![]() |
![]() |
Daşkəsən rayon icra başçısı Əhəd Abıyev rayonda bir sıra vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatlarının keçirilməsi haqda mediada yayılan məlumatlara münasibət bildirib.
İcra başçısı Əhəd Abıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, saxlanılan keçmiş məsul şəxslər vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb ediliblər: “Bir sıra xəbər saytlarında yayılmış guya “Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildirirəm ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib.
Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək müdiri işləmiş Mehdiyev Şahbaz Əliş oğlu 2007-ci ildə aparılmış torpaq sənədləşdirməsinə dair vətəndaş Əliyev Cəlal Məhəmməd oğlunun şikayəti əsasında Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılıb.
Birmənalı olaraq bildirirəm ki, Daşkəsən rayonunda korrupsiya əməliyyatlarının keçirilməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar yalan və şayiədir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti “Daşkəsən” dəmir filizi sahəsində səfərdə olub. Tanışlıq məqsədilə baş tutan səfərdə universitetin rektoru, professor Mustafa Babanlı, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.
Bu barədə "Qafqazinfo"ya ADNSU-dan bildirilib.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov “Daşkəsən” dəmir filizi sahəsi və sahədə hazırda icra edilən işlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ölkə başçısının 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə “Daşkəsən” yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə tapşırılıb. Bu istiqamətdə hazırda beynəlxalq standartlara uyğun kompleks geoloji tədqiqatların aparılması təmin edilir. Bugünə qədər Cəmiyyət tərəfindən mədən planlarının hazırlanması, yataq üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması və digər istiqamətlərdə müvafiq işlər görülüb. O.Məmmədovun sözlərinə görə, “Daşkəsən” dəmir filizi yataqları üzrə ötən il 7 830 metr buruq-qazma işləri icra edilib və hazırda da proses davam etdirilir. Yataq üzrə ilkin qiymətləndirmə sənədinin cari ilin avqust ayına qədər hazırlanması nəzərdə tutulur.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı “AzerGold” QSC-nin yeni mədənlərin işə salınması istiqamətindəki ardıcıl fəaliyyətini yüksək qiymətləndirib. Ölkənin dağ-mədən sektorunun inkişafının məşğullun artırılması və ixtisaslı gənc kadrların daimi işlə təmin olunmasına böyük təsirinin olduğunu vuğulayan rektor ADNSU ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlığa dair memorandumun əhəmiyyətindən söz açıb. Bildirilib ki, memoranduma uyğun olaraq ali məktəbdə elmi-nəzəri biliklərə yiyələnmiş kadrların Cəmiyyətin istehsalat sahələrində müvafiq təcrübə qazanması, xüsusi fəallığı ilə seçilən məzunların işlə təmin olunması təqdirəlayiq haldır.
Qeyd edək ki, görüşdə, həmçinin əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-tədqiqat işlərinin icra edilməsi istiqamətində də müzakirələr aparılıb. Daha sonra qonaqlar sahədə yerləşən kern anbarı, laborotoriya, saflaşdırma zavodu, eləcə də “Şimal-qərb” mədəni ilə tanış olub, “AzerGold” QSC-nin geoloqları ilə görüşüblər.
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib.
Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər.
SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Alim ömrü bir şama bənzər ki , ondan neçə-neçə şamlar yandırmaq mümkündür. Bəli , ömrünü şam kimi yandıran alimlərimiz, müəllimlərimiz zaman- zaman olmuş və hal- hazırda da var . Bu adı ləyaqətlə daşıyanlardan biri də AMEA-nın müxbir üzvü , professor, ADAU-nun rektoru İbrahim müəllim Cəfərovdur.İbrahim müəllimi yaxından tanıyanlar çox gözəl bilir ki , o yalnız dəyərli bir alim , səriştəli bir rəhbər olmaqla kifayətlənməyib , bütün bunların fövqündə duran , insanlıq adına şərəf və ləyaqət gətirən bir şəxsiyyət kimi tanınıb. Tutduğu vəzifədən , daşıdığı məsuliyyyətdən asılı olmayaraq yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib , əməlləri və amalı ilə əsl örnək nümunəsi olub.
Bu gözəl insan ömrünün ən gözəl müdrik , kamil dönəminə qədəm qoyub. 65 illik bir ömürdən geriyə boylanarkən fəxr etməyə , qürurlanmağa dəyər bir ömür yaşayır , İbrahim müəllim. Saysız – hesabsız davamçılar , dərin hörmət , sonsuz sevgi , böyük etimad ... Bunlardan qeyri insana nə lazımdır ki ?!
Yubileyiniz mübarək dəyərli insan , böyük alim! Qəlbinizdən doğan , simanızı işıqlandıran o gözəl nur çöhrənizdən heç zaman əskik olmasın. Tanrı Sizi qorusun !
Müşfiq Kişiyev