki, onlar əxlaqlı təbliğat-təşviqat kompaniyası aparmağın yolunu tutdular. Onlardan biri də 70 saylı Masallı Şəhər Seçki Dairəsindən qeydə alınmış namizəd Məhşur Məmmədov oldu. Fakt budur ki, adı çəkilən bu namizəd hal-hazırda da qeyd olunan seçki dairəsində digər namizədlərə nisbətdə tamamilə fərqlənir və öz üstünlüyünü qoruyub saxlamaqda davam edir. Belə bir uğurun varlığına baxmayaraq, bu gün də Məhşur Məmmədovun uğuruna sevinməyənlər, məhz ona qarşı “qara piar” kompaniyasını aparmaqda davam edirlər. Məsələn, bu günlərdə bəzi sosial şəbəkələrdə 70 saylı Masallı Şəhər Seçki Dairəsi ərazisində seçici olmuş və bir neçə ay bundan əvvəl dünyasını dəyişmiş (mərhumə) Məmmədova Rəxşəndə Qənbər qızının adına, Məhşur Məmmədovun seçki qərərgahında 9 fevral günü seçkidə iştirakla bağlı dəvətnamə göndərilməsi haqda məlumat yayımlanıb və adı çəkilən namizəd, bu və ya digər formada ittiham obyektinə də çevrilib. Amma, həmin məlumatı yayanlar o halın varlığını undurlar ki, seçici siyahılarını dairələr üzrə namizədliyi qeydə alınmış şəxslər müəyyən etmirlər. Yəni, namizəd olan şəxs qeydiyyatdan keçdiyi seçki dairəsində kimin nə vaxt dünyadan köçüb-köçmədiyini müəyyən edə bilməz. Belə bir işlə aidiyyəti dövlət qurumları məlumatlı olurlar. Ona görə də, təkcə Məşhur Məmmədovu deyil, ümumiyyətlə heç bir namizədi bu kimi işlərdə ittiham etməyin hər hansı hüquqi əsası yoxdur. Əvvəla, bu yöndə məlumatı olmayanların da diqqətinə çatdıraq ki, seçici siyahılarının dəqiqləşdirilməsi məntəqə seçki komissiyaları tərəfindən müəyyən olunur və namizəd olan hər kəs, məhz seçici siyahılarını onlara təqdim olun məlumatlar əsasında müəyyən edirlər. O halda sual olna bilər ki, bir neçə ay bundan əvvəl dünyasını dəyişmiş (mərhumə) Məmmədova Rəxşəndə Qənbər qızının, bu gün həyatda olub-olmadığını Məhşur Məmmədovun seçki qərərgahı necə müəyyən edə bilər? Axı, adı çəkilən şəxsin dünyadan köçməsi hada məlumatın verilməsinə, yayılmasına nə Məşhur Məmmədovun özü, nə də ki, onun qərərgahı cavabdehlik daşımır?. Yəni, onu vurğulamaq istəyirik ki, Məhşur Məmmədovun seçki qərərgahı aidiyyatı orqanlardan əldə etdiyi siyahı üzrə dəvətnamə hazırlayıb və seçki haqqında qanunun tələbləri əsasında da yayımlayıb. Belə bir addımla bağlı konkret namizədi, yaxud da onun seçki qərərgahını ittiham etmək olduqca absud məsələdir.
Ona görə də düşünürük ki, potensial namizədə qarşı bu cür ucuz, bu cür çılğın təbliğatı aparmaq, bir kimsəyə başucalığı gətirməyəcək. Daha yaxşı olar ki, bu cür əməl sahibləri “qara piar” kompaniyasından əl çəkib, təbliğat-təşviqat kompaniyası ilə məşğul olsunlar ki, bəlkə bəxtləri “açıla bildi”. O da, bəlkə... Pressxəbər.informasiya agentliyyinə istinadən
17:20
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Balakən rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon (on yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.