![]() |
![]() |
Bölgədə bir çox problemlərin hələ də həllini tapmamasına,insanların qiymət artımından əziyyət çəkməsinə baxmayaraq seçicilərin son günlər keçirilən görüşlər zamanı Fəzail Ağamalıya hörmət göstərməsi hər halda belə düşünməyə əsas verir.Çünki heç kim inkar edə bilməz ki,bölgələrdə insanların yaşayış səviyyəsi arzu olunan səviyyədədir.Bəlkə də, Fəzail Ağamalının özü də etiraf edər ki,əvvəlki parlament seçkilərində 60 saylı Salyan-Neftçala Seçki dairəsinin seçicilərindən bəziləri yaşayış səviyyələrinin aşağı olmasına dair narazılıqlarını namizədlərə bildirirdilər.İndinin özündə də əksər seçicilərin yaşayış səviyyəsi qənaətbəxş deyil.Belə olan halda iqtidar yönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya göstərilən etimad nə ilə bağlıdı?
Böyük ehtimalla bu münasibət bir sıra amillərdən qaynaqlanır. Faktinfo.az olaraq hesab edirik ki,hər şeydən əvvəl Fəzail bəy böyük həyat və mübarizə yolu keçib, Azərbaycan müstəqillik qazandığı illərdə Xalq Hərəkatının fəallarından olub, bir çox sınaqlardan çıxıb. Bunlardan əlavə, Milli Məclisdə təmsil olunduğu son illərdə çoxsaylı cəsarətli çıxışları, səmərəli təklifləri ilə diqqət mərkəzində olan millət vəkillərindən biri kimi tanınır. Elə son bir-iki ildə gömrük sistemindəki özbaşınalıqlar, ölkə iqtisadiyyatında monopoliyanın hökm sürməsi, qida sənayesində xüsusi payı olan “Azərsun”un süni şəkildə qiymətlərin qalxmasına rəvac verməsi və s. məsələlərlə bağlı qətiyyətli çıxışlarını yada salmaq yerinə düşər. Görünür, bu səbəbdəndir ki,Fəzail Ağamalı namizədliyini irəli sürdüyü dairədə seçicilər tərəfindən əvvəlki illərlə müqayisədə maneəsiz qəbul olunur. Bütün bu göstəricilərin nəticəsidir ki, 60 saylı Salyan -Neftçala Seçki Dairəsinin ərazisində yaşayan seçicilərin əksəriyyəti F.Ağamalıya səs verəcəklərini bildirirlər.Bunu saytlarda yayımlanan videoçarxlardan sezməmək mümkünsüzdü.Seçicilər əmindirlər ki, səs verdikləri şəxs indiyə qədər olduğu kimi, ümummilli mənafe baxımından onları bundan sonra da MM-də layiqincə təmsil edəcək.
60 saylı Salyan-Neftçala Seçki Dairəsində namizədliyi qeydə alınmış digər bir iddialı şəxs cəbhə bölgəsində minaya düşərək bir gözünü itirən Kamil Musəvidir. Hər kəs yaxşı bilir ki, Kamil Musəvinin bir gözünü itirməsi onun şücaətindən irəli gəlib, o sağlamlığı ilə bağlı neçə belə illər əziyyətli bir şəkildə yaşayacaq.Digər tərəfdən bununla həmdə qürur duyacaq.Təbii ki, onun vətən üçün bir gözündən olmasını yüksək qiymətləndirmək, ona hörmət və ehtiram göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. Ancaq Milli Məclisdə təmsil olunmaq məsələsinə gəlincə hesab edirik ki, Kamil Musəvi ilə müqayisədə Fəzail Ağamalının buna daha çox haqqı çatır. Çünki həm parlament və siyasi təcrübəsinə, həm də insanlarla işləmək bacarığına görə, K.Musəvi Fəzail Ağamalı ilə müqayisə olunmayacaq qədər zəifdir.
Kamil Musəvi ilə bağlı isə hesab edirik ki, o bundan sonra əsgərlərimizin döyüş ruhunun, yeniyetmə və gənclərimizin vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində fəaliyyət göstərsə, dövlətimizə və millətimizə daha çox fayda vermiş olar.
Millidestek.az Modern.az-az istinadən xəbər verir ki, YAP-ın namizədi bu gün Nücü, Kirəvud və Əliabad kənd inzibati ərazi vahidliyində yaşayan seçicilərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədr müavini Mübariz Ağayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının, Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verdiyini diqqətə çatdırıb. O, qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib. Sonda seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.
Daha sonra görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının Aparat rəhbəri Elxan Qənbərov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.
Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:
"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".
Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonumuzda aparılan quruculuq, abadlıq işlərindən məlumat verib.
Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları birmənalı olaraq cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir, “Daha güclü Azərbaycan naminə!” çağırışı ilə qatıldığımız seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədi, cənab İqbal Məmmədovu dəstəkləyəcəklərini və bundan sonra da bütün işlərdə dövlətimizin və dövlət başçımızın yanında olacaqlarını bildiriblər.
Ucarın Bərgüşad kənd sakinləri içməli suyun qıtlığından əziyyət çəkir.
Kənd sakinlərinin Qanunla.az-ın bölgə müxbirinə verdikləri məlumata görə,nəinki əkin sahələrini suvara bilmir, hətta içməyə də keyfiyyətli su tapmırlar. Dəfələrlə dövlət orqanlarına üz tutub, kömək istəyən kənd sakinləri deyirlər ki,şikayətlərimizə məhəl qoyan yoxdu.
Məhsul zay olur, adamların zəhməti hədər gedir. Kəndçilər bildirirlər ki, hətta mal-qara da susuzluqdan qırılır. İstəsələr, alternativ kanallar çəkə bilərlər. Çəkmirlər, bizi də susuz qoyurlar”. Elə bir problem yoxdu ki, həlli olmasın. Sadəcə, həll eləmək istəmirlər.Əkin sahələri suvarılmalıdır, su yoxdur. Mənşəyi məlum olmayan kanal suyundan istifadə etməli oluruq. Bunun insan sağlamlığına və torpağa yalnız zərəri var.
"Təsəvvür edin, insanlar belə suyu içmək məcburiyyətindədir. Əlbəttə, əgər tapsalar. Adamların içməli su ehtiyatı qurtarıb. Torpağın dərin qatlarından çıxarmaq üçün quyu qazırlar, oradan da su çıxmır. Çox acınacaqlı vəziyyət yaranıb..."
[video=
60 saylı Salyan - Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Türkiyəyə başsağlığı verdi.
Bu barədə Fəzail Ağamalı özünün "facebook" səhifəsində yazıb.
" Qardaş Türkiyənin Elazığ, Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş vermiş təbii fəlakət xəbəri məni çox üzdü.
Baş vermiş fəlakət nəticəsində həlak olanlara Allahdan rəhmət, aililərinə səbr, yaralıların tez zamanda sağlamlıqlarına qovuşmalarını diləyirəm. Başın sağ olsun Türkiyəm!"
Qeyd edək ki, Türkiyənin Elazığ şəhərində baş vermiş 6,8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb. 1556 nəfər isə yaralı var.
Masallımız abidələrlə zənginliyinə görə turistlər və arxeoloqlar üçün cənnət məkan hesab olunur.